03 okt 18:58liqa

Rəqəmlər, faktlar...

Rəqəmlər, faktlar...
* Premyer-liqanın 2018/19 mövsümündə yeni rekord müəyyənləşib. Belə ki, “Sabah” – “Qarabağ” oyununu (0:2) 4500 tamaşaçı izləyib. “Əlincə Arena”dakı göstərici cari mövsümün geridə qalan 6 turu üçün mütləq rekorddu. Bunadək ən çox tamaşaçı 3-cü turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azersun Arena”dakı görüşdə 3000 azarkeş olmuşdu. Ümumi tamaşaçı sayı da rekordla diqqəti çəkib. Dörd qarşılaşmada ümumilikdə 6900 tamaşaçı olub. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidi. * Çempionatda ilk avtoqol “Sumqayıt” – “Zirə” (1:0) matçına təsadüf edib. Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub. Xatırladaq ki, sözügedən qarşılaşmanın baş hakimi Vüqar Həsənli yanlışlıqla həmin qolu Atilla Yıldırımın adına yazmışdı. Lakin Həsənlinin PFL-ə ünvanladığı raporta əsasən matçın yekun protokolunda düzəliş edilib. Ümumilikdə “Zirə”nin futbolçuları premyer-liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna sevinib. Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldu. 2015/16 mövsümündə Cəmil Hacıyev (Sumqayıt), ötən çempionatda isə Jozef Bum (Zirə) belə uğursuzluq yaşayıb.
* Cari mövsümün ən böyük hesabı qeydə alınıb. “Neftçi” – “Səbail” qarşılaşmasında 4:0 hesabıyla qalib gələn meydan sahibləri 4 və ya daha çox top fərqiylə qələbə qazanan ilk komanda olub. Mövsümün geridə qalan hissəsində qeydə alınan böyükhesablı nəticələrin hamısında 3 top fərqi gerçəkləşmişdi. “Qəbələ” “Səbail”i 3:0, “Sumqayıt” “Sabah”ı, “Qarabağ” isə “Qəbələ”ni eyni – 4:1 hesabı ilə üstələmişdi. Qeyd edək ki, “Neftçi” “Qəbələ”, “Sumqayıt” və “Qarabağ”dan sonra böyükhesablı qələbə qazanan 4-cü komanda olub. “Səbail” isə 2-ci dəfə ağır məğlubiyyət almaqla “Sabah” və “Qəbələ”ni keçib.
* “Neftçi”nin futbolçusu Dario Federiko ölkə çempionatı tarixinə düşüb. Braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub. O, yubiley qolunu premyer-liqanın 6-cı turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub. “Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək ölkə çempionatı tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçların, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 12003-ə çatıb. Qeyd edək ki, Darionun ilk qolu həm də 2018/19 mövsümünün 50-ci topu olub. Əvvəlki 5 turun 19 oyununda (1 matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top həm də 12000-ci olub.
* Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib. “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi “Səbail”lə ev matçına təsadüf edib. 2011/12 mövsümündə yetirməsi olduğu “Bakı”nın heyətində elitada debüt edən Ələsgərov “zolaqlılar”ın formasında 19 matçda 2 dəfə fərqlənib. “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən Ələsgərov indiki klubunda həm daha çox görüşə çıxıb, həm də daha çox qol vurub – 41 matçda 7 qol.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar