27 sen 02:10liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...göstərişi...

“Zirə” – “Neftçi” oyununda meydanda yaşananlar bir tərəfdə qalmışdı, stadionda olanların diqqəti hakimlər briqadasında, lap dəqiq desək, dördüncü referi Ömər Paşayevdə idi. Son vaxtlar xəstəlikdən əziyyət çəkən və bu səbəbdən oyunlarda əsas söz sahibi olmayan Paşayev texniki zonada yaşananları diqqətlə izləməklə Rauf Cabbarova kömək etməyə çalışırdı. Ömər sözü bir-biri ilə çəp gələn baş məşqçiləri – Roberto Bordinlə Samir Abasovu tribunaya göndərməyə nail oldu. Daha sonra bir neçə dəfə “Zirə”də köməkçi-məşqçi kimi çalışan Seymur Rəhimova texniki zona qaydalarına riayət etməyi tapşırdı.
Lakin bu, təkcə məşqçilərlə bağlı deyildi. Belə ki, ilk yarının gedişində Paşayev öncə Tellur Mütəllimovdan, daha sonra Adrian Skarlatakedən alt paltarını dəyişməyi, ya da soyunmağı tələb etdi. Bunu isə alt paltarın rənginin geyim formasının rənginə uyğun olmaması ilə əlaqələndirdi. Təbii, qaydalar nə deyirsə, əməl etməlisən.
Belə məqamda ortaya iki vacib sual çıxır. Birincisi, məgər komandalarda forma rənginə uyğun alt paltarı olmur? İkincisi, futbolçular meydana ayaq basmamış hakimlər onların geyim qaydalarına riayət edib-etmədiklərini yoxlamır? Matçın baş hakimi Rauf Cabbarov hər iki suala aydınlıq gətirdi: “Alt paltarı futbolçunun əynindəki şortun rəngində olmalıdı. Onlar isə ağ rəngli alt paltarı geymişdilər. Səbəbini “Zirə”də çalışanlar daha yaxşı bilər. Görünür, o rəngdə alt paltarı tapa bilmədiklərinə görə başqa yola əl atırlar. Hakim bu cür halı aşkarlayanda futbolçudan ya əynindəkini həmin rəngdə al paltarı ilə dəyişməyi tələb edir, ya da ümumiyyətlə, soyunmasını. “Zirə”də həmin rəng olmadığından, futbolçular sakit şəkildə soyunub meydana qayıtdılar. Çünki özləri də qaydalardan xəbərdardı. O ki qaldı digər suala, oyundan əvvəl komanda üzvlərinə geyim qaydaları ilə bağlı tapşırıq verilir. Hətta yoxlayırıq da. Amma bəzən alt paltarını yuxarı qaldırırlar deyə, görmək olmur. Meydanda hərəkət etdikcə, özlərinin də xəbəri olmadan alt paltarının rəngi görünür. Əslində bunu etməklə özləri-özlərini aldatmış olurlar. Bir var əvvəldən riayət edəsən, bir də var o qədər adamın qarşısında, ehtiyat oyunçular skamyasına gedib dəyişəsən, yaxud soyunasan. Ona görə də bundan sonra oyundan əvvəl gərək bir-bir şortlarını aşağı saldırıb, alt paltarlarının rənginə baxaq”.
...dəstəyi...
“İmarət”in üzvləri daim tribunada qeyri-adi şüarlar səsləndirmək, maraqlı pankartlar açmaqla yadda qalıblar. Xüsusən də komanda üzvlərinə verdikləri dəstək diqqəti çəkib. Lakin “Qəbələ” ilə prinsipial qarşılaşmada səsləndirdikləri şüar adamı düşünməyə vadar edirdi. Söhbət 50-ci dəqiqəyə təsadüf edən “Mahir, bizi diskoya götür” hayqırtısından gedir.
Açığı, azarkeşlərin konkret nəyi nəzərdə tutub bu şüarı dilə gətirdiklərini anlaya bilmədik. Çünki ikibaşlıdı. Ya Mahirə dəstək mənasını daşıyırdı ki, komanda 3 xal qazansın və qələbəni onunla birgə diskoda qeyd etsinlər, ya da son vaxtlar özünə bənzəməyən futbolçunu ələ salırdılar. Yəni meydanda futbol oynaya bilmirsən, heç olmasa, diskoya gedək, orda oyna. “İmarət”in fəallarından Elvin İbrahimli qəzetimizə açıqlamasında söhbətin nədən getdiyinin izahını verdi: “Fanklub üzvlərinin bir çoxunun Mahirlə şəxsi əlaqəsi, münasibəti var. Başqa mənada yox, sırf “Qarabağ”ın futbolçusu və azarkeşi qismində. Bəzən görüşüb söhbətləşir, müzakirələr aparır, hətta “pleysteyşn” oynayırlar. Həmin şüarı da bəzi azarkeşlərin Mahirlə zarafatının nəticəsi kimi qələmə verə bilərsiz. Yəni orda hansısa diskodan söhbət gedə bilməz. Bəli, son vaxtlar heç də ən yaxşı oyunlarını sərgiləmir. Amma bunu atmaca yox, dəstək mənasında edirik. Şüarın qısa mənası belədi: “Qəbələ”ni uduruq, kefimiz sazdı, qələbənin partisidi. Dediyim kimi, söhbət diskoya getməkdən getmir. Məcazi mənada deyirik”.
...dueli
Bəzən həmsoyadların mübarizəsi maraqla gözlənilir və ya hansısa gözlənilməz hadisə zamanı onların üz-üzə gəlməsi xüsusi diqqətə səbəb olur. Necə ki, “Səbail” – “Sabah” qarşılaşmasında Əhmədovların duelinə tamaşa etməli olduq. Yox, söhbət nə futbolçuların, nə də baş məşqçilərin baş-başa gəlməsindən gedir. Bu dəfə dördüncü hakimlə “tələbələr”in baş məşqçisi münasibətlərinə aydınlıq gətirməyə çalışırdılar.
Ramil Əhmədovun ilk dəqiqələrdən Elşad Əhmədovu qarabaqara izləməsinin səbəbini bilməsək də, gördüyümüz o idi ki, “Sabah”ın çalışdırıcısı ayağını texniki zonadan bir addım kənara qoya bilmirdi. Hakimdən bir neçə dəfə şifahi xəbərdarlıq alan Elşad bəy fasilə yaranan kimi Ramilə yaxınlaşıb nəyinsə müzakirəsini aparmağı lazım bildi. Sən demə, dava başqa şeyin davası imiş: “Yox, Ramil Əhmədovun mənimlə işi yox idi. Ola bilsin, köməkçilərimdən, yaxud futbolçulardan kiməsə yerinə oturmağı, texniki zonanı tərk etməməyi tapşırıb. Amma mənə elə bir göstəriş vermədi. Sadəcə, fasilədə özüm ona yaxınlaşdım. Bunun da səbəbi vardı. Deməli, mübarizədən sonra futbolçu yerdə qalıb. Baş hakim öncə ona yaxınlaşıb vəziyyəti ilə maraqlanmaq əvəzinə, digər futbolçunun üzərinə gedib nəyisə başa salır, vərəqə göstərir, qeydlərini aparır. Ən sonda zərərçəkənin yanına gəlir. Belə olmaz axı. Bəlkə yerdə qalanın durumu ağırdı, həkimə, təcili yardım maşınına ehtiyac var. Vərəqə qaçmır ki. Zədəli futbolçu ilə maraqlan, sonra vərəqəni göstər də. Razıyam, futbol işimizdi. Amma işdən də əvvəl insan sağlamlığıdı. Ramil Əhmədova bunu başa salmağa çalışırdım”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:46 10 idman növündə 122 idmançı Dünən, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi Dünən, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü Dünən, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu Dünən, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı Dünən, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi Dünən, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! Dünən, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi Bütün xəbərlər
Ən çox oxunanlar