01 okt 23:20liqa, reportaj

“Sumqayıt” təəccübləndirməkdə davam edir

“Sumqayıt” təəccübləndirməkdə davam edir
24. Sumqayıt – Zirə 1:0 (1:0)
1. Mehdi Cənnətov – 5,5
18. Süleyman Əhmədov – 5,0
(74. Yusif Nəbiyev, 77) – qiymətsiz
14. Bəxtiyar Həsənalızadə - 5,5
2. Rail Məlikov (k) – 5,5
(3. Vurğun Hüseynov, 61) – 5,5
4. Şəhriyar Əliyev – 6,0
21. Arif Daşdəmirov – 5,5
99. Əli Babayev – 5,5
7. Cavid Tağıyev – 5,0
10. Aleksey İsayev – 5,5
22. Əfran İsmayılov – 5,5
(17. Nicat Qurbanov, 86) – qiymətsiz
11. Atilla Yıldırım – 5,0
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Şəhriyar Əliyev

1. Anar Nəzirov (k) – 4,5
16. İbrahim Aslanlı – 4,5
27. Adrian Skarlatake – 5,0
5. Adil Nağıyev – 4,5
39. Sadiq Quliyev – 4,5
2. İlkin Qırtımov – 4,5
6. Vüqar Mustafayev – qiymətsiz
(8. Kamal Mirzəyev, 13) – 5,0
77. Mirsahib Abbasov – 4,5
(10. Sadio Tounkara, 46) – 5,0
11. Dilan Duventru – 4,5
91. Bilal Həmdi – 5,5
7. Pərdis Fərcad-Azad – 4,5
(9. Aleksandr Dedov, 46) – 4,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Budaq Nəsirov
17. Vüsal İsgəndərli
26. Miloş Radivoyeviç
38. İlkin Muradov
47. Əmrah Bayramov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bilal Həmdi
Qol: A.Yıldırım, 16.
Vərəqələr: S.Tounkara, 67 (hakimi aldatmağa cəhd). K.Mirzəyev, 70 (hakimin qərarına etiraz). M.Cənnətov, 83 (oyunun bərpasını ləngitmək). İ.Qırtımov, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Rauf Hüseynli (Bakı).
30 sentyabr. Bakı. Bayıl Arena. 700 tamaşaçı. (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Yekun nəticəsi maraqla gözlənilən oyunlardan biri, bəlkə də birincisiydi. Təbii, ən prinsipial məqam vaxtilə “Sumqayıt”ın başında duran Samir Abasovun bu dəfə sabiq komandasına rəqib olmasıydı. Yayda tərəflər razı ayrılmasa da, hər halda, uzun illər çalışdırdığın kollektivlə üz-üzə gəlmək bir başqa hissdi. Abasovu təkcə bu fakt, həm də “qartallar”ın turnir cədvəlindəki vəziyyəti qalib gəlməyə məcbur edirdi. Samir bəyin gəlişindən sonra biri texniki məğlubiyyət olmaqla ardıcıl üç oyunda xalsız qalan zirəlilər bu dəfə mütləq və mütləq qələbə qazanmalıydı. Hər halda, növbəti turda rəqib “Qəbələ”di və belədə ab-havanı yaxşılaşdırmaq üçün başqa yol yox idi. Di gəl ki, “Sumqayıt”ı da “asan yem” saymaq olmazdı. Nazim Süleymanovun yetirmələri bu oyuna qədər “Sabah”la “Keşlə”ni məğlub edib, səfərdə “Qəbələ” ilə heç-heçə oynamışdı. “Qarabağ”dan bir xal qoparmağa isə son dəqiqələrdə penaltini “yeyən” İnqilab Məmmədov imkan verməmişdi.
Komandaları bir-birinə yaxınlaşdıran məqam hər ikisinin eyni durumda olmasıydı. Stadionları təmirə bağlanan “Zirə” ilə “Sumqayıt” cari mövsümdə “qaçqın” statusunu daşıyır ki, boş olan stadionların xidmətindən yararlanmağa çalışırlar. “Zirə” rəqiblərini “Dalğa Arena”yla “AZAL Arena”da qəbul etmişdisə, “kimyaçılar” buna qədər yalnız “Dalğa”ya güvənmişdi. Lakin bu dəfə “Səbail”in səfərdə oynamasından istifadə edib “Bayıl Arena”ya göz dikmişdilər.
Hər iki komandanın beş müdafiəçili sistemdən istifadə etdiyini görəndə, tərəflərin riskə getməyəcəyini, əsasən əks-hücum taktikasından yararlanacağını təxmin etmək çətin deyildi. İlk 45 dəqiqə ərzində təxminində yayınmayanlar əsasən meydanın mərkəzində gedən, ikili mübarizələri özündə əks etdirən oyuna şahidlik etməli oldu. Futbolçuların hədsiz istəkli olması bəzən kobudluğa çevrilirdi ki, belədə baş hakim tez-tez qayda pozuntusu qeydə alırdı. Bunun nəticəsində ilk yarı qol vəziyyətlərinin kasadlığı baxımından yadda qaldı. Düzdü, topa daha çox zirəlilər nəzarət edirdi. Bilalla Dilanın topla davranması istənilən səviyyədədi deyə, top əksər hallarda onlara ötürülürdü. Sonuncu ötürmə sarıdan çətinlik çəkən bu iki futbolçunun, həmçinin Mirsahibin effektli ola bilməməsi Pərdisin qol vurmaq şansını heçə endirirdi. Pusquda duran “Sumqayıt”lılar isə topa yiyələnən kimi iki-üç ötürmə ilə rəqibin cərimə meydançasına daxil ola bilirdi. Amma qolu əks-hücumun nəticəsi kimi yox, standart vəziyyətdən sonra vurdular. Künc zərbəsindən sonra top Əfrana ötürüldü, o da qapı qarşısına asma etdi, Atillanın fərqlənməsinin qarşısını almaq istəyən Adil avtoqol müəllifinə çevrildi. Hissənin sonlarına yaxın sumqayıtlılar rəqibini qapısına sıxılmağa məcbur etsə də, bərabərlik qolunu vurmaq imkanı olmadı.
İlk hissədə komandasının oyunundan və qeydə alınan nəticədən razı qalmayan Samir Abasovun fasilədən sonra dəyişiklik edəcəyi gözlənilən idi. “Zirə”nin çalışdırıcısı Dedovla Tounkaranı meydana buraxmaqla riskə gedib əvəzetmə limitini doldurmuş oldu. Buna baxmayaraq, təhükəli vəziyytləri nominal meydan sahibləri yaradırdı. 50-ci diqəqədə Cavid xeyli irəliləyib qapını nişan almaq istəsə də, top cüzi fərqlə hədəfdən yan keçdi. 6 dəqiqə sonra Cavidin bu dəfə uzaqdan qapıçının sayıqlığını yoxlamaq cəhdi uğurlu alınmadı. “Zirə” oyunda ən real qol imkanını 59-cu dəqiqədə yaxaladı. Bilal qapıçı ilə üzbəüz qalsa da, Mehdi çıxışda inamlı oynayıb komandasını qoldan xilas etdi. Bərabərlik qolu üçün böyük qüvvə ilə irəli atılan “qartallar” 72-ci dəqiqədə növbəti şansı əldən verdi. İbrahim ötürmə vermək, ən pis halda topu “çərçivə”yə vurmaq əvəzinə tələsik zərbə ilə tribunaya ünvanladı. Abasovun yetirmələrinin başı qol vurmağa qarışdığı an az qala qapısında top görəcəkdi. 76-cı dəqiqədə rəqibi azlıqda yaxalayan sumqayıtlıların kəsərli hücumunu Əfran qeyri-dəqiq ötürmə ilə boşa verdi. İki dəqiqə sonra Yusiflə Atilladan heç biri Cavidin qapı qarşısına göndərdiyi topu tora qovuşdura bilmədi. 80-cı diqəqədə Atilla özünü gülməli vəziyyətə saldı. Qapıçı ilə təkbətək qalan və heç kimin mane olmadığı “11” nömrə topu Anarın üstünə vurub, komanda yoldaşlarını yox, rəqib futbolçuları sevindirdi.
Hakimin final fitinə qədər qol vurmaq istəyinə çata bilməyən zirəlilər meydanı məğlub tərk edincə, sumqayıtlılar xalların sayını 10-a çatdırıb üçüncü pillədəki “Sabah”a şərik oldular. Ardıcıl beşinci oyunda uduzan “Zirə” isə turnir cədvəlinin sonuncu pilləsindəki yerini “bərkitdi”.
HƏBİB

Gözdən qaçmadı
* Zədə səbəbindən oynamaq imkanından məhrum olan Elvin Məmmədov komanda yoldaşlarını tək buraxmamışdı. Matçdan yarım saat əvvəl, futbolçular isinmə hərəkətlərini yerinə yetirəndə mülki geyimdə meydanın kənarında var-gəl edən təcrübəli futbolçu oyun başlayanda tribunadakı yerini tutdu.
* Oyundan əvvəl topdaşıyan uşaqlardan birninin qazona ayaq basıb məşq edən Nicat Qurbanov və Vurğun Hüseynovla şəkil çəkdirməsi hər nə qədər qaydalara zidd idisə, bir o qədər də xoş görüntü yaratdı.
* Dördüncü hakim funksiyasını yerinə yetirən Əliyar Ağayev onun üçün ayrılmış yerə üz tuturdu ki, qarşısını Seymur Rəhimov kəsdi. “Zirə”də Samir Abasovun köməkçisi olan Rəhimov uzun müddət Əliyara nəyisə başa salmağa çalışdı. Ağayev də öz növbəsində gülümsədi və bununla da Rəhimovu yola vermiş oldu. Baş hakimin start fitindən əvvəl isə Samir Abasov özü Əliyara yaxınlaşıb qulağına nəsə dedi.
* Klub rəhbərliyi milli çempionatlar tarixində “Sumqayıt”ın heyətində 150-ci oyuna çıxan Bəxtiyar Həsənalızadənin əməyini qiymətləndirməyi lazım bilmişdi. Belə ki, “kimyaçılar”ın prezidenti Riad Rəfiyev matçdan əvvəl səbəbkara arxasında “Həsənalızadə 150” yazılmış futbolka təqdim etdi.
* Yığmanın baş məşqçisi Qurban Qurbanov oyunu izləyənlər arasında idi.
* Matçdakı yeganə qolu Adil Nağıyev başla öz qapısından keçirsə də, protokolda qol Atılla Yıldırımın ayağına yazılıb.
* 82-ci dəqiqədə Əfran İsmayılov Nazim Süleymanovdan əvəzlənməsini istəyəndə, baş məşqçi əsəbi tonda “oyna, oyna” cavabını verdi. Lakin çox keçmədən Əfranın əvəzinə meydana Nicat Qurbanov çıxdı.
* Hakimin final fitini səslənən kimi həmkarlarını gözləməyən laysman Zeynal Zeynalov paltardardəyişmə otağının açarını alıb, qaçdı.
* Oyundan sonra “Bayıl Arena”dakı mənzərə peşəkar liqanın yox, həvəskar birinciliyin oyununu xatırladırdı. Meydana daxil olan 20-yə yaxın “Sumqayıt” azarkeşi qələbəni futbolçularla qeyd etməyi özünə borc bildi. Bu arenadakı görüşlər zamanı təhülkəsizlik tədbirlərindən qətiyyən söhbət gedə bilməz.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar