02 mar 15:37liqa, reportaj

“Neftçi” Şüvəlanda qisas aldı

“Neftçi” Şüvəlanda qisas aldı
Tərlan Əhmədov: “Bura samuray yox, qladiator da gətirsəz, çətin məsələdi”

77 AZAL (Bakı) – Neftçi (Bakı) 0:1 (0:1)
23. Aqil Məmmədov – 6,0
24. Emin Cəfərquliyev (k) – 5,0
5. Kamil Hüseynov – 4,5
44. Robert Alamadine – 5,5
18. Ruslan Əmircanov – 5,0
(10. Nuqzar Kvirtiya, 80) – qiymətsiz
7. Kamal Mirzəyev – 5,0
77. Arkadi Qalperin – 5,0
(9. Röyal Nəcəfov, 71) – 4,5
8. Sadio Tounkara – 5,0
91. Mehdi Taouil – 5,5
27. Rəşad Abdullayev – 5,0
(21. Samir Məsimov, 58) – 5,5
70. Vaqif Cavadov – 4,5
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
95. Şirməmməd Məmmədov
3. Tural Hümbətov
19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Aqil Məmmədov

53. Maksim Vaylo – 5,5
29. Georgi Navalovski (k) – 6,0
6. Pavel Dreksa – 5,5
25. Kiril Petrov – 5,5
27. Məqsəd İsayev – 5,0
23. Tərzin Cahangirov – 5,5
8. Zdenek Folprext – 5,5
(80. Edson Kastilyo, 81) – qiymətsiz
11. İqnasio Errera – 5,5
(9. Hüqo Barqas, 85) – qiymətsiz
17. Rəhman Hacıyev – 5,0
(13. Murad Ağayev, 46) – 5,0
7. Namiq Ələsgərov – 5,0
12. Daniel Seqoviya – 5,5
Ehtiyat oyuçular
33. Boban Baykoviç
95. Elvin Bədəlov
26. Kamal Qurbanov
19. Fəhmin Muradbəyli
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Georgi Navalovski
Qol: D.Seqoviya, 4.
Vərəqələr: N.Ələsgərov, 31 (qeyri-idman hərəkəti). Z.Folprext, 69 (qeyri-idman hərəkəti). M.Ağayev, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
27 fevral. Şüvəlan. AZAL Arena. 400 tamaşaçı (3050 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Turun açılış oyunu prinsipiallığı ilə seçilirdi. Qış fasiləsindən sonra meydana çıxıdğı 5 oyunda xal üzünə həsrət qalan “təyyarəçilər” uğursuz seriyaya “Neftçi” ilə qarşılaşmada son qoymağı düşünürdü. Bunun üçün əsas da var idi. Belə ki, Şüvəlan təmsilçisi mövsümdə yeganə qələbəsini (1:0) səfərdə məhz “ağ-qaralar”la görüşdə əldə etmişdi. “Neftçi”ylə oyun ərəfəsində AZAL rəhbərliyinin 3 yeni oyunçu - Bəxtiyar Soltanov, Samir Məsimov və Mehdi Taouilin adını sifariş ərizəsinə daxil etməsi də “təyyarəçilər”in bu matça necə ciddi önəm verməsindən xəbər verirdi. Qış fasiləsindən sonra heç də pis təsir bağışlamayan, səviyyəli legionerlərlə anlaşan Elxan Abdullayevin komandasının isə “AZAL Arena”ya qələbə dalınca yollandığı məlum idi. Bu il 80 illiyini qeyd edən paytaxt təmsilçisi avrokuboklara vəsiqə verən 4-cü pilləni hədəfə aldığından autsayderlə qarşılaşmada yersiz xal itkisi ilə üzləşmək istəmirdi. Yeri gəlmişkən, Əhmədovun vaxtilə “Neftçi”nin məşqçilər korpusunda yer valması, Abdullayevin isə 2011/12 mövsümündə “təyyarəçilər”i çalışdırması matça əlavə prinsipiallıq qatırdı.
Qarşılaşmada ilk qol özünü çox gözlətmədi. Azarkeşlər tribunada yerini tutar-tutmaz Seqoviya qonaqları hesabda önə çıxardı. Cərimə meydançasının içində yaranan qarışıqlıqdan istifadə edən ispaniyalı forvard arxası qapıya olmasına baxmayaraq, çevrilərək topu tora qovuşdurdu. Bu an “təyyarəçilər”in müdafiəçisi Hüseynovun rəqib forvarda mane olmaq əvəzinə seyrçi mövqeyi tutduğunu xüsusi qeyd etmək lazımdı. Meydan sahibləri erkən qolun təsirindən tez ayıldılar və artıq 12-ci dəqiqədə “status-kvo”nu bərpa etməyə yaxın oldular. Ancaq Rəşadın cərimə meydançasına ideal asmasını müdafiəçilərin nəzarətsiz buraxdığı Vaqif boşa verdi. “Təyyarəçilər”in yeni futbolçusu təxminən 8 metrdən topu başla “çərçivə”yə göndərsə də, zərbəsi qeyri-dəqiq alındı. Cavadovun yaxaladığı qol vəziyyətində “mərmi”ni qapıdan keçirməmək keçirməkdən daha çətin idi ki, o da birinciyə üstünlük verdi. 5 dəqiqə sonra Rəhman diqqət mərkəzinə düşdü. Yarımmüdafiəçi sağ cinahdan cərimə meydançasına daxil olub qapıya qüvvətli zərbə endirsə də, Aqil gözəl seyvlə qonaq azarkeşlərin sevinməsinə imkan vermədi. Hissənin ortalarında mübarizə əsasən meydanın mərkəzində gedirdi. Mehdinin AZAL-a qoşulması meydan sahiblərinin oyun keyfiyyətini xeyli yüksəldib. Məhz mərakeşli futbolçunun ağıllı oyunu sayəsində Əhmədovun yetirmələri tez-tez rəqib qapısına doğru həmlələr edir, “ağ-qaralar”ın müdafiə xəttini təzyiq altında saxlayırdılar. Ondan fərqli, ötən turlarda fəal görünən Tounkara isə sanki bu matçda kölgəyə çəkilmişdi. Daim cinahlarda sürətli reydlərini seyr etdiyimiz malili yarımmüdafiəçi bu dəfə daha çox top itkiləri və qorxaq oyunla yadda qalırdı. “Ağ-qaralar”ın heyətində isə Navalovski fəal idi. Ruslanın yoxluğunda kapitan sarğısını qoluna keçirən təcrübəli müdafiəçi sol cinahda istədiyini edir, tez-tez hücumlara dəstək verir, qapı qarşısına təhlükəli asmalar və ötürmələrlə yadda qalirdı. İlk yarının sonuna 6 dəqiqə qalmış meydan sahibləri rəqibi əks-hücumda yaxalayıb sürətlə qapıya yaxınlaşsa da, Vaqifin ləngliyi onların sevinməsinə mane oldu.
Fasilədən sonra oyun daha gərgin idman mübarizəsi şəraitində keçdi. Hesabda geri olan “təyyarəçilər” “ən yaxşı müdafiə hücumdu” prinsipinə əsaslanaraq, böyük qüvvə ilə irəli atıldı. Lakin bu dəfə də real qol şansını “ağ-qaralar” yaratdı. Belə ki, 57-ci dəqiqədə ilk qolun müəllifi Seqoviya yaxın məsafədən başla “çərçivə”ni nişan alsa da, zərbəsi zəif alındığından Aqil topu tutmaqda çətinlik çəkmədi. Cinahların zəif təsir bağışladığını görən Tərlan bəy Rəşadı yeni transfer Samir Məsimovla əvəzləməyi lazım bildi. İnsafən, uzun müddətdi oyun təcrübəsindən məhrum olan gənc futbolçu oyuna heç də pis qoşulmadı. Sürəti və texnikası hesabına sağ cinahı canlandıran bəstəboy yarımmüdafiəçi Navalovskini əməlli-başlı yordu. Onun 70-ci dəqiqədə qapıya zərbəsini də azarkeşlər alqışlamağı unutmadılar. Son 20 dəqiqədə hər iki komanda açıq futbola üstünlük verib, azarkeşlərə zövq verən oyun sərgilədilər. Bu üzdən hər iki qolkiper tez-tez diqqət mərkəzinə düşür, komanda yoldaşlarının alqışını qazanırdı. Bu yöndə Aqil xüsusilə seçilirdi. Son dəqiqələrdə AZAL bütün komanda ilə irəli atıldığından qonaqlar tez-tez rəqib müdafiəçiləri azlıqda yaxalayırdılar. 90-da Barqas, uzatma dəqiqələrində isə Namiq real qol şansını boşa verməklə yadda qaldılar. İkincinin zərbəsini Məmmədov çətinliklə də olsa, zərərsizləşdirməyi bacardı. Bu həm də matçda yaddaqalan son təhlükəli vəziyyət oldu. Beləliklə, hakimin final fiti meydan sahiblərinin qış fasiləsindən sonra 6-cı məğlubiyyətini rəsmiləşdirdi.
RƏŞAD
Gözdən qaçmadı
• İlk yarıda laysmanın aut qərarına sərt etriaz edən Tərlan Əhmədov ona yaxınlaşan 4-cü hakim Əliyar Ağayevə “mən demirəm ki, bizə kömək edin. Sizdən yeganə xahişim yaşananlara düzgün münasibət göstərməyinizdi” söyləyərək, narazılığını büruzə verdi.
• 56-cı dəqiqədə AZAL-ın müdafiəçisi Alamadine komanda yoldaşı Sadionun qeyri-fəal mübarizə apardığını görüb, əsəbi tonda “Sadio, Sadio, go, go” deyib ona qışqırdı.
• “AZAL Arena”nın tablosundakı saat əvvəlki kimi 1 saat geri qalır. Ancaq nədənsə klub rəhbərliyi bu çatışmazlığı aradan qaldırmaq istəmir.
Reaksiyalar
Elxan Abdullayev: “Oyunun ağır keçəcəyini bilirdik. Buna görə də matça ciddi hazırlaşmışdıq. Biz 3 xal üçün gəlmişdik, onu da qazandıq. AZAL-a da uğurlar arzulayıram".
Tərlan Əhmədov: “Rəqibi təbrik edirəm. Birinci hissədən razı qalmadım. Amma son 20 dəqiqədə rəqibi təzyiq altında saxladıq. Heyf ki, erkən qol həlledici oldu. Ümumilikdə yaxşı oynadıq. Sadəcə, son ötürmələr dəqiq olmur. Qarşıda 8 tur var. Heyətə yeni cəlb etdiyimiz futbolçularla xallar qazanmaq mümkündü. Samir Məsimovun oyunundan razı qaldım. Mehdi Taouil isə təcrübəsi və meydanın mərkəzindəki oyunu ilə bizə fayda verəcək. Vaqif Cavadov ideal formasından çox uzaqdı. O fiziki cəhətdən hələ 30-40 faiz hazırdı. Cavadovun təcrübəsinə də güvənirəm. “Neftçi” ilə qarşılaşmadan öncə oyunçulara dedim ki, artıq mənə futbol yox, 3 xal verin. Potensial cəhətdən ötən mövsümlə müqayisədə daha yaxşı heyət var. Amma nəticə qazana bilmirik. Bunun da çox səbəbləri var. Çox şeyi açıqlamaq istəmirəm. Biz ilk turdaca zərbə aldıq. İndi futbolçular qorxa-qorxa oynayır, hakimə nəsə deməkdən çəkinirlər. Tounkaraya baxın. Psixoloji təzyiq altında olan futbolçu qorxaq futbol oynayır. Nəyə görə? Ona görə ki, hakimlər heç nədən onu meydandan qovur, vərəqə göstərirlər. O biriləri də həmçinin. Hansı qarşılaşmada ki, üstün futbol oynayırıq, kənardan təzyiqlər hiss olunur. Büdcə baxımından hamıdan geri qalırıq. Bura samuray yox, qladiator da gətirsəz, çətin məsələdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar