03 mar 13:46liqa, reportaj

“İnter”: “Qarabağ” üçün “qorxulu yuxu”

“İnter”: “Qarabağ” üçün “qorxulu yuxu”
“Qarabağ” azarkeşləri, azarkeşlər isə Rəşadı özündən çıxardı

79 Qarabağ (Ağdam) – İnter (Bakı) 0:1 (0:0)
13. İbrahim Şehiç – 5,5
25. Ansi Aqolli – 5,5
55. Bədavi Hüseynov – 5,0
14. Rəşad Sadıqov (k) – 5,5
18. İlqar Qurbanov – 5,0
8. Miçel – 5,5
91. Coşqun Diniyev – 6,0
10. Muarem Muarem – 5,0
(2. Qara Qarayev, 80) – qiymətsiz
20. Riçard Almeyda – 5,5
71. Vüqar Nadirov – 5,5
(44. Ağabala Ramazanov, 60) – 5,5
11. Mahir Mədətov – 5,0
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
15. Rahid Əmirquliyev
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
38. Famil Camalov
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Coşqun Diniyev

1. Səlahət Ağayev – 5,5
17. Abbas Hüseynov – 5,5
(3. Denis Silva, 66) – 5,5
14. Zurab Xizanişvili – 6,0
33. Tərlan Quliyev – 5,0
27. Adrian Skarlatake – 5,5
22. İlkin Qırtımov – 5,0
10. Elnur Abdullayev – 5,0
24. Fuad Bayramov – 5,5
7. Mirsahib Abbasov – 5,5
(9. Pərdis Fərcad-Azad, 86) – qiymətsiz
8. Nizami Hacıyev (k) – 5,5
(6. Samir Zərgərov, 90+1) – qiymətsiz
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
13. Orxan Sadıqlı
2. Sərtan Taşkın
19. Mirhüseyn Seyidov
88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Zurab Xizanişvili
Qol: Z.Xizanişvili, 72 (R.Əliyev).
Vərəqələr: İ.Qırtımov, 38 (qeyri-idman hərəkəti). İ.Qurbanov, 50 (perspektivli hücumun qarşısını kəsmək). F.Bayramov, 34 (meydançaya icazəsiz daxil olmaq). N.Hacıyev, 79 (qeyri-idman hərəkəti). C.Diniyev, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELVİN ƏSGƏROV, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Məlik Həsənov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
28 fevral. Bakı. Azərsun Arena. 1200 tamaşaçı (4900 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Cəmi bir saat öncə “Qəbələ”nin Gəncədə xal itirməsi meydan sahiblərinin üzünü güldürməyə bilməzdi. Mümkün qələbə “Qarabağ”ı yenidən vahid lider edəcəkdi. Ancaq bu heç də asan görünmürdü. “Köhlən atlar”ın cari mövsümdə “İnter” kompleksi yaşaması, yəni əvvəlki iki oyunda bu rəqibini məğlub edə bilməməsi ciddi siqnal idi. Digər tərəfdən, xeyli sayda aparıcı futbolçunun meydana çıxa bilməməsi Qurban Qurbanovun rahat oturmasına imkan vermirdi. Əvəzində Rəşad Sadıqov yenidən start heyətinə qayıtmış, Vüqar Nadirov cari mövsümdə ilk dəfə “11-lik”də yer almışdı.
“Qarabağ”lıların qorxduğu başına gəldi. Oyunun bol qollu alınmayacağı onsuz da bəlli idi. Ağdamlıların heyətində aparıcı oyunçuların olmaması nisbətən ehtiyatlı davranmağa məcbur edirdisə, qonaqların oyunu müdafiədən qurması alışdığımız mənzərə idi. Odu ki, hesabı açan böyük üstünlük qazanacaqdı. Bunu bacaran isə bakılılar oldu. 72-ci dəqiqədə Nizaminin cərimə meydançasına havalandırdığı topu Denis meydanda saxlamağı bacardı. Epizodun davamında Rauf hava mübarizəsində Mahiri üstələdi və top Zuraba düşdü. “İllərin təcrübəsi”nin solaxay vuruşu Şehiç üçün qarşısıalınmaz oldu. Bundan sonra oyun daha maraqlı xarakter aldı. Əsas gücü cinahlara verən meydan sahibləri ardıcıl hücumlar təşkil edir, “İnter”in mərkəz müdafiəçiləri ilə qapıçısı isə hər imkanda keçilməz olduğunu göstərməyə çalışırdı. Nəfəs almağa imkan tapmadığımız son 20 dəqiqədə bakılıların cərimə meydançasına azı 10 asma edilsə də, yaxşı təşkilatlanmış müdafiə xətti qola imkan vermədi. Ağabalanın meydana çıxması, Rəşadın hücuma qoşulması da “Qarabağ”ın bərabərlik qolunu vurmasına yardım etmədi.
Ümumi gördüklərimizə gəlincə, hesab açılana qədər yalnız ilk hissədə Vüqar Nadirovun fəallığı nəticəsində meydan sahiblərinin bir neçə həmləsi diqqəti çəkmişdi. Hətta bir epizodda Xizanişvili son anda qapıya gedən topun qarşısını kəsməyi bacardı. Topa nəzarət üstünlüyü “köhlən atlar”da olsa da, qonaqlar rəqibin hücum qurmaması üçün daha çox qaçır, sərt oyuna, bəzən kobudluğa əl atmalı olurdu. Elvin Əsgərovun fiti də, maşallah, susmaq bilmirdi. Ağdamlılar məğlub olduğuna görə özünü qınamalıdı. “İnter”in mərkəz müdafiəçilərinin boyunun uca olduğunu bilə-bilə hər imkanda qapı qarşısına asma etmək kənardan gülünc görünürdü. Həmçinin Dino və Dani kimilərin boşluğunu yerlilər heç cür doldura bilmədi. Bununla yanaşı, “niyə İnter”i məğlub edə bilmirik” sualını başlarından ata bilmədikləri də hərəkətlərindən, ayrı-ayrı epizodlardan görünürdü.
Sonda 3 xala sevinən “İnter” oldu. Bu paytaxt klubunun cari mövsümdə “Qarabağ” üzərində 2-ci qələbəsiydi. Bununla da “köhlən atlar” vahid lider olmaq imkanından özünü məhrum etdi.
HƏBİB

Gözdən qaçmadı
*Meydan sahibləri cəbhədə gedən görüşlərdə dünyasını dəyişmiş əsgərləri unutmamışdı. “Qarabağ”lıların meydana ayaq basarkən açdıqları “Hər damla qanınızdır Azərbaycan” və üzərində 6 şəhidin adı yazılmış plakat məhz buna hesablanmışdı.
* Media sektorunda əyləşən əcnəbinin kimliyini öyrənmək üçün çox əziyyət çəkmədik. Bu İngiltərədən gələn tarixçi yazar Robert O`Konnor idi. Əvəzində yığmanın baş məşqçisi Robert Prosineçki mərkəzi oyuna canlı baxmağı lazım bilməmişdi.
* “İnter” hücumda olarkən Elvin Əsgərov ilk yarının başa çatdığını bildirən fitini səsləndirdi. Nizami fitin oyundankənar vəziyyətə işarə olduğunu zənn edib özündən çıxdı. Onun uca səslə “nə oldu yenə?” hayqırtısı azarkeşlərin gülüşünə səbəb oldu. Çünki Nizamidən başqa hər kəs fitin nəyə hesablandığını bilirdi.
* Qurban Qurbanov oyunboyu həyəcanlı görünürdü. Bunun nəticəsidi ki, oturmaq nədi, bilmədi. Əvədində Zaur Svanadze təmkinini pozmurdu. Gürcü çalışdırıcı yalnız hansısa göstəriş, ya da irad bildirmək üçün yerindən dururdu.
* Stadionun diktoru Ramiz Qafarov bu dəfə də “quş uçurtdu”. Onun sonradan meydana çıxan Pərdisi Pərviz kimi təqdim etməsi tribunalara tapşıranların qəhqəhə çəkməsinə səbəb oldu.
* Matçın sonlarına yaxın “Qarabağ” azarkeşləri əsəbinə hakim ola bilmirdi. Meydana bir neçə dəfə yad əşyalar atılınca, Elvin Əsgərov birini götürüb maddi sübut kimi dördüncü hakimə verdi.
* Məğlubiyyətdən qəzəblənən “İmarət”in üzvləri öncə Qurban Qurbanovu hədəf seçdi. Onların “transfer elə, transfer elə, Qurban Qurbanov” şüarını baş məşqçi sakit qarşıladı.
* Ardınca sıra Rəşad Sadıqova çatdı. Daha doğrusu, “Qarabağ”ın futbolçularına yönələn “formanın haqqını verin” müraciətinə kapitan biganə qalmadı. Sadıqov “İmarət”çilərə yaxınlaşıb nə baş verdiyini soruşdu, ardınca dünyanın sonu olmadığını bildirdi. Nisbətən sakitləşib paltardəyişmə otağına getmək istəyən Rəşadı bu dəfə azyaşlı azarkeşin atmacası özündən çıxardı. Milli üzvü ayaq saxlayıb dəfələrlə əli ilə “nə var” deyə soruşdu. Yalnız ətrafındakı komanda yoldaşlarının köməyi sayəsində Sadıqovu sakitləşdirmək mümkün oldu.

Reaksiyalar
Zaur Svanadze: “Öncə cəbhədə şəhid olan əsgərlərin ailələrinə başsağlığı vermək istəyirəm. Allah rəhmət eləsin. Oyuna gəlincə, qələbə qazanıb vacib 3 xalı əldə etdik. Ağıllı oyuna görə yetirmələrimə təşəkkür edirəm. “Qarabağ” kimi rəqiblə görüşdə komandamın çıxışından razı qaldım. Müdafiə xəttinin inamlı oynaması qələbədə böyük rol oynadı. Həmçinin hücumlarımız da təhlükəli olurdu... Düzdü, maaşla bağlı müəyyən gecikmə var. Demişdilər, çatdırsalar, fevralın 28-nə kimi yanvarın əməkhaqqını verəcəklər. Çatdırmasalar, uzağı martın 10-na qədər ödəniş olacaq. Yəni narahatlığa ehtiyac yoxdu. Əminəm ki, uşaqlar pullarını alacaq. Maaşlar verilməsə, hamıdan əvvəl siz biləcəksiz. Boykot etmək, meydana çıxmamaq çıxış yolu deyil. Bununla ancaq özümüzə problem yarada bilərik. “Qarabağ”ı məğlub etməyin reseptini deyim? İcazə verin, bunu özümdə saxlayım, gələcəkdə yenə lazım olar (gülür).
Qurban Qurbanov: “Məğlub olsaq da, “İnter”i təbrik edirəm. Həm qələbə, həm də təşkilatlanmış oyun münasibətiylə. Futbolçular çox əziyyət çəkdilər. Hədsiz top itkilərinə yol verdik. Çatışmayan cəhətlərimiz çoxdu, problemləri aradan qaldırmağa çalışmalıyıq. Bəzi oyunçuların idman formasını yaxşılaşdırmalıyıq. İradlarımı özlərinə çatdıracam. Sona qədər mübarizə aparacağıq. Qarşıda 8 oyun var. Oyunumuzda nəyinsə çatışmaması təkcə Kintananın yoxluğu deyil. Fikir verirsizsə, son vaxtlar sabit heyətlə oynaya bilmirik. Hər matçda əvəzetmələrə əl atmağa məcburuq. Maksim “Qəbələ” ilə görüşdə aldığı zədə ucbatından bu gün bizə kömək edə bilmədi. Ağabala “Kəpəz”lə qarşılaşmada, “sarı” aldığı epizodda əzələsini dartmışdı. Cəmi üç gündü kollektiv məşqlərdə iştirak edir. Ndlovu iki gün əvvəl məşqdə qapıçı ilə toqquşmada huşunu itirdi. Hətta bir gün xəstəxanada yatdı. Dünən evə getdi. Əfranın ailəsində ciddi problem var. Bir nəfərin xəstəliyinə görə artıq üç gündü müalicə üçün İstanbula yollanıb. Dani də məlumdu. Əsas problemimiz itkilərdi. Belə futbolçular olmayanda istər-istəməz oyunumuz da alınmır. Bunu başa düşdüyümdən, futbolçuların üstünə getmək istəmirəm. Azarkeşlərin etirazına gəlincə, Rəşadla aralarında nə yaşadığını bilmədim. Yalnız mənim ünvanıma “Qurban, transfer elə” qışqırdıqlarını eşitdim. Biz bir ailəyik, hər zaman səmimi olmağa çalışmışıq. Bəzən məğlub olmağı da bacarmalıyıq. Düzgün inkişaf etmək üçün məğlubiyyətlərdə səhvlərimizi görməliyik. Bir az uğursuzluq olanda daxildə olan etirazlar üzə çıxır. Valideyn öz övladına istədiyi on şeyi edib, birini etməyəndə uşaq narazı qalır. Odu ki, azarkeşlərin narazılığı anlaşılandı. Amma hansısa nöqsanı, iradı öz aramızda bir-birimizə çatdırsaq, daha yaxşı olar. Stadionda bizə azarkeşlik etməyənlər də olur, onları sevindirməməliyik. Böyük klublar, məşqçilər belə, 4-5 top fərqi ilə uduzur. Yaxud milyonluq transferlərdən fayda görmürlər... Xocalı soyqırımı günündə futbolçuların Şəhidlər Xiyabanına getməməsinə gəlincə, hər il fevralın 26-da, yaxud bu ərəfədə bazaya baş çəkirik, yaşananlar haqda geniş məlumat verilir. Hətta ingiliscə də danışılır ki, legionerlər də anlasın. Bu məsələdə ciddi problemin yaşandığını düşünmürəm. Bəzən kimlərsə ayrı-ayrılıqda Şəhidlər Xiyabanına gedir. Ancaq bunu şəkil çəkdirməklə təbliğ etmirik. İnsanlara xoş gəlsin deyə, üzdə olmağı sevmirik. Niyyətimizi bilən Allahdı. Klub rəhbərliyinin qarabağlılara, qaçqınlara hansı yardımlar etdiyini burda demək istəmirəm. Ona görə də şəhidlərə laqeydlik göstərdiyimizi düşünməyin. Millimizi seçdiyinə görə Riçard Almeydaya təşəkkür edirəm. Mentallığımıza uyğunlaşıb, artıq ona azərbaycanlı kimi baxırıq. Fikrimcə, yığmaya da fayda verəcək”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar