03 mar 13:52liqa, reportaj

“Qəbələ” Gəncədə büdrədi

“Qəbələ” Gəncədə büdrədi
Qonaqlar hakimi döymək istədi, polis işə qarışdı

80 Kəpəz (Gəncə) – Qəbələ 1:1 (1:0)
30. Davud Kərimi – 6,0
13. Şəhriyar Rəhimov – 5,5
36. Renan – 4,5
25. Şəhriyar Əliyev – 5,0
21. Novruz Məmmədov – 5,0
5. Kərim Diniyev – 5,0
18. Tural Axundov (k) – 5,0
(7. Vüqar Bəybalayev, 57) – 5,0
10. Dario Federiko – 6,0
17. Nicat Qurbanov – 3,5
77. Serjinyo – 5,0
(90. Jülyen Ebah, 70) – 4,5
19. Orxan Əliyev – 6,5
(15. Azad Kərimov, 88) – qiymətsiz
Ehtiyat oyunçular
88. Tadas Simaitis
9. Tural Qürbətov
68. Əli Nuri
80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Orxan Əliyev

22. Dmitri Bezotosnı – 5,0
17. Məhəmməd Mirzəbəyov – 5,5
3. Voislav Stankoviç – 5,0
5. Rasim Ramaldanov – 4,5
88. Tellur Mütəllimov – 5,5
7. Nika Kvekveskiri – 3,5
9. Sergey Zenyov – 5,5
14.Cavid Hüseynov (k) – 5,0
19. Filip Ozobiç – 5,0
(18. Baqali Dabo, 87) – qiymətsiz
77. Araz Abdullayev – 5,5
(10. Ruslan Qurbanov, 84) – qiymətsiz
31. Daniel Subotiç – 6,0
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
8. Qismət Alıyev
11. Asif Məmmədov
27. Teo Uiks
34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Daniel Subotiç
Qollar: Ş.Rəhimov, 36 (1:0, O.Əliyev). Renan, 54-öz qapısına (1:1).
Vərəqələr: C.Hüseynov, 64 (hakimin qərarına etiraz).
D.Federiko, 85 (oyunun bərpasını ləngitmək). D.Kərimi, 90 (oyunun bərpasını ləngitmək) - sarı. N.Qurbanov, 38 (aqressiv hərəkət, əl ilə zərbə). N.Kvekveskiri, 38 (aqressiv hərəkət, əl ilə zərbə) – qırmızı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Nüvər Xasıyev (Bakı).
28 fevral. Gəncə. Şəhər stadionu. 5000 tamaşaçı (25000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Ötən tur “Qarabağ”ı yenib liderliyə yiyələnən “Qəbələ”nin Gəncədə işinin çətin olacağı gözlənilən idi. Uzağa getməyək, Qurban Qurbanovun komandası iki tur əvvəl qərb səfərində 3 xalı çox çətinliklə qazanmışdı. Son vaxtlar özünə gələn Şahin Diniyevin komandası 10 gün əvvəl səfərdə “Neftçi”dən də xal almağı bacarmışdı. Bir sözlə, liderin səfərə arxayın yollanmadığı gün kimi aydın idi.
İlk dəqiqələrdən hiss olundu ki, meydan sahibləri düzgün taktika seçib: meydanın mərkəzində rəqibə yaxın oynamaq, pressinq tətbiq etmək, bəzən hətta sərt mübarizə aparmaqla “Qəbələ”nin əsas güc mərkəzi olan yarımmüdafiənin təsir imkanlarını məhdudlaşdırmağa çalışırdılar. Diniyevin Tural Axundovu cinahdan müdafiənin önünə çəkməsi buna hesablanmışdı.
Artıq 5-ci dəqiqədə “Qəbələ”nin qapısı önündə “həyəcan təbili çalındı”. Nicatın cinah asmasına yüksələn Tellurun boyu topa çatmadı və onun arxasında pusquda dayanan Darionun fərqlənmək imkanı yarandı. Di gəl ki, braziliyalının ayağı boşa çıxdı. 19-cu dəqiqədə Subotiçin uzaqdan zərbəsi yaddaqalan oldu. Davud Kərimi sayıqlığı əldən verməyərək, rəqib hücumçunun zərbəsini zərərsizləşdirə bildi. Bir qədər sonra Serjinyonun aşırma vuruşu cüzi fərqlə qapının üstündən keçdi. Hesab isə 36-cı dəqiqədə açıldı. “Kəpəz” mübahisəli vəziyyətdən “Qəbələ”nin qapısına qol vurdu. Hakim aut xəttinin yaxınlığında qayda pozuntusu qeydə aldı ki, Tural topu cərimə meydanına göndərdi. İlk həmləni Tellur dəf etsə də, top Orxanın önünə düşdü. Onun saxlamadan qapı istiqamətinə ünvanladığı topu yolüstü Şəhriyar Rəhimov bir toxunuşla “çərçivə”yə göndərdi. “Qəbələ”li futbolçular müdafiəçinin ofsaydda olduğunu iddia edib hakimin üzərinə yerisələr də, qərar dəyişmədi. Əslində “Kəpəz”in oyunçusu ofsaydı pozan Mirzəbəyovla bir xətt üzərində idi.
Ehtiraslar soyumamışdı ki, meydanda növbəti gərginlik yaşandı. Qoldan 2 dəqiqə sonra Nicat Qurbanov mərkəz xəttinin yaxınlığında ona qarşı sərt oynayan Kvekveskiri ilə kəllə-kəlləyə gəldi və çənəsindən itələyən gürcünü sillə ilə vurdu. Əliyar hər iki futbolçuya qırmızı vərəqə göstərdi. Beləliklə, artırılan dəqiqələri də nəzərə alsaq, komandalar bir saata yaxın müddətdə 10 nəfərlə mübarizə aparmalı oldular.
Fasilə ərəfəsində təzyiqi artıran “Qəbələ” son 3 dəqiqədə iki dəfə yüzfaizlik imkandan yararlana bilmədi. Hər ikisində Davud inanılmaz seyvlə qola əngəl oldu. O, əvvəlcə Ozobiçin cərimə zərbəsini barmaqlarının ucuyla tirin üstündən aşırdı. Künc zərbəsindən sonra isə qolkiper Stankoviçin başla “çərçivə”yə ünvanladığı topu dəf etdi.
İkinci hissə qolla başladı. Daha doğrusu, 54-cü dəqiqədə “Kəpəz”in öz oyunçusu “hesabı bərabərləşdirdi”. Arazın asmasına Subotiçdən öncə toxunan Renan avtoqol müəllifi oldu. Top dirəyə dəyib tora qovuşdu.
Ancaq “Qəbələ”nin yarımmüdafiəsiylə ön xətt oyunçuları arasında əlaqənin istənilən kimi alınmaması hücumların kəsərini azaldırdı. “Kəpəz”də isə Orxan Əliyevlə Dario Federiko fərdi keyfiyyətləri sayəsində qonaqlara xeyli çətin anlar yaşada bilirdi. Vaxt daraldıqca qəbələlilərdə tələskənlik də özünü göstərirdi ki, meydan sahibləri matçın sonlarında bundan yararlanıb qələbə topunu da vura bilərdi. 82-ci dəqiqədə Dario əla keçid edib rəqibin cərimə meydanına daxil olduqdan sonra bir qədər geri ötürmə etdi. Əlverişli mövqedə topu qəbul edən Vüqarın zərbəsi qüvvətli olsa da, düz Bezotosnının qucağına düşdü. İki dəqiqə sonra Subotiç boş qapıya düşə bilmədi. O, kornerdən göndərilən topu başla qapıya yönəltmək istəyərkən, çox “kəsdi” və bu üzdən zərbəsi yandan getdi. Xal itkisindən qaçmağa çalışan Qriqorçuk son dəqiqələrdə riskə getdi. Təcrübəli mütəxəssis Ruslanla Dabonu da döyüşə atdı və hücumu gücləndirdi. Ancaq inamlı müdafiə olunan “Kəpəz” lideri büdrətməyi bacardı. “Qəbələ”nin bəxti onda gətirdi ki, çərşənbə axşamı “Qarabağ” da xal itirdi. Beləliklə, iki xalın üzüntüsünü günün sonunda bir xalın sevinci əvəz etdi...
MİRAĞA, HİDAYƏT

Gözdən qaçmadı
* Oyundan əvvəl “Kəpəz”in qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun doğum günü qeyd olundu. 50 yaşı tamam olan yubilyara ünvanlanan çoxsaylı təbriklərə AFFA, “Kəpəz” və Milli Olimpiya Komitəsinin rəsmi nəşri olan “Olimpiya dünyası” qəzeti də qoşuldu. Ona üzərində “Nadir Şükürov 50” yazılmış millinin və “Kəpəz”in forması, diplom və hədiyyələr təqdim olundu. Hədiyyələri Şükürova AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, "Kəpəz"in icraçı direktoru Cabir İbrahimov və olimpsport.az saytının baş redaktoru Ramin Allahverdiyev verdi. Bu yerdə bir məqam diqqətdən yayınmadı. Şükürov və onu təbrik edənlər meydanın kənarında kollektiv şəkil çəkdirərkən Əliyar Ağayev oyunu başlamışdı, mübarizə davam edirdi. Şahin Diniyevin tez-tez geriyə boylanması fotoqrafların işini çətinləşdirirdi.
* Matçın əvvəlində Renanın zədələnməsinə görə qısa fasilə yarandı ki, 3 azarkeş tribunadakıları darıxmağa qoymadı. Onlar Azərbaycan və “Kəpəz”in bayraqlarıyla meydanın kənarı boyunca qaçaraq dövrə vurmaqla kütləni coşdurudu.
* İlk yarının sonlarında meydanda gərgin anlar yaşandı ki, Nicat Qurbanovla Nika Kvekveskirinin bir-birini vurması Əliyar Ağayevin hər ikisini meydandan qovmasıyla müşayiət olundu. Nicatın fasiləyə qədər paltardəyişmə otağına gedən tuneldə gözləməsi, həmçinin Kvekveskirinin tunelin girişində onunla söhbətləşməsi diqqətdən yayınmadı.
* Meydandakı gərginlik fasilədə klub rəsmilərinə də sirayət edib. Gəncədə olan reportyorumuz “Qəbələ”nin VİP-dəki rəsmilərinin aşağı enərək hakimlərin üzərinə hücum çəkdiyini öyrənib. Hədəfdə ehtiyat hakim Orxan Məmmədov olub. “Qəbələ”nin media və marketinq meneceri Səməd Nəsibov hətta Əliyarı vurmaq istəyib. Hadisəyə polis müdaxilə edib və ara sakitləşib. Onu da öyrəndik ki, hakimlər bu məqamı oyunun protokoluna yazıblar. Bu isə İntizam Komitəsinin kəsəcəyi cəzanı qaçılmaz edir.

Reaksiyalar
Roman Qriqorçuk: “Oyunda hər şey gözlənildiyi kimi oldu. Futbol üçün yararsız meydanda oynadıq. Burda futbol oynamaq mümkün deyil. Müxtəlif primitiv variantlar fikirləşmək lazımdı. Ümumilikdə oyunçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Qalib gələ bilməmələrinin isə obyektiv səbəbləri vardı. Gəncədəki oyunlar AZAL və “İnter”in meydanındakı matçlara bənzəyir. Bu meydanlarda da qalib gəlməyə çalışırıq. Amma bizim nümayiş etdirdiyimiz kombinasiyalı oyun belə meydanlarda alınmır. Bizə hansı yollasa qalib gəlmək lazımdı. Meydan amilinin rolu olan bu qarşılaşmalar istisnadı ki, orda “Qəbələ” öz oyununu göstərə bilmir. Bu üzdən üzülmür, futbolçularıma irad bildirmirəm. Futbolçuların qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədim. Kvekveskirinin mənə dediyinə görə, rəqibin təxribatına cavab verməyib. Belədisə, o, qırmızı almamalı idi. İstəyimizə gəlincə, təbii ki, çempion olmaq istəyirik. Ancaq görürəm ki, asan olmayacaq. Hakim səhvləri üzündən çox xallar itirmişik. Amma bu vəziyyətdə də çempionluq üçün mümkün olan hər şeyi edəcəyik. Bu istəyimizə çatmaq üçün bacarığımızın hamısını ortaya qoyacağıq. Bizə mane olan məqamlar da var ki, bunlara rəğmən, hədəfimizə doğru irəliləyəcəyik. Bu gün 2 xal itirsək də, bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.
Şahin Diniyev: “Mənə elə gəlir ki, oyunu izləyənlər peşman olmadılar. Meydanda artırma vaxtını da saysaq, 90 dəqiqədən də çox gərgin və başabaş mübarizə getdi. Həm biz, həm də “Qəbələ” qələbə qazana bilərdi. Amma fikrimcə, “Kəpəz” 3 xala daha yaxın idi. Futbolçular əzmkar, aqressiv futbol oynamağa çalışdılar. Bu oyun heç də ötən tur keçirilən “Qəbələ” – “Qarabağ” matçından geri qalmadı. Meydanın durumu ideal deyildi, bununla belə, komandalar kombinasiya qurmağa, ağıllı oynamağa səy göstərirdilər. Rəqib, əlbəttə, qələbə qazanmaq istəyirdi, çünki xal itkisi onları çempionluqdan edə bilər. “Qəbələ”yə uğurlar arzulayıram, çempionluğa layiq futbol oynadılar. Komandamın oyunundan razıyam, futbolçulara təşəkkür edirəm. Amma narazı olduğum bir-iki epizod var. Belə vəziyyətlərdə uşaqlar əsəblərini cilovlaya bilmirdilər. Azlıqda qalmasaydıq, 11 nəfərlə daha kompakt oynayıb qələbə qazana bilərdik. Vüqar Bəybalayev fərqlənə bilsəydi, nəticə xeyrimizə olacaqdı. Bu komandanın üstündən hələ xətt çəkilməyib. Sonuncu oyuna kimi Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağıq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar