27 noy 18:11liqa

“Qış çempionu”nun adı böyük ölçüdə dəqiqləşdi

“Qış çempionu”nun adı böyük ölçüdə dəqiqləşdi
Topaz premyer-liqasının 12-ci turundan sonra turnir cədvəlində yerdəyişmə olmasa da, gözlənilməz nəticənin qeydə alındığını deyə bilərik. 11 qolun qeydə alındığı 4 matçın hər birində qapılara yol tapıldı. Məhsuldarlıq baxımından gözəgəlimli görünən turda ən çox sevinən “Neftçi” oldu.
Tura “ASK Arena”dakı görüşlə start verildi. “Keşlə”ylə “Qəbələ” arasında prinsipiallıq çalarları axtarmaq üçün illər əvvələ boylanmağa gərək yoxdu. Təkcə bu il mayın 28-ni xatırlatmaq kifayət edir. Kubokun finalında üz-üzə gələn komandalardan sevinən bakılılar olmuşdu. Məhz həmin yenilgidən sonra Roman Qriqorçuk və bəzi aparıcı futbolçular düşərgəni tərk etdi, Tale Heydərov bir də stadionda görünmədi. Üstəgəl, birinci dövrədə Qəbələdə keçirilən qarşılaşmada qonaqlar 1:1-lik heç-heçəyə nail olmuşdu. Odu ki, bölgə təmsilçisinin sabiq “bankirlər”lə oyuna qisas hissi ilə çıxacağı şübhə doğurmurdu. Əks tərəf də eyni istəkdə idi. Tərlan Əhmədovun gəlişindən sonra vəziyyəti xeyli yaxşılaşan, “Qarabağ”dan xal qoparıb, “Sumqayıt”ın qapısına 4 qol vuran şəhərlilər növbəti 3 xal arzusundaydı ki, “Sumqayıt”ı geridə qoysun. 90 dəqiqə boyunca üstün oynayan qonaqlar layiqli qələbə ilə daxildəki vəziyyətin daha da pisləşməsinə imkan vermədi. Həm də dördüncü pillədəki “Sabah”a yaxınlaşdı.
Turun gözlənilməz nəticəsi “Tofiq Bəhramov”da qeydə alındı. Kosovo səfərindən darmadağınla qayıdan Qurban Qurbanovla yetirmələrinin bu oyuna necə köklənəcəyi sual doğururdu. Üstəlik, bir neçə legioner də vətənindən qayıtmışdı. Uzunmüddətli fasilələrdən sonra özünə bənzəməyən ağdamlılar ənənəni pozmadı. Oyunboyu qol vurmaq üçün rəqibin müdafiəsini yarmağa çalışan, lakin istəyinə çata bilməyən “köhlən atlar” meydanı 1 xalla tərk etdi. Bu, bir gün sonra “Neftçi”nin “Səbail”i udacağı halda çempionluğa iki əsas namizəd arasındakı xal fərqinin yenidən 5-ə yüksələcəyi demək idi.
Proqnozlar özünü doğrultdu. Sonuncu dəfə təxminən iki ay əvvəl, dəqiq desək, 6-cı turda məhz “Neftçi”yə uduzan bayıllılar “Qarabağ”la oyundakı texniki məğlubiyyəti də nəzərə alsaq, son 5 matçın 4-də qələbə qazanıb, yalnız “Zirə”ylə heç-heçə oynamışdı. Səfərdə oynayan “ağ-qaralar” rəqib qapısından keçirilən 2 cavabsız qolla hesabına növbəti 3 xalı yazdırmağı bacardı. Qələbə Roberto Bordinin yetirmələrinin böyük ölçüdə qış fasiləsinə çempion kimi yollanacağı deməkdi. Bunun üçün “Neftçi”yə “Sabah” və “Səbail”lə oyunlarda 1 xal qazanmaq kifayət edir. Yeri gəlmişkən, bir gün əvvəl “Keşlə”nin qapısına yol tapıb bombardirlər siyahısında Daboya çatan Adeniyinin sevinci bir gün çəkdi. “Ağ-qaralar”ın “9” nömrəsi “Səbail”i məyus edib yenidən ən sərrast oyunçuya çevrildi.
Haqqında günlərdi danışılan “Zirə” – “Sumqayıt” oyunu əsasən baş məşqçilərin sabiq komandalarına qarşı mübarizəsi baxımından maraq daşıyırdı. “Qartallar” 3 xalın nə olduğunu axırıncı dəfə 7-ci turda bilmişdisə, “Sumqayıt” sonuncu dəfə 6-cı turda məhz bu rəqibi yenmişdi. Odu ki, son vaxtların uğursuz komandalarının duelində tərəflərdən birinin qazanacağı qələbə qış fasiləsi ərəfəsində baş tutacaq oyunlar üçün yaxşı motivasiya sayılacaqdı. Futbolçuların səviyyəsi və istək baxımından rəqibini üstələyən zirəlilər 50 gündən sonra 3 xala sevindi. Həm də sonuncu pilləni tərk etmək fürsəti qazandı.
Topaz premyer-liqası
2-ci dövrə
12-ci tur
24 noyabr
Keşlə - Qəbələ 1:2
Qarabağ – Sabah 1:1
25 noyabr
Səbail – Neftçi 0:2
Zirə - Sumqayıt 3:1
1. Neftçi 12 9 2 1 24-9 29
2. Qarabağ 12 7 3 2 21-13 24
3. Səbail 12 6 2 4 16-13 20
4. Sabah 12 5 2 5 10-16 17
5. Qəbələ 12 4 3 5 17-18 15
6. Sumqayıt 12 3 2 7 12-20 11
7. Keşlə 12 2 3 7 13-17 9
8. Zirə 12 2 3 7 12-19 9
Bombardirlər: Baqali Dabo (Neftçi) – 7. Ceyms Adeniyi (Qəbələ) – 6. Marko Deviç (Sabah), Mirabdulla Abbasov (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 5.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda “Zirə”yə, 8-ci turda isə “Qarabağ”a texniki məğlubiyyət verilib.
Növbəti turun oyunları: 1 dekabr – Sumqayıt – Səbail, Sabah – Neftçi; 2 dekabr – Qəbələ - Zirə, Qarabağ – Keşlə.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar