07 mar 17:00liqa, reportaj

“Qarabağ” “Sumqayıt”ı yenə “kötəklədi”

“Qarabağ” “Sumqayıt”ı yenə “kötəklədi”
81 Sumqayıt – Qarabağ (Ağdam) 0:4 (0:2)
1. Fərhad Vəliyev – 4,0
74. Yusif Nəbiyev – 4,0
3. Vurğun Hüseynov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,0
13. Bəhlul Mustafazadə - 3,5
(42. Kamran Abdullazadə, 62) – 4,0
19. Azər Salahlı – 3,5
8. Nicat Muxtarov – 4,0
(77. Ehtiram Şahverdiyev, 52) – 4,0
97. Xəyal Nəcəfov – 4,0
7. Sergey Çernışev – 3,5
(9. Amil Yunanov, 70) – 3,5
10. Məhəmməd Qurbanov – 3,5
22. Mirabdulla Abbasov – 3,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Seymur Əsədov
18. Süleyman Əhmədov
20. Fərhad Qıstarov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov

13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 5,5
14. Rəşad Sadıqov (k) – 5,5
(32. Elvin Yunuszadə, 65) – 5,0
55. Bədavi Hüseynov – 5,5
18. İlqar Qurbanov – 5,5
91. Coşqun Diniyev – 5,5
20. Riçard Almeyda – 5,5
10. Muarem Muarem – 6,0
8. Miçel – 5,5
44. Ağabala Ramazanov – 5,5
(15. Rahid Əmirquliyev, 67) – 5,5
6. Dino Ndlovu – 5,0
(11. Mahir Mədətov, 72) – 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
22. Əfran İsmayılov
21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Muarem Muarem
Qollar: Miçel, 23 (0:1, M.Muarem). R.Almeyda, 45+1-p. (0:2). M.Muarem, 49 (0:3, A.Ramazanov). B.Hüseynov, 60 (0:4, M.Muarem).
Vərəqələr: B.Mustafazadə, 24 (qeyri-idman hərəkəti). S.Çernışev, 58 (hakimin qərarına etiraz). M.Qurbanov, 62 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAMİL DİNİYEV, Yaşar Abbasov, Namiq Hüseymov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Vaqif Davudov (Bakı).
4 mart. Sumqayıt. Kapital Bank Arena. 2500 tamaşaçı (1520 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Buna qədər cari mövsümdə 4 dəfə (ikisi kubok qarşılaşmasıdı) üz-üzə gələn rəqiblərin əvvəlki duellərində qələbəni “köhlən atlar” bayram etdiyindən, “kimyaçılar”ın bu dəfə qisas alacağını düşünmək olardı. Ancaq Qurban Qurbanovun yetirmələri yenə “gənclik şəhəri”nin təmsilçisinin daşını daş üstə qoymadı. Son iki turda xal üzünə həsrət qalan qonaqlar ilk dəqiqələrdən üstünlüyə yiyələnib rəqibi öz qapısına doğru sıxışdırmağı bacardı. Ağdamlılar artıq 14-cü dəqiqədə fərqlənməyə yaxın oldu. Aqollinin sol cinahdan qapı önünə asmasına Fərhad barmaqlarının ucu ilə toxununca, dirəyə dəyən top geri qayıtdı. Meydan sahiblərinin isə yaddaqalan ilk hücumu 21-ci dəqiqəyə təsadüf etdi. Standart vəziyyətdən sonra qapı önünə asma zamanı Salahlı topu başla “çərçivə”yə göndərsə də. zərbəsi zəif alındığından Şehiç çətinlik çəkmədən onu tutdu. 23-cü dəqiqədə, nəhayət, qonaqların fəallığı bəhrə verdi. Muaremin cərimə meydançasına asmasını müdafiəçilərin arxasından çıxan Miçel başla dəqiq tamamladı. Qol vəziyyətində “kimyaçılar”ın arxa xətt oyunçularının nə işlə məşğul olduğu, niyə əllərini yanlarına salıb ispanın fərqlənməsini müşahidəçi qismində seyr etdiyini oyunu tribunadan izləyənlərin heç biri başa düşmədi. Hesabda geri düşən “ağ-göylər” təxminən 10 dəqiqə normal oyun sərgilədilər. Artıq topu hara gəldi vurmayan Abasovun yetirmələri “mərmi”ni özündə saxlayır, meydanın mərkəzində normal ötürmələr verməyi bacrırdılar. Hətta arada sumqayıtlılar 3 dəqiqəyə yaxın qonaqları topsuz qoydular ki, həmin an bir çoxları “deyəsən, “Sumqayıt” “Qarabağ”ı öz silahı ilə vurmaq istəyir” kimi fikirlər səsləndirdilər. Ancaq meydan sahiblərinin bu hökmranlığı çox çəkmədi. Komanda yoldaşlarının “boşaldığını” görən Sadıqov səsinin tonunu qaldırınca, qonaqlar toparlanmağı bacardılar və ilk dəqiqələrdə olduğu kimi, yenidən oyuna nəzarəti ələ keçirdilər. Bu dəqiqələrdə “köhlən atlar”ın xüsusilə sol cinahı daha işlək idi. Aqolli – Muarem cütlüyü meydanda istədiyini edir, ard-arda rəqib qapısı önündə təhlükə yaradırdılar. 29-cu dəqiqədə makedoniyalının növbəti asması zamanı qapı önündə nəzarətsiz qalan Riçarda heç kim mane olmasa da, yarımmüdafiəçi topa istədiyi kimi toxuna bilmədi. Artıq hamı ilk hissənin qonaqların minimal üstünlüyü ilə başa çatacağını düşündüyü anda baş hakim meydan sahiblərinin qapısına şübhəli penalti təyin etdi. Muaremin cərimə meydançasına ötürməsinə yetişmək istəyən Mişel Bəhlulla mübarizədə yerdə qalınca, Diniyev “nöqtə”ni göstərdi. Topun arxasına keçən Almeyda isə şansını qaçırmadı. İlk yarıda rəqibdən aşkar zəif təsir bağışlayan “Sumqayıt”ın artıq iki top fərqi ilə geri düşdüyünü nəzərə aldıqda, fasilədən sonra geridönüş edəcəyinə ən nikbin yerli azarkeş belə inanmırdı.
Gözləntilər özünü doğrultdu. İkinci yarı başlar-başlamaz, 48-ci dəqiqədə qonaqların heyətində ən yaxşılardan olan Muarem baxımlı qolla 3-cü dəfə “ağ-göylər”i meydanın mərkəzinə dəvət etdi. Bu qolda Ağabalanın ötürməsini və Riçardın topu daha əlverişli mövqedə olan komanda yoldaşına buraxmasını da qeyd etmək lazımdı. 60-cı dəqiqədə isə hücuma qoşulan Bədavi Muaremin asmasını başla dəqiq tamamlayaraq oyunda son nöqtəni qoydu. Qalan dəqiqələrdə meydan sahibləri heç olmasa, təsəlli qolunu vurmaq üçün nəsə etməyə çalışsa da, bu mümkün olmadı.
RƏŞAD

Gözdən qaçmadı
• Hakim start fitini səsləndirməmişdən öncə təxminən 6 yaşlı oğlan uşağının meydanboyu ora-bura qaçması tribunadakıların təəccübünə səbəb oldu. Həmin uşağın kimliyi ilə maraqlandıqda məlum oldu ki, balaca qəhrəman “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyevin oğlu Fikrətdi. Deyəsən, o da atası ilə birgə “Qarabağ”ın futbolçularını salamlamağa çıxmışdı.
• Ötən tur “İnter”lə oyunda azarkeşlərlə mübahisə edən Rəşad Sadıqovu fanatlar “Kapital Bank Arena”da çox isti qarşıladılar. Hər iki klubun azarkeşləri “ən böyük kapitan bizim kapitan” söyləyərək, onu alqışladılar.
• İkinci hissənin sonlarına yaxın laysmanın qərarından narazı qalan Samir Abasov üzünü ona tutaraq “a kişi, “Qarabağ” 4 dənə vurub e, siz hələ də “mondrajdasız”, imkan verin futbol oynayaq da” söyləyərək, başını yelləyə-yelləyə yan xətt hakimindən uzaqlaşdı.

Abasov reallıqla arzunun fərqinə varıb
Qurbanov: “Son vaxtlar hakimin qərarına münasibət bildirmək sanki dəb halını alıb”

Matç başa çatandan sonra ənənəvi olaraq hər iki baş məşqçinin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə jurnalistlər qarşısına “köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov çıxdı.
- Öncə “Sumqayıt”ın azarkeşlərinə təşəkkür edirəm, komandamızı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə də “çox sağ ol” deyirəm. Oyuna gəlincə, komandanın üzərində təzyiq var idi. Bu da hardasa bizə əlavə problemlər yaratmışdı. Böyük hesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda da hiss olunurdu. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Qarşıdakı 2-3 gündə futbolçularıma istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Millinin düşərgəsinə yollanan futbolçulara da uğurlar arzulayıram. Yaxşı olardı ki, indiki vəziyyətdə bütün komanda ilə birgə olardıq. Ancaq nə etmək olar, elə vaxta təsadüf edib ki, millinin təlim-məşq toplanışı keçirilir.
- Miçel oyunun əvvəllərində meydanda rəqib futbolçular və komanda yoldaşları ilə çox danışır, narazılıq edirdi. Hətta bir məqamda onu yanınıza çağırıb nəsə dediz. Bu, nə ilə bağlı idi?
- Miçel məğlub olmağı bacarmayan futbolçudu. Belə bir hal olanda istər-istəməz gərginlik olur ki, bu da normaldı. Düzü, belə futbolçulardan çox xoşum gəlir, amma bunun da həddi var.
- “Sumqayıt”ın qapısına təyin olunan penalti epizodu ilə bağlı nə deyə bilərsiz? Fasilədə Rəşad Sadıqov Diniyevlə bu barədə söhbət də etdi.
- Hər dəfə fikir bildirəndə düzgün olmur. Hər bir oyun vəziyyətinə fikir bildirəcəyiksə... Bu haqda danışmaq istəmirəm. Son vaxtlar hakimin qərarına münasibət bildirmək sanki dəb halını alıb. Məncə, bu cür müzakirələr heç kimə fayda vermir. Belə fikir bildirməklə bəlkə də azarkeşlərin futbola sevgisini azaldırıq. Rəşada gəlincə, onun baş hakimlə nə danışdığını bilmirəm. Onunla bu haqda söhbət etməmişik.
- Millinin toplanışında 10 futbolçunuz iştirak edəcək. FİFA reyestrinə daxil olmayan oyuna bu sayda yetirmənizin dəvət olunması çempionluq mübarizəsində sizə problem yaratmayacaq?
- Açığı, əvvəlcədən razılıq olmuşdu. Antalya toplanışı zamanı millinin məşqçiləri ilə görüşmüşdük. Hələ onda bilirdik ki, martda millinin toplanışı olacaq. Bir də tək bizimkiləri çağırmayıblar ki... Səhv etmirəmsə, “Qəbələ”nin 6 oyunçusu Robert Prosineçkinin sərəncamına yollanacaq. Mən həmişə demişəm ki, fiziki cəhətdən heç bir futbolçudan narazı deyiləm. Amma bayaq qeyd etdiyim kimi, belə məqamlarda komandanın bir yerdə olması bizim üçün daha yaxşı olardı. Məncə, çox təsiri olmayacaq.
- Sizcə, Şahruddin Məhəmmədəliyev və Arif Daşdəmirov millidə oynamağa layiqdilər?
- Bu, mənə aid olmayan sualdı. Baş məşqçi kimi mən futbolçularımı hazır sayıram. Düzdü, Arif son oyunlarda meydana çıxmır. Ancaq bu o demək deyil ki, milliyə layiq deyil. Yenə deyirəm, belə fikirlər futbolçuya mənfi təsir göstərə bilər. Şahruddin də, Arif də Antalya toplanışında bütün matçlarda forma geyiblər. Məhəmmədəliyev fasilədən sonra 1 oyunda əsas heyətdə yer alıb.
Qurbanovdan sonra meydan sahiblərinin baş məşqçisi Samir Abasov qələm əhlinin suallarını cavabladı.
- Bu oyun məşçilər koprusuna, futbolçulara bir daha göstərdi ki, arzular başqadı, reallıq başqa. Bu, bizə bir cavab oldu. Bir neçə gün öncə avrokuboklar haqda düşünürdük. “Qarabağ”la qarşılaşma bir daha qitəmiqyaslı tunirlər haqda danışmağın tez olduğunu ortaya qoydu. 90 dəqiqədə bəzən elə məqamlar yaşandı ki, məni susmağa vadar etdi. Bu gün qarşılaşdığımız rəqib son illər Avroliqanın qrupunun daimi iştirakçısıdı. Səviyyə fərqi göz önündədi. Ümumiyyətlə, belə oyunla çətin ki, 4-cü yeri tuta bilək. Bu baş versə belə, bunun adını təsadüf, möcüzə, nə bilim, nə istəsəz, qoya bilərsiz.
- “Sumqayıt”, adətən, 3 mərkəz müdafiəçisi ilə oynasa da, bu gün sistemi dəyişərək 4-lü müdafiədən istifadə etdiz. “Qarabağ” kimi güclü rəqiblə oyunda sistem dəyişməyi nə ilə izah edə bilərsiz?
- Beş müdafiəçi ilə oynadığımız kubok oyununu yada salın, 6 qol buraxmışdıq. Bu gün istədik cəsarətli futbol oynayaq. Ancaq alınmadı. Sistemi bir kənara qoyaq, uşaqlar sanki “Qarabağ”ın adından qorxub həyəcanlanmışdılar. Elə sadə səhvlərə yol verirdilər ki, özüm məəttəl qalmışdım. Ardıcıl iki normal ötürmə verə bilmirdik. Fərhadla Vurğundan başqa sanki meydanda heç kim yox idi. Onlar da daha çox təcrübənin hesabına nəsə etməyə çalışırdılar.
- Adətən, sərkərdəsi həyəcan keçirən əsgər qorxur. Sizdə də oyundan öncə həyəcan var idi?
- Xeyr, qətiyyən. Ancaq belə alındı. Uşaqlar elə səhvlər etdi ki, deməyə söz yoxdu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:05 Həftənin idman proqramı Dünən, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı Dünən, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək Dünən, 16:58 Qurban Qurbanov yığmadan getdi Dünən, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək Dünən, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! Dünən, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur Dünən, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı Dünən, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı Dünən, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq Dünən, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” Dünən, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi Dünən, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü Dünən, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi Dünən, 16:33 Bayılda səssizlik... Dünən, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş Dünən, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi Dünən, 16:20 “Neftçi” müdafiəçi transfer etdi Dünən, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu Bütün xəbərlər
Ən çox oxunanlar