03 okt 22:00liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Vüqar Həsənli səhv etdi, PFL düzəltdi
Topaz premyer-liqasının 6-cı turunda ciddi, nəticəyə təsir edən hakim səhvləri qeydə alınmadı. Bununla belə, çatışmazlıqlar var idi və onları diqqətinizə çatdırırıq.
RƏHİM HƏSƏNOV, Sabah – Qarabağ
Tura təyinat alan yeganə FİFA referisi mərkəzi oyunda heç də ideal idarəçiliklə yadda qalmadı. Düzdü, “Sabah”ın qapısına təyin olunan penalti haqlı idi və bunu müzakirə etməyə dəyməz. İlk yarının ortalarında Filip İvanoviç xəsarət aldı və belədə həkimlərin xidmətinə ehtiyac duyuldu. Amma nədənsə tibbi müdaxilədən sonra ayağa qalxan futbolçu meydanı tərk etmədi və oyunu davam etdirdi. Bu məqam Həsənovun və köməkçilərinin diqqətindən yayındı. Bundan başqa, 43-cü dəqiqədə “Sabah”ın əks-hücumu zamanı müdafiəyə köməyə tələsən Miçel Rəhim Həsənovla toqquşaraq yıxıldı. Referi əlini havaya qaldırıb üzr istəməklə vəziyyətdən çıxmağa çalışdı. 76-cı dəqiqədə Erik Ramos “sürüşmə” fəndini yerinə yetirərkən hakim onun kobud oynadığına işarə edib qayda pozuntusu qeydə aldı. Belədə futbolçuya 2-ci “sarı”, başqa sözlə, qırmızı vərəqə verilməliydi. Dördüncü hakim Rəşad Əhmədov isə texniki səhvlə yadda qaldı. O, 2-ci hissəyə əlavə olunan vaxtı göstərərkən tabloda “0” qeyd olunmuşdu. Bir neçə saniyəlik nümayişdən sonra duyuq düşüb səhvini düzəltdi və “0”-ı “4” etdi.
İNQİLAB MƏMMƏDOV, Neftçi – Səbail
Təbii ki, 4:0-lıq oyunda hakimlik arxa plana keçir. İnsafən, İnqilab hansısa səhvlə yadda qalmadı. Cəmi 5 dəfə əlini cibinə atan referi tərəflərdən heç birini maddi mənada ziyan həddinə çatdırmadı.
RƏVAN HƏMZƏZADƏ, Qəbələ – Keşlə
Gənc hakim, demək olar, işinin öhdəsindən gəlməyi bacardı. O, matçın əsas hissəsi ərzində qətiyyətli qərarları ilə yadda qaldı. Hətta köməkçilərinin yanlış göstərişləri zamanı da məsuliyyəti üzərinə götürür, “ipi” əlindən buraxmırdı. Yalnız bir epizodda mübahisəli qərarla yadda qaldı. Konkret sonuncu dəqiqədə Sohna cərimə meydançasında topu Lilayın ayağından çıxararkən, “Qəbələ”nin futbolçusu yerdə qaldı. Meydan sahibləri penalti tələb etsələr də, epizodun biraddımlığında olan hakim “davam” işarəsi verdi və bir neçə saniyə sonra final fitini səsləndirdi. Videotəkrardan da dəqiq nəsə demək çətindi.
VÜQAR HƏSƏNLİ, Sumqayıt – Zirə
Həsənlinin oyunun tempinə xələl gətirməməsi, fitdən mümkün qədər az yararlanması alqışlanmalıdı. Amma sərt mübarizəyə imkan verən hakim bəzən kobud oyuna da göz yumur, haqlı vərəqələrə ehtiyac duymurdu. Konkret iki məqamda əlini cibinə atmağa borclu idi. Bir epizodda Əli Babayev bir neçə saniyə ərzində iki dəfə qayda pozuntusuna yol versə də, hakim aqressiv davranan futbolçunu cəzalandırmadı. Bir epizodda isə Adrian Skarlatake onu keçən Aleksey İsayevi əllə tutub saxladı ki, rumıniyalı vərəqəni haqq edirdi. Həmçinin iki penalti şübhəsi olan vəziyyətdə Həsənlinin doğru qərar verdiyini vurğulamaq lazım gəlir. Nə Pərdis Fərcad-Azadın yerdə qaldığı, nə də son dəqiqələrdə topun Atillanın əlinə yox, dizinə dəydiyi epizodda penaltidən söhbət gedə bilərdi. Bununla belə, 67-ci dəqiqədə Sadio Tounkaraya simulyasiyaya görə vərəqə göstərmək absurd idi. Atilla ikili mübarizə zamanı dirsəyi ilə onu arxadan itələdi və belədə malili yerdə qaldı. Penalti üçün bəsit epizod olsa da, bu, hakimi aldatmağa cəhd də deyildi. Təbii, ən böyük qüsuru Adil Nağıyevin topu öz qapısından keçirməsinə rəğmən, protokolda qolu Atilla Yıldırımın adına yazmasıdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
6-12-2019, 18:16 Elita klubları “birincilər”i kubokdan qovdu 6-12-2019, 12:34 Sopiç Ponomaryovla görüşə ehtiyac duymayıb 6-12-2019, 12:28 İbrahim Uzunca “Şahdağ”dan ayrıldı 6-12-2019, 12:26 “Alyans”ı dayandıran tapıldı 6-12-2019, 12:23 Aftandil Hacıyevin “Səbail”ə qoşulan legionerdən xəbəri yoxdu 6-12-2019, 12:19 Əliyar Ağayev “Sabah”ın penaltisini “yedi” 6-12-2019, 12:18 Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı 5-12-2019, 12:40 “Futbol+” Prosineçkini Zaqrebdə tapdı 5-12-2019, 12:33 Elçin Məmmədov “Mehdi Hüseynzadə”yə gəldi, aləm qarışdı 5-12-2019, 12:31 Aftandil Hacıyev: “Bu gün heç kim nə Qurbanın adına ləkə yaxa bilər, nə də mənim” 5-12-2019, 12:25 “Neftçi”ni büdrət, sonuncu pilləyə düş... 5-12-2019, 12:22 “Qəbələ” “Zirə”ni göydən yerə endirdi 5-12-2019, 12:17 “Sumqayıt” “ASCO Arena”da fürsəti qaçırdı 5-12-2019, 12:12 Dünən Avroliqada, bu gün sonuncu pillədə... 5-12-2019, 12:10 "Qarabağ" həsrətə Masazırda son qoydu 2-12-2019, 16:25 “Qarabağ”ın həllini gözləyən problemləri 2-12-2019, 16:19 Mütəxəssislər “Qarabağ”ın tarixi şansı qaçırdığını düşünürlər 2-12-2019, 16:16 Geye “Qarabağ”da qalmaq istəyir 2-12-2019, 11:40 Tarixi şəhəri siz də yaxından tanıyın 2-12-2019, 11:38 Əcnəbi gəlməsin, gəlirsə, Prosineçki gəlsin! 2-12-2019, 11:37 Parlament də özünü buraxır, Elxan Məmmədov tərpənmir 2-12-2019, 11:34 “CBC Sport”dan “Qarabağ”a atmaca 29-11-2019, 12:39 “Sabah” Sopiçə tapşırıldı, Ponomaryov komanda ilə vidalaşdı 29-11-2019, 12:37 “Getsinlər, qoyunları qovsunlar, futbollarını oynasınlar” 29-11-2019, 12:35 “Sülhsevənlər” ənənəyə sadiq qaldılar 29-11-2019, 12:29 Nazarov medianın mümkün basqısını nəzərə alıbmış 29-11-2019, 12:28 Elxan Məmmədovun yığma üzvlərini qınamasının əsası varmı? 29-11-2019, 12:25 AFFA azərbaycanlıları yığmadan bezdirib 29-11-2019, 12:22 Prosineçki yenə gəlir? 29-11-2019, 12:20 Aclıq Dadaşlinskinin Əzizini taqətdən salıb 26-11-2019, 17:31 “Keşlə”nin “ASK Arena”ya qayıdacağı tarix dəqiqləşməyib 26-11-2019, 17:30 İcraiyyə Komitəsinin üzvləri yığmanın çıxışını dəyərləndirdi 26-11-2019, 17:29 Vidadi Rzayev 14 il öncə səhv etdiyimizi düşünür 26-11-2019, 17:26 “F91 Düdelanj” stadion problem ilə üzləşib 26-11-2019, 17:24 Elxan Məmmədov özündən başqa hamını günahkar bilir 26-11-2019, 17:03 Tura darmadağınlarla yekun vuruldu 26-11-2019, 16:59 Slovakiyalı mütəxəssis yığmamızı aşağıladı 26-11-2019, 16:58 Nazarov qələbəyə qolla töhfə verdi 26-11-2019, 16:56 Paytaxt zonasında ikihakimiyyətlikdi 26-11-2019, 16:55 Emil Balayev mövsümün ən yaxşı qapıçısıdı 26-11-2019, 16:53 Qurban Qurbanov məğlubiyyəti gözləyirmiş 26-11-2019, 16:51 “Sumqayıt”dan Sumqayıtın yubileyinə hədiyyə: qələbə! 26-11-2019, 16:49 Dadaşlinskinin Əzizi baş katib üçün şüar qaldırdı 26-11-2019, 16:45 Tuayev kimi yaşamaqdan ölmək yaxşıdı! 22-11-2019, 12:52 Millət vəkilləri AFFA-nın məsuliyyət daşıdığını dedilər 22-11-2019, 12:47 “Baş katiblə aramızda heç bir narazılıq yoxdu” 22-11-2019, 12:43 Ağdamda “İmarət”in yubileyi qeyd olunub 21-11-2019, 21:57 Yurçeviç yenə itkiləri bəhanə gətirdi 21-11-2019, 21:55 Rüsvayçı oyun, biabırçı sonluq 21-11-2019, 21:52 U-17 xalsız qaldı 21-11-2019, 21:51 U-21 azlıqda qalan rəqibi üstələyə bilmədi 21-11-2019, 21:29 Haşımov Boykonun oyunun öhdəsindən gəldiyini düşünür 21-11-2019, 21:27 Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi 21-11-2019, 21:25 “İrəvan” ilk qələbəsini qazandı 21-11-2019, 21:22 “Keşlə”ni uğura aparan yolun sirri... 21-11-2019, 21:20 Eddinin “özünü pis hiss etməsinin” səbəbi aydın oldu 21-11-2019, 21:18 AFFA rəhbərliyi üçün xatırlatma Bütün xəbərlər
Ən çox oxunanlar