03 mar 12:50liqa

Liderlər büdrədi, “Inter” onlara yaxınlaşdı

Liderlər büdrədi, “Inter” onlara yaxınlaşdı
Həftənin ilk iki günündə premyer-liqada 20-ci turun oyunları keçirildi. Tur liderlərin büdrəməsi ilə əlamətdar oldu. Belə ki, “Qəbələ” Gəncədən yanız 1 xalla döndüsə, “Qarabağ” öz meydanında məğlubiyyət acısı yaşadı. Tur məhsuldar olmadı. Üç qarşılaşmada 1:0 hesabı qeydə alındı. Yalnız bir görüşdə hər iki tərəf bir dəfə fərqləndi.
Turun açılış oyunu Şüvəlanda gerçəkləşdi. Cari mövsüm, xüsusən fasilədən sonra işləri qaydasında getməyən AZAL çempionatın ikinci yarısına iddialı başlayan “Neftçi”ni qəbul edirdi. 3-cü dövrənin startından bəri 5 oyunun hamısında məğlub olan “təyyarəçilər” məhz bu görüşdə uğursuz seriyaya son vermək istəyirdi. Ancaq alınmadı. “Neftçi” Seqoviyanın erkən qolu ilə 3 xalı hesabına yazdırdı. Bu, ispan hücumçunun paytaxt təmsilçisinin heyətində vurduğu 2-ci qoldu. “Neftçi” fasilədən sonra 3-cü qələbəsini qazandı. Lakin “ağ-qaralar” xal hesabını artırsa da, turnir cədvəlində irəliləyə bilmədi. Bu da fasiləyə qədər qeydə alınan uğursuz nəticələrin fəsadıdı. Maraqlıdı ki, AZAL sonuncu dəfə məhz “ağ-qaralar” üzərində eyni hesabla qələbə qazanmışdı. Şüvəlan təmsilçisinin üzləşdiyi 6 oyunluq məğlubiyyət seriyası cari mövsümün antirekordudu. Bir müddət öncə AZAL-la anlaşan Vaqif Cavadov üçün bu görüş yaddaqalan oldu. Belə ki, hücumçu ölkə çempionatında 200-cü matçını keçirdi.
Bazar ertəsi keçirilən digər oyunda avrokuboklar uğrunda mübarizə aparan iki komanda münasibətlərinə aydınlıq gətirdi. Qış fasiləsindən sonra yalnız bir məğlubiyyəti olan “Zirə” “Sumqayıt”ı yenməklə 4-cü yeri ələ keçirəcəkdi. Ayxan Abbasovun komandası Riçard Qadzenin qolu ilə 3 xalı qazandı. Qanalı hücumçu premyer-liqada 2-ci qolunu vurdu. Cəzalı olduğu üçün Samir Abasov matçı tribunadan izləyirdi. Məğlubiyyət üzündən 4-cü pilləni əldən verən “Sumqayıt” cari mövsüm ilk dəfə “Zirə”yə yenildi. Maraqlıdı ki, bu rəqiblər arasında cari “futbol ili”ndə baş tutan hər üç qarşılaşmada 1:0 hesabı qeydə alınıb. Ümumiyyətlə, “Sumqayıt”ın iştirak etdiyi son üç premyer-liqa matçı da məhz bu hesabla (1:0) başa çatıb. “Kimyaçılar” bunlardan yalnız birində sevinib. Komandası məğlub olsa da, “Zirə” ilə qarşılaşma Vurğun Hüseynov üçün əlamətdar oldu. Belə ki, “gənclik şəhəri” təmsilçisinin kapitanı güclülər dəstəsində 250-ci oyununu keçirdi.
Çərşənbə günü isə turnir cədvəlinin liderləri meydana çıxdı. “Qəbələ” çətin Gəncə səfərinə yollanmışdı. “Kəpəz” ardıcıl məğlubiyyət seriyasına ötən tur son qoyduğundan bu matçda da sərfəli nəticə haqda düşünürdü. Ancaq “qırmızı-qaralar” da qərb səfərinə yüksək əhval-ruhiyyədə hazırlaşmışdı. Nə də olmasa, Roman Qriqorçukun yetirmələri əvvəlki tur çempionluq yolunda ən ciddi rəqibi “Qarabağ”ı məğlub etməklə zirvəni ələ keçirmişdi. Belə deyək, Gəncəyə lider kimi yollanan “Qəbələ” xal itirmək niyyətində deyildi. Lakin Qriqorçukun yetirmələri istəyini gerçəkləşdirə bilmədi. Hesabda geri düşməsinə baxmayaraq, sonradan “status-kvo”nu bərpa edən qəbələlilərin bundan artığına gücü çatmadı. Hər iki qolu “Kəpəz”in futbolçusu vursa da, Renan avtoqol müəllifi oldu. Bununla da braziliyalıların xoşagəlməz ənənəsi davam etdi. Belə ki, cari mövsüm bütün avtoqolları “sambaçılar” vurub. Renana qədər “Neftçi”dən Filyo üç, “İnter”dən isə Denis Silva bir dəfə öz komandasını cəzalandırıb. Gəncədəki görüşdə iki qırmızı vərəqə də qeydə alındı. Meydan sahiblərindən Nicat Qurbanov, qonaqlardan isə Nika Kvekveskiri aqressiv hərəkətə yol verdiyi üçün meydandan qovuldu. Gürcüyə göstərilən “qırmızı”nın haqlı olub-olmadığı da əlavə müzakirə mövzusudu. Həmçinin “Qəbələ” rəsmilərinin hakimlərə etirazı da öz yerində. Hər halda, “Qəbələ” fasilədən sonra məğlub olmayan yeganə komanda kimi öyünə bilər.
Turun mərkəzi oyunu isə Suraxanıda baş tutdu. Bir tur öncə “Qəbələ”yə məğlub olan “Qarabağ” ardıcıl ikinci yenilgini ağlının ucundan keçirmirdi. Hərçənd çempionatın ən sabit komandalarından sayılan “İnter” də bu matçda maksimum hədəf – qələbə üçün döyüşəcəkdi. Əslində Qurban Qurbanovun yetirmələri meydana çıxarkən artıq “Qəbələ”nin xal itirdiyini bilirdi. Bu isə “köhlən atlar” üçün əlavə motivasiya olmalı idi. Lakin heyətdəki itkilər sözünü dedi. Qeyd edək ki, Dani Kintanadan başqa, Əfran İsmayılovla Dino Ndlovu da müxtəlif səbəblərdən matçda iştirak etmirdi. Zaur Svanadzenin yetirmələri qələbə sayəsində ağdamlılarla aradakı məsafəni nisbətən qapadı. Oyunun nəticəsini müəyyənləşdirən qola imza atan Xizanişvili isə cari mövsüm fərqlənən ən yaşlı oyunçu oldu. Ağdamlılar ardıcıl 2-ci oyunda məğlubiyyət acısı yaşadı ki, analoji hal sonuncu dəfə 3 il əvvəl yaşanmışdı. Xatırladaq ki, 2013/14 mövsümündə çempionluğu təmin etdikdən sonra “Qarabağ” çempionatı ardıcıl məğlubiyyətlərlə başa vurmüşdu. Bu isə o deməkdi ki, ağdamlılar 33 aydan sonra belə uğursuzluq yaşadı. Təbii, “köhlən atlar”ın ardıcıl iki oyunda qol vura bilməməsi də xüsusi qeyd edilməlidi. Bu artıq Qurban Qurbanov üçün həyəcan siqnalı olmalıdı.
Topaz premyer-liqası
3-cü dövrə, 20-ci tur
27 fevral
AZAL – Neftçi 0:1
Zirə - Sumqayıt 1:0
28 fevral
Kəpəz – Qəbələ 1:1
Qarabağ – İnter 0:1

1. Qəbələ 20 12 7 1 39-11 43
2. Qarabağ 20 13 3 4 32-11 42
3. İnter 20 9 9 2 31-19 36
4. Zirə 20 7 5 8 18-21 26
5. Sumqayıt 20 6 7 7 20-24 25
6. Neftçi 20 6 2 12 15-33 20
7. Kəpəz 20 3 8 9 13-23 17
8. AZAL 20 1 5 14 8-34 8
Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.
Növbəti turun oyunları: 4 mart – Sumqayıt – Qarabağ, İnter – Qəbələ; 5 mart – Kəpəz – AZAL, Neftçi – Zirə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar