07 noy 22:37liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Səs-küysüz başa vurdular
Topaz premyer-liqasının 10-cu turu hakimlik baxımından səs-küysüz ötüşdü. Hərçənd xırda-para səhvlər var idi. Əməkdaşlarımızın reportajlarındakı qeydləri diqqətinizə çatdırırıq.
VÜQAR HƏSƏNLİ, Qarabağ - Sumqayıt
Gənc referinin idarəçiliyini qənaətbəxş saymaq olar. Əslində oyunda mübahisəli vəziyyət olmadığı üçün Həsənli də əziyyət çəkmədi. Metodiki baxımdan isə nə o, nə də köməkçiləri yanlışlığa yol verdi. Ümumiyyətlə, Nazim Süleymanov hakimlikdən şikayətlənməyibsə, deməli, problem axtarmağa dəyməz.
RAUF CABBAROV, Keşlə - Neftçi
Ədalət təmsilçisi, demək olar, qarşılaşmanı qüsursuz idarə etdi. Ciddi mübahisəyə səbəb olacaq qərarını da görmədik. Referi hər komandaya iki sarı vərəqə göstərdi ki, futbolçular da buna etiraz etmədi. Yalnız bir məqamı qeyd etməliyik. Belə ki, Cabbarov ikinci hissədə "Keşlə"dən Georgios Georgiadisi paltatdəyişmə otağına yolladı. Ancaq qırmızı vərəqə ilə yox. Sadəcə, futbolçunun alt geyimi ilə forması fərqli olduğuna görə. Təbii, hakimin yalnız ikinci hissədə "duyuq düşməsi" maraqlıdı. Ümumiyyətlə, texniki məsələlərlə bağlı problem var idi. Məsələn, “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov qırmızı rəngdə idman geyimində olsa da, hakim çalışdırıcıya onun üzərindən tərlik geyməyi tövsiyə etmədi. Halbuki baş məşqçi ilə futbolçuların forması bir-birinə uyğun gələndə, adətən, referi dediyimiz göstərişi verir.
RƏVAN HƏMZƏZADƏ, Qəbələ - Sabah
İdarəçilik normal görünsə də, Həmzəzadəyə yüksək qiymət vermək olmur. Səhvlər var idi, xüsusilə də qayda pozuntularının dəyərləndirilməsi baxımından problemlər özünü göstərirdi. Məsələn, 3-cü dəqiqədə Cavid İmamverdiyev Elvin Camalova qarşı açıq-aşkar kobud oynasa da, hakim qayda pozuntusuna göz yumdu. Bundan başqa, qarşılaşmaya əlavə olunmuş vaxtda Filipoviç ikili mübarizədə ayağını Qismətin başına qaldırsa da, hakim cərimə zərbəsi ilə kifayətləndi. Halbuki bu epizod vərəqəlik idi.
RƏHİM HƏSƏNOV, Zirə - Səbail
"Bakcell Arena"da Rəhim Həsənovun işi heç də az olmadı. Baxmayaraq ki, sürət elə də yüksək deyildi. İnsafən, Şəhriyar Rəhimova 7 dəqiqə ərzində göstərdiyi vərəqələr haqlı idi. Amma iki epizodda şübhəli qərarları ilə yadda qaldı ki, bir dəfə "Səbail"i, bir dəfə də "Zirə"ni narazı saldı. İkinci hissənin əvvəlində Radivoyeviç cərimə meydançasında Fəhminə qarşı sərt oynasa da, Həsənov qonaqların penalti tələbinə əhəmiyyət vermədi. İkinci hissənin ortalarında isə "Səbail"in qapısı qarşısında Tounkaraya qarşı kobud oyun oldu. FİFA referisi xeyli tərəddüd etdikdən sonra yan xətt hakiminə baxdı. Hiss olunurdu ki, laysman da məsuliyyəti üzərinə götürmək istəmir. Xeyli pauzadan sonra hakimlər penalti olmadığını işarə etdilər, "Zirə"ni künc zərbəsi ilə "sakitləşdirdilər".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar