30 okt 18:32liqa, reportaj

“Flaqman” əzəli və əbədi rəqibini əzdi

“Flaqman” əzəli və əbədi rəqibini əzdi
“Forza Neftçi”lilər türk səfirin gözü önündə döyüldü
36. Neftçi (Bakı) – Qarabağ (Ağdam) 3:1 (2:0)

1. Səlahət Ağayev – 6,0
21. Məhəmməd Mirzəbəyov – qiymətsiz
(18. Tural Axundov, 12) – 5,5
28. Slavko Braliç – 5,5
25. Kiril Petrov – 6,0
5. Anton Krivotsyuk – 6,0
26. Ömər Buludov – 5,5
8. Emin Mahmudov (k) – 6,0
93. Soni Mustivar – 6,0
9. Baqali Dabo – 6,0
(11. Kvame Karikari, 90+2) – qiymətsiz
10. Dario Federiko – 6,0
22. Mirabdulla Abbasov – 6,5
(7. Namiq Ələsgərov, 74) – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
77. Elvin Sərkərov
33. Ricat Qarayev
70. Əli Şirinov
4. Rəşad Eyyubov
17. Rəhman Hacıyev
37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Mirabdulla Abbasov

12. Şahruddin Məhəmmədəliyev -5,0
77. Vild-Donald Gerye – 5,0
52. Yakub Jezniçak – 4,5
(14. Rəşad Sadıqov, 46) – 4,5
55. Bədavi Hüseynov – 4,5
30. Abbas Hüseynov – 4,5
2. Qara Qarayev (k) – 5,0
6. Simeon Slavçev – 4,5
(8. Miçel, 58) – 4,5
11. Mahir Mədətov – 5,5
19. Filip Ozobiç – 4,5
28. Con Delarj – 4,5
7. İnnosent Emeqara – 4,5
(17. Abdulla Zubir, 59) – 4,5
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
13. Vaqner Da Silva
4. Rahil Məmmədov
5. Maksim Medvedev
9. Araz Abdullayev
10. Dani Kintana
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Mədətov
Qollar: A.Hüseynov, 10–öz qapısına (1:0). M.Abbasov, 26 (2:0, B.Dabo). M.Mədətov, 85 (2:1). B.Dabo, 87 (3:1, N.Ələsgərov).
Vərəqələr: A.Hüseynov, 13 (qeyri-idman hərəkəti). T.Axundov, 19 (qeyri-idman hərəkəti). S.Mustivar, 42 (qeyri-idman hərəkəti). Ö.Buludov, 50 (qeyri-idman hərəkəti). M.Mədətov, 56 (hakimin qərarına etiraz). R.Sadıqov, 66 (qeyri-idman hərəkəti). K.Petrov, 77 (qeyri-idman hərəkəti). B.Hüseynov, 79 (qeyri-idman hərəkəti). B.Dabo, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov (hamısı Bakı), Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Füzuli Nəcəfov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
28 oktyabr. Bakı. Bakcell Arena. 4000 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə hissədə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Mübaligəsiz, heç bir şişirtməyə yol vermədən deyə bilərik ki, srağagün “Bakcell Arena”ya toplaşan azarkeşlər premyer-liqada 2018-ci ilin müvafiq dövrünə qədər ən gərgin, maraqlı matçını izlədi. Çempionluğa iddialı iki komandanın qarşılaşması o qədər nəfəskəsici idi ki, hakimin əsas vaxta əlavə etdiyi uzatma dəqiqələrində belə tribunalara toplaşan 4 min azarkeş yerindən tərpənmək istəmir, bu addımı atacağı təqdirdə nəyisə gözdən qaçıracağından qorxurdu. Yalnız baş hakimin final fitindən sonra tamaşaçılar yavaş-yavaş sektorları tərk etməyə başladılar. Belə maraqlı, Avropa futboluna uyğun oyun sərgilədiklərinə görə, nəticədən asılı olmayaraq, hər iki komandaya “əhsən” düşür.
İlk dəqiqələrdən üstünlüyü əla alan meydan sahibləri artıq 10-cu dəqiqədə hesabı açmağa müvəffəq oldu. Mirabdulla – Baqali cütlüyü “Qarabağ”ı oyuna mərkəzdən balamağa məcbur etdi. Komanda yoldaşının uzun ötürməsindən sonra “ikinci mərtəbə”də “Kuba”nı məğlub edərək Daboya ötürmə verən Abbasov özü də hücuma dəstək vermək üçün cərimə meydançasına şığıdı. Adətən, belə hücumları Avropa futbolunda gördüyümüzdən, hamı biranlıq nəfəsini içinə çəkib Bordinin yetirmələrinin həmləsinin nə ilə yekunlaşacağını gözləyirdi. Və budu, “ağ-qaralar”ın “9 nömrə”si sağ cinahda müdafiəçini də keçib qapı önünə ötürmə etdi. Mirabdullanın təqyiqi ilə üz-üzə qalan Abbas özü də istəmədən avtoqola imza atdı. Qoldan sonra da hücumları davam etdirən “ağ-qaralar” rəqibin çağşqınlığından yararlanıb 26-cı dəqiqədə hesab arasındakı fərqi 2 topa çatdırdı. Bu dəfə də Dabo - Mirabdulla tandemi sözünü dedi. Bu həm də ilk yarıda vurulan sonuncu qol oldu.
Fasilədən dərhal sonra Qurban bəy Mirabdullanın əlində əsir-yesir qalan Yakubuın əvəzinə Rəşadı meydana buraxmağa qərar verdi. “Terminator” həm müdafiədəki həyəcanı aradan qaldırmalı, həm də meydanda göstərişlər verməli idi. Miçelin “ağır” Slavçevi, yüksək texnikası ilə seçilən Zubirin heç nə ilə yadda qalmayan Emeqaranı əvəzləməsi “köhlən atlar”ın oyunda dönüş yaratmaq istəyindən xəbər verirdi. Ikinci 45 dəqiqədə qonaqların üstün təsiri bağışladığını demək olar. Ancaq 5-li müdafiəyə üstünlük verən meydan sahiblərinin arxa xəttini yarmaq o qədər də asan olmadı. Ağdamlıların ardıcıl hücumları 85-ci dəqiqədə məhsuldar oldu. Xeyli vaxtdı “ayağı bağlanan” Mədətov qapıçıdan dönən topu uzaq “9-luğ”a dəqiq sancdı. Ancaq bərabəlik qolunu vurmaq “köhlən atlar”a qismət olmadı. Əvəzində meydana ikinci hissədə çıxan və özünü ən yaxşı tərəfdən göstərən Namiq sağ cinahda Sadıqovdan sıyrılaraq, qapı önünə asma etdi ki, Dabo həmin ötürmədən maksimum yararlandı və matçda son nöqtəni qoydu.
***
Qurbanov: “Bəzən deyirlər ki, özümüz çempion olmaqda maraqlı deyilik”
Bordin: “Yol uzundu, kiçik bir addım atdıq, ancaq çox önəmli oldu”

Matçdan sonra hər iki komandanın baş məşqçisi jurnalistlər qarşısına çıxdı. Öncə qonaqların çalışdırıcısı Qurbanov Qurbanov oyunla bağlı fikirlərini bölüşdükdən sonra media nümayəndələrinin suallarını cavabladı.
- Öncə fürsətdən istifadə edib“Neftçi”ni və Roberto Bordini təbrik edirəm. Bunu sizin vasitənizlə edirəm. Çünki sıxlıq olduğuna görə matçdan sonra həmkarıma yaxınlaşa bilmədim. Uduzduq, bu idmandı. Belə məğlubiyyətə hazır olmalıyıq. Mən tərəfdən danışılacaq çox şey yoxdu. Hər bir futbolçuyla fərdi söhbətlərimiz olacaq. Futbolçuların yanında olmalıyam. Bu borcumdu. Çünki belə çətin vəziyyətlərimiz az olmayıb. Qalib gəlmək istəyirik. Ancaq səhvlər olur və onları aradan qaldırmalıyıq. İradlar bildiriləcək. Azarkeşləri də başa düşürəm. İstəkli komanda olaraq bu vəziyyətdən çıxmalıyıq. Qarşıdakı matçda daha yaxşı oyun göstərəcəyimizə inanıram. Bəzən deyirlər ki, özümüz çempion olmaqda maraqlı deyilik. Belə söz-söhbətlərin heç bir əsası yoxdu. Biz həmişə çempionluğa oynayırıq.
- Artıq neçənci dəfədi ki, məsiliyyəti üzərinizə götürərək futbolçuları qorumağa çalışırsız. Bu nə vaxta kimi davam edəcək?
- Limit yoxdu. Sadəcə, bir-birimizə dəstək olmalıyıq. Səhvləri kollektiv daxilində araşdırmalıyıq. Məndən yaxşı heç kim səhvləri görə bilməz.
- Üç gün öncə “Vorskla” ilə oyundakı məğlubiyyətdən sonra futbolçularda psixoloji yorğunluq hiss olunurdu…
- Hər bir məğlubiyyyətdən sonra futbolçularda psixoloji yorğunluq olur. Ona görə heyətdə çoxlu dəyişiklik etmişdim. Səhv etmirəmsə, həmin əsas heyətdən 3 nəfər oynayırdı. Futbolçularımız yenə də öz güclərini meydanda qoydular. Məğlubiyyətin səbəbini bununla əlaqələndirmək iztəməzdim. “Neftçi”dən fərqli, bizim oyuna hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Nə qədər üzücü olsa da, bəzən belə məğlubiyyətlərin komandaya faydası olur.
- Əlinizdə olan heyət çempionluğa oynamaq üçün yetərlidi?
- Bu gün hər bir futbolçuya güvənirəm. Bu heyətlə çox gözəl naliyyətlərimiz olub. Düşünürəm ki, çempionatda o qədər problem olmaz. Sadəcə, heyətdə müəyyən dəyişikliklər olduğundan istənilən oyunu göstərə bilmirik.
- Yakub Jezniçakın Rəşad Sadıqovla əvəzlənməsi maraqlı gəldi...
- Burda maraqlı nə var ki? Yakubda həddən artıq yorğunluq olsa da, təcrübəsinə böyük ehtiyacımız var idi. İlk hissənin sonuna yaxın yorğunluq hiss edərək onu dəyişdik.
- Mirbadulla Abbasov qol vurandan sonra azarkeşlər sizə mesaj göndərdi ki, onu milliyə çağırın. Gənc hücumçunu bundan sonra yığmada görə bilərik?
- Hər dəfə demişəm ki, bütün futbolçular nəzarətimdədi. Hər yeni toplanışlarımızda yeni futbolçular çağırılır. 40 nəfərlik siyahım var ki, Mirabdulla da ora daxildi.
Qurban bəyin ardınca konfrans salonuna “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin daxil oldu. İtalyan mütəxəssis də həmkarı kimi sualları cavablamamışdan öncə oyunla bağlı fikirlərini bölüşdü.
- Komandamı qələbə münasibətilə təbrik edirəm. Sonadək mübarizə aparan kollektivə qalib gəldik. İlk hissədə mübarizə apardıq, hücumlar etdik və qollar vurmağa nail olduq. Belə oyundan sonra özünəgüvən hissi daha çox olur. Futboldu, çətin oyun oldu. Qələbəni qeyd edirik. Futbolçulara afərin!
- “Neftçi”nin bu mövsüm belə qələbəsi olub. Bu, Avropa Liqasında “Uypeşt”lə matçda qeydə alınıb. Ancaq ondan sonra futbolçular eyforiyaya qapıldılar. Həmin hadisənin təkrarlanmaq ehtimalı varmı?
- Həmin oyunu unutmuşuq. İki ay öncə olan görüşə dönmək absurd olar. Bu, çempionat görüşü yox, tam başqa qarşılaşmaydı. Futbolda bütün nəticələr olur. Əsas sonadək mübarizə aparmaqdı. Bu gün çox yaxşı nəticəyə nail olduq. Yaxşı oyun göstərdik və qələbəyə layiq idik. Yol uzundu, kiçik bir addım atdıq, ancaq çox önəmli oldu. Əsas odu ki, bu mübarizəni sonadək davam etdirək.
- "Şerif”lə avrokuboklarda “Qarabağ”la qarşılaşmaları da nəzərə alsaq, Qurban Qurbanov üzərində ilk qələbəni qazandız. Bu, şəxsən sizin üçün nə dərəcədə önəmli oldu?
- Bu, ilk nöbədə komandanın qələbəsidi. Əsas odu ki, 3 xal qazandıq. Bu, bütün “Neftçi”nin qələbəsidi. “Qarabağ” Avroliqada oynamış komandadı və onun üzərində qələbə böyük önəm kəsb edir.

Gözdən qaçmadı
* “Forza Neftçi” və qonaqların fanklubu “Qarabağ Ordu” qarşılaşmanın başlamasına yarım saat qalmış tribunada yerlərini tutmuşdularsa, “İmarət”in üzvləri hakimin start fitinə saniyələr qalmış onlar üçün ayrılmış sektorda göründülər.
* İlk hissənin ortalarında Bordinin addımı hamını təəccübləndirdi. Belə ki, italyan mütəxəssis gözlənilmədən köməkçisi Füzuli Məmmədova əsəbləşərək, ondan ehtiyat oyunçular skamyasında oturmağı tələb etdi. Köməkçi-məşqçi Bordinin göstərişinə ikinci yarının 70-ci dəqiqəsinə qədər əməl etdi. Ancaq son 20 dəqiqədə Məmmədov yenə öz ampluasında idi. O texniki zonaya çıxaraq, baş məşqçi ilə yanaşı futbolçulara tapşırıqlar verirdi.
* 58-ci dəqiqə “Forza Neftçi”nin üzvlərinin yer aldığı sektorda atəşfəşanlıq yaşandı. Sevimlilərini dəstəkləmək üçün 20-dən çox petard yandırdılar, “limonka” effekti verən partlayıcı maddələrdən istifadə etdilər. Petardlar sönəndən sonra isə polislərlə fanatlar arasında qarşıdurma yaşandı. Asayiş keşikçiləri “Forza Neftçi”nin yer aldığı sektora hücum edib, azarkeşləri tribundan uzaqlaşdırmaq istəyirdilər. Heç nədən çəkinməyən fanatlar polislərə qarşılıq verdilər ki, insident daha da böyüdü. Bir neçə dəqiqəlik qarşıdurmadan sonra fanklub üzvləri yenidən tribunada yerlərini tutaraq “ağ-qaralar”a daha möhtəşəm dəstək verməyə başladılar. Oyunun 63-cü dəqiqəsində isə polislərlə “İmarət”in üzvləri arasında insident yaşandı.
* Matçı izləyənlər arasında Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral da var idi. “Neftçi”nin prezidenti Kamran Quliyev fasilədə oyunu Türk Hava Yolları üçün hazırlanmış xüsusi "lounge”da izləyən səfirə və Türk Hava Yollarının Bakı ofisinin rəhbəri Seyfullah İlyasa komandanın formasını hədiyyə edib.
* “Forza Neftçi”nin üzvləri hazırda zədəli olan komandanın kapitanı Ruslan Abışovu da yaddan çıxarmamışdı. Onlar üzərində "Çempionluq yolunda bir sən əskiksən, kapitan" yazılan pankart açmaqla, Abışova dəstək verməyi lazım bilmişdilər.
* Mahir Mədətov hesab arasında fərqi azaltdıqdan sonra “Neftçi” fanatlarının yer aldığı sektota tərəf qaçaraq əli ilə “5” göstərdi. Bunun nə olduğu anlaşılmaz qalsa da, Rəşad Sadıqov gənc hücumçunun jestindən narazı qalaraq, onun əlindən vurmağı lazım bildi.
* Meydan sahiblərinin 3-cü qolundan sonra isə Bordin üzünü “skay-box”a tutaraq, qolu çılğınla qeyd etdi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar