13 noy 18:18liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...qəzəbi...

“Qəbələ” – “Qarabağ” qarşılaşması olan yerdə “Neftçi” – “Zirə” oyunu turun səs-küylü görüşü sayılmırdı. Komandaların heyəti və turnir cədvəlindəki mövqeyi “ağ-qaralar”ın asan qələbəsindən xəbər verirdi. Lakin 90 dəqiqə boyunca izlədiklərimiz tura damğa vurdu. Daha nələr yaşanmadı ki?! Ölümdən qayıdanlar oldu, meydana pişik girdi, məşqçi texniki zonadan qovuldu və ən əsası, futbolçular arasındakı mübarizə, savaş.
Lakin bir məqam yaşandı ki, səbəbi heç kimə məlum olmadı. Qonaqların futbolçusu Vüsal İsgəndərli hesabı 2:2 edəndən sonra qol sevincini qeyri-adi şəkildə qeyd etdi. Künc bayrağına tərəf yaxınlaşdı və olduqca çılğın şəkildə barmağı ilə “sus” işarəsini verdi. Və eyni hərəkəti təxminən 20 saniyə təkrarladı. Hətta yolüstü bir-iki ağız sözü də dodalarının arasından buraxdı. Komanda yoldaşları və baş məşqçi Samir Abasov “17 nömrə”ni güclə sakitləşdirdilər.
O qəzəb kimə idi? Birdən-birə nə baş verdi? Etdiyi hərəkət peşəkar futbolçuya yaraşırmı? Səbəbkar danışır: “Bildiyiniz kimi, meydana sonradan çıxdım. O vaxta qədər ehtiyat oyunçular skamyasında əyləşmişdim. “Neftçi” ilk qolu vurandan sonra arxamızdakı tribunada oturan təxminən 40-45 yaşlarında bir nəfər bizi söyməyə başladı. Özümüzü söysə, dərd yarı. Olduqca ağır ifadələr səsləndirirdi. Hətta Samir müəllim də eşidirdi, amma özünü güclə saxlayırdı. Sonradan yenə bir neçə dəfə atmacalar atmağa başladı. O azarkeşin dedikləri qulağımdan getmirdi. Qol vuran an bir müddət dayandım və həmin söyüşlər yadıma düşdü. Özümdən asılı olmadan o cür reaksiya verdim. Təbii, doğru hərəkət deyil. Peşəkaramsa, əsəblərimə hakim olmalıyam. Lakin bəzən elə an olur ki, adam heç nə düşünmür. Edirsən və sonra yadına salanda düz etmədiyini anlayırsan. Yeri gəlmişkən, oyundan sonra sosial şəbəkədə “Forza Neftçi”nin üzvlərindən yazan olmuşdu. Etdiyim jestin kimə ünvanlandığını soruşdular, mən də başa saldım. Halbuki atam qatı “Neftçi” azarkeşidi. Gözümü açandan evdə “Neftçi” adını eşitmişəm. Heç vaxt bu komandanın özünə və azarkeşlərinə hörmətsizlik etməmişəm, etmərəm də. Sadəcə, söyüş məsələsi məni özümdən çıxardı”.
...etirazı...
“Qəbələ”nin cari mövsümdə özünə bənzəməməsində yaydakı dəyişikliklərin olduqca böyük “rolu” var. Komandanın “generalı” Roman Qriqorçuk Azərbaycanı Qazaxıstan “ordusuna” dəyişdisə, iki “polkovnik” – Filip Ozobiçlə Baqali Dabo gözlənilmədən “düşmən cəbhəsi”ndə peyda oldu. Ukraynalının gedişi ciddi səs-küyə səbəb olmadı. Onsuz da bölgə təmsilçisini tərk edəcəyinə dair siqnal çoxdan verilmişdi. “Qəbələ”nin başında olduğu ilk dönəmlərdə komandanı Avroliqanın qrupuna daşıyan təcrübəli çalışdırıcı çempionluq və kubok intizarına son qoya bilməyəndən sonra azarkeşlərin gözündən düşmüşdü.
Dabo ilə Ozobiçin gedişi isə... Ona görə qəzəb və etirazla qarşılanır ki, hər iki futbolçu “Qəbələ” rəhbərliyi ilə danışıq aparırdı. Hətta yeni müqavilə bağlayacaqlarına dair inam var idi. Lakin son anda fikirlərindən daşınıb “Neftçi” və “Qəbələ” ilə anlaşması qəbələli azarkeşləri özündən çıxardı. Bu səbəbdən hər iki futbolçu Qəbələdə normal qarşılanmır. “Qarabağ”la oyundan sonra “Red Black Army”nin üzvlərindən birinin Filipə yaxınlaşıb kəskin etiraz etməsi, daha sonra deyilənə görə, futbolçuya tərəf tüpürməsi birmənalı qarşılana bilməz. Axı Ozobiç vurduğu qolu xüsusi sevinc hissi ilə qeyd etmədi. Sadəcə, futbolçu borcunu yerinə yetirib, qol vurdu, qol ötürməsi verdi. Qısası, cörək yediyi komandaya fayda verməyə çalışdı.
Belədə narazılığın kökündə dayanan nədi? Suala aydınlıq gətirmək üçün yuxarıda adı çəkilən fanklubun rəhbəri Cavad Şərifli ilə əlaqə saxladıqda düşündürücü cavab aldıq: “Bəli, bizim fanklubun gənc üzvü idi. Ozobiçə əsəbləşməsi tək bu oyuna görə deyildi. Yayda komandanı qoyub gedəndən sonra həm ona, həm də “Neftçi”yə keçən Daboya nifrət yaranıb. Futbolçu maliyyə şərtləri sərfəli olan komandaya üz tutanda hardasa baş düşmək olur. Amma bizdə olan məlumata görə, Filip “Qarabağ”la bizdə qazandığı qədər pul alır. Üstəlik, rəhbərliyə “Qəbələ”də qalacağına dair söz vermişdi. Çətin vəziyyətdə, heç kimin gözləmədiyi halda komandanı qoyub getdilər. Ona görə də azarkeşlər onları bağışlaya bilmir. O qədər futbolçu var ki, “Qəbələ”dən sonra başqa komandada çıxış edib. Onlara niyə söz deyən yoxdu? Ona görə ki, vəziyyəti başa düşmüşük. Açığı, bəlkə də həmin olay olmayacaqdı. Filipin qol vurması, məhsuldar ötürmə etməsi əsəbləri bir az da gərginləşdirdi. Qol vurandan sonra sevinməməsi heç nəyi dəyişmir. Guya sevinsə, nə olacaqdı, sevinməsə nə? Əsas olan qoldu, onu da vurdu. O sevinmirdi, əvəzində komanda yoldaşları başına yığışıb sevinirdilər”.
...oğurluğu
“Bayıl Arena”da yeni baza tikildi, yarımcan tablo tam gücü ilə işləməyə başladı, hətta jurnalistlərin şəxsi maşını ilə stadion ərazisinə daxil olmasına icazə də verildi. Amma təhlükəsizlik tədbirləri ilə bağlı nöqsanlar həllini tapmaq bilmir ki bilmir. Artıq neçə illərdi – hələ “Rəvan” premyer-liqada çıxış edən dönəmlərdən - Bayıldakı arenanın qazonu oyun başa çatan kimi azarkeşlərin istirahət məkanına çevrilir. Məhəccərləri aşmaqla rahat və maneəsiz şəkildə qazona ayaq basan xüsusən də azyaşlı tərəfdarlar istədiyini edir. Biri futbolçunu butsunu ayağından çıxarmağa məcbur edir, bir başqası şəkil çəkdirir, kimisə də ehtiyat oyunçular skamyalarını gözdən keçirir ki, birdən nəsə yaddan çıxıb qalar.
“Sumqayıt” – “Keşlə” matçında isə daha “gözəgəlimli” hadisəyə tamaşa etdik. Belə ki, Əliyar Ağayev final fitini səsləndirən kimi meydana axışan azyaşlılar “Sumqayıt”a məxsus “Nike” toplarından üçünü “fırladıb” qaçmağa nail oldular. Hərəsinin dəyəri azı 100, ümumilikdə 300 manatlıq toplar idi. Lakin az sonra məlum oldu ki, “Sumqayıt”ın mühafizəçiləri “cinayətkarları” vaxtında ələ keçirib. İşin maraqlı tərəfi tribunanın arxasına tərəf qaçan azarkeşlərin qaranlıq havada necə və hansı yolla tutulmasıdı. Suala klubun Təhlükəsizlik Xidmətinin rəisi Elnur İbişovla söhbətdə aydınlıq gətirdi: “Oyun başa çatandan sonra ənənəvi olaraq meydanın ətrafını gözdən keçirirdim. Bu an “Keşlə”nin futbolçusu Ruslan Əmircanovla bizim inzibatçı üç topun azarkeşlər tərəfindən oğurlandığını dedilər. Hansı istiqamətə qaçdıqlarını soruşdum və dərhal özümü əsas giriş-çıxış qapılarına çatdırdım. Kənarda dayanıb müşahidə edəndə 2-3 nəfərin mənə tərəf baxıb pıçıldaşdığını gördüm. Dərhal bildim ki, bunlardı. Çantalarını açdırdım, topun biri onlardan çıxdı. Topu atıb qaçdılar. Yenə kənara çəkildim və bu dəfə daha bir qrupun gülə-gülə gəldiyini müşahidə etdim. Aralarında ikisi topu gödəkçələrinə bükmüşdülər. Yaxınlaşıb “top” deyən kimi, onlar da topları atıb qaçdılar. Balaca uşaqlar idi, hardasa 10-12 yaşlarında. Uşaqdılar da, onları tutub nə deyəsən? Özümüz də uşaq olmuşuq. İlk belə hal deyil. Çox görmüşəm. Amma hüç bir çətinliklə üzləşmirəm. 50 nəfərin üzünə baxım, yaxud kənardan müşahidə edim, sizə deyə bilərəm ki, top hansındadı. Təhlükəsizlik xidmətinin rəisiyəmsə, belə məsələlərdə fəal olmağım normaldı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar