01 noy 23:52liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Aləmi bir-birinə qatdılar...
Topaz premyer-liqasının 9-cu turu hakim idarəçiliyi baxımından bərbad alındı. Hətta o qədər bərbad ki, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik AFFA-nın rəsmi saytı vasitəsilə açıqlama vermək məcburiyyətində qaldı. Təbii, əsas müzakirə mövzusu Orxan Məmmədovdu. Daha dəqiq desək, onun qalmaqalla müşayiət olunan “Sumqayıt” – “Qəbələ” qarşılaşmasında qəbul etdiyi anlaşılmaz qərarları çək-çevir olunur.
ORXAN MƏMMƏDOV, Sumqayıt – Qəbələ
Sabiq FİFA referisinin ilk yarıdakı idarəçiliyi normal idi. Ancaq fasilədən sonra gərginlik artdı ki, Məmmədov da bu gərginliyin altında “əzildi”. Qarşılaşmanın son dəqiqələrinə təsadüf edən qarşıdurma isə xoşagəlməz olayların kuliminasiya nöqtəsi idi. Qarşıdurma zamanı Orxan Məmmədov kənarda durub, olayı diqqətlə izləyirdi. O, cibindən 5 sarı, 2 qırmızı vərəqə çıxardı. Ancaq sabiq FİFA referisi kobud səhvə yol verərək, “qırmızı”lardan birini səbəbkarlardan olan Voislav Stankoviçə yox, Bəhlul Mustafazadəyə göstərdi. Halbuki ədalət təmsilçisi daha sonra səhvini anlayaraq, protokolda yanlışlığa yol verdiyini, “qırmızı”nın Stankoviçə göstərilməli olduğunu qeyd edib. Onu da qeyd edək ki, AFFA-nın İntizam Komitəsi məsələylə bağlı qərar verib, Bəhlulun vərəqəsini ləğv edib. “Qəbələ”nin forvardı Rauf Əliyev isə ehtiyatda oturduğu halda qırmızı vərəqəni haqq edirdi. O, hakimi təhqir etdiyinə görə cəzalandı.
VÜQAR HƏSƏNLİ, Sabah – Zirə
Gənc referi mübahisəli qərarlarla yadda qaldı. Konkret desək, 36-cı dəqiqədə Pərdis Fərcad-Azad rəqibin cərimə meydançasında yerdə qaldı. Amma qonaqlar penalti tələb etsələr də, hakim davam işarəsi verdi. Videotəkrardan da görünür ki, “Sabah”ın müdafiəçisi Eltun Turabovun ayağı hücumçunun ayağına toxunur. Yəni Həsənli meydan sahiblərinin əleyhinə penalti təyin edə bilərdi. 74-cü dəqiqədə isə cərimə meydançasında top Kamal Mirzəyevin əlinə dəysə də, yenə hakimin fiti susdu. Ümumiyyətlə, sərt və sürətli oyuna imkan yaradan referi bəzən bunu kobudluqla qarışdırır, bəzən də özü həmin templə ayaqlaşa bilmirdi.
İNQİLAB MƏMMƏDOV, Səbail – Keşlə
İnqilab Məmmədov qarşılaşmanı normal idarə etdi. Baxmayaraq ki, onun işi az olmadı. Matçın gedişində həm penalti təyin etdi, həm də qırmızı vərəqə göstərdi. Ancaq insafən, “Keşlə”nin qapısına təyin olunan “11 metrə” ilə bağlı mübahisə etməyə dəyməz. Cabir Əmirli topu meydanda saxlayan Şəhriyar Rəhimovu arxadan müdaxilə ilə yıxdı və belədə Məmmədov tərəddüd etmədən “nöqtə”ni göstərdi. Yevgeni Koçukun meydandan qovulduğu epizoda gəlincə, moldovalı həqiqətən də ikili mübarizə zamanı açıq əllə rəqibinin üzünə zərbə endirmişdi.
ƏLİYAR AĞAYEV, Neftçi – Qarabağ
FİFA referisi turun mərkəzi oyununun öhdəsindən layiqincə gəldi. O, meydanda, demək olar ki, görünməsə də, futbolçular Əliyarın “çəki”sini hər yerdə hiss edir, qərarlarını hörmətlə qarşılayırdılar. FİFA referisi hətta Rəşad Sadıqova belə sarı vərəqə göstərməkdən çəkinmədi. Yalnız bir epizodda, ikinci hissənin ortalarında mövqe seçimində yanlışlığa yol verdiyinə görə top ona dəydi ki, bu da metodiki səhv sayılır.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu Dünən, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb Dünən, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı Dünən, 12:26 “Alyans”ı dayandıran tapıldı Dünən, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu Dünən, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” Dünən, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar