27 noy 18:14liqa, reportaj

“Neftçi” iki qolla zirvədə möhkəmləndi

“Neftçi” iki qolla zirvədə möhkəmləndi
“Səbail”in futbolçuları və texniki heyəti Rauf Cabbarovun üzərinə yeridi
48. Səbail – Neftçi (Bakı) 0:2 (0:1)

1. Emil Balayev – 5,0
13. Şəhriyar Rəhimov – 4,5
4. Enrike Moura – 4,5
99. Maudo Jarjue – 4,5
33. Tome Kitanovski – 4,5
27. Emil Martinov – 4,5
28. Kevin Kubemba – 4,0
14. Rahid Əmirquliyev (k) – 4,5
8. Yevgeni Koçuk – 5,5
7. Fəhmin Muradbəyli – 4,5
(18. Aqşin Qurbanlı, 77) – qiymətsiz
11. Ruslan Qurbanov – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
17. Elçin Rəhimli
26. Kamal Qurbanov
70. Urfan İsmayılov
77. Ədilxan Qarəhmədov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev.
Komandanın ən yaxşısı: Yevgeni Koçuk

1. Səlahət Ağayev – 5,5
18. Tural Axundov – 5,5
5. Anton Krivotsyuk – 5,5
28. Slavko Braliç – 5,5
26. Ömər Buludov – 5,5
93. Soni Mustivar – 5,0
8. Emin Mahmudov (k) – 6,5
10. Dario Federiko – 6,0
(7. Namiq Ələsgərov, 81) – qiymətsiz
17. Rəhman Hacıyev – 5,0
(4. Rəşad Eyyubov, 85) – qiymətsiz
9. Baqali Dabo – 5,5
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
11. Kvame Karikari
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
73. Nail Alışov
77. Elvin Sərkərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov
Qollar: B.Dabo, 42 (0:1, E.Mahmudov). E.Mahmudov, 52-p. (0:2).
Vərəqələr: R.Qurbanov, 53 (qeyri-idman hərəkəti). T.Kitanovski, 65 (qeyri-idman hərəkəti). Ö.Buludov, 68 (perspektivli hücumun qarşısını kəsmək). S.Ağayev, 89 (oyunun bərpasını ləngitmək) - sarı. T.Kitanovski, 90 (hakimin qərarına etiraz) - qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Namiq Məstanov (Bakı).
25 noyabr. Bakı. Bayıl Arena. 1500 tamaşaçı (3200 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Bir gün əvvəl “Sabah”ın “Qarabağ”ı büdrətməsi ötən turdakı ssenarinin bu dəfə “Neftçi”nin xeyrinə çevrilməsinə şərait yaratmışdı. Yığmanın oyunlarına görə yaranan fasilə ərəfəsində “Zirə” Roberto Bordinin komandasını büdrədib ağdamlıların “dəyirmanına su tökmüşdüsə”, bu dəfə “Sabah” liderlik mübarizəsində rolunu hiss etdirmişdi. Ancaq “Qarabağ”ın xal itirməsini “ağ-qaralar”ı qəbul edən “Səbail” də fürsət bilirdi. Çünki Aftandil Hacıyevin yetirmələri liderlərlə xal fərqini minimuma, əlçatana endirmək imkanına malik olacaqdı. Bu komandalar arasında ilk dövrədə keçirilən oyunda darmadağın qeydə alındığını da yada salaq. Belə ki, “ağ-qaralar” “Səbail”i 4 cavabsız qolla yenmişdi. Ümumiyyətlə, “Neftçi” Bayıl təmsilçisi ilə son 4 qarşılaşmanın hamısında qalib gəlmişdi. Bu dəfə də istisna olmadı...
Deyəsən, zirvədə möhkəmlənmək istəyi daha çox Roberto Bordini gərginləşdirmişdi. Hər halda, italyan çalışdırıcı ilk dəqiqələrdən aqressiv idi və onun bu halı yetirmələrinə də sirayət edir. Ümumiyyətlə, matç gərgin atmosferdə keçdi. Hətta ilk yarının ortalarına qədər bu və ya digər qapı qarşısında təhlükəli vəziyyət yaşanmasa da, meydanda amansız mübarizə gedirdi.
Oyunda ilk real qol vəziyyətini “Neftçi” yaratdı. 24-cü dəqiqədə Darionun ideal ara ötürməsindən sonra Dabo Emil Balayevlə təkbətək çıxdı. O, rəqib qapıçını da keçməyə cəhd etsə də, planı baş tutmadı və beləliklə, yüzfaizlik şansı boşa verdi. 39-cu dəqiqədə Darionun çarpazdan qüvvətli zərbəsini Balayev inanılmaz reaksiya ilə kornerə çıxardı. Növbəti epizodda Rəhmanın asmasından sonra Maudo uçaraq topun qapıya getməsini əngəllədi. Ancaq hiss olunurdu ki, qol yetişib. Belə də oldu, 42-ci dəqiqədə növbəti cinah ötürməsindən sonra Dabo fərqləndi. Çempionatın bombardiri Emin Mahmudovun asmasını başla tora qovuşdurdu. Beləliklə, fasilə ərəfəsində istədiyi qolu vuran qonaqlar ilk yarını qalib bitirdi.
“Neftçi” ikinci hissəyə də fəal başladı və 52-ci dəqiqədə fərqi iki topa çatdırdı. Düzdü, penaltidən hesabı 2:0-a çatdıran “ağ-qaralar” hakimin şübhəli qərarından sonra sevindi. Belə ki, cərimə meydançasında top Maudonun qoluna yox, böyrünə dəymişdi. Qulaqcıq vasitəsilə köməkçisi ilə xeyli götür-qoy edən Rauf Cabbarov sonra qərarında qaldı. Topun arxasına keçən “Neftçi”nin kapitanı bu şansı boşa vermədi.
55-ci dəqiqə hesab darmadağın həddinə çata bilərdi. Darionun ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Mirabdullanın aşırma vuruşu əvvəlcə Balayevin barmaqlarının ucuna, ardınca tirə dəyib meydanı tərk etdi. Dörd dəqiqə sonra isə Mirabdulla çətin vəziyyətdə olmasına rəğmən, çevrilib zərbə endirdi ki, top cüzi fərqlə dirəyin dibindən keçdi. Bu epizodda Balayev də reaksiya göstərə bilməmiş, topun vurulduğu istiqamətə yox, əks tərəfə meyillənmişdi.
“Səbail” isə əsasən standart vəziyyətlərdən sonra təhlükə yarada bilirdi. Hissənin ortalarında cərimə vuruşundan sonra Şəhriyarın, az sonra korner nəticəsində fürsət əldə edən Maudonun baş zərbəsində cüzi dəqiqlik çatmadı. 80-ci dəqiqədə “Səbail” növbəti dəfə qola yaxın oldu. Koçukun cərimə meydançasının qövsü üzərindən qüvvətli zərbəsini Səlahət əla reaksiya ilə dəf etməyi bacardı. 86-cı dəqiqədə “Neftçi”nin kəsərli əks-hücumunda isə Balayev inamlı oyunu ilə diqqəti çəkdi. O, meydana sonradan çıxan iki futbolçunun – Namiqlə Rəşadın başlatdığı, Dabonun da iştirak etdiyi hücumda Eyyubovun son nöqtəni qoymasına imkan vermədi. Hücumlara ara verməyən “Neftçi”də əsas vaxtın sonuncu dəqiqəsində Dabo dubl edə bilərdi. Ancaq onun uzaqdan vuruşunu zərərsizləşdirən Balayev növbəti dəfə komandasını qoldan xilas etdi. 90 dəqiqənin tamamında isə "Səbail" azlıqda qaldı. Əsəbləri dözməyən Kitanovski hakimə etiraz etdiyinə görə ikinci "sarı" - qırmızı vərəqə alıb meydandan qovuldu. Beləliklə, hər hissədə 1 qol vuran “Neftçi” inamlı qələbə sayəsində liderliyini möhkəmləndirərək, “Qarabağ”dan 5 xal aralandı.
MİRAĞA
***
Gözdən qaçmadı...
* “Zirə” ilə qarşılaşmada zədələnən və bu səbəbdən oyunu buraxan “Neftçi”nin ukraynalı müdafiəçisi Kiril Petrov görüşü “Səbail”də top qovan həmyerlisi İqor Korotetski ilə birgə ehtiyat oyunçular skamyasının arxasından izləyirdi. Bu məqam Roberto Bordinin diqqətini cəlb etdi və o, tərcüməçi Vüqar Əliyevə göstəriş verdi ki, futbolçuya VİP-tribunaya qalxmağı çatdırsın. Petrov baş məşqçisinin göstərişinə dərhal əməl etsə də, bir qədər sonra yenidən aşağı endi.
* Oyunun əvvəlində Fəhmin Muradbəyli rəqibin cərimə meydançasında yerdə qalsa da, hakim davam işarəsi verdi ki, bu da meydan sahiblərinin etirazı ilə müşayiət olundu. Bir neçə dəqiqə həmin epizodla “yaşayan” “Səbail”lilərin hücumçusu növbəti epizodda yan xətt hakiminə iradını söyüşlə bildirdi: “Qorxursan, ...?” Cəmil Quliyev onun söyüşünü qulaqardına vurdu.
* 10-cu dəqiqədə Bordinlə Federiko arasında mübahisə yaşandı. İtaliyalı məşqçi yetirməsindən boş mövqeyə çəkilməyi tələb etdi, braziliyalının ona qulaq asmadığını görüb daha bərk əsəbləşdi. Dario isə əl işarəsi ilə saymazyana münasibətini davam etdirdi, daha sonra nəsə dedi. Bundan sonra Bordin ehtiyat oyunçular skamyasına dönərək, Namiq Ələsgərovdan hazırlaşmağı tələb etdi. Ancaq ikilinin gözlənilən dəyişikliyi yalnız matçın son dəqiqələrində baş tutdu.
* Həm “Neftçi”nin, həm də “Səbail”in baş məşqçisi qara rəngdə idman geyimində olsa da, nədənsə ehtiyat hakim Sərxan İsmayılov Roberto Bordindən məşq gödəkçəsi geyməyi tələb etdi. Halbuki Aftandil Hacıyevin komandası meydana qara rəngli forma ilə çıxmışdı. İtaliyalı məşqçi deyinə-deyinə yaşıl rəngli “nakidka”nı əyninə geydi.
* Hakimin final fitindən sonra meydanda gərginlik yaşandı. “Səbail”in futbolçuları və texniki heyətin bir neçə üzvü Rauf Cabbarova etirazını çatdırmaq üçün onun üzərinə yeridilər. Yalnız polislərin müdaxiləsindən sonra hakimlər briqadası üçün paltardəyişmə otağına dəhliz yaradıldı.

Reaksiyalar
Roberto Bordin: "Yaxşı oyun göstərmək istəyirdik. Şadıq ki, həm yaxşı oynadıq, həm də qələbə qazandıq. Səfərdə, özü də turnir cədvəlində 3-cü pillədə qərarlaşan komandaya qarşı oynayırdıq. Komandamız yaxşı futbolçulardan formalaşıb. İstənilən heyətlə yaxşı oyun göstərməliyik.
Dario ilə aramda başverənlərə gəlincə, bu, oyun epizodu idi, başqa nəsə axtarmaq lazım deyil. Normal haldı, futbolda belə şeylər olur. Ciddi nəsə olsaydı, Darionu dərhal əvəzləyərdik, 88-ci dəqiqədə yox. Uzun müddət sonra start heyətinə dönən Rəhman Hacıyevin oyunundan tam razıyam. Hətta fərqlənmək üçün şansları da oldu. Keçidlərdə xeyli faydalı idi. Ümumiyyətlə, komandamda yetərincə futbolçu var. Bu da bizim üstünlüyümüzdü. Mən də öz növbəmdə seçim hüququna sahibəm. Bu gün belə seçim etdim. Bu da normal haldı ki, Rəhman və Qoran fərqli xarakteristikalara malikdilər. Qoran və Mustivar meydanda olanda, Emin daha çox hücuma meyl edir. Bu gün bir qədər fərqli oldu. Turnir cədvəlinə nəzər yetirdikdə biz xeyli qol vurmuşuq. Deməli, hücumlarımız qaydasındadı. “Sabah”la qarşılaşmada Kirilin yoxluğu hiss olunacaq? Hardan bilirsiz ki, Petrov növbəti tura hazır olmayacaq? Növbəti oyun barədə hələ düşünəcəyik. Qarşıda bir həftəmiz var".
Aftandil Hacıyev: "İlk hissədə daha sürətli oyun izlədik. Hər iki komanda fəal idi. Ancaq ilk dövrədə olduğu kimi, yenə fərdi səhvlərdən qol buraxdıq. Həm futbolçular, həm də hakimlər səhvlərdən nəticə çıxarmalıdı. Hakim idarəçiliyi barədə isti başla nəsə demək istəmirəm. Təkrara baxdıqdan sonra penalti epizodunu dəqiq şərh etmək olar. Ancaq eşitdim ki, laysman baş hakimi 3 dəfə çağırıb, o isə əhəmiyyət verməyib. Nə etmək olar? Səhvlərdən yayınmaq mümkün deyil. İstər futbolçu olsun, istərsə də hakim. Zədəlilərin durumuna gəlincə, hər oyuna itki ilə çıxmağa adət etmişik. Ağabala Ramazanov sağalmışdı, lakin yenidən ağrılar hiss etdi, müalicəyə başladı. Eyni zamanda, Vüqar Bəybalayevlə Edqar Paçekonun zədəli olması bizi əvəzedici komandanın futbolçuları tərəfə boylanmağa sövq edəcək".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar