27 noy 18:07liqa, reportaj

Samir Abbasov sabiq komandasını cəzalandırdı

Samir Abbasov sabiq komandasını cəzalandırdı
47. Zirə - Sumqayıt 3:1 (1:1)
1. Anar Nəzirov (k) – 5,5
17. Vüsal İsgəndərli – 5,0
(10. Sadio Tounkara, 46) – 5,5
88. Tellur Mütəllimov – 5,5
26. Miloş Radivoyeviç – 5,5
5. Adil Nağıyev – 5,0
2. İlkin Qırtımov – 5,0
8. Kamal Mirzəyev – 5,0
(3. Budaq Nəsirov, 53) – 5,0
38. İlkin Muradov – 5,5
9. Aleksandr Dedov – 6,0
91. Bilal Həmdi – 5,5
7. Pərdis Fərcad-Azad – 5,5
(77. Mirsahib Abbasov, 84) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
16. İbrahim Aslanlı
4. Müşfiq İlyasov
39. Sadiq Quliyev
47. Əmrah Bayramov
27. Adrian Skarlatake
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Aleksandr Dedov

1. Mehdi Cənnətov – 5,0
74. Yusif Nəbiyev – 4,5
3. Vurğun Hüseynov (k) – 5,0
4. Şəhriyar Əliyev – 4,5
(17. Nicat Qurbanov, 83) – qiymətsiz
14. Bəxtiyar Həsənalızadə - 4,5
21. Arif Daşdəmirov – 5,0
97. Xəyal Nəcəfov – 5,0
99. Əli Babayev – 5,0
(60. Elvin Məmmədov, 69) – 4,5
7. Cavid Tağıyev – 5,0
10. Aleksey İsayev – 5,5
22. Əfran İsmayılov – 5,0
(11. Atilla Yıldırım, 64) – 4,5
Ehtiyat oyunçular
36. Süleyman Süleymanov
2. Rail Məlikov
8. Orxan Əliyev
18. Süleyman Əhmədov
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aleksey İsayev
Qollar: A.Dedov, 36 (1:0, B. Həmdi). Ə.İsmayılov, 45+3 (1:1, A.İsayev). A.Dedov, 74 (2:1). B.Həmdi, 90+6 (3:1).
Vərəqələr: B.Həsənalızadə, 13 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 52 (qeyri-idman hərəkəti). A.Nağıyev, 60 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 74 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
25 noyabr. Mərdəkan. Dalğa Arena. 200 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 4, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5
Hər iki komanda hazırda alt pillələrdə qərarlaşsa da, məhz bu turun ən prinsipial matçı sayılırdı. Ötən mövsüm Samir Abasovla Ayxan Abbasov arasındakı pirinsipiallıq, cari mövsümdə onların yerdəyişməsi qarşılaşmaya əlavə rəng qatmışdı. Bundan başqa, qonaqların çalışdırıcısı yeni komandasının “sükanı arxasında” ilk rəsmi oyuna çıxırdı. Narın yağış altında baş tutan görüşün ilk yarısı “kimyaçılar”ın üstünlüyü şəraitində keçdi. Matça daha fəal başlayan qonaqlar rəqib qapısı önündə ilk təhlükəni 9-cu dəqiqədə yaratdı. İsayevin qapı önünə asması Nəzirovun da başının üstündən aşıb uzaq kücə yönəldi. Həmin an Nağıyevin müdaxiləsi olmasaydı, Cavid qonaqları hesabda önə keçirəcəkdi. Vaxt ötdükcə “qartallar” özlərinə gəlməyi bacardılar. 23-cü dəqiqədə sağ cinahdan sürətli reyd edən Bilal cərimə meydançasına ötürmə etdi. Lakin Dedov təsminən 13 metrdən qapını dəqiqi nişan ala bilmədi. Mehdi çətinliklə də olsa, topu tutdu. Ancaq 13 dəqiqə sonra, daha dəqiq desək, 36-cı qəqiqədə bu kombinasiya bəhrəsini verdi. Yenə Həmdinin keçidi və eyni ötürmə. Pərdis topu buraxmaqla həm qonaq müdafiəçiləri çaşdırdı, həm də Dedovun zərbə vurmasına imkan yaratdı ki, moldovalı legioner bu dəfə hədəfdən yayınmadı. Artıq hamı ilk yarının meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatacağını düşünsə də, “kimyaçılar” “status-kvo”nu bərpa etməyi bacardılar. İsayevin ağıllı ara ötürməsindən sonra Anarla üzbəüz qalan Əfran adını tabloya yazdırdı. Paltardəyişmə otağına qolla yollanan sumqayıtlıların psixoloji üstünlüyə yiyələnib, ikinci yarıda daha üstün oyun sərgiləcəyini gözlənilsə də, hər şey əksinə oldu.
Fasilədən sonra zirəlilər daha inamlı oyunla yadda qaldılar. Onların sürətli hücumlarının qarşsını kəsməkdə çətinlik çəkən “kimyaçılar” rəqibi daha çox kobudluqla dayandırmağa çalışırdılar. 74-cü dəqiqədə Şəhriyarın kobudluğu komandaya baha başa gəldi. Dedov standart vəziyyətdən topu birbaşa qapıya yönəltməklə həm komandasının, həm də özünün ikinci topunu vurub tribunalara toplaşan azsaylı “Zirə” azarkeşlərini sevindirdi. Son dəqiqələrdə bütün komanda ilə irəli atılan qonaqlar növbəti dəfə cəzalandı. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdən künc zərbəsi vurmaq hüququ qazanan komandanın qolkiperi də meydan sahiblərinin cərimə meydançasına yollandı. Qapı önünə asma heç nəyə yaramasa da, Həmdi topu ələ keçirib bir qədər irəliləyərək topu boş qapıya göndərdi.
RƏŞAD

Gözdən qaçmadı...
* 1-ci dəqiqədə baş hakim Səbuhi Bayramov cərimə zərbələri zamanı istifadə olunan, içərisində köpük olan qabı meydanda yerə saldı. Özünün bundan xəbəri olmasa da, Şəhriyar Əliyev onu yerdən götürüb referiyə qaytardı. Ancaq 18-ci dəqiqədə Bayramov yenidən spreyi yerə saldı. Bu dəfə Arif Daşdəmirov onu meydandan götürüb özünə yox, dördüncü hakimə təhvil verdi. Ümumiyyətlə, Bayramov oyunboyu ləvazımatlarını yerə salmaqda idi. Bir dəfə fiti əlindən salan gənc referi ilk yarının ortalarında vərəqələri də itirmişdi.
* 65-ci dəqiqədə Abasov Həmdiyə narazılığını bildirdi. Əlcəzair doğumlu fransız futbolçu baş məşqçinin dediklərinə etiraz edincə, Samir bəy daha da coşdu. Legioner mütəxəssisin çox əsəbləşdiyini görüncə ingilis dilində üzr istəyib geri çəkildi.
* İkinci hissənin sonlarına yaxın “Zirə”nin köməkçisi-məşqçisi Seymur Rəhimov auta çıxan topu oyuna tez daxil etməsi üçün ayağı ilə Qırtımova qaytardı. Zərbə bir qədər güclü alındığından baş hakim bunu rəqibə qarşı qeyri-etik jest kimi qəbul edib texniki zonaya yaxınlaşaraq, Rəhimovu tribunaya göndərdi. Seymur bəy çaşqınlıq içində 4-cü hakimə yaxınlaşıb günahsızlığını sübut etməyə çalışsa da, artıq “qatar getmişdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar