25 noy 18:48liqa

Yığma tamam, TPL-ə davam!

Yığma tamam, TPL-ə davam!
Yığmanın Millətlər Liqasında çıxışını dayandırmasından sonra bütün diqqətlər yenidən daxili yarışlara yönəlib. Düzdü, 12-ci turdan dərhal sonra Avroliqa matçları baş tutacaq və “Qarabağ” “Sportinq”i qonaq edəcək. Ancaq qış fasiləsinə kimi çempionata ara verilməyəcək. Üstəlik, dekabrda sıx qrafik müşahidə olunacaq. Çünki gələn ayın əvvəlində kubokla “ikinci cəbhə” də açılacaq, ayın 20-nə kimi isə yarımfinalçılar müəyyənləşəcək.
12-ci tur klubların millinin oyunlarına görə yaranan təxminən ikihəftəlik fasilədən necə yararlandığını da üzə çıxaracaq. Bu mənada diqqətlər daha çox işləri yolunda getməyən “Zirə” ilə “Sumqayıt”a yönələcək. Hansı ki, bazar günü bu iki komanda məhz bir-biri ilə qarşılaşacaq.
Bütün oyunları paytaxtda baş tutacaq turun görüşlərinin canlı yayınlanacağını da əlavə edək. Belə ki, “CBC Sport” həm bu gün, həm də sabah 2 oyunu ekranlara daşıyacaq.
Topaz premyer-liqası
2-ci dövrə, 12-ci tur
24 noyabr
45. Qarabağ – Sabah
Hakimlər: İNQILAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-35-25
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00
“Sabah”la oyunda qələbə “Qarabağ”a hava-su kimi lazımdı. Debütantla görüş Qurban Qurbanov və yetirmələri üçün imtahan olacaq. Əvvəla, təcrübəli mütəxəssis yığmada aldığı şokun təsirindən ayılmalı, Millətlər Liqasındakı uğursuz ab-havanı “Qarabağ”a yoluxdurmamalıdı. Digər tərəfdən, “Sportinq”lə AL oyunu ərəfəsində durumu yaxşılaşdırmaq, komandanı motivasiya etmək üçün qələbəyə çox ehtiyac var. Axı çempionatdakı 3 xal ən azı birgünlük liderə şərik olmağa imkan yaradacaq. Ardıcıl 3-cü qələbəyə köklənən ağdamlıların rəqibinə gəlincə, “Sabah”a son illərin dəyişməz çempionunu büdrətmək niyyətindədi. Son iki turda uduzan Elşad Əhmədovun yetirmələri bu uğursuz axarı dəyişmək əzmindədi.
46. Keşlə – Qəbələ
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 20:+9=6-5 30-18.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 – 1:1, 0:2; 2017/18 – 1:2, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. ASK Arena. Saat 16.30
Tura “ASK Arena”da start veriləcək ki, açılış oyununda ötən mövsümün kubok finalçıları - “Keşlə” və “Qəbələ” üz-üzə gələcək. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişindən sonra oyununda irəliləyiş hiss olunan paytaxt təmsilçisi qələbə qazanmaqla 2 pillə irəliləmək imkanına malikdi ki, geridə qoyacaqları komandalardan biri məz “qırmızı-qaralar” olacaq. Ötən həftə 47 yaşını qeyd edən Tərlan Əhmədovun komandası premyer-liqanın 46-cı qarşılaşmasında qalib gəlsə, bu, baş məşqçiyə doğum günü hədiyyəsi olacaq.
Son 4 turda meydanı qolsuz tərk etməyən Sənan Qurbanovun komandası isə həm mövqeyini qorumaq, həm də ilk “dördlüy”ə yaxınlaşmaq üçün turu itkisiz keçməlidi. “Keşlə”ni məğlub etməklə qış fasiləsinə ilk “üçlük”də yollanmaq şansı arta bilər. Çünki qəbələlilər 13-cü turda “Zirə”ni qonaq edib 14-cü turda hazırda 3-cü yerdə olan “Səbail”lə qarşılaşacaq. Bayıl təmsilçisinin təqvimi isə göründüyü kimi, nisbətən çətindi.
Bugünkü oyun “Keşlə” və “Qəbələ” arasında 47-ci duel olacaq. 2006/07 mövsümündə əsası qoyulan qarşılaşmalarda bakılıların üstünlüyü var. İndiyədək baş tutan 46 matçda “Qəbələ” 14 qələbə qazanıb, 16 heç-heçə edib və 16 dəfə uduzub. Premyer-liqada isə 41 oyun keçirilib ki, burda da “Keşlə”nin üstünlüyü hökm sürür. Premyer-liqada 11 qələbəsi olan “qırmızı-qaralar” 16 heç-heçə edib və 14 dəfə uduzub. İndiyədək 22 dəfə bu komandanın qonağı olan “Qəbələ” səfərdə cəmi 6 qələbə qazanıb. Hesabında 6 heç-heçə olan qonaqlar 10 dəfə meydanı məğlub tərk edib. Başqa sözlə, “Keşlə” ev oyunlarında çox inamlı təsir bağışlayır.
25 noyabr
47. Zirə – Sumqayıt
Hakimlər: SƏBUHİ BAYRAMOV, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+4=1-1, 9-5.
2015/16 - 3:2, 1:0; 2016/17 – 0:1, 1:0; 2017/18 – 3:1, 1:1.
Cəzalı: Orxan Sadıqlı (Sumqayıt).
“Futbol+”in proqnozu: 35-35-30
Mərdəkan. Dalğa Arena. Saat 19.00
Tura Mərdəkanda yekun vurulacaq. “Zirə” ilə “Sumqayıt” arasında görüş turnir mövqeyi baxımından olmasa da, mərkəzi oyun hesab oluna bilər. Hər halda, bu matç baş məşqçilər üçün prinsipiallıq kəsb edir. Ayxan Abbasovun “Sumqayıt”dakı debütü sabiq komandasına qarşı olacaq. Onun rəqibini isə meydana “Zirə”dəki xələfi Samir Abasov çıxaracaq. Başqa sözlə, ötən mövsüm çalışdırdıqları komandalarını dəyiş-düyüş edən məşqçilər yeni postlarında ilk dəfə üz-üzə gələcəklər.
“Dalğa Arena”dakı görüş həm də turnir nöqteyi-nəzərindən vacibdi. Turnir cədvəlinin aşağı hissəsində qərarlaşan rəqiblər uğursuzluq zolağından çıxmaq, xal hesabını artırmaq üçün mübarizə aparacaq.
“Sumqayıt”ın oyuna itki ilə çıxacağını da qeyd edək. Belə ki, “Keşlə” ilə oyunda Nazim Süleymanovun istefasına səbəb olan, başqa sözlə, sabiq komandası ilə qarşılaşmada qırmızı vərəqə alan Orxan Sadıqlı cəza səbəbindən sabahkı matçda forma geyə bilməyəcək.

48. Səbail – Neftçi
Hakimlər: RAUF CABBAROV, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 2:+1=0-1, 1-4.
2017/18 – 1:0, 0:4.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-35-45
Bakı. Bayıl Arena. Saat 17.00
“Sabah” bu gün sensasiyaya imza ataraq qalib gəlsə, tur qış çempionunun müəyyənləşməsi ilə başa çata bilər. Çünki “Qarabağ” uduzsa, “Neftçi” isə bazar günü 3 xal qazansa, lider 2018-ci ili zirvədə başa vuracaq. Amma əyalət klubunun nəinki uduzması, xal itkisi də o qədər inandırıcı görünmür. Ağdamlıların məğlubiyyətini “ağ-qaralar”ı qəbul edəcək “Səbail” də gözləyir. Çünki belə olan halda, Aftandil Hacıyevin yetirmələri 2-ci sıraya yüksəlmək imkanına malik olacaq. Roberto Bordinin komandası isə izləyicisiylə fərqin əriməməsi üçün iddialı rəqibini itkisiz keçməlidi. Bu komandalar arasında ilk dövrədəki oyunda darmadağın qeydə alındığını yada salaq. Belə ki, “ağ-qaralar” “Səbail”i 4 cavabsız qolla yenmişdi. Ümumiyyətlə, “Neftçi” Bayıl təmsilçisi ilə son 4 qarşılaşmanın hamısında qalib gəlib. “Səbail” yalnız flaqmanla ötən il baş tutan debüt oyununda sensasiyaya imza ata bilmişdi.

Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Keşlə – Qəbələ 3.30 2.90 1.80 1.54 1.11 1.60 1.75 277
Qarabağ – Sabah 1.20 3.85 9.35 – – 2.73 1.60 1.75 390
Səbail – Neftçi 4.80 3.35 1.45 1.97 1.11 – 1.60 1.75 768
Zirə – Sumqayıt 2.50 2.65 2.35 1.29 1.21 1.25 1.40 2.05 836

1. Neftçi 11 8 2 1 22-9 26
2. Qarabağ 11 7 2 2 20-12 23
3. Səbail 11 6 2 3 16-11 20
4. Sabah 11 5 1 5 9-15 16
5. Qəbələ 11 3 3 5 15-17 12
6. Sumqayıt 11 3 2 6 11-17 11
7. Keşlə 11 2 3 6 12-15 9
8. Zirə 11 1 3 7 9-18 6
Bombardirlər: Baqali Dabo (Neftçi) – 6, Marko Deviç (Sabah), Mirabdulla Abbasov (Neftçi), Ceyms Adeniyi (Qəbələ), İnnosent Emeqara (Qarabağ) – 5.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Dünən, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Dünən, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Dünən, 10:28 Koronavirus olmasaydı... Dünən, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” 23-05-2020, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır 23-05-2020, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş 23-05-2020, 10:58 AFFA-da qanvermə aksiyası 23-05-2020, 10:57 Bakı UEFA-ya təminat verib 23-05-2020, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar