19 sen 23:58liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...etirazı...

Orucəli Durmuşovu stajlı futbol azarkeşləri hakim kimi xatırlayır. Lakin gənc və ortayaşlı nəslin nümayəndələrinin yaddaşında daha çox hakim-inspektor kimi qalıb. Vaxtilə Avropa Tələbə Futbol Federasiyasında vitse-prezident vəzifəsini daşıyan 73 yaşlı mütəxəssis uzun illər premyer-liqa görüşlərində hakim-inspektor kimi görünsə də, son zamanlar onunla daha çox stadionlarda, çempionat oyunlarında rastlaşırıq.
Elə cümə günü də yenə stadionda qarşımıza çıxdı. Bu dəfə “Azərsun Arena”nın media nümayəndələri üçün nəzərdə tutulan giriş qapısının önündə. Arenaya daxil olmaq istəyən Orucəli bəy heç cür istəyinə nail ola bilmirdi. Kim olduğunu, vaxtilə hansı vəzifələrdə çalışdığını desə də, mühafizəçi içəri daxil olmasına imkan vermirdi. Hadisənin sonrakı axarının necə olduğunu görə bilmədiyimizdən, dünən Durmuşovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik: “Media qapısından içəri keçib ən üst tribunaya qalxmaq istəyirdim. Lakin mühafizəçi imkan vermirdi. Mənim kimi adamı tanımır. Deyir 1981-ci ildən futboldayam, hamını tanıyıram. Soruşuram, Orucəli Durmuşovu tanıyırsan? Deyir yox. Bəs Eldar Əzimzadəni? Onu da tanımır. Rüstəm Rəhimovu? Ondan da xəbəri yoxdu. Bəs Tofiq Bəhramovu? Deyir adını eşitmişəm. Dedim, 37 ildi sən necə futboldasan ki, bizi tanımırsan? Əməkdar məşqçi olmağımla bağlı sənədi, vaxtilə Hakim-İnspektorlar Komitəsindən verilən vəsiqəni göstərdim, yenə xeyri olmadı. Axırda məcbur olub dedim ki, 11 il bu stadionun direktoru olmuşam. Onda nə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu idi, nə də “Azərsun Arena”. “30 illik qələbə” adını daşıyırdı. İndi məni həmin stadiona buraxmırlar, a kişi. Sonradan klubdan kiməsə zəng vurdu, icazə aldı, ondan sonra içəri buraxdı. İnanırsız, mənə yer edən qapıdan içəri buraxmaması yox, məni tanımamasıdı. Vaxtilə Azərbaycan futbolunun yolunda can qoymuşuq, ölkəmizi təmsil etmişik. Deyir 40 ildi futboldayam, Orucəli Durmuşovu tanımıram”.
...yeniliyi...
“Neftçi”nin Mətbuat və Marketinq Departamentinə Rüstəm Allahverdiyev rəhbərlik edəndən bəri bir çox yeniliklər diqqəti çəkir. Bu mənada hazırlanan kreativ videogörüntüləri fərqləndirə bilərik. Hansı ki, sosial şəbəkələrdə yerləşdirilir və azarkeşlərin stadiona axın etməsi baxımından xüsusi rol oynayır. Düzdü, hələ ki azarkeş sayı baxımından ciddi irəliləyiş müşahidə olunmur. “Ağ-qaralar”ın müəyyən fanat ordusu var ki, demək olar, hər oyunda onları görürük. Burda söhbət klub rəsmilərinin gördüyü işdən gedir.
Məlum yeniliklərdən birinə “Keşlə” ilə matçda da imza atıldı. Belə ki, komandalar meydana təkcə hakimlərlə birgə ayaq basmadı. Onların yanında Cavid Səfər adlı azarkeşi də görmək olardı ki, fiziki məhdudiyyətli 14 yaşlı oğlanın ən böyük arzularından biri reallaşdı. Belə ki, 22 futbolçunun hər biri Cavidlə əl sıxıb görüşdü, ona Allahdan şəfa dilədilər.
İşin maraqlı tərəfi ideyanın ortaya necə çıxması və gerçəkləşməsidi. Sən demə, təşəbbüs haqqında söz açdığımız Rüstəm Allahverdiyevin olub. Öz dilindən eşidək: “Cavidi 3-cü turda “Qarabağ”la “Azərsun Arena”da baş tutan oyundan sonra görmüşdüm. Futbolçuları avtobusa yola salırdı. Diqqətimi çəkdiyindən yaxınlaşıb söhbət etdim. Daha doğrusu, atası yanındaydı deyə, onunla danışdım. Vaxt az olduğundan əlaqə nömrəmi verdim və bir neçə gündən sonra atası mənimlə əlaqə saxladı. Atası bildirdi ki, Cavid “Neftçi”nin ev və səfər olmaqla bütün oyunlarında iştirak edir, canlı baxır. Halbuki evdə oturub baxması da mümkündü. Amma istəmir, stadiona can atır. Düşündüm ki, məlum vəziyyətlə bağlı hansısa yenilik etmək olar. Həm Cavidi sevindirmək, həm də azarkeşləri stadiona səsləmək üçün rəhbərlik qarşısında belə bir təşəbbüs irəli sürdüm. Rəhbərlik də sağ olsun, dəstəklədi və lazım olan köməyi göstərdi. Ssenari elə qurulmuşdu ki, oyunun qəhrəmanı Cavid olsun. Matçdan əvvəl hazırlanan promoda da bunu görmək olardı. Görüşdən əvvəl Baqali Dabonun futbolkasını istəmişdi. Odu ki, oyundan sonra paltardəyişmə otağına daxil olmasına şərait yaratdıq, futbolçularla görüşdü, təbrik etdi və Dabonun forması ona təqdim olundu. Həm də qələbəni Səfərə həsr etdilər”.
...“siftə”si
Ayxan Abbasovun istefasından sonra “Zirə”nin “sükanı arxasına” keçən Samir Abasovdan möcüzə gözlənilmirdi. Özü də bunun fərqindəydi deyə, qısa vaxtda nələrisə kökündən dəyişə biləcəyinə ümid etmirdi də. Ona görə də səfər matçında qazanılan 1 xalı qənaətbəxş saymaq olardı. Bəli, məhz olardı. Çünki olmadı. İntizam Komitəsi dünən açıqladığı qərarda protokolun doldurulması ilə bağlı prosesdə yol verilən səhvə görə “Zirə”nin 1 xalını əlindən aldı. Başqa cür desək, “qartallar”a texniki məğlubiyyət verildi. Və bununla da Samir Abasovun “siftə”si pozuldu.
Maraqlıdı, Abasovun buna münasibəti necədi? Günahkar qismində kim(lər)i görür və onlara demək istədikləri nələrdi? İK-nın qərarı açıqlanandan dərhal sonra Abasovla əlaqə saxlayanda, bunları eşitdik: “Səhvə yol verildiyini birinci hissədən sonra bildik. Günahkar şəxslərin kimliyini özümüz bilirik və onlara lazım olanı demişik. Ən azı neçə ildi komandadadılar, nəyi necə etmək lazım olduğunu bilirlər, bilməlidilər. Bilirdim ki, yol verilən səhvin cəzası var. Amma hansısa mənada bizi başa düşəcəklərinə də ümid edirdim. Bir var kobud səhvə yol verib əvəzetmədə limiti pozasan, bir də var yazılışda diqqətsizliyə yol verilsin. Razılaşaq ki, fərqli səhvlərdi. Əlbəttə, qanun varsa, cəzası da olmalıdı, bir söz demirəm. Təki sona qədər belə olsunlar, bu cür davam etsinlər. Oldu, keçdi. Nəyisə dərd edən deyilik. Yəqin “Zirə”nin sədəqəsi var idi, onu da çıxardıq. “Siftə” korlanmağına korlandı. Açığı, indiki vəziyyətdə komandadan möcüzə gözləmirdim. Zədəlilərimiz vardı, limitə düşənlərimiz - Budaq Nəsirovla İlkin Muradov komandaya iki gün əvvəl qoşulmuşdular. Adama təsir edən odu ki, uşaqlar meydanda can qodyular, o qədər əziyyət çəkib 1 xal qazandılar. Və sonda məlum qərar həmin xalı da əlimizdən aldı. Gizlətmirəm, “Zirə”dəki işimə uduzmadan başlamaq mənim üçün xoş idi. Təəssüf ki, alınmadı. Üzülməməli, əksinə irəli boylanmalı, gücümüzə inanmalıyıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar