30 okt 18:12liqa, reportaj

“Zirə” oynadı, “Sabah” sevindi

“Zirə” oynadı, “Sabah” sevindi
Samir Abasov: “Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik qol vurmağa”
33. Sabah (Bakı) – Zirə 2:1 (1:0)

30. Saşa Stamenkoviç – 5,5
25. Vanderson Silva – 5,0
13. Filip İvanoviç – 5,5
5. Kərim Diniyev – 5,5
(11. Elgün Nəbiyev, 74) – 4,5
33. Eltun Turabov – 5,5
21. Novruz Məmmədov – 5,0
15. Erik Ramos – 5,0
22. Miloş Bosançiç – 5,5
(4. Tərzin Cahangirov, 65) – 5,0
19. Məqsəd İsayev – 5,5
(6. Vadim Abdullayev, 78) – qiymətsiz
7. Vitali Kvaşuk – 6,0
10. Cavid İmamverdiyev (k) – 6,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
14. Tural Qürbətov
27. Bəxtiyar Soltanov
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev

1. Anar Nəzirov (k) – 5,0
2. İlkin Qırtımov – 4,5
(17. Vüsal İsgəndərli, 85) – qiymətsiz
5. Adil Nağıyev – 4,5
39. Sadiq Quliyev – 4,5
(77. Mirsahib Abbasov, 65) – 5,5
88. Tellur Mütəllimov – 5,5
8. Kamal Mirzəyev – 4,5
38. İlkin Muradov – 5,0
91. Bilal Həmdi – 5,5
9. Aleksandr Dedov – 5,0
(11. Dilan Duventru, 46) – 5,5
10. Sadio Tounkara – 6,0
7. Pərdis Fərcad-Azad – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Budaq Nəsirov
13. Murad Musayev
16. İbrahim Aslanlı
26. Miloş Rodivoyeviç
27. Adrian Skarlatake
47. Əmrah Bayramov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sadio Tounkara
Qollar: M.İsayev, 45+1 (1:0, C.İmamverdiyev). T.Mütəllimov, 73 (1:1, B.Həmdi). C.İmamverdiyev, 90+2 (2:1, V.Kvaşuk).
Vərəqələr: İ.Muradov, 21 (qeyri-idman hərəkəti). V.Silva, 50 (qeyri-idman hərəkəti). P.Fərcad-Azad, 65 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Akif Əmirəli, Cəmil Quliyev, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Məlik Həsənov (Bakı).
27 oktyabr. Masazır. Əlincə Arena. 1000 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 1, ikinsi hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Əlincə Arena”dakı görüş prinsipiallıq vəd edirdi. “Sabah” ilk dövrədə “Zirə”nin baş məşqçisini istefaya göndərmişdi . Belə ki, üçüncü dövrədə debütanta uduzduqdan sonra qəsəbə təmsilçisində baş məşqçi istefası gerçəkləşmiş, Ayxan Abbasov Samir Abasovla əvəzlənmişdi. Odu ki, Abasov sələfinin qisasını almağa çalışacaqdı. Hətta hər iki düşərgədəki itkilər belə mübarizəyə xələl gətirmirdi. Qeyd edək ki, “Sabah” əsas qol silahı, bir gün əvvəl məşqdə zədələnən Marko Deviçin, “Zirə” isə eyni səbəbdən komandasına kömək edə bilməyən Adrian Skarlatakenin xidmətindən məhrum idi. Bəribaşdan qeyd edək ki, debutant Deviçin yoxluğunda sıxıntı yaşamadısa, qəsəbə təmsilçisinin müdafiə xətti bərbad göründü…
Artıq 6-cı dəqiqədə hesab açıla bilərdi. Tounkara komanda yoldaşının ara ötürməsindən sonra rəqib müdafiəçinin müşayiəti ilə cərimə meydançasına daxil olsa da, zərbəsi zəif alındığı üçün topu tutmaq Stamenkoviç üçün çətin olmadı. Qonaqların cavabı da özünü çox gözlətmədi. 10-cu dəqiqədə Kvaşukun ötürməsini qəbul etməyə hazırlaşan İmamverdiyevin ayağından topu son anda Adil çıxardı, daha sonra Nəzirov təhlükəni birdəfəlik sovuşdurdu. Növbəti real qol vəziyyətini izləmək üçün 35-ci dəqiqəyə kimi gözləmək lazım gəldi. Standart vəziyyətdən sonra Nağıyev əlverişli vəziyyətdən fərqlənə bilmədi. Az sonra Dedov Tounkaranın ideal ötürməsini qola çevirməyə borclu idi. O, penalti nöqtəsinin üstündən topu hava ilə boş olan sağ küncə göndərmək əvəzinə, yerlə düz rəqibin üstünə vurdu. “Vurmayana vurarlar” prinsipi ilk yarıya əlavə olunmuş dəqiqədə işə düşdü. Kvaşuk sağ cinahdan keçid edib topu rəqibin cərimə meydançasına göndərdi. Mərkəzdə mövqe seçən İmamverdiyev isə öz növbəsində topu boşda olan komanda yoldaşı Məqsədə ünvanladı. Sonuncu nəzarətsiz qalmasından istifadə edərək topu rahatladı və daha sonra asta vuruşla uzaq “doqquzluğ”a atdı – 1:0.
İkinci hissədə isə meydanda bir komanda var idi. “Zirə” fasilədən sonra hücumların kəsərini artırdı və 73-cü dəqiqədə tarazlığı bərpa etdi. Düzdü, qonaqlar qol vurarkən “Sabah” meydanda azlıqda qalmışdı. Kərim zədələnmişdi və həkimlər ona meydanın kənarında yardım edir, Elşad Əhmədov isə onu əvəz etməyə hazırlaşırdı. Tounkaranın cinah asmasını Bilal effektli daban ötürməsi ilə Tellurun önünə atdı ki, cinah müdafiəçisi qarşısıalınmaz zərbə ilə hesabı bərabərləşdirdi. Buna qədər isə Pərdis və sonradan meydana çıxan Mirsahib yüzfaizlik qol imkanını boşa vermişdi. Heç-heçə ilə kifayətlənməyən və hücumu müdafiəçilərin sayını azaltmaqla gücləndirən Samir Abasovun riskli əvəzetməsi özünü doğrultmadı. Düzdü, 75-ci dəqiqədə Pərdisin baş zərbəsini Stamenkoviç mükəmməl reaksiya ilə dəf etmiş, bir qədər sonra rəqibin cərimə meydançasındakı qarışıqlığı heç cür qolla tamamlamaq mümkün olmamışdı. Əvəzində “Sabah” yenə əlavə olunmuş dəqiqələrdə qola sevindi. Əks-hücumdan sonra Cavid Kvaşukun ötürməsini qapıdan keçirib sabiq məşqçisini cəzalandırdı. Beləliklə, “Sabah” ilk dövrədə olduğu kimi, yenə “Zirə”ni məğlub etməyi bacardı.

Reaksiyalar
Samir Abasov: “Təəssüflənirik, dilxoruq. İki oyundu çoxlu qol vəziyyəti yaradırıq, ancaq yenə uduzuruq. Qorxduğumuz başımıza gəldi. Əks-hücumdan qol buraxdıq. Bəxtdən şikayətlənmək istəmirəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən danışmağa haqqı yoxdu. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik qol vurmağa. Məşqdə hazırlaşdığımız bir çox şeylər alındı. Rəqibə təzyiq etməyimiz bəhrə verdi. Ancaq müdafiədə yaraşmayan, futboldan uzaq hərəkətlər gətirib qola çıxardı. Hər bir oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Adrian Skarlatake yox idi. Belə şeylər bizə bəraət qazandırmır. "Zirə" adına xoş hal budu ki, oyunumuzda irəliləyiş var. Bilirəm ki, bu, birdən-birə düzəlmir. Adam topu çıxaranda bilmir ki, hansı zonaya çıxarmaq lazımdı, hardan təhlükə gəlir. Özüm özümü paltardəyişmə otağında da söyürəm. Hissiyyatım vardı ki, qol buraxağacağıq. Nə qədər təəccüblü görünsə də, oyunumuzu İlkin Muradov apardı. Gördük ki, disbalans yaranıb. Ancaq Muradovun yerini dəyişdikdə də qol buraxdıq. Təzyiqimiz düz idi, hərəkətimiz də. İkinci qola gəlincə, topu vurub çıxarırsansa, elitada oynayırsansa, bilməlisən hansı zonaya çıxarmaq lazımdı. Çox üzülürəm bu oyuna görə. Udsaydıq, çox şad olardıq. Azarkeşlərimizə demək istəyirəm ki, səbirli olun. Çox xahiş edirəm. "Zirə" rəhbərliyinin istəyi odu ki, layiqli yer tutaq. Alınmayacaqsa, mən və rəhbərlik düzgün qərar verəcəyik. Əlimizdə olan futbolçularla komanda qururuq. Vəziyyəti dəyişəcək sehirli çubuğum da yoxdu. Ancaq inanıram və söz verirəm ki, dəyişikliklər olandan sonra "Zirə" ən yaxşılardan olacaq”.
Elşad Əhmədov: “Oyunla bağlı danışmaq mənim üçün çətindi. İkinci hissədə çox zəif oynadıq, bəxtimiz gətirdi. "Zirə" fasilədən sonra gözlədiyimizdən də yaxşı, sürətli oynadı. Mənə təsir edən odu ki, müdafiədə oturduq. Ancaq futbolçularımız buraxdıqları qoldan sonra xarakter göstərdilər və uzatma dəqiqələrində qələbə topunu vurdular. Komandamızda psixoloji durum belədi ki, futbolçular 1 qol vurandan sonra rahat oynamırlar. Sanki qol buraxmaq təhlükəsi var. Yeri gəlmişkən, bu gün Markonun ad günüdü və qələbəni ona həsr edirik. Bu nəticə Deviçin ad günü üçün gözəl hədiyyə oldu. Markodan başqa qol vuracaq futbolçularımız var. Bunu göstərdik, bu gün Məqsədlə Cavid fərqləndi”.

Gözdən qaçmadı
* Oyun günü "Sabah"ın legioneri Marko Deviçin həyatında əlamətdar idi. Beş qolla hələ də bombardirlərin yarışında lider olan hücumçu oktyabrın 27-də 35 illik yubileyini qeyd edirdi. Bu əlamətdar günü meydanda qeyd edə bilməyən, "Zirə"ylə qarşılaşma ərəfəsində məşqdə adlığı zədə üzündən uzun müddətə sıradan çıxan Markoya komandası sürpriz hazırlamışdı. Belə ki, "Sabah" "Əlincə Arena"da pankart asmışdı. Futbolçusunu 35 yaşının tamam olması münasibətilə təbrik edən debutantın pankarta ingilis dilindən tərcümədən "Marko Deviç, həmişəcavan" yazısı onun bacarığına işarə idi.
* Ümumiyyətlə, fəallığı ilə diqqəti çəkən yerli azarkeşlərin tribunada nümayiş etdirdiyi şüarlar diqqəti çəkirdi. “Bu günün işini “Sabah”a saxla”, “Sabah” Masazırda futbola duz qatır” pankartları maraq doğurmaya bilməzdi.
* 45-ci dəqiqədə Filip İvanoviçlə Sadio Tounkara arasında gərginlik yaşandı. Malili yarımmüdafiəçi rəqibə topu autdan oyuna daxil etməyə imkan vermədi və belədə tərəflər baş-başa gəldi. Futbolçuları komanda yoldaşları və hakimlər birtəhər sdakitləşdirə bildi. Maraqlıdı ki, məhz həmin epizodun davamında “Sabah” hesabı açdı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar