05 noy 21:06liqa, reportaj

"Bakcell Arena"dan qol səsi çıxmadı

"Bakcell Arena"dan qol səsi çıxmadı
40. Zirə – Səbail 0:0
1. Anar Nəzirov (k) – 5,0
88. Tellur Mütəllimov – 5,0
5. Adil Nağıyev – 5,5
26. Miloş Rodivoyeviç – 5,5
2. İlkin Qırtımov – 4,5
38. İlkin Muradov – 5,0
9. Aleksandr Dedov – 5,5
11. Dilan Duventru – 5,0
(77. Mirsahib Abbasov, 79) – qiymətsiz
10. Sadio Tounkara – 6,0
91. Bilal Həmdi – 5,5
7. Pərdis Fərcad-Azad – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Budaq Nəsirov
4. Müşfiq İlyasov
8. Kamal Mirzəyev
13. Murad Musayev
16. İbrahim Aslanlı
17. Vüsal İsgəndərli
47. Əmrah Bayramov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sadio Tounkara

1. Emil Balayev – 6,0
13. Şəhriyar Rəhimov – 4,5
16. İqor Korotetski – 4,5
(4. Perilyo Enrike, 52) – 5,0
99. Maudo Jarjue – 5,5
33. Tome Kitanovski – 5,5
27. Emil Martinov – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,0
28. Kevin Kubemba – 5,0
22. Edqar Paçeko – 5,0
( 5. Vüqar Bəybalayev, 46) - 5,0
7. Fəhmin Muradbəyli – 5,5
11. Ruslan Qurbanov – 4,5
(26. Kamal Qurbanov , 84) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
10. Ağabala Ramazanov
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
21. Murtuz Abakarov
70. Urfan İsmayılov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Emil Balayev
Vərəqələr: Ş.Rəhimov, 53 (qeyri-idman hərəkəti). M.Jarjue, 56 (qeyri-idman hərəkəti). İ.Muradov, 79 (qeyri-idman hərəkəti). E.Balayev, 85 (oyunun bərpasını ləngitmək) - sarı. Ş.Rəhimov, 60 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: RƏHİM HƏSƏNOV, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
5 noyabr. Bakı. Bakcell Arena. 300 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Tura paytaxt təmsilçiləri “Səbail” və “Zirə” arasında duellə yekun vuruldu ki, tərəflər “Bakcell Arena”da üz-üzə gəldilər. Son iki matçda xala həsrət qalan Samir Abasovun yetirmələri 8-ci pillədən uzaqlaşmaq üçün qalib gəlməliydi. Çünki bir gün əvvəl “Keşlə” uduzmuşdu və belədə zirəlilər üçün son sıranı tərk etmək şansı yaranmışdı. “Səbail” isə ardıcıl 4-cü qələbəyə köklənmişdi. “Səbail”in “Zirə” üzərində ilk və hələ ki yeganə qələbəsi məhz cari mövsümə təsadüf etmişdi. Hansı ki, “Zirə” həmin görüşdə texniki məğlubiyyət almışdı. Samir Abasovun komandası həmin yenilginin qisasını almağa çalışacaqdı. “Səbail”in oyuna ciddi itki ilə çıxdığını da bildirək. Yevgeni Koçuk “Keşlə” ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşmüşdü. Aftandil Hacıyev onun yoxluğunda yarımmüdafiənin mərkəzində Paçekoya yer vermişdi. “Zirə”də isə əvəzedici komandaya göndərilən Sadiq Quliyevin yerində, müdafiənin mərkəzində Radivoyeviç çıxış edirdi.
Oyunun əvvəli kəşfiyyat xarakterli keçdi. Qapılar önündə ilk təhlükəli vəziyyət isə 14-cü dəqiqəyə təsadüf etdi. “Zirə”nin sevinməsinə qapı dirəyi mane oldu. Standart vəziyyətdən sonra cinahda Həmdidən ötürmə alan Tounkara topu cərimə meydançasına göndərdi ki, Pərdisin vuruşu dirəkdən döndü. Bir qədər sonra Fərcad-Azad daban ötürməsi ilə Sadionun “borc”unu qaytarmaq istədi. Di gəl, Balayev vaxtında irəli çıxaraq Tounkaranın topa öldürücü toxunuşunu əngəllədi. Əslində “Səbail” topla daha çox oynayan tərəf idi, ancaq xırda ötürmələrlə zirəlilərin cərimə meydançasının önünə qədər gələn nominal qonaqlar bu imkanların kəsərini artıra bilmirdilər. 35-ci dəqiqədə “Səbail” ardıcıl iki dəfə qapısı qarşısında həyəcanlı anlar yaşadı. Əvvəlcə Pərdisin cərimə meydançasının önündən vurduğu qüvvətli zərbəni Balayev əla reaksiya ilə dəf etdi. Epizodun davamında Həmdi Balayevin də irəli çıxdığını görüb uzaqdan “paraşüt” vuruşla topu qapıya göndərmək istədi. Ancaq Rahid Qara Qarayevsayağı, qapı xəttinin üstündə topu başla qarşıladı və qola imkan vermədi.
İkinci hissə qolla başlaya bilərdi. Elə ilk hücumda Bilalın cinah ötürməsini Sadio əlverişli mövqedə olmasına baxmayaraq, dəyərləndirə bilmədi. “Səbail”in də hücumu kəsərli alındı. Kubembanın uzun ötürməsindən sonra Radivoyeviç mövqe səhvinə yol verdi və belədə Fəhmin sürətlə cərimə meydançasına şığıdı. Ancaq “Zirə”nin müdafiəçisi arxadan özünü yetirib rəqibi dayandırdı. Bu epizodda qonaqlar hakimdən penalti tələb etsələr də, Rəhim Həsənov davam işarəsi verdi. Ümumiyyətlə, ikinci yarı sərt mübarizə şəraitində keçdi. 7 dəqiqə ərzində iki sarı vərəqə, avtomatik “qırmızı” alan “Səbail”in müdafiəçisi Şəhriyar Rəhimov bir saatın tamamında komandasını azlıqda qoydu. Buna baxmayaraq, bir dəqiqə sonra Kitanovski rəqibə şok yaşada bilərdi. Hücuma qoşulan müdafiəçinin zərbəsi az fərqlə aralı keçdi. “Zirə” isə İlkin Muradovun yaxın məsafədən vuruşu ilə qonaqları həyəcanlandırdı. Ancaq Balayev rəqibin yaxın küncə ünvanladığı topu zərərsizləşdirməyi bacardı. 74-cü dəqiqədə “Zirə” künc zərbəsindən sonra fərqlənə bilərdi. Adil Nağıyev hədəfi dəqiq nişan ala bilmədi. Sonrakı standart vəziyyəti isə Pərdis boşa verdi. Onun başla vuruşu dəqiq olmadı. Oyunun sonlarına doğru meydan sahiblərinin təzyiqini daha çox hiss edən və müdafiənin qayğısına daha çox qalan “Səbail” ara-sıra əks-hücumlara çıxırdı. 76-cı dəqiqədə isə Rahid uzaqdan qüvvətli zərbə ilə Nəzirovu yoxladı. “Zirə”nin qapıçısı zərbənin gücünü artıqlaması ilə hiss etsə də, topu iki cəhddə tuta bildi. 81-ci dəqiqədə “Zirə” yenə standart vəziyyətdən qola yaxın oldu. Tellurun baxımlı zərbəsini Balayev eyni gözəlliklə seyvlə dəf etdi. Beləliklə, başladığı kimi bitən matçda qalib müəyyənləşmədi və tərəflər hərəyə 1 xalla kifayətləndi.
MİRAĞA

Reaksiyalar
Aftandil Hacıyev: "Gərgin oyun oldu. İki oyundu azlıqda mübarizə aparmalı oluruq. Əlbəttə, bu cür oyunlarda xal almağı müsbət dəyərləndirməliyəm. Etiraf edim ki, “Zirə” bizdən üstün oynadı. Ağabala ilə Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. İki xal itirdiyimizi yox, 1 xal qazandığımızı düşünürəm. Amma heç-heçə ədalətli nəticə idi. Ramazanovun zədəsi ilə bağlı risk etmək istəmədik. Elə də ciddi deyil. İnanıram ki, tezliklə komandaya qoşulacaq. Bu gün daha iki itki ilə üzləşdik. İqor Korotetskinin zədəsi daha ciddidi. Düzdü, Ruslan Qurbanovda ciddi zədə görünmür. Ardıcıl ikinci dəfədi qırmızı vərəqə almağımızı intizamsızlıqla əlaqələndirmək doğru deyil. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Ötən oyunda isə ilk sarı vərəqə haqsız idi. Demək olar, hər oyunda yetərincə qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, "bir nömrə" oynamırıq. Biz qarşımıza avrokuboklara çıxmaq vəzifəsi qoymamışıq. Əlbəttə, 3-cü pillədə qalmaq bizə çox çətin olacaq. Lakin bunun üçün çalışacağıq. Bunu istəyriksə, heyət də güclənməlidi. Bi gün Koçukla Ağabalanın yoxluğu hiss olunursa, deməli, heyətdə rəqabəti artırmaq lazımdı. Komandaya daha 3 güclü futbolçu lazımdı".
Samir Abasov: "Oyunçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi. Təəssüf ki, son 3 oyunda rahatca 9 xal götürməli olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni daha da motivasiya edir. İrəliləyiş məni sevindirir. Bilmirəm, bizə azarkeşlik edən insanlar nə dərəcədə zövq aldı. Lakin meydanda yalnız bir komanda var idi: mavi formalı futbolçular. Doğrudu, oyuna çox müdaxilə etmədim. Cəmi 1 əvəzetmə etdim, o da rəqib azlıqda qaldıqdan 15 dəqiqə sonra. Çünki meydandakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü ki, onu da əvəzlədim. Sizin "oyun var, amma fərdi ustalıq axsayır" iradınızı qəbul edirəm. Amma indi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttində güclənməyə ehtiyac var".

Gözdən qaçmadı
* Oyundan təxminən bir saat əvvəl stadionun əməkdaşlarından biri rəng qabı ilə meydanın kənarını dövrə vurur, əlindəki fırça ilə yan xəttin bəzi nöqtələrini ağardır, işarə qoyurdu. Arenanın işıqları da gec yandı. Daha doğrusu, isinmə hərəkətinə qədər meydan stadionun tavanındakı işıqlarla işıqlandırılırdı. Hətta komandalar meydana çıxandan sonrakı 3-5 dəqiqə ərzində də alatoranda məşq etdilər, əsas projektorlar isə oyuna 20 dəqiqə qalmış yandırıldı.
* Oyun 3 dəqiqə ləngimə ilə start götürdü. Düzdü, komandalar meydana düz 19.00-da çıxdılar, ancaq hazırlıqların tamamlanması bir neçə dəqiqə çəkdi.
* Komandası ilə eyni rəngdə - qara geyimdə olduğuna görə
4-cü hakim Nihad Xasıyev “Səbail”in baş məşqçisi Aftandil Hacıyevdən məşq tərliyi geyməsini istədi. Maraqlıdı ki, bir gün əvvəl “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovdan bunu tələb etməyi unutmuşdular.
* Sayı 150 civarında olan azarkeşlərin çoxu neytral idi. Fanatlardan isə “Səbail”in tərəfdarları daha fəal idi. Hətta şüarlarla yanaşı, səsucaldıcı vasitəsilə meyxana da səsləndirib komandalarını ruhlandırırdılar.
* “İdman Azərbaycan”ın əməkdaşı Rəşad Rafiqoğlu əsas tribunanın üst qatına iki kiçik kamera quraşdırmışdı. Ancaq həmkarımızın bunu kanaldakı verilişi üçün yox, “İnstat” üçün etdiyini öyrəndik.
* 50-ci dəqiqədə Korotetski Pərdislə toqquşmada ciddi xəsarət aldı və qışqırığı stadionu götürdü. Müdafiəçi meydanı xərəkdə tərk etdi. Bu epizoddan sonra Şəhriyar Rəhimovla Bilal Həmdi arasında gərginlik yaşandı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar