02 mar 15:39liqa, reportaj

“Zirə”dən “Sumqayıt”a ikiqat zərbə

“Zirə”dən “Sumqayıt”a ikiqat zərbə
78 Zirə (Bakı) – Sumqayıt 1:0 (1:0)
85. Kamal Bayramov – 5,5
28. Təmkin Xəlilzadə - 6,0
5. Adil Nağıyev – 5,0
23. Yovan Krneta – 5,5
39. Sadiq Quliyev – 5,0
11. Viktor İbokoyi – 5,0
(13. Aleksandr Şemonayev, 89) – qiymətsiz
6. Vüqar Mustafayev – 5,0
8. Milan Duriç – 5,5
10. Elvin Məmmədov (k) – 5,5
20. Sezar Meza Kolli – 5,0
(92. Cavid Tağıyev, 75) – 5,0
43. Riçard Qadze – 5,5
(9. Nurlan Novruzov, 76) – qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
17. Vüsal İsgəndərli
21. Murad Səttarlı
77. Yamin Ağakərimzadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Fərhad Vəliyev – 5,0
74. Yusif Nəbiyev – 5,5
2. Rail Məlikov – 4,5
3. Vurğun Hüseynov (k) – 4,5
14. Bəxtiyar Həsənalızadə - 4,5
42. Kamran Abdullazadə - 4,0
(22. Mirabdulla Abbasov, 58) – 4,5
19. Azər Salahlı – 4,5
8. Nicat Muxtarov – 5,0
18. Süleyman Əhmədov – 4,0
(7. Sergey Çernışev, 55) – 4,5
9. Amil Yunanov – 4,5
(77. Ehtiram Şahverdiyev, 78) – qiymətsiz
10. Məhəmməd Qurbanov – 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
20. Fərhad Qıstarov
13. Bəhlul Mustafazadə
97. Xəyal Nəcəfov
Məşqçi: Vəfadar Quliyev
Komandanın ən yaxşısı: Yusif Nəbiyev
Qol: R.Qadze, 35
Vərəqələr: N.Novruzov, 80 (qeyri-idman hərəkəti). Y.Krneta, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: FARİZ YUSİFOV, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Abdullayev (Bakı).
27 fevral. Zirə. İdman Kompleksinin stadionu. 1300 tamaşaçı (2000 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Komandaların turnir cədvəlində qonşu pillələrdə qərarlaşması oyunun gərgin keçəcəyindən xəbər verirdi. "Sumqayıt" uduzmayacağı halda, mövqeyini möhkəmləndirəcəkdi. “Zirə” isə qələbə sayəsində rəqibini 1 xal qabaqlayıb, 4-cü yeri ələ keçirəcəkdi. Görüşü maraqlı edən daha bir məqam baş məşqçilərlə bağlı idi. Belə ki, Ayxan Abbasovla Samir Abasov vaxtilə “Qarabağ”da çiyin-çiyinə oynayıblar. Hərçənd sabiq komanda yoldaşları meydanda bir-biriylə əl sıxa bilmədi. Buna səbəb “kimyaçılar”ın çalışdırıcısının cəzalı olduğuna görə texniki zonaya buraxılmaması idi. Tərəflərin cari mövsüm baş tutan hər iki duelində eyni hesab qeydə alınmışdı. “Sumqayıt” həm səfərdə, həm də evdə minimal hesabla (1:0) qalib gəlmişdi. Qonaqlar həmin seriyanın ömrünü uzatmaq, meydan sahibləri isə əvvəlki məğlubiyyətlərdən birinin əvəzini çıxmaq haqda düşünürdü. Heyətlərə gəlincə, “Zirə”də Anar Nəzirov cəzalı olduğu üçün “çərçivə”ni Bayramov qoruyurdu. “Qartallar”ın yeni transferi Georgi Qoroziyanın adı isə “18-liy”ə salınmamışdı. “Sumqayıt”ın start “11-liy”ində də qeyri-adilik görmədik.
Oyunun əvvəllərində üstün tərəf meydan sahibləri idi. Xüsusən ilk 10 dəqiqədə qonaqlar müdafidən çıxmaqda çətinlik çəkirdi. Bununla belə, azarkeşlər qapılar qarşısında ciddi təhlükəni xeyli gözləməli oldu. 23-cü dəqiqədə Duriçin cərimə zərbəsimdən sonra top cüzi fərqlə qapının üstündən keçdi. Bundan 7 dəqiqə sonra isə Təmkin diqqət mərkəzinə düşdü. Onun hiyləgər vuruşunda azca dəqiqlik çatmadı. 35-ci dəqiqədə "Zirə" arzuladığı qolu vurdu. Qadze fərdi keyfiyyətlərini işə salıb, meydan sahiblərini hesabda önə keçirdi. Riçard çox keçmədən dubl etməyə yaxın idi. Ancaq Elvin onu əlverişli zərbə mövqeyinə çıxarsa da, "43 nömrə"nin vuruşu effektli alınmadı. 41-ci dəqiqədə azarkeşlər yenidən Qadze - Vəliyev duelini izlədi. Budəfəki mübarizədən qapıçı qalib ayrıldı. Az sonra Elvin yaxın məsafədən dəqiq oynaya bilmədi. Ümumiyyətlə, ilk yarının sonları xeyli dinamik keçdi.
İkinci hissənin əvvəllərində də meydanda qarşılıqlı həmlələr hökm sürürdü. Xüsusən "Zirə"nin hücumları kəsərli alınırdı. "Sumqayıt"ın məşqçilər korpusu bu gedişlə matçı çevirməyin çətin olacağını anlayıb, ardıcıl əvəzetmələrə əl atdı. Əvvəlcə Çernışev, bir qədər sonra Mirabdulla döyüşə atıldı. Sonuncunun meydana çıxmasıyla "kimyaçılar" 5-li müdafiədən imtina etmiş oldu. "Sumqayıt" təzyiqi artırsa da, "Zirə"nin əks-hücumları daha yaddaqalan alınırdı. 71-ci dəqiqədə Təmkinin zərbəsi təhlükəli, ancaq qeyri-dəqiq idi. Xəlilzadə 7 dəqiqə sonra yenidən qola yaxın oldu. Ancaq bu dəfə də onun vuruşundan sonra top hədəfdən yan keçdi. 86-cı dəqiqədə Cavid uzun reydin ardından əlverişli mövqedə olan Elvinə ötürmə etdi. Sonuncu bir rəqibini aldadıb, qapını nişan alsa da, digər müdafiəçi topun qarşısını kəsdi. Son dəqiqələrdə "Sumqayıt" təzyiqi artırsa da, məğlubiyyətdən qaça bilmədi. Beləliklə, bu rəqiblərin ardıcıl 3-cü oyununda da 1:0 hesabı qeydə alındı. Ancaq əvvəlki 2 görüşdən fərqli, bu dəfə "Zirə"nin xeyrinə. Belə deyək, “qartallar” rəqibinə ikiqat zərbə vurdu: həm məğlub etdi, həm də turnir cədvəlində yerini əlindən aldı.
FARİZ
Reaksiyalar
Vəfadar Quliyev: "Zirə”ni təbrik edirəm. Gərgin oyun getdi. İlk yarıda yaxşı təsir bağışlamadıq. Fasilədən sonra isə öz oyunumuzu sərgilədik. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm. Təbii, Samir müəllim olsaydı, daha yaxşı olardı. Bu o demək deyil ki, baş məşqçi olmadı, uşaqlar oynamadı. Sadəcə, ilk hissədə oyunumuz alınmadı. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Düzdü, epizodların sayı çox deyildi. Amma ümumi götürəndə oyun baxımından komanda daha yaxşı görünürdü. Məhəmmədin etirazına gəlincə, bu futboldu, belə şeylər yaşanır. Bəlkə də gördüz, dərhal üzr istədi. Daha sonra fasilədə də buna görə üzrxahlıq etdi. Baş məşqçi ilə telefonla danışmadıq. Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı”.
Ayxan Abbasov: "Dünən Xocalı faciəsinin 25 illiyi idi. Orda dünyasını dəyişən insanların yaxınlarına bir daha səbr diləyirəm. Bundan başqa, son vaxtlar cəbhə bölgəsində də gərginlik davam edir. Əsgərlərimizə güclü olmağı arzulayıram. Onların yanındayıq. Oyuna gəlincə, "Sumqayıt” çempionatda ən yaxşı formada olan komandalardandı. Bu gün bunun bir daha şahidi olduq. Samir Abasov yaxşı komanda formalaşdırıb. Bu matça yaxşı hazırlaşmışdıq. Öz meydanımızda vacib qələbə qazandıq. İlk yarıda biz üstün olsaq da, ikincidə rəqib daha fəal təsir bağışladı. Buna baxmayaraq, matçdan 3 xalla ayrılmağı bacardıq. Akim Latifu və Migel Lorentso "İnter”lə oyunda zədələnmişdilər. Sanqarenin isə ayağında ağrı olduğundan risk etmək istəmədik. Ümumiyyətlə, yeni gələn futbolçular hələ komandaya tam uyğunlaşmayıb. Bu gün qışda komandaya qoşulan oyunçulardan Qadzenin fərqlənməsi bizi sevindirdi. Vaxt keçdikcə komandaya daha da uyğunlaşacaqlar”.
Gözdən qaçmadı
* Yığmanın məşqçisi Mahmud Qurbanov oyunu canlı izləyirdi.
* Cəza üzündən texniki zonada ola bilməyən Samir Abasov tribunada idi. O, ara-sıra komandasına göstəriş verirdi. Abasov 61-ci dəqiqədə laysmanın ofsayd qərarı zamanı özündən çıxdı.
* Oyunun əvvəllərində Məhəmməd Qurbanov ona irad bildirən Seymur Rəhimova çox sərt şəkildə etiraz etdi. Bir futbolçunun məşqçiyə bu cür etirazına hər dəqiqə rast gəlinmir.
* Qoldan sonra Riçardla Viktor sevinclərini qarşılıqlı rəqs etməklə nümayiş etdirdilər.
* Zirəli azarkeşlər vətənin keşiyində dayanan əsgərlərə dəstək şüarları səsləndirdilər.
* Final fitindən sonra Vurğun Hüseynov "Zirə"nin futbolçularından kiməsə hücum çəkdi. İlk baxışdan "kimyaçılar"ın kapitanının Krnetanı hədəf seçdiyi görünürdü. Ancaq belə olub-olmadığını dəqiqləşdirmək çətin idi. Hər halda, yaxınlıqdakılar Vurğunu sakitləşdirə bildi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar