05 noy 20:50liqa

Balayev özündə problem görür

Balayev özündə problem görür
“Bəlkə də bəzi oyunlarda uğursuz çıxış etdim”
"Səbail"in qapıçısı Emil Balayev "Zirə" ilə qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablayıb. Təcrübəli qolkiper nəticənin onları qane etdiyini bildirib:
- Komandanın bütün üzvləri məşqçinin oyundan əvvəl verdiyi tapşırıqları matç ərzində yerinə yetirməyə çalışdılar. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. “Zirə” çox yaxşı rəqibdi. Onlar turnir cədvəlində sonuncu pillədə getsələr də, çox gözəl oyun göstərirlər. Komandamız bu oyuna itki ilə çıxdı. Yevgeni Koçuk bundan öncəki turda qırmızı vərəqə almışdı. Oyunçular maksimum çalışırlar. İkinci hissədə Şəhriyar Əliyevin qırmızı alması işimizi çətinləşdirdi. Buna baxmayaraq? komandada döyüşkən ruh var idi. Sona qədər çalışdıq ki, ən azı qapımızı toxunulmaz saxlayaq.
- Sanki birinci hissədə “Səbail”in futbolçuları oynamaq istəmirdi. Necə düşünürsən, bu nə ilə bağlı idi? Komandaya müdafiə olunmaq tapşırığı verilmişdi?
- Xeyr. Belə bir tapşırıq yox idi. Ola bilər ki, əvvəlki oyunlara nisbətən yaxşı oynaya bilmədik. Amma müdafiədə oturmaq kimi bir niyyətimiz də yox idi. Bəlkə də oyunumuza başqa amillər təsir etdi. Bütün oyunları eyni səviyyədə oynamaq olmur. Bu oyunda bir xal qazandıq. Ona görə də komanda yoldaşlarıma minnətdaram.
- “Səbail”in hazırkı möqveyi səni razı salırmı? Mövsümü ilk “3-lük”də başa vurmaq mümkün olacaq? Aşağı mövqelərdən gələn komandalardan təhlükə hiss edirsən?
- Bəli. Hazırkı mövqedən razıyıq. Sonrakı mövqe barədə dəqiq bir söz deyə bilmərəm. Bizim işimiz məşqçinin bizə verdiyi tapşırıqları yerinə yetirməkdi. Oyunçular Aftandil müəllimin verdiyi tapşırıqları maksimum yerinə yetirsələr, inanıram ki, yuxarı pillələrdəki yerimizi alarıq.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsız. Həmin oyunda böyük ehtimalla Marko Deviç də meydanda olacaq. Həmin matçda istədiyiniz nəticəni əldə edəcəyinizə inanırsız?
- “Sabah” çox yaxşı komandadı. Premyer-liqada ilk dəfə çıxış etmələrinə baxmayaraq, yaxşı oyun sərgiləyirlər. Düşünürəm ki, bizim üçün asan oyun olmayacaq. İlk növbədə işimiz məşqçinin tapşırıqlarını yerinə yetirməkdi. Çünki məşqçi rəqibləri təhlil edir.
- “Səbail” “Sabah”ı məğlub edə bilər...
- Futboldu. Məğlubedilməz komanda yoxdu.
- Komanda cari mövsümdə iki dəfə texniki qələbəyə sevinib. Hər qələbədən sonra rəhbərliyin komandaya mükafat verdiyi bəllidi. İki qələbədən sonra mükafat almısız?
- Bu, klubdaxili məsələdi. Mən bu sualı cavablaya bilmərəm.
- Bu gün yaxşı qurtarışlar etdin. Mövsüm ərzində də pis çıxış etmirsən. Amma milliyə dəvət almamışdın. Bu dəfə dəvət olunacağını düşünürsən?
- Kosovo və Malta yığmaları ilə oyunlarda dəvət almışdım. Mən həmin an fəxr edirdim ki, millinin tərkibindəydim. İkinci dəfə dəvət almayanda fikirləşdim ki, bu mənim özümdən asılıdı. Bəlkə də bəzi oyunlarda uğursuz çıxış etdim. Özümü sübut etməyə çalışacağam. Ola bilər ki, hansısa oyunda zəif çıxış etmişəm. Davamlı olaraq yaxşı oyun sərgiləsəm və millinin heyətinə cəlb olunsam, o formanı can-başla geyməyə hazıram.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar