26 sen 23:16liqa

“Sumqayıt” Dioçenko ilə bağlı qərardan narazıdı

“Sumqayıt” Dioçenko ilə bağlı qərardan narazıdı
Ukraynalının günahı sübuta yetirilsə, qovulacaq
Ötən saylarımızın birində “Sumqayıt”ın 4 turdan üçündə 90 dəqiqəni natamam heyətlə başa vurduğunu xüsusi qeyd edib, 2017/18 mövsümünü yada salmışdıq. Bir daha xatırladaq ki, ötən “futbol ili”ndə “gənclik şəhəri”nin təmsilçisi premyer-liqa klubları arasında futbolçusu qırmızı vərəqə almayan iki klubdan biri olub. Ancaq cari mövsümdə “Sumqayıt” intizamsız komanda kimi ad çıxarıb. Klubun idman direktoru Zamiq Hüseynov məsələ ilə bağlı qəzetimizə açıqlamasında iradla razılaşmayıb bu fikirləri səsləndirmişdi: “Mən futbolçularımızın qırmızı vərəqə almasını intizamsızlıqla əlaqələndirməzdim. Çünki hər üç “qırmızı” ikinci sarı vərəqədən sonra verilib. İntizamsızlıq odu ki, futbolçu rəqibə tüpürsün, hakimə və ya qarşısındakına qarşı qeyri-etik ifadələr işlətsin, hansısa formada tərbiyəsizliyə yol versin. Bizim futbolçular daha çox oyun epizoduna görə cəzalanıblar”.
Zamiq bəyin futbolçuların bilərəkdən qırmızı vərəqə almadığını, komandada intizamın yüksək səviyyədə olduğunu bildirməsinə rəğmən, hesabat turunda yaşananlar tam əksini göstərir. “Keşlə” ilə oyunda oyunçular özlərini qaydalar çərçivəsində aparsa da, bu dəfə komandanın fiziki hazırlıq üzrə məşqçisi Andrey Dioçenko “qəhrəmanlıq etməyi” lazım bilib. İntizam Komitəsinin üzvləri ukraynalı mütəxəssisin 4-cü hakim Rəhim Həsənova qarşı qeyri-etik davranışını nəzərə alaraq, onu 10 oyun cəzalandırıb. “Sumqayıt”a isə 8 min manat cərimə kəsilib.
Məsələ ilə bağlı “kimyaçılar”ın ukraynalı məşqçisi ilə danışmaq istədik. Lakin Dioçenko zənglərimizi cavabsız qoydu. Belədə klub rəhbərliyini aradıq. Təəssüf ki, onlar da zənglərimizə cavab vermədilər. Ancaq etibarlı mənbədən yaşananlarla bağlı müəyyən bilgi əldə etdik. Mənbəmizin sözlərinə inansaq, “ağ-göylər”in rəhbərliyi İntizam Komitəsinin qərarından narazıdı. Rəsmilər fiziki hazırlıq üzrə məşqçinin 10 oyunluq, 8 min manatlıq cəzaya məruz qalması ilə barışmaq istəmirlər. Onların fikrincə, ukraynalı mütəxəssis bu dərəcədə ağır cəzaya səbəb olacaq addım atmayıb. Dioçenko nə Samir Abasov kimi hamının eşidə biləcəyi tərzdə söyüş söyüb, nə də Təmkin Xəlilzadə kimi rəqib futbolçunu bilərəkdən yerə sərib. Adını qeyd etdiklərimizə verilən cəzanın daha yüngül olduğunu əldə bayraq tutan rəsmilər Apellyasiya Komitəsinə müraciət etmək fikrindədi. “Sumqayıt” rəhbərliyinin fikrincə, fiziki hazırlıq üzrə məşqçi 4-cü hakimə baş hakimin qərarı ilə bağlı etirazını bildirərkən əlindən tutub. Bu isə belə ağır cəzaya rəvac verə bilməz. Ancaq “Sumqayıt” rəhbərliyi səbirli olub, həmin anın videoyazısını üzə çıxarmağa çalışır. Ukraynalının doğrudan da Həsənova qarşı qeyri-etik davrandığı, sərt formada etiraz etdiyi üzə çıxarsa, onunla yollar ayrılacaq. Əks halda, yuxarıda qeyd etdiymiz kimi, “kimyaçılar”ın rəhbərliyi apellyasiya şikayəti verəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar