07 mar 16:51liqa, reportaj

Gəncədə arzuları puç edən heç-heçə

Gəncədə arzuları puç edən heç-heçə
Diniyev: “Faciəyə bərabər xal itirdik”

83 Kəpəz (Gəncə) – AZAL (Bakı) 1:1 (1:0)
30. Davud Kərimi – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
36. Renan – 4,0
25. Şəhriyar Əliyev – 5,0
21. Novruz Məmmədov – 4,0
5. Kərim Diniyev – 4,5
18. Tural Axundov (k) – 4,5
(7. Vüqar Bəybalayev, 76) – qiymətsiz
19. Orxan Əliyev – 5,0
77. Serjinyo – 5,5
(80. Tural Rzayev, 86) – qiymətsiz
10. Dario Federiko – 5,0
90. Jülyen Ebah – 4,5
(6. Ceyhun Cavadov, 75) – 4,5
Ehtiyat oyunçular
88. Tadas Simaitis
15. Azad Kərimov
23. Tural Nərimanov
68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Serjinyo

23. Aqil Məmmədov – 5,0
24. Emin Cəfərquliyev (k) – 5,0
44. Omeqa Roberts – 4,5
5. Kamil Hüseynov – 4,0
18. Ruslan Əmircanov – 4,0
(11. Frank Madu, 72) – 4,5
91. Mehdi Taouil – 5,0
7. Kamal Mirzəyev – 4,5
21. Samir Məsimov – 5,0
(10. Nuqzar Kvirtiya, 65) – 4,5
77. Arkadi Qalperin – 5,0
8. Sadio Tounkara – 5,5
9. Röyal Nəcəfov – 4,5
(70. Vaqif Cavadov, 46) – 5,0
Ehtiyat oyunçular
1.Tərlan Qasımzadə
3.Tural Hümbətov
19. Elnur Süleymanov
95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Sadio Tounkara
Qollar: Ş.Əliyev, 39 (1:0, O.Əliyev). V.Cavadov, 90 (1:1, S.Tounkara).
Vərəqələr: R.Əmircanov, 51 (qeyri-idman hərəkəti). D.Federiko, 69 (qeyri-idman hərəkəti). C.Cavadov, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov
Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
5 mart. Gəncə. Şəhər stadionu. 6200 tamaşaçı (25000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.


Autsayderlərin görüşü olduğundan bəlkə də çoxları oyunu ciddiyə almırdı. Hər halda, “İnter” – “Qəbələ” və “Neftçi” – “Zirə” qarşılaşmalarının adı daha gur səslənirdi. Amma statistikaya nəzər salsaq, məhz bu matçın yekun nəticəsi məna kəsb edirdi. Sonuncu dəfə 13-cü turda, yəni noyabrın 27-də “Neftçi” üzərində qələbəyə sevinən gəncəlilər o vaxtdan bəri 3 xalın nə olduğunu bilmirdi. Ardıcıl 5 yenilgi və son 2 oyunda heç-heçə qərb təmsilçisini avrokubok uğrunda mübarizə aparan əsas rəqiblərindən xeyli geri salmışdı. Məhz bu oyundakı qalibiyyət həm 7 turluq qələbəsizlik sindromuna son qoya, həm də “Kəpəz”i “Neftçi”, “Sumqayıt” və “Zirə”yə yaxınlaşdıra bilərdi. Amma etiraf edək ki, 3 xal daha çox AZAL-a lazım idi. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan şüvəlanlılar növbəti dəfə xal(lar) itirəcəyi halda, premyer-liqa ilə vidalaşacağı böyük ölçüdə dəqiqləşəcəkdi. Bunun baş verməməsi üçün Tərlan Əhmədovun yetirmələri qalib gəlib “Kəpəz”lə xal fərqini 6-ya endirməliydi. Hər iki komandanın arzusu ürəyində qaldı.
Əslində hər şey meydan sahibləri üçün yaxşı başlamışdı. Və oyunun axarı “sarı-göylər”in qələbəsindən xəbər verirdi. Artıq ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələnən gəncəlilər meydanda diqtə edən tərəf idi. Düzdü, oyun əsasən mərkəzdə gedir, hücumlar yarımçıq qalırdı. Odu ki, ilk təhlükəli vəziyyəti “Kəpəz”in yaratması təəccüblə qarşılanmadı. 15-ci dəqiqədə Darionun cərimə meydançası kənarından vurduğu gözlənilməz zərbə Aqili xeyli həyəcanlandırsa da, tablodakı rəqəmlərin dəyişməsinə səbəb olmadı. 10 dəqiqə sonra təxminən eyni məsafədən bu dəfə Sadio bəxtini sınadı. Yenə qapıçı həyəcanlandı, yenə top cüzi fərqlə yandan keçdi. O qədər də maraqlı keçməyən ilk yarıda gözlənilən qol 39-cu dəqiqədə gəldi. Künc zərbəsindən sonra cərimə meydançasına ötürülən topu Kamaldan hündürə tullanan Şəhriyar Əliyev başla “9-luğ”a “sancdı”. Qonaqlar qolun şokundan ayılmamış qapısında növbəti topu görə bilərdi. Bu dəfə Orxan qola yaxın olsa da, özünü topun qarşısına atan Omeqa xilaskar rolunu oynadı.
Hesabda geri olan AZAL-ın çalışdırıcısının fasilədə əvəzetməyə əl atacağı gözlənilən idi. Tərlan Əhmədov fasilədən dərhal sonra Röyalı Vaqif Cavadovla əvəzlədi ki, bu da “təyyarəçilər”in hücum xəttində müəyyən canlanma yaratdı. İkinci yarının ilk təhlükəli vəziyyəti qonaqlardan gəldi. 62-ci dəqiqədə Məsimovun cinah keçidindən sonra qapı qarşısına ötürdüyü topa Qalperin dəqiq zərbə endirə bilməyincə, zəif vuruşundan sonra “mərmi” Davudda qaldı. 64-cü dəqiqədə AZAL azlıqda qala bilərdi, daha doğrusu, qalmalı idi. Omeqa düz hakimin gözü qarşısında yerdə qalan Ebaha dizi ilə zərbə endirdi. Lakin meydanda və yan xətlərdə olan hakimlərdən heç biri epizodu düzgün dəyərləndirmədi. Nəticədə qovulmalı olan Roberts meydanda qaldı. Oyunun sonları yaxınlaşır, şüvəlanlıların qol axtarışı davam edirdi. Belədə Tərlan Əhmədovun Əmircanovu Madu ilə əvəzləməsi yeganə çıxış yolu idi. Şahin Diniyev isə “ortanı bərkitməyi” qərara aldı. Məhz Vüqarın meydana çıxmasından az sonra özünün yaratdığı qol imkanını boşa verməsi oyunun həlledici anı idi. 3-4 rəqibdən sıyrılıb qapıçı ilə üzbəüz qalan Bəybalayevə topa dəqiq zərbə endirmək qalırdı ki, matçın taleyi həll olunsun. Lakin onun həvəskar futbolçulara xas vuruşu Aqildə “ilişdi”. Bundan sonra ruhdan düşən, fəallığı azalan gəncəlilərin işi rəqibin qol cəhdlərinə tamaşa etmək idi. Arxayınlıq, bir də yorğunluq qonaqların sevinməsinə səbəb oldu. Yorulmağın nə olduğunu bilməyən Sadionun cərimə meydançasına növbəti asmasını heç kimin gözləmədiyi halda Vaqif başla qapıdan keçirib stadiona toplaşanları şoka saldı. Bundan sonra edilən cəhdlər isə səmərəsiz qaldı. Nəticədə tərəflər meydanı heç birinə sərf etməyən heç-heçə ilə tərk etdi.
“Kəpəz” Avroliqaya vəsiqə qazanmaq yolunda ciddi zərbə aldısa, AZAL-ın elitada qalmaq arzusu böyük ölçüdə “suya düşdü”. Hər halda, qarşıdakı 7 turda “Kəpəz” bütün oyunları uduzmalı, “təyyarəçilər” isə azı 3 qələbə qazanmalıdı. İnandırıcı deyil. Hətta gəncəlilər məğlubiyyətləri sıralasalar belə, Tərlan Əhmədovun yetirmələri hansı komandaları udacaq, necə udacaq, hansı oyunla? Çətin...
HƏBİB

Gözdən qaçmadı
* Dünən Bakıda hansı hava şəraitinin hökm sürdüyünü gördük. Paytaxtdakı qış havası ilə müqayisədə Gəncədə əsl yaz, yəni futbol havasıydı.
* “Kəpəz”in oyunları zamanı meydanı dövrə vuran klub bayrağı yenə “öz işində idi”. Klubun rəmzi ilə meydanboyu dövrə vuran gəncin əynindəki forma diqqəti çəkməyə bilməzdi. O, Fərid Məmmədovun əvəzedici heyətdə geydiyi “14”ü əyninə “bərkitmişdi”. Amma bayrağı daşıyan Fəridin özü deyildi.
* Davud Kəriminin səsi stadionu bürümüşdü. Oyun epizodlarında cərimə meydançasında səs-küy salan təcrübəli futbolçu topsuz vəziyyətdə də dilini dinc saxlamırdı. Vaxtı uzatmağa hesablanan uca səsi “CBC Sport”un mikrofonlarının “köməyi” sayəsində efirdə yaxşı eşidilirdi.
* Gəncənin icra başçısı Elmar Vəliyev, adətən, “Kəpəz”in ev oyunlarını canlı izləyir. Hətta ikinci hissədə olsa belə, özünü stadiona çatdırır. Lakin bu dəfə VİP-lojada gözə dəymədi. Dəqiq desək, matçı canlı izləmədi.
Reaksiyalar
Tərlan Əhmədov: “Nəticə oyuna görədi. Matçın sonunda qol vurduğumuza görə futbolçulara təşəkkür edirəm. Bu məni sevindirdi. Çünki əvvəlki görüşlərdə son dəqiqələrdə qol vurmaq əvəzinə buraxırdıq. Bu gün hesabda geri düşəndən sonra fərqləndiksə, deməli, nəsə dəyişib. Bu gün hər iki komanda mübarizə aparırdı. Bu cür meydanda futbol oynamaq kişilik, mərdlik tələb edir ki, bunu hər iki komandanın futbolçuları bacardılar. Bildiyiniz kimi, millinin oyununa görə təqvimdə dəyişikliklər olub. Fasilədə zədəlilərimizi və fiziki durumu zəif olan futbolçularımızı qazanmağa çalışacağıq. Hazırda Bəxtiyar Soltanovun fiziki durumu yaxşı deyil, uzun müddət idi oynamırdı. Rəşad Abdullayevin adını bu gün iştirak ərizəsinə daxil etməmişdik. Amma yaxın günlərdə onların xidmətindən yararlanacağıq . İnşallah, bu gün qazandığımız 1 xalın davamını gətirməyə çalışacağıq. Demirəm ki, meydanın durumu yaxşı olsaydı, qələbə qazanacaqdıq. Hər iki komandanın heyətində təcrübəli futbolçular var. Məsələn, “Kəpəz”in futbolçusu Dario Federikonu götürək. Meydanda istədiyini edə bilməməsi onun psixoloji durumuna təsir edir. Bizim dönəmimizdə “Kəpəz”in stadionu ən ideal meydanlardan biri idi. Futbolçularıma da bunu demişdim ki, biz vaxtıilə belə oynamışıq və meydanın durumu bəhanə olmamalıdı. Peşəkar futbolçu istənilən problemə hazır olmalıdı. Turnir cədvəlində yüksək pillələrə yüksəlmək çətindi. Özümüzdən 1 pillə yuxarıda olan komanda ilə xal fərqimiz yüksəkdi. Bunu etmək üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmaq lazımdı. Amma qarşıda “Qəbələ” və “Qarabağ”la oyunlarımız var. Nə qədər çətin olsa da, çalışacağıq”.
Şahin Diniyev: “Acınacaqlı xal itkisinə məruz qaldıq. Demək olar, 90 dəqiqə üstünlüyümüz şəraitində keçən oyunda uşaq səhvi etdik. Buraxdığımız qolda müdafiəçilərimizin ciddi səhvi var idi. Kimisə günahlandırmaq istəmirəm, meydanda komanda şəklində yaxşı mübarizə apardıq. Qazonun durumu texnikalı futbol oynamağa imkan vermirdi. Belə meydanda daha çox uzun ötürmələrdən istifadə etməli olursan ki, biz bundan az istifadə etdik. Belə demək olar ki, əlimizdə olan oyunu verdik. Fikrimcə, futbolçularım oyunu AZAL-a hədiyyə etdilər. Fasilədə futbolçulara dedim ki, mütləq ikinci qolu vurmalıyıq. Belə oyunlarda təsadüfi qollar var. Biz də istəyirdik ki, rəqib fərqlənməmiş ikinci qolu da vuraq, buna yaxın idik. Ebahın, Serjinyonun və Vüqarın yaxşı imkanları olsa da, yararlana bilmədilər. Əlbəttə, vurmayana vurarlar. Yenə deyirəm, faciəyə bərabər xal itirdik. Biz avrokubok yolu tutmuşduq, gec deyildi və bundan sonrakı ev oyunlarımızda qalib gəlmək lazım idi. Komandam “Neftçi” və “Qəbələ” ilə matçlardan sonra bu gün daha yaxşı futbol sərgiləməliydi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar