05 noy 20:41liqa, reportaj

“Qəbələ”ni “5”-ə yüksəldən qələbə

“Qəbələ”ni  “5”-ə yüksəldən qələbə
Təmkin əvəzlənərkən nə Sənan Qurbanovun, nə də komanda yoldaşının əlini sıxdı
39. Qəbələ - Sabah (Bakı) 2:1 (2:0)

30. Aqil Məmmədov – 5,5
34. Ürfan Abbasov (k) – 5,0
27. Bəhlul Mustafazadə - 5,0
3. Voislav Stankoviç – 5,5
18. İlqar Qurbanov – 5,0
4. Elvin Camalov – 5,5
(8. Qismət Alıyev, 67) – 5,0
88. Sabien Lilay – 5,0
(14. Cavid Hüseynov , 84) – qiymətsiz
28. Təmkin Xəlilzadə - 5,0
(11. Asif Məmmədov, 71) – 5,0
21. Lalavele Atakora – 5,5
17. Ceyms Adeniyi – 6,0
28. Stiven Jozef-Monroz – 5,5
Ehtiyat oyunçular
22. Dmitri Bezotosnı
35. Murad Popov
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
26. Faiq Hacıyev
32. Amin Seydiyev
79. Əli Sadıxov
99. Abbas Ağazadə
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Ceyms Adeniyi

30. Saşa Stamenkoviç – 6,0
25. Vanderson Silva – 5,0
13. Filip İvanoviç – 5,0
33. Eltun Turabov – 5,0
21. Novruz Məmmədov – 5,5
4. Tərzin Cahangirov – 5,0
(15. Erik Ramos, 46) – 5,5
6. Vadim Abdullayev – 4,5
(14. Tural Qürbətov, 32) – 4,5
8. Elşən Abdullayev, 67 – 5,0 )
7. Vitali Kvaşuk – 5,5
22. Miloş Bosançiç – 5,5
27. Bəxtiyar Soltanov – 5,0
10. Cavid İmamverdiyev (k) – 5,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
11. Elgün Nəbiyev
19. Məqsəd İsayev
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Qollar: L.Atakora, 5 (1:0, C.Adeniyi). S.Jozef-Monroz, 15 (2:0, T.Xəlilzadə). B.Soltanov, 52 (2:1).
Vərəqələr: M.Bosançiç, 77 (hakimin qərarına etiraz). Q.Alıyev, 87 (qeyri-idman hərəkəti). İ.Qurbanov, 89 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
4 noyabr. Qəbələ. Şəhər stadionu. 800 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
9 turdan sonra cəmi 9 xalı olan qəbələlilər üçün bu oyun dönüş nöqtəsi sayılırdı. Aşağı və yuxarı mərtəbədəki qonşuları “Keşlə”ylə “Sumqayıt”ın bir gün əvvəl uduzması bölgə təmsilçisini ümidləndirməyə bilməzdi. 4-cü sıradakı “tələbələr”lə 7 xallıq fərqi “əritmək” üçün meydan sahibləri bu matçdan mütləq qələbə ilə ayrılmalıydı. Əks halda, qış fasiləsinə qədər avrokuboklara vəsiqə verən 4-cü pilləni ələ keçirmək mümkünsüzə çevriləcəkdi.
Komandalar arasındakı prinsipiallıq da öz yerində. Çempionatın ilk yarısında “Əlinca Arena”da keçirilən görüşdə Marko Deviçin yeganə qolu qəbələliləri gözlənilməz məğlubiyyətə sürükləmişdi. Yeri gəlmişkən, “Sabah”ın ən sərrast oyunçusunun zədə səbəbindən meydana çıxa bilməməsi “qırmızı-qaralar” üçün yaxşı imkan idi. Hə, bir də “Sabah”ın tarixi ərzində Qəbələyə ilk səfərinin olduğunu da unutmayaq.
“11-lik”lərə nəzər salanda maraqlı məqamlar yox deyildi. Meydan sahiblərində Rauf Əliyevin matçı tribunadan izləməsi ötən oyunda aldığı qırmızı vərəqəyə görə idisə, kapitan Cavid Hüseynovun əsas heyətdə meydana çıxmaması düşündürücü məqam idi. “Sabah”ın vəziyyəti isə daha acınacaqlı idi. Komandanın “vuran ayağı” Marko Deviçlə yanaşı, Kərim Diniyev də zədədən əziyyət çəkirdisə, Məqsəd İsayevlə Erik Ramosun ehtiyat oyunçular skamyasında əyləşməsini Elşad Əhmədovun gözlənilməz qərarı saymaq olardı.
“Sabah”ın heyətindəki eksperimentlər qonaqların necə oynayacağını sual altına salmışdı. Xüsusən də Kərimin yoxluğunda gənc Eltunun qəbələlilərin hücumları qarşısında nə dərəcədə tab gətirəcəyi haqda düşünməyə dəyərdi. Çox gözləməyə gərək qalmadı. Matçın ilk dəqiqələrindən Kərimin yeri görünürdü. Cinah hücumlarına üstünlük verən bölgə təmsilçisinin niyyəti bəlli idi: qapı qarşısına asmalarla hesabı açmaq. Azarkeşlər tribunadakı yerini tutmamış bu üsulla hesabı açmağa nail oldular. 5-ci dəqiqədə Atakoranın qapı qarşısına havalandırdığı topu nəzarətsiz qalan Adeniyi başla tora qovuşdurdu. 3 dəqiqə sonra Jozef-Monroz Təmkinin ötürməsini topu qapıçının üstünə vurandan 7 dəqiqə sonra hesab arasındakı fərq artdı. Yenə Təmkin, yenə qapı qarşısına ötürmə, yenə Jozef-Monroz, lakin bu dəfə sevinən Stamenkoviç yox, “Qəbələ”nin hücumçusu oldu. Bu tura qədər inamlı təsir bağışlayan, rəqiblərinə asan təslim olmayan “Sabah”ı tanımaq olmurdu. Meydan sahiblərinə özünü məşqəymiş kimi hiss etmək imkanı yaradan bakılılar az qala hər dəfə “qırmızı-qaralar”ın yaratdığı təhlükəli vəziyyətlərə görə başını tutmalı olurdu. Hesabda üstünlüyün əldə olunması meydan sahiblərini nisbətən rahatlaşdırdı. Müdafiəçilər olduqca riskli davranır, “tələbələr”ə cərimə meydançasına daxil olmaq imkanı yaradırdılar. Deviçin olmaması, Cavidin irəlidə tək qalması hücumların kəsərini səngidirdi. Yalnız 29-cu dəqiqədə yerli azarkeşləri həyəcanlandıra bildilər ki, Novruzun solaxay zərbəsinin qarşısını yaxın küncü “bağlayan” Aqil zərərsizləşdirdi. Vəziyyətin çətinliyini, başqa cür desək, qol vurmağın vacibliyi anlayan Əhmədov dayaq yarımmüdafiəçisi Vadimi Turalla əvəzləyib komandasının hücumlarının kəsərini artırmaq haqda düşünsə də, şou göstərən “Qəbələ” ardıcıl iki dəfə qola yaxın oldu. Və hər iki halda Stamenkoviç əla oynadı. Serbiyalı qolkiper 36-cı dəqiqədə İlqarın, 2 dəqiqə sonra Ürfanın zərbələrinə əla reaksiya göstərdi.
İkinci hissədə Ramosun da meydana çıxmasıyla rollar dəyişdi. Bu dəfə qonaqlar üstün görünürdü, arxayın meydan sahibləri seyirci mövqeyindəydi. Və bu rahatlıq qolla nəticələndi. Bəxtiyar 52-ci dəqiqədə cərimə meydançasına daxil olub, bir hərəkətlə Ürfanı yerə sərib topu Aqilin yanından “çərçivə”yə göndərdi. Həm cari mövsümdə ilk qolunu vurmuş oldu, həm də Elşad Əhmədova “mən də varam” mesajını göndərdi. Qoldan həvəslənən, buna baxmayaraq, əks-hücum taktikasına sadiq qalan “Sabah” bir saatın tamamında bərabərlik qolunu vurmağa yaxın oldu. Rəqibin müdafiə xəttini azlıqda yaxalayan Tural Aqillə üzbəüz qaldığı epizodda topu bərbad zərbə ilə qapının üstündən vurub Elşad Əhmədovun özündən çıxmasına səbəbkar oldu. Oyunun sonrakı dəqiqələri birmənalı şəkildə qonaqların üstünlüyü şəraitində keçdi. Müdafiəyə qapanan meydan sahiblərindən fərqli, qonaqlar fərqlənmək üçün bir neçə real qol şansı əldə etsələr də, istifadə edə bilmədilər. Yekunda qələbəyə sevinən “Qəbələ” oldu. Çempionatın ikinci yarısında inamlı təsir bağışlayan Sənan Qurbanovun yetirmələri 3 xal nəticəsində 6-cı pillədən beşinciyə yüksəldi.
HƏBİB

Gözdən qaçmadı
* Bakıdakı stadionun tribunalarında ”Sabah”ın bir qrup azarkeşinə rast gəlmək mümkün olsa da, “tələbələr” Qəbələdə dəstəksiz qalmışdı.
* Bu mənada “Qəbələ” haqda da ağızdolusu danışmaq olmaz. Stadiona toplaşanların çırtladığı günəbaxan tumunun səsi qulaq batırırdı. Qapıarxası tribunada “Red Black Army”nin banneri açılmışdı ki, üzvlərin böyük əksəriyyəti akademiyanın gənc futbolçuları idi.
* Matçdan əvvəl stadionun tablosunun işlək olması üzümüzü güldürmüşdü. Lakin hakimin start fitindən dərhal sonra elektron lovhə ”canını tapşırdı” və bir də 15-ci dəqiqədə “özünə gəldi”.
* Biz azərbaycanlılar saçımızı yayda keçəl qırxdırmağa öyrəncəliyik. Deyəsən, avropalılarda bu əksinədi. Hər halda, Miloş Bosançiçin noyabrın soyuğunda bu həvəsə düşməsi belə düşünməyə əsas verir.
* 60-cı dəqiqədə yan xətt hakimi Vüqar Bayramovun yanlış aut qərarından sonra qonaqların qola yaxın olması yerli azarkeşləri özündən çıxardı. Mərkəzi sektorda əyləşən qəzəbli azarkeşlər laysmanın adını bilmədiyindən, “ayə, keçəl” şəklində müraciət edib etirazını bildirdi.
* Təmkin Xəlilzadə əvəzlənərkən nə baş məşqçinin, nə də əvəzləndiyi futbolçunun əlini sıxdı. Üstəlik, futbolkasını əynindən çıxarıb, ehtiyat oyunçular skamyasında soyuq havada uzun müddət yarıçılpaq oturdu.

Reaksiyalar
Elşad Əhmədov: “Uduzmağımıza baxmayaraq, maraqlı oyuna şahidlik etdiyimizi deməliyəm. Xüsusən də ikinci hissədə. Hesabda geri düşməyimizə baxmayaraq, ilk hissənin sonlarından etibarən özümüzə gəldik. Həmişə ikinci hissədə zəif oynayırdıq, bu dəfə ilk yarıda özümüzə bənzəmədik. “Qəbələ”ni təbrik edirəm. Amma heç-heçə edə biləcəyimiz oyun idi. Marko Deviçin yoxluğu bizim üçün ciddi itkidi. Növbəti matçda da meydana çıxa bilməyəcəyi dəqiqdi. Ona görə də hücumda “dişsizlik” var. Tural Qürbətovu hücumda sürəti artırmaq üçün əvəzlədik. Başqa elə bir səbəb yox idi. Oyunun əvvəlində komandanın özünə bənzəməməsi dəyişikliklərə görə idi. Kərimlə Deviç yox idi, hər dəfə 90 dəqiqə çıxış edən Ramosa istirahət vermişdik. Məqsəddə də yüklənmə hiss olunurdu deyə, dincəlməsinə imkan yaratdıq. Razıyam, start heyətində adı çəkilən futbolçular yer alsaydı, sonluq bəlkə də belə olmayacaqdı. Ən azı 15 dəqiqə ərzində iki qol buraxmayacaqdıq”.
Sənan Qurbanov: “Bu 3 xal bizim üçün çox vacib idi. Yarımmüdafiəçilərə durmadan pressinq etmək tapşırığı vermişdik ki, ilk yarıda istəyimiz alındı. Çoxsaylı qol imkanlarımız oldu. Oyunun taleyini hələ ilk 45 dəqiqədə həll edə bilərdik. Fasilədən sonra üstünlüyü rəqibə verdik deyə, qapımız qarşısında çətin anlar yaşandı. Bunun səbəbi də futbolçuların istər-istəməz müdafiəyə çəkilməsi idi. Rəqib üstümüzə gəlirdi. İkinci hissədən narazıyam. Adeniyi ilə Aqilin son görüşlərdə əsas heyətdə yer alması təsadüfi deyil. Məşqlərdə hədsiz istəkli görünürlər. Hər bir futbolçu şans qazanacaq. Bezotosnı da meydana çıxacaq. Əsas odu ki, kollektivdə sağlam rəqabət var. Cavidin ehtiyatda qalması? Xeyr, zədəylə bağlı deyildi. “Sabah”la ilk oyunun videoyazısına baxdıq və müəyyən qənaətə gəldik. Ağlımda plan var idi ki, bu gün onu tətbiq etmək istədik. Ona görə də nisbətən fərqli oyunçulara güvəndik. “Qarabağ”la bir həftə sonrakı oyuna Bakıda hazırlaşacağıq. Bunun əsas səbəbi də futbolçuların böyük əksəriyyətinin paytaxtda yaşamasıdı. İstirahət və bərpa dönəmini Bakıda keçib, hazırlığa Qəbələdə davam edəcəyik. Bakıya gedib-gəlmək bizi yorurmu? Xeyr, xoşdu. Əsas odu, yorulmayaq. Təmkinin əvəzlənəndən sonrakı əməlinə gəlincə, aqressiv futbolçudu, başa düşürük ”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar