03 mar 13:42liqa

Nadir Şükürov oğlunu futboldan özü uzaqlaşdırıb

Nadir Şükürov oğlunu futboldan özü uzaqlaşdırıb
“Kəpəz”də oynamaq, işləmək böyük şərəfdi”

Fevralın 28-də “Kəpəz”in əsas komandasının qapıçılarla işləyən məşqçisi Nadir Şükürovun 50 yaşı tamam oldu. Gəncə təmsilçisinin rəsmi saytı yubilyardan müsahibə alıb. Müsahibəni qısa ixtisarla təqdim edirik.
- Sizi 50 yaşında cavan kimi təbrik edirik...
- Təbrikə görə minnətdaram. 50 yaşa çatmaq böyük iş deyil. Çünki 50 yaş böyük yaş sayılmır. Bu illər ərzində yaxşı və pis günlərim olub. Hamıda necə, məndə də elə. Hər insanın həyatında itirdiyi, qazandığı illər olub. Futbol həyatında qazanmışam, amma şəxsi həyatda itkilərlə üzləşmişəm. İstəmərəm ki, kimsə cavan yaşında yaxınını itirsin, amma belə şeylər mənim başıma gəlib.
- Çox kövrəldiz...
- Cavan vaxtımda valideynlərimi itirmişəm, qardaşım vəfat edib, qardaşımın oğlu şəhid olub. Müharibə ab-havasını duyan, ağrı-acısını hiss edən insanlarıq. Döyüşdə həlak olanların hər biri bizim övladımızdı, millətimizin balasıdı. Cəbhədə başverənləri ürək ağrısı ilə izləyirik. Bu gün biz aranlı, turanlı deyilik, hamımız qarabağlıyıq!
- Ad gününüzdə sizi kövrəltmək istəməzdik. Mövzunu dəyişək. Yubileyinizi necə qeyd edəcəksiz?
- 50 yaşımı ailə arasında qeyd edəcəyik. Təmtəraqdan uzağam, yəqin ki, böyük yığıncaq olmayacaq. Açığı, belə şeyə pis baxmıram. Məndən də böyük futbolçular var, onlar yubiley keçirməyib. Evdə məclis təşkil edəcəyik, qardaşlarım, bacım, bir sözlə, yaxın ətrafım yanımda olacaq.
- Əsri yarılayırsız, geriyə böylananda nə yadınıza düşür?
- Futbolu özümə peşə seçdiyimə görə peşman deyiləm. Şablon səslənsə də, yenidən dünyaya gəlsəydim, yenə bu sənəti seçərdim. Unudulmaz, yaddan çıxmaz çoxlu günlər var, əksəriyyəti də futbolla bağlıdı. Məşqçilərimə təşəkkür edirəm ki, mənə düzgün yol göstəriblər, istiqamət veriblər.
- Nadir Şükürovu Azərbaycana böyük futbol ənənəsi olmayan İmişli bəxş edib. Sizi rayonun bütün dövrlər üçün ən yaxşı futbolçusu saymaq olar?
- Yox, məndən də yaxşı futbolçular çıxıb. Elə Füzuli Musayevin adını çəkmək olar. O, SSRİ dövründə Gəncənin “Tərəqqi” komandasının heyətində ittifaq çempionatının ikinci dəstəsində çıxış edib. Futbolçu olmağımda ilk məşqçim Fazil Seyfəliyev kimi, onun da böyük rolu, zəhməti olub. İmişlidə futbol çox sevilir. SSRİ vaxtında rayonun uşaq komandası “Sevinc”, “Dəri top”, “Sünbül” kuboklarında, müxtəlif spartakiadalarda çıxış edirdi və yaxşı da nəticələr göstərirdi. Bizim oynadığımız nəsildən yerlilərim arasında Fariz Yusifovun adını çəkə bilərəm. Düzdü, sonradan hakimliyə keçdi və FİFA referisi oldu.
- Vaxtilə “Kəpəz”də də oynamısız və bu komandadakı çıxışınızla məşhurlaşmısız...
- Gəncəyə gələnə kimi Sabirabadın “İnşaatçı” və İmişlinin “Meliorator” komandasında oynamışam. Rayonumuzun komandasında Tofiq Axundov, Vladimir Bruxti kimi tanınmışlar məşqçi işləyib. 1989-cu ildə “Kəpəz”ə gəldim. Müzəffər Qasımov qarşılaşmaların birində oyunumu bəyənib komandaya dəvət etmişdi. Gəncə klubunda oynamaq bir çox futbolçuların arzusu olub, eləcə də mənim. Bu gün də belədi. “Kəpəz”də oynamaq, işləmək böyük şərəfdi.
- Oynadığınız dövrdə “Kəpəz”in heyətində yaddaşınızda dərin iz buraxan oyun və ya oyunlar hansı olub?
- “Qarabağ”a 3:1 hesabıyla qalib gəldiyimiz oyunu ilk sıraya qoyardım Səhv etmirəmsə, 1995-ci il idi. Meydanda maraqlı və güzəştsiz mübarizə oldu. Tək mən yox, bütün futbolçular həmin matçda yaxşı təsir bağışladı. Bir də 1991-ci ildə SSRİ dönəmində Ukraynanın Nikolayev şəhərində “Sudostroitel” komandasına qarşı keçirdiyimiz oyun yaddımdan çıxmaz. Səfərdə rəqibi 3:2 məğlub etdik. İndiki komandamızın məşqçilər korpusunda təmsil olunan mütəxəssislərin hamısı həmin oyunda meydanda idi. Şahin Diniyev, Füzuli Allahverdiyev, Xaliq Mərdanov və mən start heyətində yer almışdıq.
- Millidə işləmisiz, klubda, yoxsa yığmada çalışmaq çətindi?
- Əsas millidə çıxış etmiş qapıçıyam. 2000-02-ci illərdə - İqor Ponomaryovun dövründə yığmaya cəlb olunmuşam. Ona görə də deyə bilərəm ki, milli millətin üzü, adıdı. U-17-də, U-19-da işləmişəm. Həm klubda, həm də millidə çalışmaq məsuliyyətlidi. İş hər ikisində çətindi, şərəflidi.
- Legioner həyatı yaşayan qapıçılardan olmusuz. Amma İrandan fərqli, Türkiyədə işləriniz yaxşı getmədi. Niyə?
- “Ərzurumspor”da bir menecer vardı. Komandada qalmağımıza imkan vermədi, ona görə də Türkiyədə karyeram uğurlu alınmadı. Bakıya qayıdası oldum. İrana gəlincə, iki mövsüm yerli çempionatda çıxış etdim. Kirman şəhərinin “Mis” komandasında karyeram daha yaxşı alındı.
- Lev Yaşin dünya futbolunda “Qızıl top” mükafatını almış yeganə qapıçıdı. Yaxşı qapıçı komandanın yarısıdırsa, niyə qolkiperlər yenidən bu mükafata layiq görülmürlər?
- İndi hər şeyi qol vurmaqla ölçürlər. Kim daha çox qol vurur, bütün diqqət, fikir ona yönəlir. Qapıçı top buraxıb komanda uduzanda, hamı onun adını günahkar kimi çəkir, amma sahə oyunçuları yada düşmür. “Hücumçu qolu vura bilmədi, yarımmüdafiəçi yaxşı oynamadı, müdafiəçi səhv etdi” deyən olmur. Bütün dünyada belədi. Heç komanda qalib gələndə “qolkiper kömək etdi və udduq” deyilmir (gülür).
- Nadir Şükürovda olan hansı keyfiyyət bu gün “Kəpəz”in qapıçılarında yoxdu?
- Məşqdə öz üzərlərində işləməyi bacarırlar, hər şeyin yaxşı olması üçün səylərini əsirgəmirlər. Sadəcə, daxilən oyuna köklənməyi bacarmalıdılar ki, bu da hələlik onlarda yoxdu. Məşqçi yetirməsinə motivasiya verir, amma gərək futbolçu da özünə motivasiya versin. Hər zaman qapıçılara tövsiyələrimi, tapşırıqlarımı verirəm və bildirirəm ki, meydançaya çıxanda icraçı onların özü olur, məşqçi kənarda qalır. Onlarda çatmayan budu, yəqin ki, zamanla düzələr.
- Ailədə davamçınız olmadı. Oğlunuz atasının yolunu niyə davam etdirmədi?
- Özüm qoymadım. Zəif oynayırdı, ona görə. Hər gün necə oynadığını soruşurdum, “hər şey əladı” cavabını verirdi. Bir gün getdim, öz gözümlə gördüm. Təsadüfən bir gün gedib gördüm ki, oğlum nəinki komandasına kömək edir, əksinə, mane olur (gülür). Ona dedim ki, futbol sənlik deyil. Ürəyimcə oynamırdı, yaxşı olsaydı, davam etdirməsini istəyərdim. Kimsə mənə görə ona hörmət edəcəkdi, o da hansısa istedadlı azərbaycanlı balasının yerini tutacaqdı. Həqiqi hərbi xidmətə yola saldım, indi Xüsusi Dövlət Mühafizəsi Xidmətində işləyir, dövlətə xidmət edir. Ondan çox razıyam.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar