05 mar 15:22liqa, manset

Zaur Svanadze “Qarabağ”a qarşı oyunlardakı uğurun sirrini açıqladı

Zaur Svanadze “Qarabağ”a qarşı oyunlardakı uğurun sirrini açıqladı
Premyer-liqa sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Ötən tura kimi çoxumuz çempionatda qızıl medallar uğrunda yalnız “Qəbələ” və “Qarabağ”ın mübarizə aparacağına əmin idik. Lakin 20-ci turda “İnter” “mən də varam” mesajı verdi. Paytaxt təmsilçisi səfərdə “Qarabağ”ı minimal hesabla məğlub etdi və liderlərlə xal fərqini azaltdı. Növbəti matçda isə bakılılar lider “Qəbələ”ni qəbul edəcək. Meydan sahibləri sözügedən qarşılaşmada da qalib gələrsə, qızıl medal şansları bir qədər də artacaq. Sponsor tərəfindən buraxılan, maaşları vaxtında ödənilməyən komandanın belə uğurlu çıxışının əsas səbəbkarı, təbii ki, baş məşqçi Zauz Svanadzedi. Bütün çətinliklərə baxmayaraq, məhz o komandanı düzgün motivasiya edir, yönləndirir. Bütün bunları nəzərə alıb gürcü mütəxəssislə danışmağı lazım bildik. O, çempionluq şanslarından, “Qəbələ”yə qarşı görüşdən, Zurab Xizanişvilinin bukmeker konrotları ilə işbirliyində ittiham olunmasından və digər məsələlərdən danışdı.
- “Qarabağ” üzərindəki qələbədən sonra özünüzü necə hiss edirsiz?
- Əla. Hər şey qaydasındadı. Əhval-ruhiyyəmiz yaxşıdı. Necə ki, “Qarabağ”la oyundan əvvəl belə idi. Uşaqlar dünən (srağagün) istirahət etdilər. Bu gün (dünən) isə bir məşqimiz oldu.
- Növbəti turda rəqib “Qəbələ”di. Hazırlıqlar necə gedir?
- Həmişəki kimi, hazırlıq yüksək səviyyədədi. Oyunçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Bizi qarşıda çox güclü rəqibə qarşı eyni dərəcədə çətin oyun gözləyir. Bir ciddi itkimiz var. “Qəbələ” ilə görüşdə Fuad Bayramov komandaya kömək edə bilməyəcək. Çünki vərəqə limitini doldurub. Bayramov bizim üçün çox lazımlı fiqurdu. Bilirsiz ki, orta sahədə oyunçularımız çox deyil. Digər oyunçularda heç bir problem yoxdu. Ümid edirəm ki, qarşıdakı iki gündə də itkilərimiz olmaz.
- Necə düşünürsüz, “Qarabağ” üzərində qələbə çempionluq şanslarınızı qaytardı, yoxsa bunu “Qəbələ” ilə oyundan sonra demək olar?
- (gülür) Heç vaxt deməmişik ki, biz çempionluğa oynayırıq. Mövsümün əvvəlində qarşımıza belə məqsəd qoyulmayıb. Bizim üçün ən əsas məsələ avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı. Buna baxmayaraq, heç vaxt təslim olmaq fikrində olmamışıq. Nə bacarırıqsa, onu da etməyə çalışacağıq.
- Amma “Qəbələ”ni məğlub etsəz, şanslar bir az da artacaq.
- Şansımız olacaqsa, təbii ki, mübarizə aparacağıq. Hər şey qarşıdadı. Nələrin baş verməsindən asılı olmayaraq, bütün qarşılaşmalara qələbə üçün çıxırıq. Hər zaman 3 xal qazanmaq istəyirik. Heç vaxt geriyə addım atmaq haqda fikirləşməmişik. Kənardan bizi izləyənlərə xoş anlar yaşatmalıyıq.
- Bu mövsüm “Qarabağ”la 3 dəfə qarşılaşmış, iki qələbə, bir heç-heçəyə imza atmısız. Suraxanıdakı oyundan sonra bu uğurun sirrini açmaq istəmədiz. Bəlkə bunu indi deyəsiz?
- Buna sirr deməzdim. “Qarabağ”dan xal almağın, onlara uduzmamağın bir sirri var – etibarlı müdafiə olunmaq və rəqibə boş zonalar verməmək. Müdafiədə intizamlı oynamalıyıq. Kiçik səhvlər belə buraxmamalıyıq. Sənin komandan bunu bacarırsa və şansları dəyərləndirirsə, mütləq xal qazanacaq. Biz də bunu “Qarabağ”a qarşı etdik.
- Dedikləriniz bu mövsüm daha yaxşı alınır, nəinki əvvəlki. Bəlkə “Qarabağ” əvvəlki “Qarabağ” deyil?
- Belə deməzdim. Düzünü desəm, son oyunda rəqibin heyətində ciddi itkilər var idi. Dani Kintana və Reynaldonun olmaması onların oyununa ciddi təsir göstərir. Son oyunda bu amil xeyrimizə oldu. Amma düşünürəm ki, “Qarabağ” toparlanacaq. Çünki o komandanın böyük potensialı var. Bu qədər tez mübarizədən çəkiləcəklərini gözləmirəm.
- Komandanızın “qoca divar”ı Zurab Xizanişvili son oyunda əla təsir bağışladı. Amma o, həmişə bu səviyyədə çıxış etmir. Niyə belədi?
- Bu sualı ona versəz, daha yaxşı olar. Mən bilirəm ki, Zurab yaxşı formada olanda, əla çıxış edir, komandamıza faydası böyük olur. Elə olur ki, Xizanişvili zədələrdən əziyyət çəkir, məşqlərdən kənar qalır. Bu üzdən səhvlər də olur. 100 faiz hazır olanda o, öz mövqeyinin ən yaxşısıdı.
- Bəlkə bu səhvlər yaşı ilə əlaqəlidi?
- Xeyr. Belə düşünmürəm. Yaşın səhvlərə aidiyyatı yoxdu. Xüsusilə də müdafiəçi üçün. Yaş çox olsa da, təcrübəsi böyükdü.
- Amma fərqli düşünənlər də var. Məsələn, Xizanişvilinin qumar oynadığı üçün bilərəkdən səhv etdiyini deyənlər az deyil.
- Siz nə danışırsız? Bunu kim deyir? Bunu deyənlər “İnter”in düşmənləridi. Xahiş edirəm, kimsə nədənsə şübhələnirsə, istintaq orqanlarına müraciət etsin. Getsinlər, izahat versinlər. Şəxsən mən özüm bu işin arxasınca gedəcəm. İnanmıram ki, komandamda kimsə mənə xəyanət etsin. Zurab Xizanişvilinin oyun satdığını deyənlər dəli olublar. Sizdən dönə-dönə xahiş edirəm, bu cür xəbər qulağınıza çatsa, mütləq bizə çatdırın. Biz bu məsələni polis orqanları qarşısında qaldıracağıq. Belə sözlər eşitmək özü belə utandırıcıdı.
- Cari mövsümdə “İnter” güclü rəqiblərə qarşı daha yaxşı oynayır. Amma ortabab komandalarla oyunlarda xallar itirir. Bunun səbəbi nədi?
- Çempionatda zəif komanda yoxdu. Mövsüm başlayanda demişdim ki, bizim üçün bütün görüşlər çətin olacaq. Çünki rəqiblər də çalışırlar, mübarizə aparırlar. Təbii ki, turnir cədvəlində bizdən yuxarıda qərarlaşan komandalara qarşı oyunlara uşaqlar daha yaxşı köklənirlər. Onlar özlərini sübut etməyə çalışırlar.
- “Neftçi”yə 1:3 hesabı ilə məğlub olandan sonra demişdiz ki, sizin “ağ-qaralar”a qarşı sindromunuz var. Axı yalnız onları yox, “Zirə”ni də məğlub edə bilmirsiz.
- Nə olsun, onlar da bizi məğlub edə bilmir (gülür). Baxın, görün “Zirə”nin heyətində neçə legioner var? Özü də yüksək səviyyəli. “Neftçi” ilə oyunlarımız alınmır. “Zirə” də yaxşı komandadı. Sona kimi mübarizə aparırlar. Onlara qarşı oynamaq çətindi. Hətta çox çətin. Səhvlərimizdən nəticə çıxarıb, onlara da qalib gəlməyə çalışmalıyıq.
- “İnter” sponsorsuz qaldı, klubda maaşlar vaxtında ödənilmir. Bu vəziyyətdə komandanı motivasiya etmək sizin üçün çətin deyil?
- Yox, çətin deyil. Çünki biz çətinliklərə öyrəşmişik. Artıq iki ildi ki, maliyyə problemlərindən əziyyət çəkirik. İndi bu cür hallar yaşananda, daha əzmkar oluruq. Uşaqlar bunu yaxşı başa düşürlər. Vəziyyət necə olur-olsun, biz yaxşı çıxış etməliyik. Meydandan kənardakı problemlər oyunumuza təsir etməməlidi.
- Rəhbərlik yaxın zamanda maaşların ödəniləcəyini demişdi. Bir səs-soraq varmı?
- Bəli, onlar söz veriblər. Yanvar və fevralın maaşlarını almamışıq. Amma deyiblər ki, yaxın günlərdə ödəniləcək. Çox güman ki, ödəyərlər.
- “İnter”ə qarşı oyunda sabiq futbolçunuz Ağabala Ramazanov o qədər də yaxşı təsir bağışlamadı. Sizcə, o, “İnter”i tərk etdiyi üçün peşmandı?
- Belə düşünmürəm. Ağabalanın potensialı var. Onun bizə qarşı pis oynadığını deməzdim. “Qarabağ” yaxşı komandadı. Niyə peşman olsun ki? Ramazanov daim avrokuboklarda çıxış edən kluba keçib. Burda peşman olacaq bir iş yoxdu.
- Söz-söhbət gəzir ki, mövsümün sonunda komandadan gedəcəksiz. Bu nə dərəcədə doğrudu?
- Mən niyə gedim? Bunu ilk dəfə sizdən eşidirəm. Bu haqda nə fikirləşmişəm, nə də kimsə mənə nəsə deməyib. Yəqin ki, məndən xoşu gəlməyən kimsə bunu deyib. (gülür)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Oqtay Atayev fenomeni… 17:52AFFA rəhbərliyi Foqtsu əsəbiləşdirirmiş... 17:49“Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və ev veriləcək” 17:48Böyük ajiotaj və gözlənilən xəyal qırıqlığı 17:39Yiğma üzvlərinin qiymətləndirməsi 17:35Orsato kapitanımızı bağışladı 15:25Löv yığmamızı təriflədi 15:24Nəyə ümid edirdik, nə oldu… 15:17“Turan Tovuz” 1:1 itirir 15:14Saxta profil tanınmış hakimi gülməli vəziyyətə saldı 15:11Şakir Eminbəylinin təklifi “atışmaya” səbəb oldu 15:11“Qəbələ” rəsmisi PFL-i qınadı 15:09ABŞ-da yaşayan Bakıəsilli yəhudi Banişevskini yad etdi 15:06Zaur Suxumidə sevindi 15:04İslam Həmrəyliyi Oyunlarına 20 min bilet satılıb 15:02Rəşad Sadıqov: “Bu gün daha çox azarkeşləri sevindirə bilmədiyimizə görə məyusam” 15:00“Neftçi”də zədə sindromu 13:42Qriqorçuk Sadiqovsuz çətin olduğunu etiraf etdi 13:40Yetirmələrinin oyunu Kamran Əlibabayevi bezdirib 13:36Təqvim “Qəbələ” üçün ağır görünsə də... 13:34“Heydər Əliyev kuboku”na 8-10 komandanın qatılacağı planlaşdırılıb 13:32Bundestim hava limanına yığışan tərəfdarlarını məyus etdi 13:30Ümid verən 5 məqam 13:2826 mart lənətinə son qoyun! 13:26Foqts Elxan Məmmədovla görüşdü 13:24Biro Jade çempion kimi ilk müsahibəsini “Futbol+”ə verdi 13:22“Araz” çempion oldu! 13:16Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37 Bütün xəbərlər
Ən çox oxunanlar