01 okt 23:56liqa, reportaj

Masazır yenə “Sabah”a “məzar” oldu

Masazır yenə “Sabah”a “məzar” oldu
21. Sabah (Bakı) – Qarabağ (Ağdam) 0:2 (0:0)
30. Saşa Stamenkoviç – 5,0
25. Vanderson Silva – 5,0
5. Kərim Diniyev – 4,5
13. Filip İvanoviç – 4,5
21. Novruz Məmmədov – 5,0
15. Erik Ramos – 5,0
33. Eltun Turabov – 5,5
27. Bəxtiyar Soltanov – 5,0
(19. Məqsəd İsayev, 59) – 4,5
10. Cavid İmamverdiyev (k) – 5,0
(6. Vadim Abdullayev, 81) – qiymətsiz
8. Elşən Abdullayev – 5,0
(7. Vitali Kvaşuk, 71) – 4,0
9. Marko Deviç – 5,0
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
11. Elgün Nəbiyev
39. Əlibəy Məmmədli
88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Eltun Turabov

13. Vaqner da Silva – 5,5
30. Abbas Hüseynov – 5,0
52. Yakub Jezniçak – 5,0
(25. Ansi Aqolli, 66) – 5,5
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,5
2. Qara Qarayev – 5,5
8. Miçel – 5,5
17. Abdullah Zubir – 5,0
(28. Con Delarj, 83) – qiymətsiz
19. Filip Ozobiç – 6,0
11. Mahir Mədətov – 5,0
9. Araz Abdullayev – 5,5
(7. İnnosent Emeqara, 66) – 5,5
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
6. Simeon Slavçev
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
22. Rövlan Muradov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç
Qollar: Miçel, 82 (0:1, F.Ozobiç). İ.Emeqara, 89 (0:2, C.Delarj).
Filip Ozobiç 50-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: E.Ramos, 14 (qeyri-idman hərəkəti). F.Ozobiç, 25 (qeyri-idman hərəkəti). A.Zubir, 78 (qeyri-idman hərəkəti) – sarı.
Hakim: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Cəmil Quliyev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
29 sentyabr. Masazır. Əlincə Arena. 4500 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Şənbə günü “Əlincə Arena”da bayram ab-havası var idi. Təsadüfi deyil ki, bu mövsüm 3-cü ev oyununa çıxan “Sabah” rekord sayda azarkeş toplaya bilmişdi. “Sumqayıt”la oyunda 500, “Qəbələ” ilə 1200 tərəfdarın dəstəyini hiss edən debutant bu dəfə 4500 tamaşaçını “ağırladı”. Sözsüz, azarkeş marağı rəqib komandanın kimliyi ilə də bağlı idi. Masazırlılar bir neçə gün sonra “Arsenal”ı qəbul edəcək “Qarabağ”ı görməyə həvəslə gəlmişdilər. Qurban Qurbanovun komandası onların ovqatını korladı…
Hərçənd “Sabah” 82 dəqiqə dözməklə adrenalini artırmışdı. Adətən, bir hissə aqressiv oynayıb istədiyi qolu vuran və ikinci yarıda ultramüdafiə hesabına nəticəni qorumağa üstünlük verən Elşad Əhmədovun komandası bu dəfə layiqincə müqavimət göstərdi. O vaxta qədər ki, Qurban Qurbanov “ağır artilleriya”nı işə saldı. İlk yarıda başabaş oyuna şahidlik etdik. Hər iki komandanın qol vəziyyətləri var idi. Konkret 13-cü dəqiqədə Ramos – Cavid - Elşən kombinasiyasını sonuncu zərbə ilə tamamladı, ancaq onun cərimə meydançasının daxilindən qapıya göndərmək istədiyi top cüzi fərqlə hədəfdən yayındı. 38-ci dəqiqədə İmamverdiyev topu rəqibdən “oğurlayıb” Deviçə hava ilə göndərdi ki, təcrübəli hücumçunun baş zərbəsini Vaqner zərərsizləşdirməyi bacardı. “Qarabağ”a gəlincə, 22-ci dəqiqədə Arazın uzaqdan, 27 və 35-ci dəqiqələrdə isə Miçelin yaxın məsafədən zərbələri öldürücü ola bilərdi.
“Qarabağ” ikinci hissəyə güclü təzyiqlə başladı. Artıq 50-ci dəqiqədə hesab açıla bilərdi. Elşən cərimə meydançasında Maksimi kobudluqla dayandırdı ki, Rəhim Həsənov tərəddüd etmədən penalti təyin etdi. Ancaq Ozobiçin qapıçının sol tərəfinə ünvanladığı topun istiqamətini Stamenkoviç müəyyənləşdirə bildi və qola izn vermədi. Bir qədər sonra Maksimin cinah ötürməsini tək toxunuşla “çərçivə”yə ünvanlayan Zubirin sevinməsinə isə tir mane oldu. Hücumların intensivliyini artırmağı düşünən Qurban Qurbanov 66-cı dəqiqədə iki əvəzetməni birdən həyata keçirdi. Emeqara və Aqollinin oyuna qoşulması ilə “Qarabağ” “Sabah”ı tam qapısına sıxışdırdı. Yalnız bir əks-hücum şansı olan debütantın oyunçusu Elşən cinahdan əla keçid edib qapıya zərbə endirsə də, top cüzi fərqlə aralı keçdi. “Qarabağ” 82-ci dəqiqədə istəyinə çatdı. Ozobiçin cərimə zərbəsindən asmasını hava mübarizəsindən qalib ayrılan Miçel başla dəqiq tamamladı. Meydan sahibləri qol buraxdıqdan sonra açıq oynamağa başladı ki, bu, ağdamlıların işinə yaradı. Hesab açılandan bir dəqiqə sonra oyuna qoşulan Delarj 89-cu dəqiqədə ideal ötürmə ilə Emeqaranı qapıçıyla təkbətək çıxardı. Təcrübəli forvard bu şansı boşa verməyərək, “Sabah”ın axırına çıxdı – 2:0. Beləliklə, debutant “Əlincə Arena”da 2-ci məğlubiyyətlə üzləşdi. Komanda hər iki yenilgisini öz meydanında alıb…
MİRAĞA

Gözdən qaçmadı
* İlk yarının ortalarında Filip İvanoviç xəsarət aldı və belədə hakimlərin xidmətinə ehtiyac duyuldu. Amma nədənsə tibbi müdaxilədən sonra ayağa qalxan futbolçu meydanı tərk etmədi və oyunu davam etdirdi.
* 43-cü dəqiqədə “Sabah”ın əks-hücumu zamanı müdafiəyə köməyə tələsən Miçel Rəhim Həsənovla toqquşaraq yıxıldı. Referi əlini havaya qaldırıb üzr istəsə də, ispan yarımmüdafiəçi rəqibin hücumu bitənə qədər deyindi, hakimə iradını bildirdi.
* İmamverdiyev zədələnib meydanı mərkəz xəttindən yox, bir qədər aralıdan tərk etməli oldu. Həkimlərin kənarda müdaxiləsi davam edərkən Elşad Əhmədov onun əvəzinə meydana Vadim Mustafayevi buraxdı. Bir qədər sonra məlum oldu ki, Cavid kapitan sarğısını təhvil verməyib və faktiki “Sabah” meydanda kapitansızdı. Rəhim Həsənovu xəbərdar etdilər, o, yenidən fasilə elan etdi və sarğı Novruza ötürüldü. Təbii ki, 2 dəqiqəlik vaxt itkisi Qurban Qurbanov və Rəşad Sadıqovun xoşuna gəlmədi, onlar Cavidə etiraz etdilər. Hər işdə bir xeyir var imiş, ləngimə ilə yerinə yetirilən cərimə zərbəsindən sonra “Qarabağ” hesabı açdı, “Sabah”ın “vaxtı öldürmək” taktikası əleyhinə çevrildi.
* Dördüncü hakim Rəşad Əhmədov 2-ci hissəyə əlavə olunmuş vaxtı göstərərkən tabloda “0” qeyd olunmuşdu. Bir neçə saniyəlik nümayişdən sonra duyuq düşüb səhvini düzəltdi və “0”-ı “4” etdi.

Reaksiyalar
Qurban Qurbanov: “Futbolçularımı təbrik etmək istəyirəm. Layiqli qələbə qazandıq. Həddən artıq çətin oyun oldu. Buna rəğmən, oyunun dinamikasını qoruyub saxlaya bildik. Rəqib müdafiə olunmağı bacaran komandadı. Eyni zamanda, əks-hücuma çıxmağı da yaxşı bacarırdılar. Çox çətinlik çəkdik. Bununla belə, intizamlı oynadıq. Oyuna xeyli sayda azarkeşimiz gəlmişdi. Onların dəstəyini hiss edirdik.
Həftəiçi “Arsenal”la qarşılaşacağımızı nəzərə alsaq, düşünürəm ki, bu oyunun bizə faydası olacaq. Əlbəttə, fərqli üslubda oynayan komandalardı. Amma uşaqlar bu gün xeyli əziyyət çəkdi. Çoxsaylı mübarizəyə şahidlik etdik.
Açığı, bir dəyişiklik plana uyğun olmadı. Əvvəlki oyunlarda iştirak edən Emeqara və Delarjdan birinə istirahət verməyi planlaşdırırdıq. Ancaq bu gün hər şey düşündüyümün əksinə, tam alınmadı, ona görə də nəticədən asılı olaraq, hücumçu dəyişikliklərinə əl atdım. “Sabah”ın heyətində milliyə dəvət almağa namizəd varmı? İndidən konkret fikir bildirmək istəmirəm. Cavid İmamverdiyev onsuz da daim dəvət olunur. Amma xüsusi bir ad çəkə bilməyəcəm”.
Elşad Əhmədov: “Qarabağ”ı təbrik edirəm. Yeni kollektivik. Rəqib isə daha elitar komandadı. Məğlubiyyətə baxmayaraq, futbolçularımdan tam razı qaldım. Bugünkü məğlubiyyəti öz meydanımızda “Sumqayıt”a 1:4 hesabıyla uduzduğumuz oyunla müqayisə etmək, hansının daha üzücü olduğunu demək artıqdı. “Qarabağ” ilk qolu vuranda necə sevinirdi?! Bunu hamı gördü. Komandam Deviçdən asılıdı? Deviç komanda yoldaşlarından daha təcrübəlidi. Amma biz bir futbolçudan asılı deyilik. Hər bir oyunçumuzdan qol gözləyirik. “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə daha çox müdafiə olunmaq məcburiyyətində qalırıq. Məqsədimiz premyer-liqada qalmaqdı. Sadəcə, heç kimə asan təslim olmaq fikrimiz yoxdu”.
Araz Abdullayev: “Ağır oyun oldu. Matçın sonlarına yaxın qələbə qollarını vurduq. "Sabah" yaxşı komandadı. Çox yaxşı mübarizə apardılar. Qələbə qazandığımıza görə sevincliyik. Fərqli mövqedə - hücumda çıxış edirəm. Baş məşqçi məni hansı mövqedə oynadırsa, orda komandama kömək etməyə çalışıram. Özümə yad mövqe olsa da, özümü doğrultmağa çalışıram. Özümü oyundan-oyuna daha yaxşı hiss edirəm. Ümid edirəm ki, milliyə də dəvət alaram.
Bizi gələn həftə "Arsenal"la çətin oyun gözləyir. Londonlular güclü, top-komandadı. Öz meydanımızda oynayırıq, xalqlımıza yaxşı oyun göstərmək istəyirik. Yaxşı nəticə qazanmaq üçün də əlimizdən gələni edəcəyik. "Arsenal"ın ardıcıl 7 oyundu qələbə qazanması bizi elə də qorxutmur. Biz də bir neçə oyundu ki, qələbə qazanırıq. Avroliqada da əlimizdən gələni edib yaxşı nəticə qazanmağa çalışacağıq. Maksimum nəticə qazanmağı hamı istəyir. Qrupdan çıxmaq istəyirik. Ancaq elə oyun olur ki, yaxşı oyun göstərib sonda məğlub olursan və ya pis oynayıb qələbə qazanırsan. Çalışacağıq ki, “Arsenal”a qarşı yaxşı oyun sərgiləyək”.
Filip İvanoviç: “Baxımlı oyun alındı. “Qarabağ” çox gözəl komandadı. Kifayət qədər yüksək ustalıq səviyyəsinə malik futbolçuları var. Bu matçda biz də döyüşdük. Komanda yoldaşlarıma və verilmiş taktiki tapşırıqlar üçün baş məşqçimizə təşəkkürümü bildirirəm. Növbəti turda “Neftçi” ilə qarşılaşacağıq. Həmin görüşə qələbə üçün çıxacağıq. Minimum bir xal əldə etmək üçün vuruşacağıq. Yeni komandayıq, bəzi səhvlər ola bilər. Oyundan-oyuna gücümüzü artırdığımızı və daha yaxşı ola biləcəyimizi düşünürəm. Növbəti görüşlərdə inkişafı görə biləcəksiz. Bəli, iki oyundu qol vura bilmirik. Çünki Marko Deviç fərqlənməyib. Çox önəmli hücumçudu. Lakin digər futbolçular da ona həm kömək etməli, həm də özləri qol vurmalıdılar.
“Sabah”da özümü çox yaxşı hiss edirəm. Komanda yoldaşlarım, klubda çalışanlar mənə kömək edir. Bu gün stadiona gələn azarkeşləri də gördüz. Onlara da “çox sağ ol” deyirəm. Ümid edirəm ki, hər oyuna bu qədər tərəfdar gələcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar