09 okt 18:56liqa

7 turdan diqqəti çəkən 7 məqam

7 turdan diqqəti çəkən 7 məqam
Ortalama 1004 azarkeş və intizamlı “Qarabağ”
Ötən həftənin cümə günü keçirilən 3 oyunla premyer-liqada birinci dövrə natamam da olsa, başa çatdı. Xatırladaq ki, bəlli səbəblərdən “Keşlə” - “Qarabağ” matçı təxirə salınıb. Sözügedən qarşılaşma oktyabrın 31-də keçiriləcək. Bu yazıda ilk 7 turda diqqəti çəkən 7 məqama nəzər salıb ilk dövrəni dəyərləndirməyə çalışacağıq.
1. Sürpriz edən debütant, fiaskoya uğrayan “Qəbələ”
Son illərin dəyişməz çempionu “Qartabağ”ın, ötən mövsümün gedişində yeni rəhbərliyə qovuşan “Neftçi”nin 2018/19 mövsümündə iddialı olacağı əvvəlcədən məlum idi. Yayda İbrahim Şehiç, Riçard Almeyda kimi aparıcı futbolçular “köhlən atlar”ın düşərgəsini tərk etsə də, Qurban Qurbanov onları əvəzləyə biləcək yeni oyunçuları kollektivə cəlb etməklə yenə də “1 nömrə” olduqlarını ortaya qoymağı bacardı. Kamran Quliyev – Ceyhun Sultanov tandemi isə “Sumqayıt”dakı uğurlu işbirliyini yeni “futbol ili”ndə “ağ-qaralar”da da davam etdirir. Roberto Bordini Bakıya gətirən klub rəhbərliyi ilk dövrədə baş məşqçi seçimində yanılmadığını ortaya qoydu. İlk dövrənin uğursuzu isə heç şübhəsiz, “Qəbələ”di. Son illər daim iddialılar arasında görməyə adət etdiyimiz “qırmızı-qaralar” birinci dövrədə 21 mümkün xaldan cəmi 5-ni toplamaqla hazırda 6-cı pillədə qərarlaşıb ki, bu da təbii ki, fiaskodu. Şimallılar heyət baxımından heç də özündən üst sıralarda - “Qarabağ”ı çıxmaq şərti ilə - qərarlaşan klublardan zəif deyil. Sadəcə, Sənan Qurbanovun baş məşqçisi olduğu komanda hələ də öz oyunu tapa bilmir. Yay fasiləsində baş məşqçi dəyişikliyinə məruz qalan “Səbail” və “Sumqayıt”ın ilk dövrədəki çıxşı əla olmasa da, pis də deyil. Bu yöndə xüsusilə “kimyaçılar”ı qeyd etmək olar. “Gənclik şəhəri”nin təmsilçisi 10 xalı öz gücünə toplayıbsa, Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv bir qədər də bəxt sayəsində hazırda 3-cü pillədədi. “Zirə” ilə matçda məlum protokol xətası olmasaydı, “dənizçilər”in 7 turdan sonra hesabında 8 xal olacaqdı. Buna baxmayaraq, Hacıyevin və köməkçilərinin komandanın uğurlu çıxşında əməyini danmaq olmaz. “Keşlə” və “Zirə” isə 7 oyunda hələ də formalaşmaq yolunu tutub. “Qırmızı-ağlar” heyəti formalaşdırmaq yönündə axtarışdadılarsa, “qartallar”ın rəhbərliyi 3-cü turdan sonra çempionatda yaranan fasilədən istifadə edərək Ayxan Abbasovu yola salıb, “sükan”ı ötən mövsümün ən uğurlu məşqçilərindən biri olan Samir Abasova tapşırdı. Abasov Bakıətrafı qəsəbə təmsilçisinin oyununa yeni nəfəs gətirsə də, etiraf edək ki, komanda hələ ki gözlənilən oyunu sərgiləmir. Bunu da hardasa başa düşmək olar. Çünki hazırkı kollektiv Samir bəy tərəfindən formalaşdırılmayıb. Onun yeni komandada işinə qış fasiləsindən sonra qiymət vermək mümkündü. İlk dövrənin sürpriz komandası elitanın debütantı “Sabah”dı desək, yanılmarıq. Elşad Əhmədovun yetirmələri 10 xal toplamaqla bir çoxlarını təəcübləndirərək hazırda “Sumqayıt” və “Səbail”lə birgə 3-5-ci pillələri bölüşür. “Tələbələr”in forvardı Marko Deviç isə vurduğu 5 qolla çempionatın ən sərrast futbolçusudu. “Bərk qoz” imicinə malik komanda belə davam edəcəyi təqdirdə, mövsümü mükafatçılar sırasında başa vura bilər. Oktyabrın 27-də 35 yaşını qeyd edəcək serb əsilli ukraynalı Deviç isə ilk mövsümdəcə adını Azərbaycan futbolunun tarixinə yazdırmaq imkanına malikdi.
2. Hakimlik
Son 5 ildə ilk dövrədə bu qədər hakim xətasına rast gəlinməmişdi. Ramil Diniyevin 4-cü tura təsadüf edən “Neftçi” - “Keşlə” matçında ofsayddan vurulan ikinci qolu qeydə alması, İnqilab Məmmədovun həmin tur çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” görüşündə Rəşad Sadıqovun cərimə meydançasında aşkar əllə oyununa görə meydan sahiblərinin qapısına penalti təyin etməməsi, sadəcə, hakimlik adına fiasko idi. Çox maraqlıdı ki, bütün bunlar avstriyalı Frits Stuxlikin Hakiml’r və Hakim-İnspektorlar Komitəsinə rəhbər təyin olunduğu həftədə qeydə alındı. Ümumiyyətlə, mövsümün geridə qalan 27 görüşündə ədalət təmsilçilərinin üzərinə düşən işin öhdəsindən o qədər də yaxşı gəldiyini söyləmək mümkün deyil.
3. Azarkeş
Azərbaycan futbolunun ən yaralı yeri tribunaların boş qalmasıdı. Klubların avrokubok qarşılaşmalarında, millinin beynəlxalq görüşlərində stadionlara pis-yaxşı tamaşaçı gəlirsə, təəssüf ki, eyni sözləri premyer-liqa oyunları haqda söyləmək olmaz. İlk dövrədə keçirilən 27 matçda ümumilikdə tribunalarda 27 min 100 azarkeş olub ki, bu da hər matça ortalama 1004 nəfər deməkdi. 7 turda ən çox tamaşaçı auditoriyası toplayan qarşılaşma “Sabah” – “Qarabağ” görüşü olub. “Əlincə Arena”da baş tutan oyunu 4500 azarkeş izləyib. Ən azı tamaşaçı isə 3-cü turun “Zirə” – Sabah” qarşılaşmasında qeydə alınıb. Bakıətrafı qəsəbə təmsilçisi ilə debütantın görüşündə cəmi 150 tamaşaçı olub.
4. Stadion
2018/19 mövsümünün ilk dövrəsində 3 klub – “Neftçi”, “Sumqayıt” və “Zirə” stadion problemi ilə üzləşdi. Ölkənin ən köklü klubunun ev oyunlarını keçirdiyi “Bakcell Arena” ot örtüyünə əl gəzdirilməsi səbəbindən qapılarını azarkeşlərin üzünə bağlamışdısa, “qartallar”ın və “kimyaçılar”ın arenasında süni örtük təbii ilə əvəzlənir. Bu üzdən ilk dövrəni lider kimi başa vuran “ağ-qaralar” ikinci tur çərçivəsində “Qəbələ”ni “Dalğa Arena”da qəbul etmək məcburiyyətində qaldı. “Gənclik şəhəri”nin təmsilçisi 2 ev oyununda “Neftçi”ni Mərdakandakı stadionda, “Zirə”ni isə “Bayıl Arena”da qəbul etdi. Sumqayıtlılar kimi “Zirə” də birinci dövrədə ev oyunları üçün iki stadionun xidmətindən yararlanıb. Birinci turda “Keşlə”ni Şüvəlandakı “AZAL Arena”da qonaq edən “qartallar” 3 görüşdə rəqibləri ilə “Dalğa Arena”da üz-üzə gəlib.
5. Təxirəsalmalar
Əslində bu mövzuya ötən saylarımızın birində ətraflı toxunmuşduq. Ancaq ilk dövrənin yekunlarına nəzər salırıqsa, bu mövzuya da diqqət ayırmağı lazım bildik. İlk dövrədə iki təxirəsalma olub ki, hər ikisində də əsas “qəhrəman” “Qarabağ”dı. “Köhlən atlar” avqustun 11-də “Zirə” ilə qarşlaşmalıydı. Ancaq ağdamlıların avrokuboklarda çıxışını nəzərə alan PFL 1-ci tura təsadüf edən görüşü sentyabrın 26-na keçirməyi lazım bildi. İkinci təxirəsalma isə 7-ci tura təsadüf etdi. Bu dəfə “köhlən atlar”ın “Keşlə” ilə görüşü başqa vaxta, yazının əvvəlində qeyd etdiyimiz kimi, oktyabrın 31-nə təyin olundu.
6. Mənasız “tranfer pəncərəsi”
Premyer-liqada “transfer pəncərəsi” rəsmən avqustun 31-i, gecə 12-də bağlansa da, bəzi klublar bu qaydaya məhəl qoymur. Xüsusilə “Keşlə” bu yöndə seçildi. Zaur Axundov kimi odioz rəhbəri olan paytaxt təmsilçisi “transfer pəncərisi” bağlandıqdan sonra iki futbolçu – Adrian Skarlatake və Miloş Bosançiçlə yolları ayırdığını açıqladı. Hər iki futbolçunun sənəddə klubdan ayrıldığı tarix kimi avqustun son günü göstərilsə də, heç kimə sirr deyil ki, burda saxtakarlığa yol verilib. Bosançiç “Sabah”a, rumın müdafiəçi isə “Zirə”yə üz tutaraq, yenə də karyeralarını Azərbaycanda davam etdirirlər. Əvəzində “qırmızı-ağlar” “transfer pəncərəsi”nin bağlanmasından sonra heyətə azad agent statusu ilə iki yeni futbolçu - yunan Georgios Georgiadis və Mavritaniya millisinin üzvü Diallo Quydileyeni cəlb edib. Bu da onu göstərir ki, premyer-liqada “transfer pəncərəsi" rəmzi xarakter daşıyır. Klub rəhbəri “yuxarılar” tərəfindən qəbul olunmuş şəxsdisə, istədiyini edə bilər.
7. İntizamlı “Qarabağ”
İlk dövrənin ən intizamlı komandası “Qarabağ”dı. Qurban Qurbanovun yetirmələri premyer-liqada rəqiblərlə müqayisədə bir oyun az keçirsə də, passivlərində cəmi 9 sarı vərəqə var. “Köhlən atlar”dan sonra qaydalara riayət edən kollektiv “Səbail”di. Uzun illər ağdamlıların düşərgəsində istər futbolçu, istərsə də məşqçi kimi yer alan Aftandil Hacıyev, görünür, Qurban bəydən ən azı intizamlı komanda formalaşdırmağın sirlərini öyrənib. 7 turdan sonra hakimlərin ən çox qəzəbinə tuş gələn isə “Sumqayıt”dı. Düzdü, “klimyaçılar” sarı vərəqə baxımından “Zirə”dən geri qalsa da, 3 “qırmızı” ilə hamıdan öndədi. Bunun üstünə komandanın fiziki hazırlıq üzrə məşqçisi Andrey Dieçenkonun da cəzalanmasını gəlsək, Nazim Süleymanovun yetirmələrinə və köməkçilərinə bu yöndə “qulaqburması verməsi” lazımdı. Ümumiyyətlə, ilk dövrədə futbolçusu meydandan qovulmayan üç klub var ki, onlardan biri qeyd etdiyimiz kimi “Qarabağ”, o biriləri isə “Səbail” və “Zirə”di. İlk dövrənin lideri olan “Neftçi”nin passivində cəmi 11 sarı vərəqə olsa da, 7-ci turda Slavko Braliçin meydandan qovulması Roberto Bordinin komandasını bu göstəricidə bir qədər geri salır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar