19 okt 14:46liqa

Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır

Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır
“Nə kimisə cəzalandırmışam, nə də təqdimatım əsasında cərimə kəsilib”
Oktyabrın 13-də “Səbail”lə keçirdiyi yoxlama oyununda 1:0 hesabıyla qalib gələn “Qəbələ” birgünlük istirahətin ardından artıq bölgəyə yollanıb. “Neftçi” ilə oyunun hazırlığını “doğma divarlar” arasında sürdürən “qırmızı-qaralar” dünən axşam saat 6-da növbəti məşqinə çıxıb. Bu haqda bilgini şimallıların baş məşqçisi Sənan Qurbanovdan aldıq. Sənan bəy düşərgədə əhval-ruhiyyənin yüksək olduğunu, ikinci dövrəyə qələbə ilə başlamağı hədəflədiklərini bildirdi: “Səbail”lə matçdan sonra komandanı istirahətə buraxmışdım. Artıq bu gündən Qəbələdə məşqləri davam etdiririk. Düşərgədə ab-hava yüksəkdi. “Neftçi” ilə oyuna dönüş nöqtəsi kimi baxırıq. Futbolçularla söhbət etmişəm. Hamı yalnız qələbə barədə düşünür. Bizim üçün uğursuz keçən ilk dövrəni unudub, ikinci dövrəyə qələbə ilə başlamaq istəyirik. Komanda üzvləri də başa düşür ki, artıq geriyə yol yoxdu və ilk 7 turda yol verdiyimizi səhvləri bir daha təkrarlamamalı, ikiqat əzmlə mübarizə aparıb turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq. Bu arada mediada komanda ilə bağlı çox söz-söhbət yayıldı, tənqidi materialların sayı çox oldu. Başa düşürük ki, hamı bizdən daha parlaq oyun gözləyir. Məşqlərdə hamı var qüvvəsi ilə çalışıb, çempionat oyunlarında bacardığının ən yaxşısını nümayiş etdirmək istəyir. Sadəcə, elə bil bəxt bizdən üz döndərib. Qalib gəlməli olduğumuz qarşılaşmalarda uduzmaqla həm azarkeşləri, həm də rəhbərliyi məyus etmişik. Ümid edirəm ki, artıq hər şey geridə qalıb və futbol ictimaiyyəti, azarkeşlər ikinci dövrədə daha yaxşı oyun sərgiləyən, qələbələri sıralayan komanda görəcək”.
Son günlər mətbuatda rəhbərlikdən dəstək alan baş məşqçinin futbolçulara sərt üzünü göstərdiyi barədə xəbərlər paylaşılıb. Yazılanlara inansaq, Sənan bəy daxili nizam-intizam məcəlləsini pozan və premyer-liqanın ilk dövrəsində zəif təsir bağışlayan oyunçuların hamısını sərt cəzalandırıb. Gənc mütəxəssisin təqdimatı əsasında kollektiv üzvləri üst-üstə 25 min dollardan artıq məbləğdə cəriməyə məruz qalıb. Sənan bəylə söhbətdə bu məsələyə də aydınlıq gətirməsini istədik: “Klubdaxili toplantı olub, futbolçularla ilk dövrənin yekunları haqda söhbətləşmişik. Ancaq nə kimisə cəzalandırmışam, nə də təqdimatım əsasında cərimə kəsilib. Hamısı təcrübəli, bərkə-boşa düşmüş oyunçulardı. Özləri də yaxşı dərk edirlər ki, “qara zolaq”dan çıxa bilməyəcəyimiz halda rəhbərlik sərt addımlar ata bilər. Odu ki, hamı işinə məsuliyyətlə yanaşır”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar