26 sen 13:51liqa, reportaj

Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi

Əfran “Keşlə”ni 20 dəqiqəyə məhv etdi
19 Keşlə – Sumqayıt 1:2 (1:0)
1. Kamran Ağayev (k) – 5,0
19. Azər Salahlı – 5,0
3. Denis Silva – 4,5
93. Edvinas Girdvainis – 4,5
(11. Bahodir Nasimov, 71) - 4,5
33. Tərlan Quliyev – 4,0
2. Sərtan Taşkın – 4,5
90. Ebrima Sohna – 5,0
(21. Herve Tçami, 61) – 4,5
4. Slavik Alxasov – 5,5
7. Vaqif Cavadov – 4,0
(17. Samir Məsimov, 61) – 4,5
22. Nikola Mitroviç – 5,0
14. Andre Klennon – 4,0
Ehtiyat oyunçular
30. Davud Kərimi
9. Amil Yunanov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
65. Cabir Əmirli
66. Murad Qayalı
88. Məmməd Quliyev
Baş məşqçi: Mladen Milinkoviç
Komandanın ən yaxşısı: Slavik Alxasov

1. Mehdi Cənnətov – 6,0
41. Turan Manafov – 5,5
(18. Süleyman Əhmədov, 63) – 5,5
14. Bəxtiyar Həsənalızadə - 6,0
4. Şəhriyar Əliyev – 6,0
2. Rail Məlikov (k) – 6,0
(3. Vurğun Hüseynov, 72) – 5,5
21. Arif Daşdəmirov – 6,0
99. Əli Babayev – 6,0
7. Cavid Tağıyev – 6,0
10. Aleksey İsayev – 6,0
22. Əfran İsmayılov – 6,5
(17. Nicat Qurbanov, 87) – qiymətsiz
11. Atilla Yıldırım – 6,0
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
44. Qvanzav Maqomedov
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
Baş məşqçi: Nazim Süleymanov
Komandanın ən yaxşısı: Əfran İsmayılov
Qollar: S.Alxasov, 44 (1:0, A.Salahlı). C.Tağıyev, 47 (1:1, Ə.İsmayılov). Ə.İsmayılov, 67 (1:2, C.Tağıyev).
Vərəqələr: E.Sohna, 41 (qeyri-idman hərəkəti). Ə.Babayev, 41 (qeyri-idman hərəkəti). A.Klennon, 51 (qeyri-idman hərəkəti). N.Mitroviç, 68 (hakimin qərarına etiraz). D.Silva, 80 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 80 (qeyri-idman hərəkəti). S.Əhmədov, 81 (qeyri-idman hərəkəti) – sarı. A.Klennon, 90+2 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Mübariz Haşımov, Elman Musayev, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
23 sentyabr. Bakı. ASK Arena. 400 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Komandaların həm psixoloji, həm də turnir cədvəlindəki durumu fərqli idi. Baş məşqçisi əcnəbi və heyətində xeyli sayda legioner olan “qırmızılar” bundan əvvəlki ardıcıl iki oyunda məğlub olmuşdu ki, 1 xalla “Zirə” ilə birgə “zirzəmi”də qərarlaşmışdı. “Kimyaçılar” isə Qəbələ səfərindən 1 xalla qayıtdıqdan sonra “Azərsun Arena”da “Qarabağ”a məğlub olmuşdu. Halbuki meydan sahiblərinin qapısına haqlı penalti təyin olunsaydı, Nazim Süleymanovun yetirmələri meydanı 1 xalla tərk edəcəkdi. Yəni komandaların sərgilədiyi oyuna və əldə olunan nəticələrə əsasən qarşılaşmanın kifayət qədər maraqlı keçəcəyinə şübhə yox idi. Oyunun tempinə, futbolçuların göstərdiyi əzmkarlığa şübhə yoxdu. Sadəcə, matçın örtüyü bərbad durumda olan süni örtükdə keçirilməsi oyunun keyfiyyətini aşağı salırdı.
90 dəqiqəyə gəlincə, artıq oyunun ilk dəqiqələri qonaqların nəinki asan təslim olmayacağından, hətta qələbə qazanacağından xəbər verirdi. Pressinq və sürətli hücumlar hesabına təhlükəli vəziyyətləri sıralayan sumqayıtlılar rəqibi şoka salmağı bacarırdı. Xüsusilə iki cinah oyunçusunu – Əfranla Cavidi saxlamaq mümkünsüzə çevrilmişdi. Odu ki, təhlükə də onlardan gözlənilirdi. “Kimyaçılar” “5-li müdafiə”dən istifadə edən rəqibin cərimə meydançasına daxil ola bilmədiyindən, uzaqdan zərbələr hesabına nəsə etmək istəyirdi. Top ya qapının üstündən və yanından keçir, ya da Kamranda qalırdı. 25 dəqiqə ərzində bakılılar rəqib qapısı önündə heç nə ilə yadda qalmadı. Yalnız 28-ci və 29-cü dəqiqələrdə Klennon diqqət mərkəzinə düşdü ki, yamaykalı forvard ənənəsinə sadiq qalıb hər iki şansı boşa verdi. Onun bacarmadığını Slavik etdi. Azərdən əla ötürmə alan Alxasov qapıçı ilə üzbəüz qaldığı epizodda komandasını hesabda önə keçirən qola imzasını yazdırdı.
Fasilədən sonra meydanda bir komanda vardı – “Sumqayıt”. Süleymanov paltardəyişmə otağında futbolçulara nə demişdisə, meydana sanki başqa komanda çıxmışdı. Daha istəkli oynayır, hücumlar zamanı aqressiv olmağa çalışırdılar. Bu mənada Əfranın ustalığını mütləq qeyd etməliyik. Vaxtilə ölkənin üzdə olan futbolçularından sayılan İsmayılov ilk qol zamanı Cavidə elə bir ötürmə verdi ki, Tağıyev cinahdan qapı qarşısına gələn topu tora qovuşdura bilməsəydi, gərək bir də futbolun adını çəkməməyəydi. Cavid də Əfrana borclu qalmadı. Bu dəfə birinci ikincini qapıçı ilə üzbəüz qoydu ki, İsmayılov komandasına qələbə qazandıran qolu vurdu.
Milinkoviç oyunun axarını dəyişmək üçün Bahodir, Tçami, Samir kimi hücumameyilli oyunçuları döyüşə atsa da, bu, rəqibin xeyrinə işlədi. Böyük qüvvə ilə irəli atılan meydan sahibləri sumqayıtlılara boşluqlar verirdi ki, qol imkanları bir-birini sıralayırdı. Bir dəfə Əfran, iki dəfə Atilla dəqiq oynaya bilsəydi, yekun hesab Allah bilir, necə olacaqdı. Matçın son saniyələrində Klennonun Vurğuna qarşı kobudluğa görə ikinci “sarı”nı alması, həmçinin Sərtanın xəstəxanaya aparılması azarkeşlərin marağına səbəb olsa da, komanda üzvlərinin durumu fərqli idi. Bir tərəfdə qələbəni azarkeşləri ilə bayram edən “Sumqayıt”lılar, digər tərəfdə yerə sərilmiş “Keşlə”lilər...
HƏBİB

Gözdən qaçmadı
* 14-cü dəqiqədə Slavik Şəhriyarla kəllə-kəlləyə gələndə, onlara yaxın olan Rail Məlikov özünü hadisə yerinə çatdırıb birincini sakitləşdirmək istədi. Maraqlıdı ki, “Keşlə”nin “4” nömrəsi “Sumqayıt”ın yaşca özündən böyük kapitanına da əl-qol atmağı özünə borc bildi.
* Qonaq komandanı dəstəkləmək üçün Sumqayıtdan Bakıya 50-yə yaxın azarkeş gəlmişdi. Lakin onlar heç də kollektiv halında yox, eyni tribunada pərakəndə oturmuşdular. Oyun başa çatandan sonra mərkəzi sektorda əyləşən bir qrup azarkeş də sumqayıtlıları qələbə münasibəti ilə təbrik etdi.
* Slavik hesabı açandan sonra qol sevincini komanda yoldaşları ilə bölüşdü. Nə baş verdisə, qəfil yerə uzanıb ayağını tutdu. Təxminən bir dəqiqədən sonra ayağa qalxıb mərkəzə tərəf yön aldı.
* 64-cü dəqiqədə hakimlə futbolçular arasındakı narazılığa etiraz kimi “Keşlə”nin ehtiyat oyunçular skamyasında əyləşənlərdən biri meydandakılara nəsə dedi. Bunu görən Rail Məlikov aşkar şəkildə həmin futbolçuya susmağı tapşırdı.
* Son saniyələrdə ikili mübarizədən sonra Atilla Yıldırımla Sərtan Taşkın yerdə qaldı. Orxan Məmmədov oyunu davam etdirsə də, bir neçə saniyə sonra final fitini səsləndirdi. Yalnız oyun başa çatandan sonra xəsarət alanlara yaxınlaşdı ki, vəziyyətin ağırlığı üzə çıxdı. Atilla həkimlərin köməyindən sonra ayağa qalxsa da, Sərtan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldı.

Reaksiyalar
Nazim Süleymanov: “Qələbə qazanmaq yaxşı hissdi. İlk hissəni məğlub başa vurmağımıza baxmayaraq, fasilədən sonra lazım olan qolları vura bildik. Məni sevindirən budu. Əzmkarlıq göstərən futbolçularımı təbrik edirəm.Fikrimcə, maraqlı oyuna şahidlik etdik. Çünki hər iki komandanın qol imkanları oldu. Futbolun meyvəsi qoldusa, bəzi epizodlarda o meyvə çatmırdı. Hələ 5-ci turdu, qarşıda bizi daha gərgin mübarizə gözləyir. Bildiyiniz kimi, yayda komandada ciddi dəyişikliklər oldu. Hələ üç ay tamam olmayıb. Zamanla daha yaxşı olacağına ümid edirəm. Əsas istəyim futbolçuların sabit oynamasıdı. Bunu bacara bilsələr, davamı yaxşı olacaq. Diqqəti əldən verməməliyik... Hazırda həkimlər paltardəyişmə otağında Atillanın zədəsi ilə məşğul olurlar. Özünü yaxşı hiss etmir. Amma zədəsinin nə dərəcədə ciddi olduğunu indi dəqiq bilmirəm. Komandaya legioner cəlb edə bilmirik. Ancaq yerli futbolçuların xidmətindən istifadə etmək imkanımız var. Kollektivi yayda yeni qurduq. Ona görə də bu gün bu futbolçularla oynamaq məcburiyyətindəyik. Gələcəkdə necə olacağını zaman göstərəcək. O ki qaldı Aleksey İsayevin yığmaya dəvət almasının mümkünlüyünə, tək onu yox, bir çox futbolçumuzu millidə görmək istərdik. Bu həm futbolçu, həm də baş məşqçinin özü üçün yaxşıdı”.
Mladen Milinkoviç: “Bu gün “Sumqayıt” bizdən daha üstün idi və nəticədə haqq etdikləri 3 xalı qazandılar. Rəqibi təbrik etməyi özümə borc bilirəm. Onsuz da müəyyən problemlərimiz vardı. Bu yenilgidən sonra problemlərimiz bir az da çoxaldı. Ötən tur “Neftçi”yə uduzsaq da, sərgilədiyimiz oyuna görə başımı dik tuta bilmişdim. Lakin bu gün öz meydanımızda heç nə edə bilmədik. Bilirəm ki, futbolçular qalib gəlmək üçün istəkli idi. Oyuna yaxşı başlamasaq da, fasiləyə qədər hesabda önə çıxmağı bacardıq. Amma ikinci hissənin əvvəlində buraxılan qol hər şeyi dəyişdi. Bərabərlik qolundan sonra komandam “boşaldı”, zəif oynamağa başladı. Meydanın mərkəzini tam rəqibə vermişdik. Ona görə də müdafiənin arxasına istədikləri ötürmələri verə bilirdilər. Etiraf edirəm, hesab arasındakı fərq daha böyük ola bilərdi. Gördüyünüz kimi, matçın sonlarına yaxın rəqib bir neçə real fürsəti boşa verdi. Düzdü, bizim də əlverişli imkanlarımız vardı. Sadəcə, lazım olan anda qol vura bilmədik. Sərtana və rəqibin futbolçusuna şəfa diləyirəm. O vəziyyətdə hakimin oyunu davam etdirmək qərarı verməsi mənə qaranlıq qaldı. Halbuki futbolda hər şeydən vacib insan sağlamlığıdı. Təbii, məğlubiyyət varsa, ilk günahkar baş məşqçini görülür. Hər yerdə belədi. Zaur Axundovla görüşümüz, söhbətimiz olacaq. Orda nə qərar qəbul olunacağına baxarıq. İşə başlayanda hər cür vəziyyətə hazır olmalısan... Əfranın üstün keyfiyyətlərə malik olduğunu bilirdim. Ötən mövsüm “Qarabağ”da çıxış edib və bir çox oyunlarda parlaq oyunla yadda qalıb. Sürətlidi, təhlükəlidi, hər an nəsə etməyi bacarır. Bu üzdən ona yaxın oynamağı tapşırmışdım. Lakin bəzən məşqdə etdiklərini oyunda həyata keçirmək olmur. O ki qaldı Klennona daim şans verməyimə, tez-tez dəyişiklik edib sistemi pozmağın tərəfdarı deyiləm. Bəli, düz qeyd edirsiz, hücumçu olmasına baxmayaraq, 5 oyunda cəmi 1 qol vurub və hər matçda əla fürsətləri boşa verir. Bu oyunda nəsə edə biləcəyini düşünürdüm, amma qırmızı vərəqə almaqla fərqləndi. Üstəlik, yenə imkanları boşa verdi. Onsuz da növbəti oyunu buraxacaq. O vərəqə olmasaydı da, ardıcıl üç yenilgidən sonra dəyişiklik haqda düşünəcəkdim”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar