26 sen 13:21liqa

“Sumqayıt” yenə geridönüş etdi

“Sumqayıt” yenə geridönüş etdi
Topaz premyer-liqasının 5-ci turu turnir cədvəlində dəyişikliklərlə yadda qaldı. Turun açılış oyununda “Səbail”in müqavimətini qıra bilməyən “Sabah” bir addım geriləyərək, 3-cü pilləyə endi. Belə görünür, Marko Deviçdən başqa debütantın heyətində qol vurmağı bacaran kimsə yoxdu. Əvvəlki 4 turda “Sabah”ın bütün qollarının müəllifi olan serb əsilli forvard bu dəfə meydanı fərqlənmədən tərk etdi, komandası da bir xalı “sükutla qarşıladı”. Görünür, Elşad Əhmədovun komandasını “Qarabağ”la növbəti turdakı oyunun xofu indidən basıb. Halbuki xal itkisi planlara daxil deyildi. “Qarabağ” sabah “Zirə” ilə ilk turdan təxirə salınan oyunda qələbə qazansa, növbəti turda isə “Sabah”ı yensə, liderlərlə fərq böyüyəcək.
“Neftçi” liderliyini davam etdirir. Roberto Bordinin komandası “Zirə” ilə oyunda sırf nəticəyə əsaslanan futbol sərgilədi və istəyinə çatdı. Qalib isə mühakimə olunmur. İndiki halda italiyalı mütəxəssisi, o cümlədən onun həmkarı Samir Abasovu texniki zonadakı davranışına görə qınamaq olar. Xüsusilə də Abasovun hələ ki “Zirə”yə xeyrindən çox ziyanı dəyir. Ötən turda məsuliyyətsizlik texniki məğlubiyyətlə nəticələnmişdisə, bu dəfə özünün davranışı İntizam Komitəsinin sanksiyasını qaçılmaz edir. Gənc mütəxəssis azı 1 oyunluq kənarlaşdırılacaq, klubu cərimələnəcək. Çox güman, “Zirə”nin qələbəsiz seriyası sentyabrın 30-dək davam edəcək. Hər halda, qəsəbə təmsilçisinin sabah “Qarabağ”la görüşdə qələbə şansı azdı. Bu o deməkdi ki, Samir Abasovu həftəsonu sabiq komandası “Sumqayıt” “sevindirə bilər”. “Neftçi”yə gəlincə, sabahkı oyun paytaxt təmsilçisini də ciddi narahat edir. “Ağ-qaralar”ın liderliyinə sabah son qoyula bilər. Bazar günü “Qəbələ”nin daşını daş üstə qoymayan “Qarabağ” vurub-buraxdığı topların nisbətini yaxşılaşdırmış oldu. “Zirə” üzərində minimalhesablı qələbə zirvəni ələ keçirməyə imkan verəcək. “Qəbələ”yə isə acımamaq olmur. Heyətinə görə yalnız “Qarabağ” və “Neftçi”dən geri qalan “qırmızı-qaralar” heç cür nəticə qazana bilmir. Görünür, 5 oyunda 3 məğlubiyyət acısı yaşayan komandanın dərdi Sənan Qurbanovdu. Belə demək mümkünsə, onun baş məşqçi postundan göndərilməsi an məsələsidi. Mümkündü ki, rəhbərlik 6-cı turda da ona şans versin. Hər halda, “Keşlə” rahat 3 xal götürüləsi rəqibdi. Ümumiyyətlə, böyük ehtimalla, Qəbələdəki oyun iki məşqçidən birinin postunu itirməsiylə nəticələnəcək. Mladen Milinkoviçin komandasının “Sumqayıt”a uduzmasından sonra Zaur Axundovun “səbr kasası daşmaq” üzrədi. Nazim Süleymanov və yetirmələri haqda isə yalnız xoş sözlər söyləmək lazım gəlir. “Gənclik şəhəri” təmsilçisi ilə bağlı maraqlı bir məqamı da vurğulayaq. Komanda 5 oyunun heç birində hesabı açan tərəf olmayıb. Üç matçda isə əzmkar qələbəyə sevinib. Bu məqam komandanın xarakterindən xəbər verir.
Topaz premyer-liqası
1-ci dövrə, 5-ci tur

22 sentyabr
Səbail – Sabah 0:0
Zirə - Neftçi 1:2
23 sentyabr
Keşlə - Sumqayıt 1:2
Qarabağ – Qəbələ 4:1
1. Neftçi 5 4 1 0 9-3 13
2. Qarabağ 4 3 1 0 8-2 10
3. Sabah 5 3 1 1 5-4 10
4. Sumqayıt 5 2 1 2 7-6 7
5. Səbail 5 2 1 2 5-6 7
6. Qəbələ 5 1 1 3 6-8 4
7. Keşlə 5 0 1 4 4-9 1
8. Zirə 4 0 1 3 3-9 1
Bombardir: Marko Deviç (Sabah) -5.
Növbəti turun oyunları: 29 sentyabr - Sabah – Qarabağ, Neftçi – Səbail; 30 sentyabr - Qəbələ – Keşlə, Sumqayıt – Zirə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar