07 okt 12:44liqa

Orxan “Keşlə”ni “Sumqayıt”a dəyişdiyinə görə peşman deyil

Orxan “Keşlə”ni “Sumqayıt”a dəyişdiyinə görə peşman deyil
“Açığı, klub rəhbərliyi ilə söhbətimizdə “1 nömrə” olacağımı müzakirə etmişdik”
Mövsümün gedişində “çərçivə”də problemlə üzləşmək istəməyən “Sumqayıt” rəhbərliyi avqustun 17-də Orxan Sadıqlını “Keşlə”dən icarəyə götürməyi lazım bildi. Elə Orxan da bu keçidin əleyhinə deyildi. Paytaxt təmsilçisində Kamran Ağayevin kölgəsində qalmağa razılaşmayan qokiper “kimyaçılar”a “1 nömrə” kimi yollanmağa qərar verdi. Ancaq yayda üz tutduğu komandada hələ də debüt edə bilməyib. Mehti Cənnətovun inamlı oyunu, “gənclik şəhəri” təmsilçisinin premyer-liqada uğurlu çıxışı Orxanı “Keşlə”də olduğu kimi, “ağ-göylər”də də ehtiyat oyunçular skamyasında oturmağa məcbur edib. Bu yerdə ortaya haqlı sual çıxır: Orxan avqustda atdığı addıma görə peşman deyil ki?
Bu suala aydınlıq gətirmək üçün “Xəzər Lənkəran”ın yetirməsi ilə əlaqə saxladıq. Sadıqlı özü də üzləşdiyi duruma gülüşlə reaksiya verdi: “Komanda udur, Mehti də “çərçivə”də inamlı təsir bağışlayır. Belə olan halda hansı məşqçi qapıçı dəyişikliyinə əl atar? Açığı, klub rəhbərliyi ilə söhbətimizdə “1 nömrə” olacağımı müzakirə etmişdik. Ancaq uğurlu seriya davam etdiyindən, hələ ki şansımı gözləyirəm. Onu da bildirim ki, buna görə üzgün deyiləm. Təki komanda daha da yaxşı oynasın, qələbələri sıralasın. Əsas “Sumqayıt”ın mükafatçılar sırasında yer almasıdı. Fikrimcə, mənim də şansım olacaq. Mən də məşqçi olsam, eyni addımı ataram. Mehtiyə bundan sonrakı qarşılaşmalarda da uğurlar arzulayıram”.
Orxan “Keşlə”də Kamran Ağayevin əvəzedicisi idisə, indi “Sumqayıt”da Cənnətovun kölgəsindədi. Ancaq Sadıqlı yayda klubunu dəyişdiyinə görə peşman olmadığını dedi: “Həyatda heç vaxt atdığım addıma görə peşman olmamışam. Çünki bir işi görməmişdən öncə çox ölçüb-biçirəm. Yayda “Sumqayıt”a üz tutduğuma görə də təəssüflənmirəm. Yeni komandamda hər şey məni qane edir. Yenə deyirəm, çempionat uzun marafondu və mənim də özümü göstərmək imkanım olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar