05 noy 21:10liqa, reportaj

“Neftçi” 3 xalı 1 qolla qazandı

“Neftçi” 3 xalı 1 qolla qazandı
Bordin: “Kənardan deyilənlər mənə maraqlı deyil”
38. Keşlə - Neftçi (Bakı) 0:1 (0:1)

1. Kamran Ağayev (k) – 4,5
19. Azər Salahlı – 4,5
(7. Vaqif Cavadov, 30) – 4,5
33. Tərlan Quliyev – 5,0
3. Denis Silva – 5,0
93. Edvinas Girdvainis – 4,5
(9. Amil Yunanov, 77) – qiymətsiz
2. Sərtan Taşkın – 5,0
4. Slavik Alxasov – 5,5
22. Nikola Mitroviç – 5,0
31. Georgios Georgiadis – 5,0
80. Diallo Quydileye – 4,5
23. Conatan Ayite – 5,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
10. Ruslan Nəsirli
11. Bahodir Nasimov
21. Herve Tçami
18. Ruslan Əmircanov
65. Cabir Əmirli
71. Emin Quliyev
90. Ebrima Sohna
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Slavik Alxasov

1. Səlahət Ağayev – 5,5
18. Tural Axundov – 5,5
28. Slavko Braliç – 5,0
5. Anton Krivotsyuk – 5,5
26. Ömər Buludov – 5,5
93. Soni Mustivar – 5,0
8. Emin Mahmudov (k) – 5,0
9. Baqali Dabo – 5,0
17. Rəhman Hacıyev – 5,5
(6. Qoran Paratski, 76) – qiymətsiz
10. Dario Federiko – 5,5
(7. Namiq Ələsgərov, 90) – qiymətsiz
22. Mirabdulla Abbasov - 6,0
(77. Elvin Sərkərov, 79) – qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
4. Rəşad Eyyubov
11. Kvame Karikari
33. Ricat Qarayev
37. Vüsal Əsgərov
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Mirabdulla Abbasov
Qol: M.Abbasov, 2 (D.Federiko).
Vərəqələr: D.Quydileye, 22 (qeyri-idman hərəkəti). S.Taşkın, 47 (qeyri-idman hərəkəti). S.Braliç, 67 (qeyri-idman hərəkəti). S.Ağayev, 90+4 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov (hamısı Bakı).
Hakim-inspektor: Fazil Mürşüdov (Sumqayıt).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
3 noyabr. Bakı. ASK Arena. 1500 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyun Tərlan Əhmədov üçün xüsusi əhəmiyyət daşıyırdı. Ötən il “Neftçi”nin “sükanı arxasında” olan çalışdırıcı “Keşlə”nin baş məşqçisi kimi sabiq komandasına qarşı ilk matçına çıxırdı. Həftəiçi “Qarabağ”la qarşılaşan “qırmızı-ağlar”ın ardıcıl ikinci çətin sınaqda hansı nəticəyə imza atacağı maraq doğururdu.
Lakin Əhmədov “Keşlə”nin baş məşqçisi postunda ikinci oyununda da qələbəyə sevinə bilmədi. Ümumiyyətlə, görüş meydan sahibləri üçün yaxşı başlamadı. Artıq 2-ci dəqiqədə Dariodan ötürmə alan Mirabdulla dəqiq zərbəylə “Neftçi”ni önə keçirdi. Kamran yaxın küncə ünvanlanan topa reaksiya belə göstərmədi. 30-cu dəqiqədə isə Azər Salahlı zədələndiyinə görə meydanı erkən tərk etməli oldu. Belədə Əhmədov məcburi əvəzetməyə əl atdı. Belə desək, matçın əvvəlləri “Keşlə” üçün planlaşdırıldığı kimi alınmadı.
Hesabın erkən açılması çoxlarında bol qollu qarşılaşmaya şahidlik edəcəyimizlə bağlı düşüncələr formalaşdırdı. Ancaq final fitinə qədər matçda başqa qol olmadı. Halbuki hər iki komandanın fərqlənmək üçün imkanları var idi. Birinci hissədə Mitroviçin dirəkdən dönən topunu qeyd etməliyik. Bundan başqa, ilk yarıda Ayitenin, fasilədən sonra isə Denisin başla zərbələri yaddaqalan alındı. Ümumiyyətlə, “Keşlə” heç də pis təsir bağışlamadı və Əhmədovun komandası daha çox təzyiq edirdi. “Neftçi”nin süni qazondan bir qədər ehtiyatlandığını, daha çox əks-hücumlara bel bağladığını da vurğulamalıyıq. Bu baxımdan “ağ-qaralar”ın da qol vəziyyətləri az deyildi. Belə vəziyyətlər zamanı ilk hissədə Rəhman, ikinci yarıda isə Ömərlə Baqali hesab arasındakı fərqi artıra bilmədi. Təbii, hesab “sürüşkən” olduğundan final fitinə qədər gərginlik davam etdi. Hətta Əhmədov son 15 dəqiqədə müdafiəçini hücumçuyla əvəzləsə də, “status-kvo”nu bərpa edə bilmədi. Bununla da “ağ-qaralar” lazım olan 3 xalı 1 qolla hesabına yazdı. Tərlan bəyin “Keşlə”də görəcəyi işlər yetərincədi.
FARİZ

Reaksiyalar
Roberto Bordin: “Bu, böyük qələbədi. Futbolçularım əzmkar oynadılar, qalibiyyət hissini göstərdilər. Komandamı təbrik edirəm. Önəmli qələbə oldu. Çünki süni örtüyə uyğunlaşmağa vaxt lazım idi. Belə qazonda yaxşı oyun nümayiş etdirdik. Deyə bilmərəm ki, bu indiyədək qarşılaşdığınız ən pis örtüklərdən biri idi. Sadəcə, biz bu qazona uyğunlaşmamışdıq... Rəhman Hacıyevin öz möqveyində oyunu alınırdı. İti ötürmələr edə bilirdi. Hücumlara qoşulmaqda özünü yaxşı göstərdi. Onun oyunundan razıyam. Sadəcə, son nöqtəni qoya bilmirdi... Matç ərzində qol vəziyyətlərimiz oldu, ancaq bunlardan yararlana bilmədik. Əsas odu ki, hesabı qoruduq. Şərt deyil ki, hər oyunda 2-3 qol vuraq. Komandamdan razıyam. Yaydan bəri çox böyük irəliləyiş var. Futbolçuların hər birinin məni qane etdiyini deməliyəm. Çempionat uzun marafondu, hələ çox uzağa boylanmırıq. Uğurlu nəticə üçün addım-addım irəliləyirik. Qarşıda "Zirə" ilə oyunumuz var. Həmin matç da vacibdi. Rəqib ilk dövrədə bizə qarşı yaxşı oynamışdı... Rəqib çalışdırıcı? Bu gün mən "Neftçi"nin baş məşqçisiyəm. Kənardan deyilənlər mənə maraqlı deyil. Diqqətimizi öz hazırlığımıza yönətmişdik. Baxışda olan Mamadu Kaneyə gəlincə, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Uyğunlaşması da yaxşı gedir. Hələ vaxtımız var. Əsas məsələ odu ki, komandamıza kömək etsin”.
Tərlan Əhmədov: “Qarabağ”la matçdan 72 saat keçməmiş yenidən oyuna çıxdıq. Dünya praktikasında belədi ki, futbolçu 72 saat istirahət etməlidi. Ancaq bizdə vaxt az oldu. Vaxt azlığıyla bağlı aidiyyatı qurumlara etiraz etmədim. Bizə artıq oyunun saatı deyilmişdi. Dedik ki, bəlkə oyunu noyabrın 4-nə keçirələr. Ancaq alınmadı. Bunu əlimizdə bayraq etmirik. Sadəcə, "Neftçi" qarşılaşmaya bir həftə hazırlaşmışdı, bizdə isə heç 3 gün olmadı. Ancaq bunu şişirtməyə ehtiyac yoxdu. Buna baxmayaraq, komandamdan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımıza təsir etdi. Bilirdik ki, "Neftçi" müdafiə futbolu oynayacaq. Komandama hücum etməyi, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyunumuzdan razı qaldım. Qış fasiləsinə qədər 4 oyunumuz var. Getdikcə daha maraqlı futbol oynayan "Keşlə" görəcəksiz. "Neftçi"də işləməyim keçmişdə qalıb. Daha öncə AZAL və "Xəzər Lənkəran"da çalışmışam. Peşəkar işimizdə hər il dəyişiklik ola bilər. Sabiq komandamla bağlı heç bir prinsipiallıq yox idi. Keçmişlə yaşamıram. Bu gün öz komandam haqda düşünürəm. Bəzi problemlər var. Ehtiyat qüvvəmız geniş deyil. Üç zədəli futbolçumuz var... "Keşlə" ilə ötənilki uğuru təkrarlamağı bacarıb-bacarmamaq görəcəyimiz işdən asılıdı. Bu, kollektiv işdi. Hamı bir uğur üçün çalışır. Oyunumuzda da fərq var. Addım-addım işimizi görməyə başlayırıq. "Keşlə"də olduğum qısa müddətdə əsas görəcəyim iş sırf taktiki, psixoloji hazırlıqla bağlı idi. Çalışacağıq ki, komandanı daha yuxarı yerlərə qaldıraq”.
Mirabdulla Abbasov: "Ağır meydanda vacib qələbə qazandıq. Çox sevinirəm ki, qalib gəldik və bunda mənim də payım oldu. Belə davam edib, rəqiblərlə aramızdakı xal fərqini artırmağa çalışacağıq. Komanda yoldaşlarım gözəl oyun göstərdilər. Onlara və azarkeşlərimizə təşəkkür edirəm”.

Gözdən qaçmadı
* Qarşılaşmanın protokolunda Kiril Petrovun adını görmədik. Öyrəndik ki, ukraynalı müdafiəçi oyundan öncə əzələsini dartıb. Petrov matçı əvvəldən sonadək VİP-də ayaqüstə izlədi.
* “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov qırmızı rəngdə idman geyimində olsa da, hakim çalışdırıcıya onun üzərindən tərlik geyməyi tövsiyə etmədi. Halbuki baş məşqçi ilə futbolçuların forması bir-birinə uyğun gələndə, adətən, referi dediyimiz göstərişi verir.
* Mirabdulla Abbasov əvəzlənərkən Sərtan Taşkın onu bir qədər zarafatyana şəkildə itələdi ki, meydandan tez çıxsın. Hücumçu isə qəsdən azarkeşlərin alqışına qarşılıq verərək, yerində bir dövrə də vurdu. Sərtan onun bu hərəkətinə gülümsəməklə cavab verdi.
* İkinci hissənin gedişində Rauf Cabbarov Georgios Georgiadisi paltardəyişmə otağına yolladı. Səbəb futbolçunun alt geyimi ilə futbol formasının uyğun gəlməməsi idi.
* Oyunun son dəqiqələrində bir qrup “Neftçi” azarkeşi “Tərlan, sən bizim qəlbimizdəsən” şüarı ilə ötən il “ağ-qaralar”a “bürünc” qazandıran çalışdırıcını alqışladılar. Əhmədov da əlini ürəyinin üzərinə qoyub, onlara qarşılıq verdi. Həmin fanatlar “Keşlə”nin məşqçilər korpusundakı digər məşqçini – Bəxtiyar Musayevi, eləcə də vaxtilə “ağ-qaralar”ın şərəfini qoruyan Denis Silvanı da yaddan çıxarmadılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar