07 mar 16:23liqa

Liderlərdən inamlı qələbə

Liderlərdən inamlı qələbə
Həftəsonu 3-cü dövrənin son turunun oyunları keçirildi. Bundan sonra komandalar müəyyən fasilədən sonra üz-üzə gələcək. Çünki qarşıda yığmanın Qətərdə təlim-məşq toplanışı var. 21-ci turun görüşləri liderlərin qələbəsi ilə əlamətdar oldu. Bundan başqa, meydan sahiblərindən heç birininin qələbə qazana bilməməsi də qeyd edilməlidi.
Ardıcıl iki məğlubiyyətdə sonra “Qarabağ”ı Sumqayıtda yalnız qələbə qane edəcəkdi. Özü də Qurban Qurbanovun yetirmələri “Qəbələ”nin “İnter”lə görüşdə büdrəmək ehtimalını nəzərə alaraq 3 xal üçün əlindən gələni edəcəkdi. “Sumqayıt” isə ötən tur üzləşdiyi məğlubiyyətdən sonra azarkeşlərin inamını geri qayarmaq haqda düşünürdü. Ancaq bu “gənclik şəhəri” təmsilçisinə nəsib olmadı. Heyətindəki itkilərə rəğmən, “köhlən atlar” rəqibi darmadağın etdi. Düzdü, “Qarabağ”ın xeyrinə verilən penalti qərarı yetərincə şübhəli idi. Ancaq Ramil Diniyev həmin an “nöqtə”ni göstərməsəydi belə, ağdamlıların inamlı qələbə qazanacağı şübhə doğurmurdu. Bir sözlə, “köhlən atlar” böyükhesablı qələbə qazanıb, bir neçə saatlıq turnir cədvəlinin zirvəsinə yüksəldi. Ancaq bu yüksəliş məhz bir neçə saatlıq oldu. Son 5 çempionat matçında “Qarabağ”ın qapısına yol tapa bilməyən “Sumqayıt” isə 4-cü pillədən aralanmaqda davam edir.
Şənbə günü keçirilən digər oyun daha çox maraq doğururdu. Turun mərkəzi görüşündə daha öncə hər iki dueldə heç-heçə edən “İnter”lə “Qəbələ” üz-üzə gəlirdi. Təbii, ötən tur “Qarabağ”ı səfərdə yenən Zaur Svanadzenin yetirmələri bu dəfə “qırmızı-qaralar”a gücünü göstərmək istəyirdi. Özü də paytaxt təmsilçisi qələbə sayəsində çempionluq mübarizəsinə yenidən “qarmaq atmış” olacaqdı. Lakin Roman Qriqorçukun yetirmələri buna imkan vermədi. İlk yarısı qolsuz bərabərliklə bitən matçın fasilədən sonrakı bölümündə “Qəbələ” iki qol vuraraq, “Qarabağ”ın zirvədə yerini bərkitməsinə imkan vermədi. Bununla da “qırmızı-qaralar” ağdamlıların bacarmadığını reallaşdırdı. Digər tərəfdən, Qriqorçukun yetirmələri bütün rəqiblərini məğlub edən tək komandadı. Bu qələbə ilə qəbələlilər çempionluq iddiasını bir daha ortaya qoydu. “İnter”in isə qızıl medal şansı olduqca çətin görünür. Düzdü, qarşıda hələ tam bir dövrə var. Ancaq həmin müddətdə aradakı məsafənin əriyəcəyi inandırıcı deyil.
“Kəpəz” ardıcıl 2-ci ev oyununda heç-heçə etdi. Ancaq budəfəki rəqib premyer-liqanın lideri yox, autsaderi AZAL idi. Təbii, ötən tur “Qəbələ”dən xal alan gəncəlilərin bu dəfə “təyyarəçilər”i yenəcəyi gözlənilirdi. Lakin Şahin Diniyevin komadası bunu bacarmadı. Daha doğrusu, qış fasiləsində heç bir premyer-liqa klubunun yaxın durmadığı, sonda AZAL-da oynamağa qərar verən Vaqif Cavadov komandasını son dəqiqə qolu ilə məğlubiyyətdən xilas etdi. Bununla da şüvəlanlılar 6 oyunluq məğlubiyyət seriyasına son qoydu.
“Zirə” ilə görüş “Neftçi” üçün fürsət idi. “Ağ-qaralar” qələbə qazanmaqla 4-cü pillə ilə xal fərqini 3-ə endirəcəkdi. Ancaq Elxan Abdullayevin komandası bu imkanı əldən verdi. Beləcə “Kəpəz” və AZAL-ın ardınca “Neftçi”nin də çempionluq şansı nəzəri cəhətdən “dəfn olundu”. “Zirə” isə kubokun 1/4 finalında keçə bilmədiyi “ağ-qaralar”dan qisasını bu yolla aldı. “Sumqayıt”ın da bu tur xal itirməsi “qartallar”ın işinə yaradı. Belə ki, Ayxan Abbasovun yetirmələri 4-cü pillədəki yerini möhkəmlətdi. Maraqlıdı ki, “Zirə” premyer-liqa çərçivəsində heç vaxt “Neftçi”yə məğlub olmayıb.
Topaz premyer-liqası
3-cü dövrə, 21-ci tur
4 mart
Sumqayıt – Qarabağ 0:4
İnter – Qəbələ 0:2
5 mart
Kəpəz – AZAL 1:1
Neftçi – Zirə 1:2
1. Qəbələ 21 13 7 1 41-11 46
2. Qarabağ 21 14 3 4 36-11 45
3. İnter 21 9 9 3 31-21 36
4. Zirə 21 8 5 8 20-22 29
5. Sumqayıt 21 6 7 8 20-28 25
6. Neftçi 21 6 2 13 16-35 20
7. Kəpəz 21 3 9 9 14-24 18
8. AZAL 21 1 6 14 9-35 9
Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.
Növbəti turun oyunları: 13 mart – Kəpəz – Zirə, İnter – Sumqayıt; 14 mart – Qarabağ – AZAL, Neftçi – Qəbələ.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı Bütün xəbərlər
Ən çox oxunanlar