07 mar 17:09liqa, reportaj

“Qəbələ” “İnter”ə də yerini göstərdi

“Qəbələ” “İnter”ə də yerini göstərdi
82 İnter (Bakı) – Qəbələ 0:2 (0:0)
1. Səlahət Ağayev – 4,0
17. Abbas Hüseynov – 4,5
14. Zurab Xizanişvili – 5,0
33. Tərlan Quliyev – 4,5
3. Denis Silva – 4,5
22. İlkin Qırtımov – 4,0
27. Adrian Skarlatake – 5,5
10. Elnur Abdullayev – 4,5
7. Mirsahib Abbasov – 4,5
(9. Pərdis Fərcad-Azad, 59) – 4,5
8. Nizami Hacıyev (k) – 4,5
(6. Samir Zərgərov, 58) – 4,5
11. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sərtan Taşkın
19. Mirhüseyn Seyidov
88. Məmməd Quliyev
98. Qara Qarayev
Baş məşqçi: Zaur Svanadze
Komadanın ən yaxşısı: Adrian Skarlatake

22. Dmitri Bezotosnı – 5,5
17. Məhəmməd Mirzəbəyov – 5,5
3. Voislav Stankoviç – 5,5
5. Rasim Ramaldanov – 5,0
(6. Rəşad Sadiqov, 63) – 5,0
88. Tellur Mütəllimov – 6,5
27. Teo Uiks – 5,5
14. Cavid Hüseynov (k) – 6,0
9. Sergey Zenyov – 4,5
(18. Baqali Dabo, 70) – 5,5
19. Filip Ozobiç – 5,5
77. Araz Abdullayev – 4,5
(11. Asif Məmmədov, 53) – 6,0
31. Daniel Subotiç – 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
8. Qismət Alıyev
10. Ruslan Qurbanov
34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Tellur Mütəllimov
Qollar: T.Mütəllimov, 71 (0:1). D.Subotiç, 82 (0:2).
Vərəqələr: R.Ramaldanov, 12 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 14 (qeyri-idman hərəkəti). T.Quliyev, 51 (qeyri-idman hərəkəti). T.Uiks, 60 (qeyri-idman hərəkəti). P.Fərcad-Azad, 83 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
4 mart. Bakı. İnter Arena. 2500 tamaşaçı (5700 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Qriqorçukun yetirmələri meydana çıxanda artıq “Qarabağ”ın qələbə qazandığını bilirdi. Bu üzdən “qırmızı-qaralar” ikiqat əzmlə mübarizə aparacaqdı. “İnter” isə cari mövsüm “Qəbələ”yə uduzmayan yeganə komanda idi. Svanadzenin komandası iddialı rəqibini məğlub etməklə aradakı xal fərqini azaltmağa çalışacaqdı.
Oyunun əvvəllərindən “Qəbələ” üstünlüyə yiyələnsə də, qonaqlar “İnter”in qapısı qarşısında təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Meydan sahibləri isə daha çox əks-hücumlara bel bağlayırdı. Meydanda sürətli oyunun şahidi olsaq da, ilk yaddqalan vəziyyət 20-ci dəqiqədə yaşandı. Arazın zərbəsini Səlahət zərərsizləşdirdi. 6 dəqiqə sonra Subotiç fərqlənməyə yaxın idi. İsveçrəli hücumçu topa toxuna bilsəydi, “atəşkəs pozulacaqdı”. Daniel 2 dəqiqə sonra yenidən diqqət mərkəzinə düşdü. Forvard bu dəfə yaxın məsafədən “çərçivə”ni dəqiq nişan ala bilmədi. Ardınca Ozobiçin uzaqdan qüvvətli vuruşundan sonra Ağayev topu kornerə çıxardı. Bu dəqiqələrdə “qırmızı-qaralar” təzyiqi artırsa da, son qərarlar düzgün verilmirdi. Belə epizodlardan biri 35-ci dəqiqəyə təsadüf etdi. Zenyov Qriqorçukun təəssüf hissi keçirməsinə səbəb olan qeyri-dəqiqliyə yol vrdi. 40-cı dəqiqədə isə azarkeşlər yenidən Araz – Səlahət duelinin şahidi oldu və yenə də qapıçı səhvsiz oynadı. Uzatma dəqiqəsində isə Ozobiç cərimə zərbəsindən topu birbaşa qapıya ünvanlasa da, “mərmi” cüzi fərqlə hədəfdən yan keçdi.
İkinci hissənin əvvəlləri bir qədər maraqsız keçdi. Bu gedişlə qələbə qazanmağın çətin olacağını anlayan Qriqorçuk Arazı zədədən yeni dönən Asiflə əvəzlədi. Onun həmkarı isə ard-arda iki dəyişikliyə əl atdı. Mirsahibi Pərdis, Nizamini isə Samir əvəz etdi. Bu dəyişiklikdən sonra “İnter” bir qədər fəallaşdı. Bu arada Rasim zədələndi və onun yerinə Rəşad meydana çıxdı. 64-cü dəqiqədə Samir az qala fərqlənəcəkdi, lakin onun vuruşundan sonra top cüzi fərqlə qapının üstündən keçdi. Az sonra Pərdisin uzaqdan zərbəsi təhlükəli alınsa da, dəqiq olmadı. 71-ci dəqiqədə isə “Qəbələ” arzuladığı qolu vurdu. Asifin qapı önünə asmasından sonra Səlahət topu ələ keçirmək istəyərkən səhvə yol verdi və əlindən buraxdı. Tellur isə boş qapını nişan almaqda çətinlik çəkmədi. Cəmi 3 dəqiqə sonra paytaxt təmsilçisi “status-kvo”nu bərpa etməyə yaxın oldu. Rauf qapıçı ilə üzbəüz çıxdığı an Tellur həlledici müdaxilə ilə komandasını qoldan xilas etdi. 76-cı dəqiqədə Raufun zərbəsi təhlükəli alınsa da, top qapının üstündən keçdi. Əvəzində isə “Qəbələ” növbəti dəfə rəqibi mərkəzə dəvət etdi. İlk yarıda bir neçə fürsəti boşa verən Daniel 82-ci dəqiqədə “qırmızı-qaralar”a rahatlıq gətirən qolu vurdu. Həmin epizodda İlkin ofsaydı pozmaqla, Səlahət isə topa reaksiya göstərməməklə yadda qaldı. Beləliklə, “Qəbələ” bir neçə saat öncə əldən çıxan liderliyi geri qaytardı. Artıq “qırmızı-qaralar”ın cari mövsüm məğlub edə bilmədiyi komanda yoxdu.
FARİZ

Gözdən qaçmadı
* Son vaxtlar kreativ plakatlarla diqqət mərkəzinə düşən “Qəbələ”nin azarkeşləri bu dəfə də maraqlı pankartlar açmışdı. Belə ki, qonaq fanatlar üzərində “Canavar tək gəzər, çaqqal sürü ilə”, “Biz tək, siz hamınız” sözləri yazılmış plakatlar nümayiş etdirdilər. * Oyundan öncə cəzalı olduğu üçün matçı buraxan Nika Kvekveskiri meydanın kənarında göründü. O sabiq komanda yoldaşları - “İnter”in üzvləri ilə mehribancasına qucaqlaşıb görüşdü. Xüsusən həmyerlisi Zurab Xizanişvili ilə söhbəti daha uzun çəkdi. Gürcü yarımmüdafiəçi daha sonra tribunaya qalxıb, oyunu burdan izlədi.
* Matçın sonlarına yaxın qonaq azarkeşlər “Qarabağ”a atmaca atmağı da unutmadılar. Onlar bir neçə dəfə xorla “Qarabağ”, sən bizə rəqib deyilsən” şüarını səsləndirdilər.

Reaksiyalar
Roman Qriqorçuk: “Aydın məsələdi ki, əsas nəticədi. Biz də bu istəyimizə nail olduq. Oyunun əvvəlində həddən artıq istəkli olmağımızdan və həyəcandan müəyyən tələskənlik var idi. İkinci yarıda isə hər şey qaydasına düşdü. Düşünürəm ki, hesab tam oyuna görə oldu. Bəlkə də futbolçuların tələskənliyi daha əvvəl keçirilən “Sumqayıt” - “Qarabağ” matçının nəticəsini bilmələri ilə bağlıdı. Əslində isə belə olmamalıdı. Bu da oyunçuların həyəcan keçirmələrinə əlavə səbəbdi. Onlarda nəsə alınmayanda narahat olurdular. Yaxşı ki, fasilədən sonra bunu aradan qaldırdıq və inamlı təsir bağışladıq. Həm Baqali Dabonun, həm də Daniel Subotiçin eyni vaxtda meydanda olması mümkündü. Biz daha çox futbolçuların hansı durumda olmasına baxırıq. Baqali zədədən qayıdıb. Bir müddət də özünü narahat hiss edirdi, həm də meydan amili var idi. Süni meydanlarda oynamalı olurduq. İndi məşqlərdə izləyirəm ki, Dabo daha yaxşı durumdadı. Artıq ondan müəyyən zaman kəsiyində yox, tam yararlana bilərik. Rasim Ramaldanovun reaksiyasına əsasən ciddi zədələndiyi görünür. Bu qədər zədəlinin olması həddən artıqdı. İlk baxışdan xəsarəti ciddidi. Qarşıdakı qısa fasilədə, sadəcə, məşq üçün daha çox vaxtımız olacaq. Amma fasilədən qeyri-adi şəkildə istifadə edəcəyimizi deyə bilmərəm. Yığma üzvləri də bizimlə olmayacaq. 6 futbolçunun yoxluğu hazırlıq prosesi baxımından mənfi məqamdısa, digər tərəfdən bu oyunçularımızın milliyə çağırılması ilə fəxr edirik. Ümumiyyətlə, mən bütün futbolçularımızın yığmada oynamasını istəyərdim. Bu, klub üçün də nüfuzdu. Başa düşürük ki, biz də millini anlayışla qarşılamalıyıq. Çünki Qətərlə qarşılaşma ciddi oyuna hazırlıq məqsədi daşıyır”.
Zaur Svanadze: “Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə bir qədər “artırdıq”. Amma bu anda qol buraxdıq. “Qəbələ” güclü komandadı. Növbəti görüşə hazırlaşmaq lazımdı. Zərgərovla Fərcad-Azadın meydana çıxması taktiki dəyişiklik deyildi. Hər iki futbolçunun fərqlənmək imkanı oldu. Hesab 0:0 olarkən Samirin yaxşı qol imkanı var idi. Heç nəyə görə rahatlaşmırıq. Aşağıdakı komandalarla xal fərqi o qədər də böyük deyil. “Qarabağ”a uduzsaydıq, fərq azalardı. Komandam arxayınlaşmır. Hazırda 24 futbolçumuz var ki, onlardan 8-9-u gəncdi. Məcburuq onları oynadaq. Fasilədən sonra 2-3 gündən bir oynayacağıq. Bu isə bizə çətinlik yaradacaq. Çünki ehtiyat qüvvəmiz azdı. Maaşlar? Deyiblər ki, ayın 10-na qədər veriləcək”.
Tellur Mütəllimov: “Çox şadam ki, komandamın qələbəsində mənim də rolum var. Çalışacam bu şəkildə davam edim. Əlbəttə, qollarımı sıralamaq şərti ilə. “Ulduz xəstəliyi”? Elə şey olmayacaq. Çalışacam necə varamsa, o cür də qalım, yoluma davam edim. Yığmaya dəvət olunmağıma gəlincə, Robert Prosineçkiyə təşəkkür edirəm. Milliyə düşmək, onun formasını geymək hər bir futbolçu üçün şərəfdi. Buna nail olduğuma görə sevinirəm. Əlbəttə, bunun daimi olması üçün çalışmalıyam. Düzü, yığmaya dəvət ediləcəyimi gözləmirdim. Bütün fikrimi “Qəbələ”nin oyunlarına yönəltmişdim. Burda möhkəmlənmək haqda düşünürdüm. Bu, sürpriz oldu. “Qəbələ”nin müdafiə xəttində tez-tez dəyişiklik edilməsinin mənim oyunuma elə bir təsiri olmayacaq. Çünki meydana çıxan hər bir futbolçu güclüdü. Hamımız işimizin öhdəsindən gəlirik. Mərkəz müdafiəçilərinin dəyişməsi fərq etmir. Növbəti oyunda “Neftçi” ilə qarşılaşacağıq. Çətin olacaq. Bəli, rəqib yaxşı formadadı. Heyətə yeni futbolçular cəlb ediblər. Artıq bir dəfə onlarla oynamışıq. Bu dəfə də sərfəli nəticə qazanacağımıza inanıram”.
Teo Uiks: “Gəldiyim ilk gündən deyirəm ki, qələbə qazandığımız hər bir oyun çox vacibdi. Xüsusilə də indiki məqamda bu qələbə əvəzsizdi. Hesabın gec açılması, eləcə də “Qarabağ”ın qələbə qazanması bizi narahat etmirdi. Təzyiq yaradan məqam bütün oyunları udmalı olmağımızla bağlıdı. Yeni gələndə baş məşqçi mənə inanırdı. Meydana buraxanda arxayın idi, bilirdi ki, tapşırıqları yerinə yetirəcəm. İndi də üzərimə düşəni edirəm. Amma heyəti baş məşqçi müəyyənləşdirir. Meydana Nikanı və ya məni buraxmaq onun verəcəyi qərardı. Futbolçudan asılı məqam üzərinə düşəni etməkdi. Təbii ki, çalışdırıcı futbolçusuna inanırsa, futbolçusu da ulduz ola bilər. Hər bir oyun çətindi və vacibdi. Səfərdə və ya doğma meydanda çıxış etmək oyunu yüngülləşdirmir. Azarkeşlərin stadiona gəlməsi hər bir komanda üçün vacibdi. Onlar stadiona nə qədər çox gəlsələr, sevimli komandaları, futbolçuları üçün oynamaq rahat olar. Xüsusilə də çempionluq yarışında onların dəstəyi çox vacibdi. Belədə futbolçular rahat olur. Futbolda azarkeş amili çox vacib məqamdı”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar