09 okt 14:37liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...şanslısı...

Ruslan Qurbanovun yuxusuna da girməzdi ki, “Sumqayıt”la oyunda komandasının ən yaxşılarından biri olacaq. “Səbail”ə keçdikdən sonra heç cür özünü göstərə bilməyən, qol vurmaqda aşkar çətinlik çəkən “11 nömrə”nin ideal formasından xeyli uzaq düşməsi göz qabağındadı. Klubunda olduğu kimi, yığmanın Kosovo ilə görüşündə də özünü sübut edə bilməyən Qurbanov zaman-zaman azarkeşlərin haqlı narazılığı ilə üzləşirdi. Kosovoyla oyundan əvvəl video çəkib şəxsi “instaqram” səhifəsində paylaşdığına görə Qurban Qurbanovun onu Malta ilə səfər matçından kənarda saxlaması futbolçunun işini xeyli çətinləşdirmişdi. Bunun nəticəsi kimi Ruslan “Sabah” və “Neftçi”ylə oyunlarda “11-lik”də yer almamışdı.
Lakin Aftandil Hacıyev nə düşündüsə, “Sumqayıt”la oyunda yığma üzvünə start heyətində yer verdi ki, o da özünü yaxşı tərəfdən göstərə bildi. 3-cü dəqiqədə Fəhminə məhsuldar ötürmə etdi, yarım saatın tamamında öz adını tabloya yazdırdı. Sanki həmin gün futbolçu üçün son şans idi. Yəni o dərəcədə istəkli və həvəsli oynayırdı. Səbəbini özündən soruşduq: “Yeni komandadı, yeni kollektiv və baş məşqçidi. Belədə 1-2 ay ərzində istədiyin oyunu sərgilmək olduqca çətindi. İstər-istəməz bir-birimizə uyğunlaşmalıyıq, oyunlar keçirməliyik. Deməzdim ki, buna qədərki oyunları zəif keçirmişdim. Yaxşı oynadığım matçlar olub, sadəcə, hər dəfə qol imkanlarını boşa verməyim üzərimdə psixoloji gərginlik yaradırdı. Bir qol vurmaq lazım idi ki, davamını gətirim. Şükürlər olsun, həmin qolu vurmağı bacardım. Yəqin ki, sonuncu belə oyunum olmayacaq. Bundan sonra daha artığını edib, mənə güvənənlərin etimadını doğrultmağa çalışacam”.
Bəs 9-cu dəqiqədəki epizod? Penalti zərbəsini boşa verən Ruslanın topa yaxınlaşmasını baş məşqçi istəmişdi, yoxsa özünün arzusu idi? Halbuki kapitan Rahid Əmirquliyevi vaxtilə “Xəzər Lənkəran”ın ştatlı penalti vuranı kimi görməyə alışmışdıq. Qurbanov bu məqama da aydınlıq gətirdi: “Sırf baş məşqçinin tapşırığı idi. Oyundan əvvəl demişdi ki, penalti olsa, “nöqtə”yə mən yaxınlaşım. Çünki məşqlərdə və buna qədərki oyunlarda standart vəziyyətdən fərqlənmək bacarığımın olduğunu görmüşdü. Amma bu dəfə alınmadı. Halbuki topu qapıdan keçirəcəyimə əmin idim. Zərbə qol olmasa da, oyundan qopmadım, daha çox çalışmağa başladım deyə çox keçmədən lazım olan qolu vurdum”.
...qaçışı...
Cari mövsümdə heç cür özünə bənzəməyən, ilk və son qələbəsini 1-ci turda “Səbail” üzərində qazanan “Qəbələ” bunun məntiqi nəticəsi kimi 7 turdan sonra 5 xalla 8 komanda arasında 6-cı sırada yer alıb. Durumun acınacaqlı olduğu sirr deyil. Baş məşqçi Sənan Qurbanov hər oyundan sonra zamana ehtiyac duyduqlarını deyir, ən qısa müddətdə “qara zolaq”dan çıxacaqlarını çəkinmədən dilə gətirirdi. Düşünmək olardı ki, 7-ci tura qədər qələbəyə həsrət qalan “Zirə”ylə oyun bölgə təmsilçisi üçün dönüş nöqtəsi olacaq. Komanda xalların sayını artıracaq, futbolçularda psixoloji durum yaxşıya doğru dəyişəcək. Lakin bu baş vermədi. “Zirə” “qırmızı-qaralar”ı məğlub etməklə günün gözlənilməz nəticəsinə imza atdı.
Oyundan sonra yaşanan hadisə bir anda matçın nəticəsini unutdurdu. Sənan Qurbanov mətbuat konfransında iştirak etməli olduğu halda, onu köməkçisi Elmar Baxşıyev əvəzlədi. Çünki Sənan bəy şəxsi avtomobilinə əyləşib stadionu tərk etmişdi. Klubdan verilən açıqlamada Qurbanovun səhhətindəki nasazlıq əsas gətirildi. Halbuki səhhəti pisləşən birinin arenanı tərk etməsinə gərək yoxdu. Stadionda təcili tibbi yardım maşını da var, komandanın öz həkimləri də. Yəni onların köməyi sayəsində çətinliyi aradan qaldırmaq olardı. Bir adam ki, sükan arxasına əyləşib avtomobil idarə edə bilirsə, deməli, vəziyyəti gözlənilən qədər acınacaqlı olmayıb. Başqa cür desək, mətbuat konfransında da iştirak edə bilərdi. Dünən əlaqə saxladığımız Sənan Qurbanovdan hadisənin necə baş verdiyini soruşanda, cavabı belə oldu: “Açığı, çox əsəbi idim. Özümü yaxşı hiss etmirdim, gözlərim qaralırdı. Düşündüm ki, stadionda qalsam, vəziyyətim daha da ağırlaşacaq. Komandanın həkimi bir-iki dərman verdi, içdim. Sonra maşına oturub sakit yerə yollandım. Hədsiz əsəbi idim, özümü narahat hiss edirdim. Yəni sizlərin qarşısına çıxacaq vəziyyətdə deyildim. Xahiş edirəm, bunu hörmətsizlik kimi qəbul etməyin. Sadəcə, üzürlü səbəbdən belə alındı. Yəqin durumu özünüz də başa düşürsüz”.
...“üçlüy”ü
Hakim və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Frits Stuxlikin işə başlamasının üstündən bu gün-sabah bir ay ötəcək. Sentyabrın 14-də ictimaiyyətə təqdim olunan komitə sədri yaxın həftələrdə komandasının müəyyənləşəcəyini bildirmişdi. Üstündən təxminən üç həftə ötməsinə baxmayaraq, bu yöndə hansısa yenilik yoxdu. Hər həftə namizədlərlə görüşür, müzakirələr aparır, amma ortaq məxrəc əldə olunmayıb.
Maraqlıdı ki, Stuxliki çempionat oyunlarında tək görmürük. Əcnəbi mütəxəssis “Neftçi”nin həm “Keşlə”, həm də “Sabah”lə ev oyunlarını sabiq FİFA referiləri – Anar Salmanov və Babək Quliyevlə birgə izləyirdi. Bu isə Stuxlikin briqadasında bu iki şəxsin yer alacağına dair şübhələrə yol açır. Amma yox. Əlaqə saxladığımız Salmanov vəziyyəti bu cür şərh etdi: “Stuxliklə yanaşı əyləşməyimiz komitədə yer alacağımız anlamına gəlməməlidi. Onunla tanışlığım ölkəmizə yeni gəldiyi günlərə təsadüf edir. AFFA-nın binasına görüşə çağırmışdılar, getmişdim. Orda görüşüb, söhbət etmişdik. Yəni daha öncədən şəxsi tanışlığımız yox idi. “Neftçi” – “Keşlə” oyununda özü Babəklə mənə yaxınlaşıb söhbət etdi, sonra da matçı birgə izlədik. “Neftçi” – “Sabah” görüşündə isə sırf şəxsi münasibətimizin olmasına görə birlikdəydik. Bunu başqa yerə yozmağa gərək yoxdu. Babəklə uzun illərin dostuyuq, məlum komitə söhbəti olmasaydı belə, yenə birlikdə olacaqdıq. Stuxliklə isə, dediyim kimi, məhz şəxsi münasibətə görə yanaşı əyləşmişdik. Komitədə kimlərin yer alacağı haqda məlumatım yoxdu. Çünki bununla bağlı bizə heç nə deyilməyib”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar