16 noy 15:21liqa

Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin”

Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin”
“Sumqayıt”lılar “torba” söhbətini yaxına buraxmadı
Nazim Süleymanovun “Sumqayıt”da duruş gətirə bilməyəcəyi gün kimi aydın idi. Baş məşqçi hələ çempionatdan əvvəl komandasının hədəfinin Avroliqaya vəsiqə qazanmaq olduğunu dilə gətirsə də, məlum heyətlə hədəfə çatmağın mümkünsüz olduğuna özündən başqa hamı inanırdı. Sadəcə, ilk 6 turdakı nəticələr istefanı yubandırdı. Çoxlarının autsayder gözündə gördüyü “kimyaçılar” 6 turdan sonra hesabına 10 xal yazdırmış, “Qəbələ” səfərindən xalla dönmüş, “Qarabağ”a uduzmalı olmadığı matçda meydanı xalsız tərk etmişdi. Avqust və sentyabr aylarında hamı “Sumqayıt”dan danışırdı.
Bəlkə də həmin 10 xal olmasaydı, Nazim Süleymanovun gedişi bu qədər söz-söhbət doğurmayacaqdı. Amma inamlı təsir bağışlayan, bütün rəqibləri özü ilə ayaqlaşmağa məcbur edən komandanın son 5 oyunun 4-də məğlub olub, yalnız 1-də heç-heçə etməsi ortaya böyük sual çıxardı: Süleymanova “torba tikilir”?
Təcrübəli çalışdırıcının qəzetimizə verdiyi müsahibənin bir hissəsini bir daha diqqətinizə çatdıraq:
- Bilirsiz, necədi?
- Necə?
- Niyə komanda ilk turlarda baxımlı oyun sərgiləyirdi, normal xallar qazanırdı? Media da “Sumqayıt”ı göylərə qaldırmışdı. Sonradan nə oldu? Nəyə görə bir anda hər şey 180 dərəcə dəyişdi? Ardıcıl qırmızı vərəqələr, uğursuz oyunlar seriyası nə deməkdi? Çox vaxt məşqçi postundan ayrılandan sonra vəziyyəti düzgün təhlil edir, yaşananları göz önünə gətirir və belədə ümumi mənzərə ona aydın olur.
- Sanki nəsə demək istəyirsiz, ancaq danışmağa ürək etmirsiz...
- Niyə elə düşünürsüz? Mən lazım olan sözləri açıq-aydın söyləyirəm. Heç kimdən və heç nədən çəkinmirəm.
- Daha çox təcrübəli futbolçulardan narazı qaldız, yoxsa gənclərdən?
- Gənclər nə vaxt oynadılar ki?
- Belə çıxır, təcrübəli oyunçular sizi kürəyinizdən vurdular...
- Futbolçunun işi meydana çıxıb baş məşqçisinin verdiyi tapşırığı yerinə yetirməkdi. Tapşırıq icra olunmursa, deməli, düşərgədə xoşagəlməz işlər gedir.
- 11 turda hiss etmirdiz ki, düşərgədə işlər düz getmir?
- İndi nəsə deməyim artıq heç nəyi dəyişməyəcək.
“Gənclər nə vaxt oynadılar ki? İndi nəsə deməyim artıq heç nəyi dəyişməyəcək” – bu iki cavabı oxuyan hər kəs söhbətin nədən getdiyini mütləq ki, anlayıb. Açıq-aşkar hiss olunur ki, Nazim bəy nələrisə bilir, sadəcə, danışmağa cürət etmir. Söhbətin təcrübəli futbolçulardan getməsi isə 1-dən sonra 2-nin gəlməsi qədər aydındı. Yəni baş məşqçi dolayı yolla da olsa, istefasının arxasında “torba”nın gizləndiyini bildirir.
Daha bir fakt isə komanda.az saytında gedən yazıda qeyd olunub. Diqqət yetirək: planın kulminasiya nöqtəsi isə “Keşlə” ilə oyundan əvvəl olub. Riad Rəfiyevin göstərişi ilə “qocalar” futbolçuları restorana yığaraq, orda yeyib-içiblər və həm də “Keşlə” ilə oyunun ssenarisini cızıblar. Ssenarinin baş “qəhrəman”ı isə Orxan Sadıqlı seçilib. Orxan Nazim Süleymanovdan xahiş edib ki, onu “Keşlə”yə qarşı oyunda meydana buraxsın. Qapıçı fikrini belə izah edib: “Sabiq klubuma qarşı oynamaq üçün yüksək motivasiyam var”. Süleymanov onun bu istəyini nəzərə alıb”.
Süleymanovun dedikləri ilə həmkarlarımızın üzə çıxardığı faktı birləşdirəndə iri cüsəlli adam üçün qəbir əmələ gəlir. Görünür, klub rəhbərliyi ilə təcrübəli futbolçular baş məşqçini “basdırmaq” üçün bütün mümkün vasitələrdən istifadə ediblər. Təbii, onlarla söhbətdə hansısa birinin “torbanı mən tikmişəm” deyəcəyinə inanmağa dəyməzdi. Amma işimiz araşdırma aparmaq, tərəflərə tribuna verməkdisə, buna əməl etməyə borcluyuq. Odu ki, 5 qırmızı vərəqədən üçünün müəllifi olan futbolçuların fikirləri ilə tanış olun.
Vurğun Hüseynov: “Vallah, deməyə söz də tapmıram. Bu gün komanda uğursuz çıxış edirsə, başda mən kapitan olmaqla hamımız günahkarıq. “Qara zolağ”a düşmüşük, ordan çıxmaq lazımdı. Ona qalsa, “Qəbələ” də neçə oyun qalib gələ bilmədi, “Qarabağ” ardıcıl neçə oyun uduzdu. Bu o demək deyil ki, orda nələrsə baş verib. Düzdü, çempionata yaxşı başlamışdıq, qələbələrimiz vardı. Sonradan 1-2 oyun uduzduq deyə, uşaqlarda müəyyən gərginlik yarandı. Meydana “birdən bu oyunu da uduzarıq” düşüncəsi ilə çıxanda, istər-istəməz işlər düz getmir. O ki qaldı təcrübəlilərin “torba tikməsi” ilə bağlı deyilənlərə, mənəm, Rail Məlikov, Əfran İsmayılov, Elvin Məmmədov – bizi tanıyan tanıyır, necə insan olduğumuzu bilirlər. Bəli, səhvlərimiz olub, qırmızı vərəqələr almışıq. Amma orda heç bir qəsddən söhbət gedə bilməz. Qəsd o vaxt olardı ki, hakimi, yaxud azarkeşi təhqir edək və ya rəqib futbolçunu lazımsız anda vuraq. Bunlar olmayıbsa, hansı qəsddən söhbət gedə bilər? Hamımız komandanın uğuru üçün istəkli olmuşuq deyə, hansısa səliqəsiz hərəkətə yol vermişik, rəqib qol vurmasın deyə yıxmışıq. Restoranda yığışmağa gəlincə, bəli, “Keşlə” ilə oyundan əvvəl daxildəki ab-havanı qaydasına salmaq üçün yığışmışıq. İdman direktoru Zamiq Hüseynov idi, biz futbolçular və məşqçilər heyəti. Nazim müəllimin özü də orda, yanımızda olub. Burda pis nə var ki? Başımla cavabdehəm ki, komandada “torba” söhbəti ola bilməz”.
Orxan Sadıqlı: “Bir neçə oyun bundan əvvələ qədər heç kim heç nə danışmırdı. Amma son 4-5 matçda qələbə qazana bilməyən kimi hərə bir söz deməyə başladı. Guya oyun veririk, bilə-bilə uduzuruq, “torba tikirik”. Halbuki “Qarabağ” və “Keşlə” ilə görüşləri çıxmaq şərti ilə digərlərində rəqiblərlə başabaş mübarizə aparmışdıq. Hətta qalib gəlmək imkanlarımız da vardı. Videoyazılara baxsaz, uşaqların üzündəki əsəbi, aqressivliyi görəcəksiz. Hamı meydanda can qoyurdu. Sadəcə, “qara zolağa düşmüşük”. Bu qədər əziyyət çəkirik, nəsə etməyə çalışırıq, alınmır. Hansı futbolçu bilərəkdən “qırmızı” alar? Qələbə əldən çıxır, “premiya”dan olursan, növbəti 1-2 oyunu buraxırsan. Sizcə, ağlı başında olan adam bunu edər? Bu gün günahı başqa yerdə, başqa əməllərdə yox, özümüzdə, meydanda yol verdiyimiz səhvlərdə axtarmalıyıq. Sabah yeni baş məşqçi gələcək, həmin səhvləri təkrarlasaq, nə vaxtsa o da gedəcək. Yenə “torba tikdilər” deyəcəklər? Ona görə də oyunumuza fikir verməliyik, səhvlərimizi etiraf etməli və təkrarlamamalıyıq. Nazim müəllim nəsə bilirsə, açıq danışması yaxşı olardı. Bildiyi nəsə varsa, desin, bilək. Mən heç nə görməmişəm, bilmirəm. Mənim aləmimdə “torba tikmək” kişilikdən deyil. Kişi belə hərəkət eləməz. Kim də edibsə, Allah bəlasını versin... “Keşlə” ilə oyunda səhvlərim oldu, danmıram. Birinci qolda və “qırmızı” epizodunda nöqsanlarım var. Amma bunu başqa nə iləsə əlaqələndirmək nə dərəcədə düzgündü? Heç kim demir ki, Orxan sonuncu rəsmi oyununa mayda çıxıb. 5 aydı rəsmi matçda qapıda dayanmırdım. 10-cu turda “Qarabağ”a qarşı oynadım, bu dəfə “Keşlə”yə qarşı. Yarım il qapıdan uzaq düşən futbolçunun səhv buraxması mümkün deyil? Halbuki “Qarabağ”la qarşılaşmanı normal keçirmişdim, ilk hissədə “Keşlə”dən top buraxmadım. Danışanda, nəyisə iddia edəndə, məsələyə hərtərəfli baxmaq lazımdı. Yenə deyirəm, özünə kişi deyən adam “torba tikməz”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar