16 noy 14:55liqa

“Sabah” MOİK-i sınağa çəkəcək

“Sabah” MOİK-i sınağa çəkəcək
Yunuszadə məşq edir, Deviç “Qarabağ”la oyunu da buraxacaq
Mösvümün startina qədər legioner həyatı yaşamağı planlaşdıran, lakin istəyinə çata bilməyən Elvin Yunuszadə çempionatın gedişində, dəqiq desək, oktyabrın 20-də “Sabah”la anlaşdı. Yeni klubu ilə müqavilə bağlamamışdan iki həftə əvvəl qəzetimizə müsahibə verən sabiq yığma üzvü fərdi məşqlər etdiyini, fiziki hazırlıq baxımından problem yaşamadığını dilə gətirmişdi.
Düşünmək olardı ki, qarşıdakı oyunlarda Elşad Əhmədov ona özünü göstərmək imkanı yaradacaq. Lakin geridə qalan təxminən bir ay müddətində bunun şahidi olmadıq. Deyək ki, “Sumqayıt”la oyundan bir gün əvvəl düşərgəyə qoşulmuşdu deyə, meydana çıxması mümkünsüz görünürdü. Maraqlıdı ki, “Zirə” və “Qəbələ” ilə görüşlərdə də oyunu kənardan izləmək məcburiyyətində qaldı. Düşünmək olardı ki, “Səbail”lə matçda forma geyəcək. Hər halda, Qəbələ səfərində müdafiənin mərkəzindəki problemlər aşkar görünürdü. Lakin Kərim Diniyevin yoxluğunda Əhmədov bu dəfə də Yunuszadəyə güvənmədi. Əvəzində gənc Eltun Turabova mütəmadi şans verir. İşin maraqlı tərəfi Elvinin adının, ümumiyyətlə, “23-lüy”ə salınmamasıdı.
Mövzuya toxunmağımız boşuna deyil. Əldə etdiyimiz bilgiyə görə, oynamaq ümidi ilə gəldiyi yeni komandasında meydana çıxmaq imkanı qazanmaması Yunuszadəni narazı salıb. Odu ki, məşqlərə soyuq yanaşır. Hətta bəzi mənbələr müdafiəçinin müqaviləni pozduğunu və ya pozmaq üzrə olduğunu iddia edir ki, intizamsız futbolçu kimi ad çıxaran Elvinin bu addımı sürpriz sayılmaz. Dolaşan söz-söhbətə aydınlıq gətirmək üçün Elşad bəyi aradıq: “Heç bir əsası olmayan şayiələrdi. Az öncə məşqimiz başa çatdı və Elvin də komanda ilə birgəydi. Ola bilsin, oynamadığına görə kimlərinsə ağlına nələrsə gəlir. Amma belə şey yoxdu. O hazırda “Qarabağ”la növbəti turun matçına hazırlaşır. Sadəcə, komandaya yeni qoşulmuşdu, formasını tam bərpa etmək üçün zamana ehtiyac vardı. Deyim ki, fiziki hazırlığı qaydasına düşməkdədi. Çox güman, “Qarabağ”la oyunda adı “23-lük”də olacaq. Meydana çıxıb-çıxmayacağına isə həmin vaxt qərar verəcəyik ”.
Komandanın keçirdiyi son iki qarşılaşmada “Qəbələ”ylə “Səbail”ə məğlub olmasını Marko Deviçin yoxluğu ilə əlaqələndirənlər az deyil. Düzdü, buraxılan 6 qolda hücumçunun yoxluğunu ön plana çıxarmaq məntiqsizlik olar. Amma fakt faktlığında qalır ki, debütant oyun planında axsayır. Cavid İmamverdiyevin məcburən hücumçu kimi çıxış etməsi yarımmüdafiə xəttinə təsir göstərir. Zədə səbəbindən son 3 oyunu buraxan təcrübəli forvardın nə vaxt yaşıl meydana dönəcəyi bilinmir. Elşad bəylə söhbətdə Deviçin noyabrın 24-də “Qarabağ”a qarşı oynaya bilməyəcəyini də öyrəndik: “Marko hazırda vətənindədi. Müqavilə bağladığı həkim var ki, müalicəsini onun yanında davam etdirir. Noyabrın 19-da Bakıya qayıdacaq. Zədəsi ilə bağlı son məlumatı və fiziki durumunu həmin vaxt biləcəyik. Çox güman, “Qarabağ”a qarşı da oynamayacaq. Bakıya qayıdandan 4 gün sonra meydana çıxacağı inandırıcı görünmür”.
Sonda onu da qeyd edək ki, srağagündən məşqləri bərpa edən “tələbələr” şənbə günü yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Rəqib birinci divizionun lideri MOİK olacaq. Oyun “Əlincə Arena”da keçiriləcək ki, start fiti saat 14.00-da çalınacaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar