11 noy 13:33liqa

“Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb”

“Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb”
“Sumqayıt”ın prezidenti “qara zolağa düşdüklərini” deyir
Sumqayıtın adı çəkiləndə dərhal ağla gələn nədi? Kimya zavodları, futbol və təhsil. SSRİ dönəmində şəhər bu amillərə görə həmişə öncüllər sırasında olub. Müstəqillik illərində də illərə söykənən ənənə qismən davam edib. Ekoloji cəhətdən müasir standartlara cavab verməyən zavod və fabriklərin əvəzində yeni istehsal sahələri yaradılıb, təhsildə qazanılan uğurlar davam etdirilib. Futbol isə... Hələ də yerində sayır. “Gənclik şəhəri” istedadlı yetirmələrinin varlığına rəğmən, bir dəfə də avrokuboklarda təmsil olunmayıb. Son iki mövsümdə “kimyaçılar” buna yaxın olsalar da, son anda ya bəxtsizlikdən, ya da öz günahlarından Avropaya “bilet”i başqalarına veriblər. Ötən mövsümün sonunda prezident postuna gətirilən Riad Rəfiyev ilk gündən komandanın qarşısına böyük hədəflər qoydu. Samir Abasovun baş məşqçi olduğu dönəmdə istəyinə çatmayan gənc rəhbər yeni çalışdırıcının – Nazim Süleymanovun da qarşısına eyni hədəfi qoymaqla yadda qaldı. Və buna görə də baş məşqçi üçün ideal şərait yaratdı. Heç kimə sirr deyil ki, 2017/18 mövsümü ilə müqayisədə “ağ-göylər” bu il daha güclü heyət formalaşdırıb. Hazırda Nazim bəyin sərəncamında əvvəlki komandadan qalmış Vurğun Hüseynov, Rail Məlikov, Bəxtiyar Həsənalızadə kimi təcrübəlilərlə yanaşı, Əfran İsmayılov, Elvin Məmmədov, Şəhriyar Rəhimov kimi özünü təsdiqləmiş futbolçular var. Aleksey İsayevlə Əli Babayev də öz yerində. Bütün bunlara baxmayaraq, Nazim bəyin komandası hazırda “avrokubok zonası”ndan uzaq düşüb. Və turdan-tura komandanın göstəriciləri pisləşir. Komanda ilə bağlı bizi maraqlandıran suallara cavab tapmaq üçün “kimyaçılar”ın prezidenti ilə söhbətləşməyə qərar verdik. Riad bəy əvvəlcə işinin çoxluğunu əsas gətirərək müsahibə verməkdən imtina etsə də, israrımızı nəzərə aldı.
- Qarşısına avrokuboklara vəsiqə qazanmağı məqsəd qoyan komanda artıq 4 oyundu 3 xala həsrət qalıb. Və bunun da nəticəsi kimi hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Son durumla bağlı fikirlərinizi bilmək istərdik.
- Əvvəlcə onu bildirim ki, komandanın turnir cədvəlindəki mövqeyi məni çox üzür. Qalib gəlmədiyimiz oyunların çoxunda baxımlı oyun göstərsək də, 3 xal qazana bilməmişik. Tarixdə isə ancaq nəticə qalır. Bu günün reallığı odu ki, yaxşı futbol yox, pis oynayıb qələbə qazanmaq vacibdi. Çempionatın sonunda toplanan xallara görə işə qiymət veriləcək, azarkeşlərin könlünü oxşayan oyuna yox. Bu gün “qara zolaqda olduğumuzu” başa düşürəm və ümid edirəm ki, artıq bu həftə uğursuzluğa son qoyacağıq. Bunun üçün də rəhbərlik olaraq əlimizdən gələni edirik.
- “Əlimizdən gələni edirik” deyəndə nəyi nəzərdə tutursuz?
- “Sumqayıt” bu gün premyer-liqada tək-tük klublardandı ki, istər maaşlar, istərsə də mükafatlar vaxtında verilir. Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb. Yəqin ki, siz də mənimlə razılaşarsız ki, futbolda da əsas məsələ puldu. Futbolçuları həmişə narahat edən əsas məsələ məhz bu olub. Sponsorlarımız, klubun əsas himayədarı olan “Azərikimya” rəhbərliyi üzərinə düşən öhdəliyi daim vaxtında yerinə yetirib və yetirir ki, buna görə fürsətdən istifadə edib onlara təşəkkür edirəm. Uğursuz seriyadan sonra bu gün futbolçularımıza əlavə istirahət imkanı yaratmışıq. Bu gün kollektiv rəhbərliyin və məşqçilər korpusunun iştirakı olmadan Bakıdakı restoranların birində süfrə arxasında əyləşib. İmkan yaratdıq ki, futbolçular öz aralarında söhbət etsinlər, “qara zolaqdan çıxmaq” yönündə fikir mübadiləsi aparsınlar. Mən bu tədbirə “qalstuksuz görüş” adı qoymuşam. İmkan yaratdıq ki, kollektiv bu sözə layiq görüş keçirsin. Çünki qarşıda bizi “Keşlə” ilə çox önəmli oyun gözləyir.
- Qeyd etdiz ki, bu gün futbolçular özləri bir araya gəliblər və rəhbərlikdən heç kim həmin görüşdə iştirak etməyib. Belə çıxır ki, mətbuatda yazılanlar hardasa özünü doğruldur...
- Nəyi nəzərdə tutursuz?
- Nazim Süleymanovun artıq dillər əzbəri olmuş “külək hayandan əsdi” məsəlini xatırlatmaq istəyirəm. Süleymanova etimad limitiniz nə qədərdi?
- (bir qədər fikrə dalır). Nazim müəllim bu gün “Sumqayıt”ın baş məşqçisidi. Rəhbərlik olaraq bu gün biz ona inanırıq və güvənirik. Heç bir limitdən söhbət gedə bilməz. Mənə elə gəlir ki, tezliklə komanda Süleymanovun rəhbərliyi altında uğurlu seriya yaxalayacaq.
- Növbəti turda da “Sumqayıt” məğlub olsa, bəs necə?
- Xahiş edirəm nəhs gətirməyin. Hər şeyin yaxşı olacağına inanaq.
- Bu gün “Sumqayıt”ın heyətində Aleksey İsayev sərgilədiyi oyunlar hamının diqqətini cəlb edir. Mediada yayılan xəbərlərə görə İsayev bir çox klubların transfer siyahısındadı. Hələ də yığmaya çağırılmayan yarımmüdafiəçinin qışda başqa kluba keçəcəyi realdı?
- Əvvəlcə onu bildirim ki, Saşanın mövsümün sonuna qədər “Sumqayıt”la müqaviləsi var. Bu üzdən əmin ola bilərsiz ki, İsayev qışda heç bir kluba keçməyəcək. Bizim onu satmaq fikrimiz yoxdu. O ki qaldı yığmaya, Qurban Qurbanov, demək olar, bütün premyer-liqa matçlarını yaxından izləyir. Özü çatdıra bilməyəndə köməkçilərini oyunlara göndərir. Yəqin ki, İsayev haqda yığmanın baş məşqçisində ətraflı məlumat var. Məsləhət gördüyü anda Alekseyi də ölkənin əsas komandasına dəvət edəcək. Bu işə nə komandanın baş məşqçisi, nə də klub rəhbəri olaraq mən qatışa bilərəm. Hər şey Qurban müəllimdən asılıdı.
- “Qarabağ” və “Qəbələ” ilə oyununuzda hakim idarəçiliyi müəyyən söz-söhbətə səbəb oldu. “Köhlən atlar”la matçda haqqınızı yeyən İnqilab Məmmədov “Sabah”la görüşdə də əsas söz sahibi idi və həmin qarşılaşmada da səhvlərlə yadda qaldı. Sizcə, hakimlərin sizə qarşı qərəzi var, yoxsa...
- Necə deyərlər xalqın gözü tərəzidi. İdman mediası, xüsusilə də futboldan yazan jurnalistlər hər şeyi görüblər. Mən bunu qərəz kimi qəbul etmirəm və etmək fikrim də yoxdu. Bu günə kimi 4 futbolçumuz meydandan qovulub və bütün qırmızı vərəqələrin haqlı olduğunu düşünürəm. Ancaq nədənsə eyni qayda pozuntusuna görə rəqib komandanın futbolçularına güzəşt olunub.
- Bununla bağlı Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni rəhbəri Frits Stuxlikə narazılığınızı bildirmisiz?
- Stuxlik işə yeni başlayıb. Ona öz sistemini tətbiq etmək üçün müəyyən vaxt lazımdı. Onsuz da avstriyalı funksioner hər tur ən azı 2-3 oyunu canlı izləməyə çalışır. O da yaxşını, pisini canlı görür. Bu üzdən heç kimə heç nədən şikayət etməmişik. Məncə, qarşısına ciddi məqsədlər qoyan komanda nəyisə bəhanə edib günahi kiminsə üstünə atmamalıdı. Uduzduğumuz oyunlarda səhv özümüzdə olub. Nədə səhv etmişik, harda çatışmazlıqlarımız olubsa, onu aradan qaldırmalıyıq.
- “Kapital Bank Arena”da aparılan təmir işlərindən sonra “Sumqayıt”ın “Keşlə”ni “doğma divarlar” arasında qəbul edəcəyi deyilirdi. Ancaq bu həftə məlum oldu ki, sumqayıtlı azarkeşlər daha bir ay gözləməli olacaqlar. Bunun səbəbini bilmək istərdik.
- SİS şirkətinin əməkdaşları noyabrın 5-də ot örtüyünü gözdən keçirib son sözlərini dedilər. Onların dediyinə görə, ot örtüyü hələ tam özünü tutmayıb. “Keşlə” ilə matçı doğma meydanda keçirsəydik, örtüyü riskə atmış olardıq. Bu üzdən bir qədər də səbirli davranmağı lazım bildik. Sumqayıtlı futbolsevərlərə də demək istəyirəm ki, dekabrın 2-də komanda çempionat oyununu “Kapital Bank Arena” da keçirəcək. Buna əmin ola bilərlər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar