26 sen 13:56liqa, reportaj

“Dalğa Arena”da striptiz-şou və söyüş dalğası

“Dalğa Arena”da striptiz-şou və söyüş dalğası
18. Zirə – Neftçi (Bakı) 1:2 (1:1)
1. Anar Nəzirov (k) – 5,0
88. Tellur Mütəllimov – 4,5
5. Adil Nağıyev – 4,5
27. Adrian Skarlatake – 5,0
2. İlkin Qırtımov – 4,5
9. Aleksandr Dedov – 4,0
(10. Sadio Tounkara, 57) – 4,0
3. Budaq Nəsirov – 4,5
(38. İlkin Muradov, 67) – 4,5
6. Vüqar Mustafayev – 5,5
11. Dilan Duventru – 5,0
17. Vüsal İsgəndərli – 4,5
(91. Bilal Həmdi, 57) – 4,5
7. Pərdis Fərcad-Azad – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
8. Kamal Mirzəyev
16. İbrahim Aslanlı
26. Miloş Radivoyeviç
39. Sadiq Quliyev
54. Hüseyn Əhmədov
77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev

1. Səlahət Ağayev – 5,5
21. Məhəmməd Mirzəbəyov – 5,5
25. Kiril Petrov (k) – 5,5
5. Anton Krivotsyuk – 5,5
18. Tural Axundov – 5,5
93. Soni Mustivar – 5,0
6. Qoran Paratski – 5,5
(4. Rəşad Eyyubov, 70) – 5,0
9. Baqali Dabo – 6,0
17. Rəhman Hacıyev – 5,5
(8. Emin Mahmudov, 55) – 5,5
7. Namiq Ələsgərov – 5,5
(10. Dario Federiko, 55) – 5,5
22. Mirabdulla Abbasov – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
12. Kamran İbrahimov
28. Slavko Braliç
77. Elvin Sərkərov
26. Ömər Buludov
33. Ricat Qarayev
70. Əli Şirinov
37. Vüsal Əsgərov
11. Kvame Karikari
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Baqali Dabo
Qollar: M.Abbasov, 6 (0:1, N.Ələsgərov). D.Duventru, 33 (1:1). Q.Paratski, 52 (1:2).
Vərəqələr: S.Mustivar (tələb olunan məsafəyə riayət etməmək). T.Axundov, 27 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 71 (qeyri-idman hərəkəti). V.Mustafayev, 73 (hakimin qərarına etiraz). A.Krivotsyuk, 83 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Namiq Hüseynov, Akif Əmirəli, Ömər Paşayev (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
22 sentyabr. Mərdəkan. Dalğa Arena. 600 tamaşaçı (6700 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Mirbadulla artıq 6-cı dəqiqədə qonaqları hesabda önə çıxaranda “Zirə”nin baş məşqçisi əsəbindən əlini ehtiyat oyunçular skamyasına vurub, öz-özünə deyinməyə başladı. Heç şübhəsiz, komandasının erkən qol buraxması Samir bəyin planlarına daxil deyildi. Və buna görə də artıq ilk dəqiqələrdən Abasovun aqressivliyi özünü büruzə verməyə başladı. Əsəbi formada yetirmələrinə göstəriş verən, ötən mövsüm “Sumqayıt”ı yarıyolda qoyub “Neftçi”yə üz tutan Kamran Quliyev və Ceyhun Sultanovla münasibəti o qədər də “isti” olmayan baş məşqçi “Zirə”nin futbolçularından daha sürətli oynamalarını istəyirdi. Onun göstərişləri 33-cü dəqiqədə bəhrəsini verdi. Künc zərbəsindən sonra “ağ-qaralar”ın müdafiəçilərinin uzaqlaşdırdığı top Duventrunun qarşısına düşdü və “11 nömrə” qüvvətli zərbə ilə “mərmi”ni tora qovuşdurdu. “Status-kvo”nu bərpa edən “qartallar” qonaqların müdafiəyə çəkilməsindən istifadə edib, daha kəsərli hücum qururdular. Lakin kəmiyyəti keyfiyyətə çevirmək mümkün olmadı. Bu azmış kimi, hissənin sonlarına yaxın hakim hər iki komandanın baş məşqsçisini texniki zonadan uzaqlaşdırdı.
İlk hissədə olduğu kimi, fasilədən sonra da oyuna “Neftçi” daha fəal başladı. Ardıcıl hücumlar quran “ağ-qaralar” 52-ci dəqiqədə hesabda önə çıxmağı bacardılar. Bu dəfə Tellurun səhvindən Paratski yararlandı. Sol cinah müdafiəçisi iki dəfə topu təhlükəli zonadan uzaqlaşdırmaq istəsə də, buna müvəffəq olmadı və onun səhvindən yararlanan xorvat yarımmüdafiəçi uzaq “9-luğ”u dəqiq nişan almaqla baxımlı qola imza atdı. Yeri gəlmişkən, ilk qolun ötürməsini verən Ələsgərov da Mirabdullanı zərbə mövqeyinə çıxarmamış bir hərəkətlə Mütəllimovu işsiz qoymuşdu. Qalan dəqiqələrdə azarkeşlər meydanda gərgin mübarizəyə şahidlik etdilər. Ancaq bu gərginlik oyun anlamında yox, futbolçular və məşqçilər arasında yaşanırdı. Qapılara nə normal zərbə var idi, nə də düşünülmüş kombinasiya. Sadəcə, əsəblər gərildiyindən, meydanda gərginlik yaşanırdı. “Zirə” sona qədər mübarizə aparsa da, hesabı bərabərləşdirə bilmədi ki, bu da “Neftçi”nin cari turu da lider kimi başa vurmasına imkan yaratdı.
RƏŞAD

Reaksiyalar
Samiq Abasov: “Qalib gəlmək istəyirdik. İrəliləyişi hiss edirəm. İnanıram ki, gələcəkdə bundan da yaxşı olacağıq. Ancaq bəzi oyunçularımızdan – onların arasında yerlilər də var, legionerlər də - xeyli narazıyam. Onlarda əzmkarlıq çatmır. Tək məşqçi deməklə iş bitmir, oyuna can qoymalısan. Hücum qurmaqda bir qədər əziyyət çəkirdik. Məncə, hücum xəttinin oyunçuları təlim-məşq toplanışına gec qatıldıqlarından və zədəli olduqlarından hələ formada deyillər. Bu gün məğlub olmalı deyildik. Nədənsə Ömər Paşayev mənimlə yola getmir. Nə deyim? Ümid edirəm, Ömər Paşayev mayadək məzuniyyətə çıxar, mən də rahat nəfəs alaram. Oyun vaxtı bir futbolçumuzu alt paltarı ağ, ikincisini isə göy olduğuna görə texniki zonaya göndərdi ki, dəyişsin. Fasilədə dedik ki, bir qərar verin, biz də bilək. Matç başlayandan 4-cü hakim ancaq biz tərəfə baxırdı. Sanki bizi güdürdü. Bəlkə də o birtərəfli görür. Bilsəydik, o biri ehtiyat oyunçular skamyasını seçərdik. Bilal Həmdi zədədən 3 gündü qayıdıb. Həkim 25-30 dəqiqə oynamağa hazır olduğunu bildirdi. Mən də 10 dəqiqə üstünə gəlib döyüşə atdım. Ancaq hazır olsa, çox güman ki, start heyətində yer alar”.
Roberto Bordin: “Yaxşı rəqibə qarşı oynadıq, onlar da qələbə qazanmaq istəyirdilər. Qələbəyə görə komandamızı təbrik edirəm. Kifayət qədər yaxşı oynadıq və liderliyimizi möhkəmləndirdik. Rəqibə gəlincə, onlar sonuncu pilləyə layiq deyillər. Rəqib komandanın baş məşqçisi ilə aramızda yaşanan söz-söhbəti münaqişə kimi dəyərləndirməzdim. Sadəcə, bir-birimizi başa düşmədik. Hərəkətimizlə komandamızı pis vəziyyətdə qoyduq. Bu hərəkətimə görə peşmanam.
Əlbəttə, hansısa futbolçumun milliyə dəvət alması sevindirici haldı. Mirabdulla yaxşı futbolçudu, öz üzərində çalışır. Ancaq onun yığmaya çağrılıb-çağrılmayacağına millinin baş məşqçisi qərar verir.
Futbol müdafiə və hücumdan ibarətdi. Düşünmürəm ki, biz arxaya çəkilirik. Lazım olanda hücum edirik. İmkan düşdükcə boşluqlar tapıb qol vurmağa çalışırıq. Düşünmürəm ki, müdafiə futbolu oynayırıq”.

Gözdən qaçmadı
* Matç başlayandan 4-cü hakim funksiyasını yerinə yetirən Ömər Paşayev ancaq “Zirə”nin texniki zonasını “qaralamışdı”. Ötən mövsüm də 4-cü kimi Samir Abasovu texniki zonadan uzaqlaşdıran Paşayev sanki “qartallar”ın çalışdırıcısının bu dəfə də hansısa səhvini gözləyirdi ki, eyni addımı atsın. Və ilk hissənin sonlarına yaxın Ömər bəy istəyinə çatdı. Abasovla Bordin arasında yaşanan mübahisədən sonra Paşayev baş hakimdən hər iki mütəxəssisi texniki zonadan uzaqlaşdırmasını istədi.
* Abasovla Bordin arasında yaşanan mübahisə zamanı “Zirə”nin baş məşqçisi hamının eşidə biləcəyi formada italyan mütəxəssisin ünvanına qeyri-etik ifadələr işlətməklə yadda qaldı.
* Texniki zondan uzaqlaşdırılan məşqçilər çox da uzağa getməyərək, matçı öz komandalarının ehtiyat oyunçular skamyasının yaxınlığından izlədilər və hər an köməkçilərinə lazımi göstərişlərini verirdilər. Onu da qeyd edək ki, tribunaya göndəriləndən sonra “Neftçi”nin baş məşqçisi Abasovu yanına çağırıb nəsə demək istəsə də, Samir bəy onun səsinə səs vermədi. Və belədə italyan məşqçi özü nominal meydan sahiblərinin çalışdırcısının yanına getdi, öz aralarında nəsə danışıb, əl sıxdılar.
* İlk hissənin gedişində Ömər Paşayev əvvəlcə Tellur Mütəllimovdan, ardınca isə Adrian Skarlatakedən şortikin altından geydikləri alt paltarı dəyişməyi istədi. Fikrini də belə əsaslandırdı ki, alt paltarlarının rəngi idman geyiminin rənginə uyğun gəlmir. 4-cü hakimin tələbini yerinə yetirmək zorunda qalan hər iki futbolçu elə ehtiyat oyunçular skamyasında alt paltarlarını çıxarıb oyuna davam etdilər.
* İkinci hissənin ortalarında “Zirə”nin ikinci məşqçisi Seymur Rəhimov üzünü Rauf Cabbarova tutaraq “Rəşad Eyyubov səni söydü, ancaq özünü eşitməzliyə vuraraq ona vərəqə göstərmədin” söyləyib, ardınca “bizimkilər heç nə etməmiş əlini cibinə atırsan” deyib, baş hakimə etirazını bildirdi. Cabbarov isə Rəhimova yaxınlaşıb “bir də kənardan müdaxilə etsən, səni də tribunaya yollayacam” söyləyərək, köməkçi-məşqçiyə xəbərdarlıq etdi.
* Matçı izləyənlər arasında gələn tur “Zirə” ilə qarşılaşacaq “Sumqayıt”ın futbolçuları da var idi. “Kimyaçılar”, demək olar ki, bütün komanda ilə “Dalğa Arena”ya gəlmişdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar