06 mar 18:33liqa

“Qəbələ” bəyanat yaydı, Əliyar Ağayevi qərəzdə suçladı

“Qəbələ” bəyanat yaydı, Əliyar Ağayevi qərəzdə suçladı
“İntizam Komitəsi hakimlər briqadasının qeyri-obyektiv raportuna əsaslanıb”

Gözlənildiyi kimi, “Qəbələ” dünən İntizam Komitəsinin qərarlarından apellyasiya şikayəti verdi. Bundan başqa, klub cəzalara etiraz məzmunlu bəyanat da yaydı. Burda Əliyar Ağayev də cidd tənqid olunub. Həmin bəyanatı nəzərinizə çatdırırıq: “Premyer-liqanın 20-ci turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyununda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi klubumuzun üzvlərini cəzalandırıb. “Qəbələ” bu haqda artıq AFFA Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək məsələyə yenidən baxılmasını xahiş edib. Futbolçumuz Nika Kvekveskirinin 3 oyunluq cəzalandırılması həddən artıq sərt qərardı. Videotəkrardan bəlli olduğu kimi, ən sərt hakim Kvekveskirini maksimum iki sarı vərəqə ilə cəzalandıra bilərdi. Çünki Nicat Qurbanovun gözlənilməz və yolverilməz hərəkətindən sonra futbolçumuz özünü müdafiə etmək üçün instinktiv reaksiya verərək rəqib futbolçunu əli ilə itələyib. Hadisə vaxtı və hadisədən sonra onun hərəkətlərində hər hansı aqressivlik müşahidə olunmur. Bu haqda klubun etirazı oyunun protokolunda əksini tapıb. Hesab edirik ki, Nikaya verilən cəza həddən artıq ağırdı və minimuma endirilməlidi. Həmçinin klubun əməkdaşları Səbuhi Qarayev, Səməd Nəsibov, Səbuhi Səfiyarlı və Zaur Əzizova verilən cəzalar da çox yüksəkdi. İntizam Komitəsi hakimlər briqadasının yazdığı qeyri-obyektiv raporta əsaslanaraq bu qərarı çıxarıb. Qeyd etmək istərdik ki, sözügedən əməkdaşlarımız həqiqətən də birinci hissədən sonra hakimlər briqadasına etirazını bildirib. Lakin bu etiraz fiziki təsir həddinə çatmayıb, hakimlər polislərin müşayiəti ilə paltardəyişmə otağına daxil olublar. Bu zaman yan xətt hakimi Rza Məmmədovun klubumuza qarşı qeyri-etik ifadə işlətməsi hadisələrin daha da böyüməsinə səbəb olub. Çempionatın arxada qalan turlarına nəzər yetirsək, klub əməkdaşlarının oyunun hakimlər briqadasına etirazının səbəbini başa düşmək mümkündü. İndiyədək dəfələrlə AFFA rəsmiləri belə “Qəbələ”yə qarşı saysız-hesabsız hakim səhvlərinin olduğunu etiraf ediblər. Ancaq heç vaxt klubumuz tərəfindən ədalət təmsilçilərinə qarşı aqressivlik nümayiş etdirilməyib. Xüsusilə Avropa meydanlarında layiqli idarəçiliklə diqqəti çəkən perspektivli hakim Əliyar Ağayevin “Qəbələ”nin oyunlarında yol verdiyi səhvlərin nədən qaynaqlandığını anlamaq mümkün deyil. Məhz Ağayev “Kəpəz”lə oyunda son 2 mövsümdə 4-cü dəfə futbolçularımıza mübahisəli qırmızı vərəqə göstərərək komandamıza qarşı qərəzli mövqe göstərib. Başqa oyunlarda analoji vəziyyətlərdə loyallıq göstərən, açıq mübarizəyə şərait yaradan FIFA referisi briqadası ilə birlikdə cəmi 2 tur əvvəl (“Zirə” – “Qəbələ” 2:2) “Qəbələ”nin 2 xal itirməsinə səbəb olub. Təəssüf ki, ölkə idman ictimaiyyətinin böyük ümidlər bəslədiyi referi belə idarəçiliklə həm öz, həm də təmsil etdiyi qurumun nüfuzuna zərbə vurmaqdadı. “Qəbələ” daim ədalətli oyun prinsiplərinin tərəfdarıdı və çempionatın qarşıdakı 8 turunun məhz bu prinsiplər əsasında keçiriləcəyinə ümid bəsləyir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar