27 noy 18:10liqa

Ayxan Abbasov qış fasiləsini gözləyir

Ayxan Abbasov qış fasiləsini gözləyir
Ənənəvi oyunsonrası mətbuat konfransına əvvəlcə Ayxan Abbasov təşrif buyurdu.
- Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmışdıq. Futbolçuların meydanda əzmkarlığı görünürdü. Rəqibi təhlil etmişdik. Paltardəyişmə otağında futboçulara dedim ki, 65 dəqiqə oynadıq, son 25 dəqiqədə istədiyimizi yerinə yetirə bilmədik. Qələbə istəyiriksə, 90 dəqiqə dözmək lazımdı. Futbolçuların əzmkarlığı, istəyi xoşuma gəldi. Cərimə zərbəsindən buraxdığımız 2-ci qol planlarımızı pozdu. Qış fasiləsinədək maksimum nəticə qazanmağa çalışacağıq.
- "Sumqayıt" cari mövsümdə ilk dəfə meydana nominal hücumçusuz çıxmışdı. Bu nə ilə bağlı idi?
- Belə sistemdə görünə bilər ki, hücumçumuz yox idi. Bu gün Aleksey İsayevdən hücumda da istifadə edirdik. Onu bir qədər öndə oynatmağı lazım bildik. İsayev universal oyunçudu. İnanıram ki, orda da çıxış edə bilər.
- 65-ci dəqiqədən sonra oynaya bilməməyimiz fiziki hazırlıqla bağlı idi?
- Əli Babayev zədə üzündən meydandan çıxandan sonra pressinq azaldı. İndi durub yeni baş məşqçi kimi fiziki hazırlıqdan danışmağım düzgün olmazdı. İstədiyim komandanı özüm hazırlamalıyam. Qış fasiləsində yeni futbolçularımız da olacaq, komandanı hazırlayandan sonra tələblərimizi edəcəyik.
- Belə iddialar var ki, klub prezidenti Riad Rəfiyev sabiq baş məşqçi Nazim Süleymanovdan Xəyal Nəcəfovu oynatmağı istəmişdi. Bu gün Xəyal 90 dəqiqə oynadı. Sizdən də bu istək olub?
- Bilmirəm məndən əvvəl nə olub. Klub prezidentinin öz işi var, mənim öz işim. Riad müəllim neçə illərdi futboldadı. Fikrimcə, o heç vaxt belə iş tutmaz. Xəyal bu gün göstərdi ki, normal futbol oynaya bilər. Çalışacaqsa, yenə oynayacaq. Heç vaxt Riad müəllim deməz ki, bu futbolçunu oynat. Xarakterim elədi ki, heyətlə bağlı özüm qərar verirəm. "Sumqayıt"da belə şeylə rastlaşmamışam.
“Zirə”nin çalışdırıcısı Samir Abasov da əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü.
- İlk yarıda rəqibdən gözləmədiyimiz oyunla üzləşdik. Ancaq bu bizə bəraət qazandırmır. Futbolçularımız bir az panikaya düşdülər, oyundan qopduq. Ancaq ikinci hissədə istədiyimizi meydanda göstərə bildik. Bir komandada baş məşqçi dəyişikliyi varsa, 90 faiz müsbət olur, fFutbolçularda canlanma yaranır. "Sumqayıt"da da bu olmuşdu və bizə sərf etmirdi. Nəticəsini ilk hissədə gördük. Ancaq bunun altından çıxa bildik. Futbolçularıma dedim ki, ilk hissəni yaddan çıxarın, bu haqda daha danışmayacağıq. Bizə dərs olsun, bunun da yükünü daşımağı bacarmalıyıq.
- Komandanız kimi siz də, deyəsən, ilk hissədə oyundan kənarda qalmışdız. Fasilədən əvvəl həmişə görməyə adət etdiyimiz Samir Abasov yox idi. Nə göstəriş verirdiz, nə də danışırdız. İlk hissədə sakit idiz. Bəlkə də komanda ona görə oynamırdı. Ancaq fasilədən sonra siz danışmağa başlayınca komanda oynadı və qalib gəldi...
- İlk yarı mənim üçün şok idi. Çünki bütün komanda olaraq oyundan qopmaq, bir az anarxiya vardı. Özüm də tərəddüd içindəydim. Bilmirdim kimə nə deyim. Çünki meydanda olanların heç birinin oyunu alınmırdı. Səbirsizliklə fasiləni gözləyirdim ki, uşaqları ayıldaq. İkinci hissədə nəzarəti ələ ala bildik.
- Deyəsən, məşqlərdə etdikləriniz bu gün alındı. Xüsusilə Bilal Həmdinin cinah ötürmələri...
- Dünən məşqdə bunun üzərində işləmişdik. Futbolçular ikinci hissədə tapşırıqlarımızı yerinə yetirdilər. Təəssüf ki, ilk yarıda bunu bacarmırdılar. Kamal Mirzəyev təmiz oyundan çıxmışdı. Məcbur olduq əvəzləməyə əl ataq.
- Köməkçiləriniz bir-bir qovulur. Ötən tur Vəfadar Quliyev, bu dəfə Seymur Rəhimov. Belə gedişlə növbəti turda sizin növbəniz olacaq...
- Vəfadar Quliyev də ötən dəfə heç nədən, gözlənilmədən qovuldu. Hakim biz tərəfə gələndə Rəhimovla mən hərəmiz bir tərəfə çəkildik. Quliyev ortada tək qaldığından hakim onu uzaqlaşdırdı.
- Bəlkə köməkçiləriniz sizi qoruyur? Adətən, sizin aqressiv hərəkətə görə texniki zonadan qovulmağınızı görmüşük...
- Siz artıq qarğış edirsiz mənə (gülür). Arzunuz, niyyətiniz özünüzdə qalsın. Olur belə şeylər. Bu da futbola bir gözəllik qatır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar