07 noy 22:27liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...yanlışı...

Təxminən 5-6 il əvvəl idi, o vaxtkı adı “İnter Arena” olan stadionda “İnter” “Qarabağ”ı qəbul edirdi. Qarşılaşma, səhv etmirəmsə, ağdamlıların qələbəsi ilə başa çatmışdı. Hakimin final fitindən sonra əhvalı yerində olan bir neçə azyaşlı polislərin qadağasına baxmayaraq, ehtiyat oyunçular skamyasının arxasındakı tribunaya keçib futbolçuların adlarını səsləndirməyə başladılar. Aralarında birinin üzünü Vüqar Nadirova tutub “Vaqif, formanı mənə ver də” deməsi indiyə qədər yadımdadı. Vüqar buna sərt reaksiya verməmişdi. Əkinsə, gülərüzlə “Vaqif içəri keçdi, deyərəm, gətirib verər” cavabı ilə azyaşlıların təəssüflənməsinə səbəb olmuşdu.
Hesabat turunun “Qarabağ” – “Sumqayıt” qarşılaşmasından sonra eyni hal yaşanıb. Yenə azyaşlılar olub, lakin onlar bu dəfə legionerləri səhv salıblar. Hannes Halldorsson matç başa çatandan sonra paltardəyişmə otağının yolunu tutanda fanatlar onu Vaqner Da Silva zənn edib braziliyalının adını səsləndiriblər. Yaranmış vəziyyət təcrübəli qolkiperi qətiyyən əsəbləşdirməyib. Əksinə, dodaqlarının tərpənməsinə səbəb olub.
Əlbəttə, xoşagələn hal deyil. Amma həmin şəxslərin azyaşlı olduğunu düşünəndə, “keçənə güzəşt” deyimi ilə ört-basdır etmək olur. İşin maraqlı tərəfi Hannesin həmin an hansı hisslər keçirməsidi. Başqa cür desək, özünün Vaqnerlə səhv salınmasına münasibətidi. Həmin anı Halldorssonun yadına salanda, qapıçının cavabı qısa, amma təcrübəsinə yaraşan oldu: “Orda əsəbləşməli bir şey yox idi. Məni pis insanla dəyişik salmayıblar ki. Vaqner də komanda yoldaşımdı, yaxşı münasibətim var. Ona görə də sakit yanaşdım. Əsas olan odu ki, azarkeşlər oyunlarımıza gəlir, bizi dəstəkləyir, adımızı çəkirlər. Heç bir problem yoxdu”.
...etirazı...
Vaxtilə ölkə çempionatlarında intizamsız, ips-sapa yatmayan bir neçə futbolçu var idi ki, illər keçsə də, adları hələ də dillər əzbəridi. Emin Quliyev, Mahir Şükürov, Ramal Hüseynov, Elnur Allahverdiyev... Hakimlər üçün arzuolunmaz şəxs kimi yadda qalan bu oyunçular daim rəqib həmkarları və referilərlə kəllə-kəlləyə gələr, bir çox hallarda paltardəyişmə otağına komanda yoldaşlarından daha tez yollanardılar. Lakin onlar artıq yoxdu.
Onların yerini Təmkin Xəlilzadə tutmağa çalışır, hətta deyərdim ki, tutub. Ötən qış “Zirə”dən “Qəbələ”yə transfer olunan “solaxay” Roman Qriqorçukun baş məşqçi olduğu dönəmdə dilsiz-ağızsız görünürdü. Lakin baş məşqçi dəyişikliyindən sonra, dəqiq desək, yaydan bu yana Təmkin olduqca intizamsız təsir bağışlayır. Zarafat deyil, adam iyuldan oktyabra qədər olan dörd ay müddətində üç dəfə qırmızı vərəqə alıb. “Proqress”, “Qarabağ” və “Neftçi”ylə qarşılaşmalarda hakimlərin haqlı “qırmızısı”na layiq görülən futbolçu “Sabah”la son matçda da intizamsızlığı ilə yadda qaldı. Lakin bu dəfə hörmətsizlik etdiyi rəqib futbolçu yox, öz komanda yoldaşı və baş məşqçisi idi. Təmkin 71-ci dəqiqədə əvəzlənəndə nə meydana çıxmağa hazırlaşan Asif Məmmədovun əlini sıxdı, nə də Sənan Qurbanovun. Düzdü, mətbuat konfransında Sənan bəy “Təmkin aqressiv futbolçudu, başa düşürük” deyib, yetirməsinin hərəkətini “malalasa” da, hər halda, səbəbkarın öz addımına izahı olmalıdı. Odu ki, Xəlilzadəni dinləyək: “Oyunumdan narazı qaldığımı deməzdim. Birinci hissədə çıxışım pis alınmadı. Fasilədən sonra tək mənim yox, komandanın oyunu alınmırdı. İkinci hissənin gedişində baş məşqçi məndən tez-tez geriyə qayıtmağı tələb edirdi. Ona görə aramızda bir az anlaşmazlıq oldu. Belədə əvəzlənəcəyimi gözləyirdim. Əvəzlənəndən sonra aramızda 3-5 saniyəlik qısa bir dialoq yaşandı. Amma bunu böyütməyin tərəfdarı deyiləm. Futbolda belə hallar çox olur. Baş məşqçidi, narazılığını bildirir, biz də bəzən əsəbi olub, nəyisə düz anlamırıq, yaxud düz etmirik. Şükür, hər şey qaydasındadı”.
...müəmması
Çempionat oyunlarına təyinat alan hakimlərdə ən çox müşahidə olunan hal texniki zonada dayanan baş məşqçilərin və ehtiyat oyunçular skamyasında oturan futbolçuların geyim dəstlərinə diqqət yetirmələridi. Az qala hər tur - xüsusən də dördüncü hakimlər – məşqçi və futbolçulardan tərlik geyməyi tələb edir.
Lakin “Keşlə” – “Neftçi” oyununda Tərlan Əhmədovun formasına nəzarət etmək hakimlər briqadasının yadından çıxmışdı. Belə ki, baş məşqçi futbolçularla eyni – qırmızı rəngli idman geyimindən istifadə etsə də, qarşılaşmanın əvvəlindən sonuna qədər ona “gözün üstə qaşın var” deyən tapılmadı. Dördüncü hakimi hardasa başa düşmək olar. Sərxan İsmayılov premyer-liqada təzədi, təcrübəsizlik baxımından əziyyət çəkməsi normaldı. Bəs baş hakim Rauf Cabbarovla “Keşlə”nin ehtiyat oyunçular skamyasının qarşısında yan xətt hakimi funksiyasını daşıyan Nahid Əliyevə nə gəlmişdi? Yaranmış vəziyyəti onlar da görmədi?
Qaydalara nəzər saldıq və maraqlı məqamla rastlaşdıq. Sən demə, həmin epizodda hansısa səhvdən söhbət gedə bilməz. Belə ki, baş məşqçi laysmanın arxasındadısa və geyimlərinin rəngi fərqlidisə, tərliyə ehtiyac duyulmur. Yox, Tərlan Əhmədov meydanın digər yarımhissəsində, belə deyək, qonaqların ehtiyat oyunçular skamyasında dayansaydı, o zaman tərliyi geymək məcburiyyəti yaranardı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar