28 sen 21:48liqa

Samir Abasov "Sumqayıt"la oyuna xüsusi yanaşmır

Samir Abasov "Sumqayıt"la oyuna xüsusi yanaşmır
"Əks halda, həddən artıq sərt və radikal addımlar atmaq məcburiyyətində qalacağıq"
Həftəiçi "Azərsun Arena" maraqlı qarşılaşmaya "qucaq açdı". "Qarabağ"la "Zirə" arasında ilk turdan təxirə salınan oyun gerçəkləşdi. Çərşənbə günü baş tutan matç yetərincə dramatik alındı. Belə ki, "köhlən atlar" ilk hissədə Filip Ozobiçin dəqiq penalti zərbəsiylə hesabı açdı. İkinci yarının əvvəlində isə İnnosent Emeqara fərqi iki topa çatdırdı. Bundan sonra çoxları ağdamlıların böyükhesablı qələbə qazanacağını düşünürdü. Ancaq Mirsahib Abbasov baxımlı qolla həmin düşüncənin sahiblərini yanıltdı. 82-ci dəqiqədə isə adı çəkilən futbolçu yenidən "Qarabağ"ın qapısına yol tapmaqla komandasını ümidləndirdi. Lakin cəmi 3 dəqiqə sonra Emeqara yenidən fərqlənərək, "Zirə"nin geridönüşünə imkan vermədi. Beləcə "qartallar" Samir Abasovun rəhbərliyi altında 3-cü oyununda da xal qazana bilmədi. Qəsəbə təmsilçisi geridə qalan 3 görüşdən ikisində udizubsa, bir qarşılaşmada komandaya texniki məğlubiyyət verilib.
Qeyd edək ki, "Qarabağ"la görüşdə Samir Abasov texniki zonada yer almamışdı. Bundan öncə "Neftçi" ilə qarşılaşmada cəzalanan mütəxəssis oyunu tribunadan izləyirdi. Ona görə də oyunsonrası mətbuat konfransına da köməkçisi Vəfadar Quliyev gəlmişdi. Bu üzdən dünən Samir bəylə əlaqə saxlayıb, matç haqda fikirlərini öyrənməyi lazım bildik: "Komandadan razı qaldıq. Uşaqlar pis oynamadılar. Xüsusilə də ikinci hissədə. Ancaq bəzi məqamları qeyd etməliyəm. Bu gün də qarşılaşmanın videoyazısını izlədik. Həm təəssüfləndik, həm də təəccübləndik. Elita komandası, hansı ki, qarşısına yer tutmağı hədəf qoyub, belə səhvlər edə bilməz. Buna ixtiyarı yoxdu. Bəzi oyunçulardan narazı qaldım. Onlara da bildirmişəm ki, belə oynamaq olmaz. Həmçinin rəqibin adının bizim üçün o qədər də önəmli olmadığını söyləmişəm. Bizim öz oyunumuz olmalıdı. Hər bir rəqiblə oynamağı bacarmalıyıq. Ancaq köməkçimin də dediyi kimi, uşaq səhvlərinə yol verdik. Həmin səhv nəticəsində bütün əziyyət, həftəiçi keçirilən gərgin məşqlər, həmin hazırlıq fonunda qurduğumuz oyun üçün ideya, bir sözlə, hər şey bir dəqiqənin içində puç olur. Ona görə də bugünkü iclasda uşaqlara etirazımı bildirdim. İnşallah, əllərindən gələni edib, səhvləri aradan qaldırmağa çalışarlar".
Təbii, komanda üç qol buraxıbsa, baş məşqçi arxa xətt oyunçularından razı qala bilməz. Görəsən, Abasovun əsas iradları hansı futbolçulara olub? Samir bəyi dinləyək: "Narazı qaldığım oyunçulardan biri Aleksandr Dedov idi. Onun penaltiyə səbəb olması o qədər də əhəmiyyət kəsb etmir. Bunu hər bir futbolçu edə bilər. Ancaq ümumilikdə matçda etdiyi səhvlər, özünü oyuna verməməsi, laqeyd yanaşması üzündən Dedovu əvəzlədik. Ondan həddən artıq narazı qaldım. Aleksandrdan başqa da bəzi oyunçular xoş təsir bağışlamadı. Çempionatda o qədər komanda da yoxdu ki, deyəsən, bu rəqiblə oyuna bir cür, digərinə qarşı başqa cür hazırlaşım. Hansısa rəqibdən çəkinəcəyiksə, hansısa yer uğrunda oynamaq istəsək də, bütün əziyyətimiz boşa gedəcək. Dediyim kimi, iki-üç nəfərdən narazı qaldım. Düzdü, uşaqları da başa düşürəm. Hardasa yeni komanda yaranıb. İnanıram ki, oyundan-oyuna özlərinə gələcəklər. Əks halda, biz də həddən artıq sərt və radikal addımlar atmaq məcburiyyətində qalacağıq".
"Siz texniki zonada olsaydız, komandanız hesabı bərabərləşdirdikdən sonra yenidən qapısında qol görərdi" sualına Abasovun cavabı belə oldu: "Onu deyə bilmərəm. Çox çətin sualdı".
"Qarabağ" kimi rəqibdən buraxılan iki qolun cavabını vermək hər nə qədər komanda üçün psixoloji yüksəliş idisə, buraxılan 3-cü qol futbolçulara zərbə oldu. Bu isə növbəti çempionat oyununa hazırlaşmaq baxımından problem yarada bilər. Deməli, komandada əhval-ruhiyyəni yüksəltmək üçün Samir bəyin üzərinə ağır yük düşür. Onun bu məqamla bağlı düşüncələri belə oldu: "Psixoloji durumdan ehtiyatlanmırıq, nəinki fiziki vəziyyətdən. Çünki bir həftə ərzində üç oyuna çıxacağıq. Bəlkə də bəzi oyunçularımız buna hazır deyil. Bir neçəsi isə zədədən döndüyünə görə sıx qrafikə hazır olmaya bilər. Bundan bir az ehtiyatlanırıq. Hansısa oyunu udmalısan ki, sənin psixoloji durumun yüksəlsin, hər şey qaydasına düşsün. Çalışacağıq ki, növbəti qarşılaşmada əlimizdən gələni edək. Sadəcə, fiziki durumumuz, yorğunluq məni narahat edir. Lakin inanıram ki, bu oyunda ən hazır futbolçular meydana çıxacaq və əllərindən gələni edəcəklər".
Onu da bildirək ki, növbəti turda "Zirə"nin rəqibi "Sumqayıt" olacaq. Bu yaya kimi "kimyaçılar"ın baş məşqçisi olan Abasov ilk dəfə sabiq, həmçinin doğma şəhərinin komandası ilə üz-üz gələcək. Maraqlıdı ki, mütəxəssis bu oyuna xüsusi yanaşmır: "Xeyr, "Sumqayıt"la oyun mənim üçün xüsusi əhəmiyyət daşımır. "Sumqayıt" sabiq komandam olsa da, bu dəqiqə "Zirə" haqda düşünürəm. Mənim komandam "Zirə"di".
Bəlkə də azad agent statsuna malik bir neçə futbolçunu heyətə cəlb etməklə komandadakı boşluqları aradan qaldırmaq mümkün idi. Ancaq "Zirə" Abasova tapşırılandan sonra təkcə Adrian Skarlatakeni heyətinə qatıb. Bu məqamla bağlı da mütəxəssisin düşüncələrini öyrəndik: "Hazırda təlaşa düşüb oyunçu tapmaq fikrində deyilik. Doğrudan da istədiyimiz futbolçular olub. Ancaq onların müqavilələri var. Bu üzdən gözləməli olacağıq. Ən azı onlara alternativ oyunçular axtaracağıq. Bu isə qışda baş verəcək. Hansı ki, qışın planlarını da indidən qururuq. Qururuq deyəndə ki, mövqelər üzrə baxırıq, harda "axsamalar" olduğunu müəyyənləşdiririk. Ancaq hansısa ampluada boşluq varsa, ora uyğun gələn azad oyunçu görən kimi onu transfer etmək fikrimiz yoxdu. Bu dəqiqə futbolçu axtarışında deyilik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar