07 mar 16:47liqa, reportaj

“Neftçi”nin “Zirə” sindromu davam edir

 “Neftçi”nin “Zirə” sindromu davam edir
84 Neftçi (Bakı) – Zirə (Bakı) 1:2 (0:0)
53. Maksim Vaylo – 3,5
29. Georgi Navalovski (k) – 4,0
6. Pavel Dreksa – 5,0
25. Kiril Petrov – 5,0
26. Kamal Qurbanov – 4,5
23. Tərzin Cahangirov – 4,5
8. Zdenek Folprext – 5,0
(11. İqnasio Errera, 81) – qiymətsiz
80. Edson Kastilyo – 5,0
(9. Hüqo Barqas, 78) – qiymətsiz
17. Rəhman Hacıyev – 5,0
(19. Fəhmin Muradbəyli, 70) – 4,5
7. Namiq Ələsgərov – 4,5
12. Daniel Seqoviya – 5,5
Ehtiyat oyunçular
33. Boban Baykoviç
13. Murad Ağayev
27. Məqsəd İsayev
95. Elvin Bədəlov
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Daniel Seqoviya

85. Kamal Bayramov – 5,5
28. Təmkin Xəlilzadə – 6,0
5. Adil Nağıyev – 5,0
23. Yovan Krneta – 5,5
39. Sadiq Quliyev – 5,5
11. Viktor İbokoyi – 5,5
6. Vüqar Mustafayev – 5,5
8. Milan Duriç – 5,5
(26. Georgi Qoroziya, 86) – qiymətsiz
10. Elvin Məmmədov (k) – 5,5
(17. Vüsal İsgəndərli, 83) – qiymətsiz
20. Sezar Meza Kolli – 5,0
(7. Amadu Sanqar, 74) – 5,0
43. Riçard Qadze – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
13. Aleksandr Şemonayev
38. İlkin Muradov
92. Cavid Tağıyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qollar: D.Seqoviya, 60-p. (1:0). G.Navalovski, 62-öz qapısına (1:1). M.Duriç, 79 (1:2).
Vərəqələr: V.İbokoyi (qeyri-idman hərəkəti). T.Cahangirov, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Şaiq Həmidov (Bakı).
AFFA nümayəndəsi: Rauf Əmirov (Qax).
5 mart. Bakı. Bakcell Arena. 500 tamaşaçı (11000 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” və “Zirə” üçün “Bakcell Arena”dakı görüş “6 xallıq oyun” sayılırdı. Paytaxt derbisini prinsipiallığını artıran məqamlardan biri də o idi ki, “Neftçi” heç vaxt çempionat oyununda zirəlilərə qalib gəlməmişdi. Odu ki, Elxan Abdullayevin yetirmələri sindromu qırmağa köklənmişdi. Düzdü, Elxan bəy elə bu mövsüm kubokda “Zirə”yə yerini göstərib. 1/4 finalın ilk matçında 3:0 hesabıyla qalib gələn “ağ-qaralar” cavab oyununda uduzsa da, yarımfinala adlamışdı. “Neftçi” doğma meydanda keçirdiyi çempionat oyununda qələbə qazanmaqla Avropaya aparan 4-cü yerə daha da yaxınlaşacaqdı. Ayxan Abbasovun komandası isə 3 turluq məğlubiyyətsizliyi davam etdirmək əzmində idi. “Sumqayıt”ın xal itirməsi zirəlilərə “üçlüy”ün arxasında mövqeyini möhkəmləndirməyə imkan verəcəkdi.
Bəribaşdan qeyd edək ki, hər iki komandanın baş məşqçisi meydana ehtimal olunan heyəti buraxmamaqla diqqəti çəkdi. Elxan Abdullayev müdafiənin cinahında Məqsədə yox, Kamala güvənmişdi. Mərkəzdə Erreranın ehtiyatda qalması və Edsonun ilk “11-lik”də yer alması diqqəti çəkdi. Ayxan Abbasovun isə ötən oyunda ehtiyatda saxladığı Nurlan Novruzovla Murad Səttarlını, ümumiyyətlə, “18-lik”dən uzaqlaşdırması sual doğurdu.
Tərəflərin erkən qol vurmaq tapşırığı almadığı elə başdan hiss olunurdu. Əksinə, həm “Neftçi”, həm də “Zirə” oyunun əvvəlində kəşfiyyat aparmaqla və meydanın mərkəzində hakimiyyəti ələ almaqla yadda qaldı. İlk təhlükəli vəziyyət isə 16-cı dəqiqədə qonaqların qapısı qarşısında yarandı. O da standart vəziyyətdən sonra. Rəhmanın cərimə zərbəsindən sonra, Anar Nəzirovun cəzasını başa vurmasına rəğmən, “çərçivə”də dayanan Kamal Bayramov əla reaksiya ilə topu kornerə çıxardı. “Zirə”nin cavabı 9 dəqiqə ləngidi. Sol cinahdan təşkil edilən hücumu Viktor 11-12 metrdən zərbəylə tamamlasa da, top düz yaxın küncü bağlayan Vaylonun qucağına düşdü.
Meydan sahibləri 36-cı dəqiqədə müdafiədən çıxmaq istəyərkən, Tərzinin ayağı sürüşdü və topu Duriçə “bağışladı”. “Zirə”nin yarımmüdafiəçi bir qədər irəliləyib qapını nişan almaq istəsə də, zərbəsi istənilən kimi alınmadı. Halbuki o, bir qədər soyuqqanlı olsaydı, bu fürsətdən yararlana bilərdi. 43-cü dəqiqədə “Zirə” yüzfaizlik qol şansını boşa verdi. Uzun ötürmənin qarşısını almaq istəyən Dreksanın topu Qadzeyə çarpdı və hücumçunun önünə düşdü. Vaylo irəli şığıyıb təhlükəni önləmək istədi, ancaq qanalı topa tez çatıb qapıçını da keçdi və boş qapını nişan almaq istədi. Di gəl ki, özünü çatdıran Tərzin topun qarşısına atılıb qolu əngəllədi.
İkinci hissədə ilk təhlükəli vəziyyəti “Zirə” yaratdı. 57-ci dəqiqədə Duriçin cərimə vuruşu yerinə yetirdiyi nöqtənin uzaqlığı, deyəsən, Vaylonu arxayın salmışdı. Ancaq zərbə qüvvətli alındı və birbaşa qapıya getdi. Qolkiper son anda topu kornerə çıxara bildi. Sonrakı 5 dəqiqədə meydanda maraqlı anlar yaşandı. Əvvəlcə “Neftçi” hesabı açdı. Bir saatın tamamında Adil Nağıyev sol cinahdan cərimə meydanına daxil olan Rəhmanı düz qapı xəttinin üstündə yıxdı ki, Rəhim Həsənov penalti təyin etdi. Seqoviya şansı boşa vermədi. Ancaq meydan sahiblərinin sevinci cəmi 2 dəqiqə çəkdi. Təmkin sol cinahdan uzun reyd edərək, “Neftçi”nin cərimə meydanına girib qapı qarşısına paralel ötürmə etdi. Zərbəni dəf etmək istəyən Navalovski tərs vuruşla topu öz qapısına göndərdi – 1:1.
79-cu dəqiqədə isə “Zirə” “Neftçi”yə növbəti şoku yaşatdı. Hər şey Amadunun Kamalı əla fintlə arxada qoymasıyla başladı. Sol cinahdan qapı qarşısına ötürmənin qarşısını kəsən “Neftçi”nin müdafiəçiləri isə topu uzaqlaşdıra bilmədilər. Əslində Kirilin toxunuşundan sonra top qapıdan 25-27 metrə qədər aralanmışdı. İlk baxışdan Duriçin vuruşundan birbaşa təhlükə gözlənilmirdi. Ancaq Vaylonun kobud səhvindən sonra hesab dəyişdi.
Məğlubiyyətdən qaçmağa çalışan “Neftçi” son dəqiqələrdə ard-arda bir neçə real fürsət yaxaladı. 86-cı dəqiqədə Abdullayevin sonradan oyuna qoşduğu Barqas əla imkanı boşa verdi. Onun üzbəüz epizoddan uzaq küncə ünvanladığı top dirəyi yalayıb çölə çıxdı. Bir qədər sonra Dreksanın qüvvətli zərbəsini Kamal yumruqlarıyla dəf edərək, qola izin vermədi. Beləliklə, “Zirə” əzmkar qələbə qazanmaqla “Neftçi” üçün kabus olmaqda davam etdi.
MİRAĞA

Gözdən qaçmadı
* İlk yarının gedişində yan xəttin yaxınlığında Kiril Petrov Riçard Qadzenin pressinq etdiyini görüb topu qüvvətli zərbə ilə kənara vurdu. Tərslikdən top yanğınsöndürən maşının ön şüşəsinə tuş gəldi. Xeyli həyəcanlanan maşının sürücüsü, eləcə də yaxınlıqdakı polis dərhal yaxınlaşıb top dəyən yeri gözdən keçirdilər. Belə başa düşdük ki, zərbə ciddi xəsarətsiz ötüşüb.
* “Neftçi” azarkeşləri “Zirə”nin “bostanına daş atmaqdan” da qalmırdı. “Oyun satanlar, “Qarabağ”, “Zirə” şüarı bu iki klub arasında yaxınlığa işarə kimi anlaşıldı. Hətta “Zirə”nin baş məşqçisi Ayxan Abbasov bu təzyiqə dözməyib azarkeşlərlə mübahisəyə girişdi və buna görə gərginlik yarandı.
* Oyundan sonra bir-birinə yaxınlaşıb əl sıxan Ayxan Abbasovla Elxan Abdullayev uzun-uzadı nəyisə müzakirə edirdilər.
****
Elxan Abdullayev səhvini dilə gətirmədi
Ayxan Abbasov: “Qarabağ”a oyun verənə Allah lənət eləsin”

“Neftçi” – “Zirə” oyunundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı start götürdü. O, öncə görüşlə bağlı ümumi fikirlərini səsləndirdi:
- Belə gərgin matçdan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də bizə yaxın idilər. Bu matçda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə məğlub vəziyyətdə olmağımıza baxmayaraq, 3 xal qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara növbəti oyunlarda uğurlar arzulayıram.
- “Zirə”nin böyük ölçüdə 4-cü yeri təmin etdiyini demək olar?
- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldu, dəqiq heç nə demək olmaz.
- Millinin oyunları ilə bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?
- 5 futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə “Kəpəz”ə qarşıdı. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdı. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da bütün gücünü qoymalısan ki, qalib gələsən.
- Nurlan Novruzovla Murad Səttarlının “18-lik”də olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə, komandadakı güclü rəqabətlə bağlıdı. Bu üzdən kiminsə kənarda qalması normaldı.
- “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir?
- Düzdü, “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onların üstünlüyüdü. Ancaq biz öz işimizi görürük. Necə olacağını mövsümün sonunda biləcəyik.
- Bir qədər aqressiv görünürdüz...
- Komandanın oyunundan razı qalsam da, bəzi epizodlardan narazı qaldım. Məsələn, futbolçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü, onlar həmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Azarkeşlər guya “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdılar. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə Allah lənət eləsin. Artıq bu mövzunu bağlayaq. Pisdi “Zirə” kimi komandanın olması? Onsuz da komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?
- Düşünmürsüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə “Zirə” “Qarabağ”ı məğlub etməlidi?
- Bu futboldu. Düzdü, oyunçular “Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu təkcə bizə aid deyil.
- Başqa oyunlarda da bu cür atmacalar olur?
- Belə olmurdu. Birinci dəfədi bu cür sözlərlə rastlaşıram.
- Futbolçuların “Qarabağ”dan qorxduğunu dediz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orda necə olacaq?
- “Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandı. Biz “Qarabağ”, “Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu o demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, “Qarabağ”la aramızda heç bir yaxınlıq yoxdu. Dostluq, qardaşlıq başqa şeydi. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdu.
- Kamal Bayramovun oyunu belə deməyə əsas verir ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?
- Anar qırmızı vərəqəylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidi. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.
Ardınca “Neftçi”nin çalışdırıcısı Elxan Abdullayev zala daxil oldu. O da həmkarı kimi ilk olaraq oyunla bağlı ümumi fikirlərini dilə gətirdi:
- Bu matç çox vacib və önəmli idi. Ancaq təəssüf ki, uduzduq. Deyərdim ki, “Zirə” bizim üçün narahat rəqibdi. Artq 3-cü ildi ki, bu komandaya çempionatda qalib gələ bilmirik. Bəlkə bunun da futbolçulara təsiri var. 1:0 hesabda irəli idik, üstünlük də bizdə idi. Lakin məğlub olduq.
- Sizcə, məğlubiyyətdə Vaylonun nə dərəcədə rolu var idi?
- Hər şeyi qapıçının üstünə atmaq olmaz. Bütün komanda məğlub olub. Bu oyunda “qalib heyəti dəyişməzlər” prinsipi ilə yenə Vayloya şans verdim. Məqsəd İsayevin yerinə Kamal Qurbanova şans verməyimə səbəb isə Məqsədin gözündə problem olması idi. Düzdü, Vaylonun səhvləri var idi. Ancaq bütün oyunçularda səhv olur.
- “Neftçi” qış fasiləsində bir çox transferlər etsə də, qışda bu cəhətdən fərqlənməyən “Zirə”yə məğlub oldu...
- Dediyim kimi, bunu ancaq sindromla əlaqələndirmək olar. Üstünlük bizdə olsa da, rəqib 5 dəqiqəyə 2 qol vurdu. Rəqib oyunçu bəlkə də neçə dəfə 30 metrdən zərbə vursa, qol olmazdı. Ancaq belə alındı.
- Artıq “Zirə” ilə aranızda 9 xallıq fərq var. Demək olar ki, bundan sonra ancaq kuboka köklənəcəksiz?
- Düzdü, 9 xallıq fərq var. Ancaq hələ heç nə bitməyib.
- Komandanın “feyr-pley” qaydalarına riayət etməməsi barədə nə deyə bilərsiz?
- Əsas futbolçuların sağlamlığıdı. Bu istənilən 3 xaldan önəmlidi. Mən buna riayət etməyən futbolçuya nə deyə bilərəm? Bəlkə də görməyib...
- Qış fasiləsindən sonra ən böyük səhviniz kimi nəyi görürsüz?
- Hamıda səhv olur. Ancaq səhvimi burda açıqlaya bilmərəm.
- Qarşılaşmadan sonra Ayxan Abbasovla nəyisə uzun-uzadı müzakirə etdiz...
- Sadəcə, təbrik etdim. Bir də soruşdum ki, oyunun sonlarında yerdə uzanıb qalan futbolçunun vəziyyəti necədi.
- Bu, “Zirə”nin vaxtı uzatmasıyla bağlı atmaca idi?
- Yox (gülür). Belə deyildi. Belə olsa da, bu futboldu. Sən məğlub vəziyyətə düşüb, rəqibə bu cür hərəkətlər etməyə imkan verməməlisən. Rəqib də qalib gəlmək istəyir. Buna görə onları başa düşmək olar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar