05 okt 20:40liqa

Fasilə ərəfəsində son döyüşlər

Fasilə ərəfəsində son döyüşlər
Xaqani Məmmədov yenidən iş başında
Bu gün Topaz premyer-liqasında 1-ci dövrəyə yekun vurulacaq. Əslində mövsümdən öncə açıqlanan təqvimdə 7-ci turun oyunları iki günə bölüşdürülmüşdü. Belə ki, “Neftçi” – “Sabah” və “Səbail” – “Sumqayıt” görüşləri bu gün, “Zirə” – “Qəbələ” və “Keşlə” – “Qarabağ” oyunları sabah keçirilməliydi. Lakin Ağdam təmsilçisi dünən Avroliqanın qrup mərhələsi çərçivəsində “Arsenal”la oyuna çıxdığından, şənbə günü oynaya bilməzdi. Həmin qarşılaşmanın bir gün sonraya “sürüşdülməsi” isə yığmanın planlarını pozurdu. Bu üzdən “köhlən atlar”ın “Keşlə” ilə dueli təxirə salındı. Sözügedən oyunun oktyabrın 31-də baş tutacağını da bildirək. Belədə “Zirə” – “Qəbələ” matçı da bir gün irəli çəkildi və bunda əsas məqsəd milliyə əlavə bir gün də hazırlaşmaq imkanı yaratmaq idi. Üç oyunun bir gündə keçirilməsi isə qarşılaşmalardan birinin göstərilməyəcəyi deməkdi. Qeyd edək ki, “CBC Sport” “Bakcell Arena” və “Dalğa Arena”dan canlı yayın təşkil edəcək.
Topaz premyer-liqası
1-ci dövrə, 7-ci tur
5 oktyabr
25. Neftçi – Sabah
Hakimlər: ORXAN MƏMMƏDOV, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
Cəzalı: Anton Krivotsyuk (Neftçi).
“Futbol+”in proqnozu: 45-30-25
Bakı. Bakcell Arena. Saat 20.15
Qarşısına çempionluq hədəfi qoyan “Neftçi” geridə qalan turlarda uğurlu traektoriya cızıb. Paytaxt təmsilçisi cari mövsüm məğlubiyyət acısı yaşamayıb. Keçirdiyi 6 qarşılaşmadan beşində qalib gələn “ağ-qaralar” yalnız “Qarabağ”la heç-heçə edib. “Neftçi”nin hədəfi bəllidi: uğurlu seriyanı davam etdirmək, bununla da ilk dövrədə məğlub olmamaq, ən azı növbəti tura qədər “Qarabağ”dan 3 xal frqi ilə aralanmaq. Oyunun favoriti, heç şübhəsiz, “ağ-qaralar”dı. Komandanın gücü, təcrübəsi, “doğma divarlar” kimi məqamlar “Neftçi”nin tərəfindədi. Hətta heç-heçə də meydan sahiblərini qane etməyəcək. Düzdü, heyətdə ciddi itki var. Söhbət kapitan Ruslan Abışovun yoxluğunu unutduran, müdafiənin mərkəzində əla çıxış edən Anton Krivotsyukun olmamasından gedir. O, vərəqə cəzalısıdı. “Neftçi”nin Antonsuz müdafiəsinin “Sabah”ın Marko Deviçli hücum xəttini necə zərərsizləşdirəcəyi, bunu bacarıb-bacarmayacağı maraq doğurur. Deviçdən söz düşmüşkən, ukraynalı forvardın “ayağı bağlanıb”. Doğrudu, iki oyuna görə bu fikri səsləndirməyimiz bəlkə də qəribə görünə bilər. Ancaq fakt budu ki, ardıcıl 4 turda fərqlənən Marko son iki qarşılaşmada rəqib qapılarına yol tapmağı bacarmır. Maraqlıdı ki, “Sabah”ın bütün qollarını ukraynalı vurub. Artıq belə təəssürat yaranıb ki, Deviç fərqlənə bilməyəndə komandasından heç kim qol vurmur, qələbə də qazanılmır. Mövsümə yaxşı başlayan debütant son iki görüşdə yalnız 1 xal qazanıb. “Sabah” növbəti qələbəni arzulasa da, “Bakcell Arena”da qeydə alınacaq mümkün heç-heçə də qonaqları razı salacaq.
26. Səbail – Sumqayıt
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 2:+0=0-2, 0-1.
2017/18 – 0:2, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30
Bakı. Bayıl Arena. Saat 19.00
Cari mövsüm qeyri-sabit çıxış edən “Səbail” doğma meydanda qələbə üçün döyüşəcək. Hərçənd Aftandil Hacıyevin yetirmələri bu oyuna yüksək əhval-ruhiyyədə hazırlaşmayıb. Çünki “dənizçilər” ötən tur “Neftçi” önündə darmadağın oldu. Bununla belə, komandanın baş məşqçisi “Neftçi” ilə oyundan sonra futbolçuları ruhdan salmayacaq açıqlama verdi. O “komandamdan utanmıram, əksinə, fəxr edirəm” deməklə futbolçularını motivasiya etmiş oldu. Baş məşqçinin dəstəyinin işə yarayıb-yaramadığını bu gün görəcəyik. Turnir cədvəli baxımından da 3 xalın önəmi böyükdü. “Sumqayıt”a gəlincə, bu komanda sözün əsl mənasında təəccübləndirməkdə davam edir. Çoxları Samir Abasovun gedişindən və bir sıra əsas heyət üzvlərinin komandadan ayrılmasından sonra “kimyaçılar”ın turnir cədvəlinin aşağı pillələrində “başını qatacağını” gözləyirdi. Lakin Nazim Süleymanovun rəhbərlik etdiyi komanda proqnozları alt-üst etməkdədi. Hazırda “gənclik şəhəri” təmsilçisi ilk “3-lük”də qərarlaşıb. Sumqayıtlılar ardıcıl 3-cü qələbəni qazanmağı, bununla da fasiləyə mümkün qədər yüksək pillədə yollanmağı hədəfləyib. Ötən tur Süleymanovun yetirmələri məhz “Bayıl Arena”da “Zirə”ni məğlub etmişdi. Belə deyək, adı çəkilən stadionda “Sumqayıt” özünü evindəki kimi hiss edir. Digər tərəfdən isə “Səbail” geridə qalan duellərdə “kimyaçılar”a doğma meydanda qalib gəlməyib.
27. Zirə – Qəbələ
Hakimlər: RAUF CABBAROV, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 6:+2=2-2, 6-9.
2015/16 - 1:0, 0:3; 2016/17 – 0:2, 2:2; 2017/18 – 2:1, 1:1.
Cəzalı: Təmkin Xəlilzadə (Qəbələ).
“Futbol+”in proqnozu: 30-35-35
Mərdəkan. Dalğa Arena. Saat 18.00
İlk dövrənin iki uğursuz komandası Mərdəkanda üz-üzə gələcək. Ardıcıl 5 məğlubiyyət alan və qələbəyə həsrət qalan bakılılar Samir Abasovun rəhbərliyi altında ilk xalını qazanmağa çalışacaq. Qəsəbə təmsilçisi son pillədən qurtulmaq istəyir. Bəlkə də “Səbail”lə oyunda baş verən məlum olaya görə komanda texniki məğlubiyyətlə cəzalandırılmasaydı, indi vəziyyət fərqli idi. Ümumiyyətlə, “qara zolağa düşən” komandalar həmişə eyni çarəyə ümid edir: bir qələbə hər şeyi dəyişəcək. Elə Abasovun komandasının da bu düşüncədə olduğu şübhə doğurmur. “Qartallar” həm də ilk dövrəni qələbəsiz başa vurmaq istəmir. Bir sözlə, “Zirə”nin var gücünü ortaya qoyacağı birmənalıdı. Əks halda, durum daha da acınacaqlı ola bilər. Əslində “qartallar”ın rəqibinin vəziyyəti də ürəkaçan deyil. Ötən mövsümün gümüş mükafatçısı olan “Qəbələ” 5 turdu qalib gəlmir. Ümumiyyətlə, Sənan Qurbanovun yetirmələri cari mövsüm səfərdə xal qazanmayıb. Bəziləri hələ “Qarabağ”a yenilgidən sonra gənc mütəxəssisin postu ilə vidalaşacağını düşünürdü. Lakin “Keşlə” ilə evdə qeydə alınan “sülh”dən sonra da Qurbanov işini davam etdirir. Nə bilmək olar, bəlkə də rəhbərlik ilk dövrəni gözləməyi lazım bilib. Ola bilər, “Zirə” ilə görüşün nəticəsi Sənan bəyin taleyinə təsir etsin. Təbii, dəfələrlə klubların məşqçiləri əlcək kimi dəyişməsini uğursuzluğun səbəblərindən biri kimi qeyd etmişik. Sabitliyin uğur yolunda əsas amillərdən biri olduğunun əyani sübutu Qurban Qurbanovdu. Ancaq klub rəhbərliyinin qərarı həlledici ola bilər. Hər şeyi nəzərə alanda, “Qəbələ” bugünkü oyunda əlindən gələnin artığını etməlidi. “Qırmızı-qaralar” təkcə qol vəziyyətləri yaratmaqla kifayətlənməməli, onları dəyərləndirməyi də bacarmalıdı. Əlbəttə, “Zirə” buna imkan verərsə.
Oyunun baş hakimi Rauf Cabbarov olacaq. Referini ayrıca qeyd etməyimiz boşuna deyil. Belə ki, onun işinə keçmiş rəhbəri Xaqani Məmmədov qiymət verəcək.
1. Neftçi 6 5 1 0 13-3 16
2. Qarabağ 6 5 1 0 13-4 16
3. Sumqayıt 6 3 1 2 8-6 10
4. Sabah 6 3 1 2 5-6 10
5. Səbail 6 2 1 3 5-10 7
6. Qəbələ 6 1 2 3 7-9 5
7. Keşlə 6 0 2 4 5-10 2
8. Zirə 6 0 1 5 5-13 1
Bombardirlər: Marko Deviç (Sabah) - 5, Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) – 4.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda "Zirə"yə texniki məğlubiyyət verilib.

Topaz.az
1 X 2 1X 12 2X alt üst kod
Neftçi – Sabah 1.45 3.15 5.00 – 1.12 1.93 1.50 1.85 154
Səbail – Sumqayıt 3.40 2.90 1.80 1.57 1.18 1.11 1.50 1.85 135
Zirə – Qəbələ 2.95 2.95 1.95 1.48 1.17 1.17 1.50 1.85 130
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar