07 mar 16:42liqa, manset

Fərhad Prosineçkinin haqsızlıq etdiyini düşünür

Fərhad Prosineçkinin haqsızlıq etdiyini düşünür
“Komandadan belə zəif oyun gözləmirdim”

“Sumqayıt”ın təcrübəli qolkiperi Fərhad Vəliyev “Qarabağ”la matçdan sonra dilxor görünsə də, jurnalistlərin suallarına cavab verməkdən imtina etmədi. Qarşılaşma ilə bağlı fikirlərini bölüşən Vəliyev fürsətdən istifadə edib millinin məşqçilər korpusunun ona qarşı haqsızlıq etdiyini söylədi.
- Böyük hesabla uduzduğunuz oyun haqda fikirlərini bölüşərdin.
- Matç "Qarabağ"ın üstünlüyü şəraitində keçdi. Bu, hesabda da əksini tapdı. Belə oyun haqda çox şey danışmaq olmur.
- Qapınıza təyin olunan penalti epizoduna daha yaxın idi. Orda qayda pozuntusu vardı?
- İkili mübarizə idi. Ola bilsin, müdafiəçimiz az da olsa, rəqibi çəkdi. Ancaq penalti veriləcək qədər kobudluq yox idi. "Qarabağ" öz gücünü göstərdi. Bizim isə bu rəqiblə oyunumuz son vaxtlar nədənsə alınmır, sanki "Qarabağ"la matçda futbolçularımız öz formalarından uzaq düşürlər.
- Son vaxtlar yaxşı oyun göstərsən də, milliyə dəvət almadın. Bu haqda nə deyə bilərsən?
- Açığı, dəvət gözləyirdim. Düşünürdün ki, çağırılacam. Ancaq baş məşqçi heyəti açıqlamazdan öncə müsahibəsində bildirmişdi ki, AÇ-2020-ni düşünür. Fikrimcə, hazırda DÇ-2018-ə düşmək şansımız var. İndi bütün planları bu yöndə qurmaq lazımdı. Milliyə nəticə lazımdı. Buna görə təcrübəli qapıçı kimi yığmaya dəvət olunacağımı gözləyirdim. Yenə də baş məşqçinin qərarıdı. O, gənclərə üstünlük verib.
- Əsas qapıçı Kamran Ağayev olmadığı vaxtda "Qarabağ"da ehtiyatda qalan Şahruddin Məhəmmədəliyevin düşərgəyə dəvət olunmasını, sənin isə kənarda qalmağını özünə qarşı haqsızlıq kimi dəyərləndirmirsən?
- Əlbəttə, haqsızlıqdı. Çox millilərə baxanda görürsən ki, təcrübəli qapıçılara güvənirlər. Şahruddinə gəlincə, U-21 yığmasının qapıçısı idi. Milliyə namizəd idi, onu da çağırdılar.
- "Sumqayıt" qış fasiləsindən sonra daha yaxşı oyun göstərir, xallar qazanır. Növbəti turlarda Avroliqa uğrunda mübarizə aparacaqsız, yoxsa…
- Əlbəttə, ancaq Avroliqaya düşmək bizim üçün çətin olacaq. Dördüncü pilləni əldən vermişik.Çalışacağıq qarşıdakı turlarda yenidən itirdiyimiz mövqeyə qayıdaq. Turnir cədvəlində bizə yaxın olan rəqiblər - həm "İnter", həm də "Kəpəz"lə səfərdə oynayacağıq. Məqsədimizə çatmaq üçün bu matçlarda maksimum xal qazanmaq lazımdı.
- Baş məşqçiniz Samir Abasov oyundan sonra mətbuat konfransında bildirdi ki, komandası hələ Avroliqaya düşmək səviyyəsində deyil. Doğrudanmı belədi?
- Əlbəttə, çox çalışmalı, çox oyunlar keçirməliyik ki, Avroliqaya düşəndə böyük hesabla uduzmayaq, ölkəmizi layiqincə təmsil edək. Bir yerdə çox oynamalı, ciddi hazırlaşmalıyıq ki, məqsədimizə çataq. Avroliqanı yox, çempionatın sonunda 4-cü pillədə qərarlaşmağı düşünürük.
- Son iki matçda öz oyununuzu göstərə bilməyərək uduzursuz. Nəsə problem var?
- Xeyr, heç bir problemimiz yoxdu. Sadəcə, son oyunda əsas müdafiəçimiz Rail Məlikov zədə səbəbindən kömək edə bilmədi. Qalan futbolçular matça ciddi hazırlaşmışdılar. Düzünü desəm, komandadan belə zəif oyun gözləmirdim.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar