05 noy 23:52liqa

Favoritlər sensasiyaya imkan vermədi

Favoritlər sensasiyaya imkan vermədi
Topaz premyer-liqasının 10-cu turunda sensasiya qeydə alınmadı. Favoritlər qələbə qazandı, yalnız bir görüşdə qalib müəyyənləşmədi.
Tura "ASK Arena"dakı görüşlə start verildi. Maraqlıdı ki, həm "Keşlə", həm də "Neftçi" əvvəlki oyununu "Qarabağ"a qarşı keçirmişdi. "Ağ-qaralar" ötən tur çərçivəsində "köhlən atlar"ı sınağa çəkmişdisə, "qırmızı-ağlar" çərşənbə günü 7-ci turdan təxirə salınan görüşdə ağdamlılarla qarşılaşdı. Bu komandalardan heç biri son 5 ilin çempionuna məğlub olmadığına görə öz aralarındakı duelə yüksək əhval-ruhiyyədə hazırlaşmışdılar. Qazonu yaxşı vəziyyətdə olmayan stadionda "Neftçi"nin işi çətin görünürdüsə, həftəiçi oyuna çıxmağı "Keşlə"nin əleyhinə idi. Matçın əvvəlində vurulan qol "ağ-qaralar"a 3 xalı qazandırdı. Bununla da turnir cədvəlinin lideri digər qarşılaşmanın nəticəsindən asılı olmayaraq, ən yaxın izləyicisi ilə aradakı xal fərqini qorumuş oldu. Tərlan Əhmədovun sabiq komandası ilə dueldə qalib gəlmək arzusu baş tutmadı. Lakin qısa müddətdə "Keşlə"nin oyununda irəliləyişin olduğunu da qeyd etməliyik. Matçın taleyini həll edən qola imza atan Mirabdulla Abbasov isə yığma perspektivini bir qədər də artırdı.
"Neftçi"nin qələbəsini rəsmiləşdirən final fitindən bir neçə dəqiqə sonra "Qarabağ" meydana çıxdı. Məhz bu üzdən Qurban Qurbanovun komandasını qələbədən başqa heç nə qane etmirdi. "Köhlən atlar" "Sumqayıt"la görüşdə 3 xalı hesabına yazdırmaqla aradakı məsafənin böyüməsinə imkan vermədi. "Tofiq Bəhramov"un növbəti dəfə Ağdam klubuna düşərli olduğu təsdiqləndi. Elə Qurbanov özü də yetirmələrinin bu məkanda özlərini rahat hiss etdiklərini vurğulayıb. Uğursuz zolağa düşən komanda üçün bu qələbə çox vacib idi. Cümə axşamı Avroliqada “Vorskla” ilə qarşılaşacaq ağdamlılar Ukraynaya yüksək motivasiya ilə yollanacaq. "Sumqayıt"ın enişi isə davam edir. Mövsümün əvvəlindəki çıxışı ilə hər kəsi təəccübləndirən "kimyaçılar", deyəsən, bunun davamını gətirə bilmədi.
Dünənki matçlara gəlincə, "Qəbələ" növbəti 3 xalı hesabına yazdırdı. Başqa sözlə, Sənan Qurbanovun yetirmələri iddialılar arasına dönmək hədəfinə doğru inamla addımlayır. İki dövrə arasındakı fasiləyə 7-ci pillədə, özü də 5 xalla yollanan “qırmızı-qaralar” son 3 matçda məğlubiyyət nədi bilmir. Bunun nəticəsində bölgə təmsilçisi hazırda 12 xalla 5-ci yerə yüksəlib. Sanki komanda artıq pis günlərini geridə qoyub. Təbii, bu durumda Ceyms Adeniyi – Stiven Jozef-Monroz cütlüyünün də payı böyükdü. “Sabah” isə ardıcıl 2 qələbədən sonra uduzdu.
Turun son oyununda qol səsi çıxmadı. Hər nə qədər “Zirə” üstün oyun sərgiləsə də, bu, nəticədə əksini tapmayanda bir işə yaramır. Fakt budu ki, hal-hazırda Samir Abasovun komandası turnir cədvəlinin sonuncusudu. Çalışdırıcının “sehrli çubuğu”nun nə zaman işə düşəcəyi, ümumiyyətlə, bunun baş verib-verməyəcəyi maraq doğurur. Mövsümə bərbad start verən “Səbail” isə hazırda “3-lük”dədi. Aftandil Hacıyevin yetirmələri ardıcıl 4-cü oyunda məğlub olmadı. Düzdü, bunlardan biri texniki qələbədi. Lakin o da “dənizçilər”in günahı deyil. Maraqlıdı ki, “Səbail” ötən turda olduğu kimi, yenə də azlıqda qaldı. “Keşlə” ilə görüşdə təxminən 50 dəqiqə 10 nəfərlə mübarizə aparan Hacıyevin komandası bu dəfə yarım saat belə vəziyyətdə oldu.
Topaz premyer-liqası
2-ci dövrə
10-cu tur
3 noyabr
Keşlə - Neftçi 0:1
Qarabağ – Sumqayıt 2:0
4 noyabr
Qəbələ - Sabah 2:1
Zirə - Səbail 0:0
1. Neftçi 10 8 1 1 20-7 25
2. Qarabağ 10 6 2 2 17-11 20
3. Səbail 10 5 2 3 12-11 17
4. Sabah 10 5 1 4 9-11 16
5. Qəbələ 10 3 3 4 14-14 12
6. Sumqayıt 10 3 2 5 10-13 11
7. Keşlə 10 1 3 6 8-14 6
8. Zirə 10 1 2 7 7-16 5
Bombardirlər: Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) – 5.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət verilib.
Növbəti turun oyunları: 10 noyabr - Neftçi – Zirə, Sabah – Səbail; 11 noyabr - Qəbələ - Qarabağ, Sumqayıt – Keşlə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal Dünən, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! Dünən, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi Dünən, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı Dünən, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı Dünən, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu Dünən, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı Dünən, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb Dünən, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu Dünən, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur Dünən, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı Dünən, 14:01 Həftənin idman proqramı Dünən, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu Dünən, 13:56 Çempionat təxirəsalma ilə başladı Dünən, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib Dünən, 13:51 Favoritlər itkisiz irəliləyir Dünən, 13:49 Emildən növbəti “quru” oyun Dünən, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür Dünən, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar