21 sen 22:42liqa

“Sumqayıt”ın “qırmızı” problemi

“Sumqayıt”ın “qırmızı” problemi
Zamiq Hüseynov: “Mən buna intizamsızlıq yox, düşünülməmiş addım deyərdim”
Mövsümlərarası fasilədə heyəti əsaslı dəyişikliyə məruz qalan, baş məşqçisi dəyişən “Sumqayıt” 4 turdan sonra turnir cədvəlinin 6-cı pilləsində qərarlaşsa da, sərgilədiyi oyunla bir çoxlarının rəğbətini qazanmağı bacarıb. “Kimyaçılar” geridə qalan turlarda çempionluğa iddialı iki komandaya – “Qarabağ” və “Neftçi”yə məğlub olub. İnsafən onu da vurğulayaq ki, Nazim Süleymanovun komandası uduzduğu qarşılaşmalarda da rəqiblə başabaş mübarizə aparmaqla yadda qalıb. Bir çox mütəxəssislərin fikrincə, belə davam edəcəyi təqdirdə “gənclik şəhəri”nin təmsilçisi mövsümü mükafatçılar sırasında başa vura bilər ki, bu da komandanın tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanması deməkdi. Ötən mövsüm Samir Abasovun rəhbərliyi altında “ağ-göylər” buna yaxın olsa da, son turlarda kollektivin inamsız çıxışı sumqayıtlı azarkeşlərin avrokubok həyəcanı yaşamasına imkan verməmişdi.
Qeyd etdiymiz müsbət fikilərə rəğmən, cari mövsümdə “Sumqayıt”ı elitanın başqa təmsilçilərindən fərqləndirən bir mənfi məqam var. O da komandanın 4 turdan üçündə oyunu tam heyətlə başa vurmamasıdı. 2017/18 “futbol ili”ndə bir futbolçusu belə meydandan qovulmayan iki klubdan biri olan “kimyaçılar” (o biri “Səbail”di) bu mövsüm intizam cəhətdən axsayır. Mövsümün ilk turu çərçivəsində baş tutan “Neftçi”ylə qarşılaşmada Vurğun Hüseynov, 3-cü tura təsadüf edən “Qəbələ”ylə səfər matçında Nicat Qurbanov, ötən cümə keçirilən “Qarabağ”la görüşdə isə Yusif Nəbiyev meydanı hakimin final fiti səslənməmiş tərk etmək məcburiyyətində qalıb.
“Kimyaçılar”ın oyunçuları belə etməklə həm komanda yoldaşlarını pis vəziyyətdə qoyurlar, həm də klubu ziyana salırlar. Bəs bu nədən irəli gəlir? Komandada nizam-intizam aşağıdı, yoxsa başqa səbəb var?
Bu suala cavab tapmaq üçün “Sumqayıt”ın idman direktoru, vaxtilə PFL-in Texniki Departamentinə rəhbərlik etmiş Zamiq Hüseynova müraciət etdik. Zamiq bəy məsələyə belə reaksiya verdi: “Gəlin məsələyə belə sərt yanaşmayaq. Mən futbolçularımızın qırmızı vərəqə almasını intizamsızlıqla əlaqələndirməzdim. Çünki hər üç “qırmızı” ikinci sarı vərəqədən sonra verilib. İntizamsızlıq odu ki, futbolçu rəqibə tüpürsün, hakimə və ya qarşısındakına qarşı qeyri-etik ifadələr işlətsin, hansısa formada tərbiyəsizliyə yol versin. Bizim futbolçular daha çox oyun epizoduna görə cəzalanıblar. Bununla bağlı həmin oyunçularla söhbətimiz olub. Baş məşqçimiz Nazim Süleymanov özü də “Qarabağ”la matçdan sonra bu haqda fikirlərini bildirib. Mən buna intizamsızlıq yox, düşünülməmiş addım deyərdim. Yenə deyirəm, hər üç halda futbolçumuz qırmızı vərəqəni sərt və ya qeyri-idman hərəkətinə görə alıb”.
Hər turdan sonra İntizam Komitəsinin toplantısı keçirilir və futbolçusu “qırmızı” alaraq meydanı erkən tərk edən klublara cərimə kəsilir. Bəs görəsən, Zamiq bəyin dediyi kimi “düşünülməmiş addım” atan “Sumqayıt”ın futbolçularının cəriməsini kim ödəyir? Klub, yoxsa futbolçu özü? “Gənclik şəhəri”nin təmsilçisinin idman direktoru bu haqda məlumat verməyi lazım bilmədi: “Hər bir klubda olduğu kimi, bizdə də daxili intizam kodeksi var. Məhz bu kodeksə uyğun da işimizi qururuq. Odu ki, bu suala cavab vermək, kluba aid olan məsələni ictimailəşdirmək istəmirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar